Xalqımızın maarif işığını yandıran ziyalılar



Yüklə 79,77 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü79,77 Kb.
#31469


Xalqımızın maarif işığını yandıran ziyalılar. 

 

Ziyalılar hər bir dövrdə millətin aparıcı dayağı hesab edilib. Başlanğıcını Qori 



müəllimlər seminariyasından götürən milli təhsilimiz XX əsrin əvvəllərində 

millətin, xalqın ictimai fikir tarixində, mədəniyyətində zamanı qabaqlayan böyük 

bir ziyalılar nəslini yetişdirdi. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, 

pedaqoji fikir tarixində müstəsna rol oynayan bu şəxsiyyətlər yorulmaq bilmədən 

çalışaraq xalqımızın maarif işığını yandırıb, ona həqiqətin yolunu göstərdilər. 

Amalı millətə və xalqa xidmət etmək olan bu mütərəqqi fikirli ziyalılaröz xalqının 

tarixini yaşatmaq, milli-mənəvi dəyərlərini qorumaq, onu inkişafa və tərəqqiyə 

çatdırmaq, qabaqcıl xalqlar sırasına çıxartmaq naminə qətiyyət göstərir, bu yolda 

var qüvvə ilə çalışırdılar.Lakin bu yol elə də asan deyildi… 

          XIX əsrdəŞimali Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil idi. 

Burada  müstəmləkə əsarəti altında müxtəlif xalqlar və millətlər yaşayırdılar. Çar 

Rusiyası xalqlar həbsxanası, çar hökuməti idarələrinin başında oturanların böyük 

əksəriyyəti isə qaraguruhçu millətçi idi. Onların siyasəti çar Rusiyası ərazisində 

yaşayan başqa xalqların mənafeyinə qarşı yönəlmişdi. Həmin dövrdə ucqarlarda 

millətlərin baş qaldırmasına mane olmaq üçün xalqların savadlanmasına imkan 

vermir, ruslaşdırma siyasəti aparılırdı. 

Belə bir şəraitdə Azərbaycan ziyalıları millətin taleyini düşünürdülər.         



M. F. Axundov, H. B. Zərdabi kimi ziyalılarımız xalqın gözünü açmağa, xalqın 

maariflənməsinə çalışırdılar. Onlar yaxşı bilirdilər ki, xalq kütlələrinin avamlığı, 

cəhalət içində olması Azərbaycan xalqının milli əsarətdən çıxmasına mane olur. 

Əsas tədris ocaqlarının məktəb və mədrəsələr olduğu həmin dövrdə dərsləri 

mollalar tərəfindən keçirildi. Yalnız əsrin sonlarında məktəblərdə bəzi dünyəvi 

elmlər də tədris olunmağa başlandı. 

1876-cı ildə 

qafqaz xalqların

ın – 

gürcül


ərin, 

ermənil


ərin, dağıstanlıların 

və 


tatarlar

ın ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə 

Qoridə      (Gürcüstan) Müəllimlər Seminariyası açıldı. Bu seminariya xalqın 

maariflənməsi işində xüsusi rol oynadı. Zaqafqaziya xalqlarının, o cümlədən, 

Azərbaycan xalqının da mədəni inkişafında mühüm rol oynamış Qori 

Seminariyasının məzunları sırasında C. Məmmədquluzadə, N. Nərimanov, Ü. 



Hacıbəyov, F. B. Köçərli, M. Maqomayev, S. M. Qənizadə, R. Əfəndiyev, F. 

Ağazadə, S. Vəlibə-yov və b. kimi tarixi şəxsiyyətlər var idi. 

Qori Müəllimlər Seminariyası ibtidai pedaqoji təhsilli mütəxəssislər hazırlamaq 

üçün yaradılmışdı. Hər il Qafqazın, xüsusən Zaqafqaziyanın bir çox yerlərindən 

müxtəlif millətlərə mənsub gənclər seminariyaya girmək üçün müraciət edirdilər. 

Onların arasında ruslar, azərbaycanlılar, ermənilər, gürcülər, kürdlər və bir çox 

başqa xalqların nümayəndələri var idi. Lakin seminariyada oxumaq hər kəsə nəsib 

olmurdu. İmtahanlar o qədər də asan deyildi. İmtahan verənlər məktəbə qəbul 

olunurdular: azərbaycanlılar aşağı hazırlıq siniflərinə, ruslar, gürcülər və digərləri 

isə yuxarı hazırlıq siniflərinə. Qəbul olunduqdan sonra beş il burada oxuyur,  daha 

sonrakı 5 ili məcburi olaraq ibtidai  xalq məktəblərində müəllimlik edirdilər. Təhsil 

illəri ərzində seminariyada əyləncə gecələri və səhərciklər keçirilirdi. Bu tədbirlər 

həm tarixi günlərə, həm elm və tədris məsələlərinə, həm də rus klassiklərinin, 




pedaqoq və alimlərin xatirəsinə, dini bayramlara, əlamətdar hadisələrə həsr 

olunurdu. Keçirilən gecə və səhərciklərin böyük tərbiyəvi əhəmiyyəti olduğu kimi, 

təhsil əhəmiyyəti də az deyildi. Belə gecələrə üçün tələbələr ciddi hazırlaşırdılar: 

onlar oxuyur, şeir əzbərləyir, inşa və referatlar yazır, albomlar, xəritələr, sxemlər 

düzəldir, sərgilər təşkil edir, öz yaradıcılıq imkanlarını göstərirdilər. Bundan başqa 

seminaristlər qonaqları mehriban qarşılamağı, onlara hörmət etməyi, kiçiklərə 

nümunə olmağı öyrənirdilər. Belə gecə və səhərciklərdə tələbələrin istedadları üzə 

çıxırdı. Azərbaycanın görkəmli bəstəkarlarından üzeyir Hacıbəyov, Müslüm 

Maqomayev, aktyor Ə.Terequlov ilk yaradıcılıq fəaliyyətlərinə məhz Qori 

Seminariyasında başlamışlar. 

Seminariyanın ilk direktoru D. D. Semyonov və A. O. Çernyayevski olmuşlar. 

Onlar mütərəqqi fikirli şəxslər idilər və bu seminariyanın fəaliyyətinin 

genişlənməsində misilsiz xidmətlər göstərmişlər. 

1877


-ci ildən  

Mirzə Fətəli Axundov

və Tiflis müsəlman məktəbinin şəriət 

müəllimi 

Mirzə Hüseyn Qayıbzadə

seminariyanın nəzdində Azərbaycan şöbəsinin 

açılmasına çalışırdılar. Onlar Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç 

Romanovu yola gətirmək üçün çox səy göstərdilər. Mirzə Fətəli öz məqsədinə 

çatmaq üçün canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər 

Topçubaşov, maarif xadimi 

Həsən bəy Zərdabi

və Peterburq Universitetinin fəxri 

doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü,  Londonda Böyük Britaniya 

və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral 

Cəmiyyətinin üzvüMirzə Kazım bəy haqqında xüsusi məlumat verir. O bildirir ki, 

azərbaycanlılar Avropanın bir çox ölkələrində –

Fransada

Almaniyada



Vyanada


Rusiyada


 ali təhsil alırlar. Müsəlmanları geridə 

qalmış xalq kimi dəyərləndirən Qafqaz canişininin fikri dəyişir və o, Mirzə Fətəli 

və 

Mirzə Hüseyn Qayıbzadəni



n layihələrini qəbul edir. O, yaşayış yeri, təhsil üçün 

bina, müxtəlif ləvazimatlar üçün vəsaitin olmadığını və ölkənin müharibə 

vəziyyətini bəhanə edərək  məktəbin gürcü və ermənilər kimi hələlik yalnız Qori 

şəhərində açılmasına razılıq verir. Bu məqsədlə canişin Zaqafqaziya Müəllimlər 

Seminariyası yanında ölkənin azərbaycanlı əhalisi üçün üç il müddətinə müstəqil 

Azərbaycan şöbəsi açılması haqqında əmr verir. Əgər təcrübə yaxşı nəticə 

verərdisə, üç ildən sonra həmin şöbə müstəqil seminariyaya çevriləcək və Qoridən 

Azərbaycanın mərkəzinə köçürüləcəkdi. Beləliklə, 

1879

-cu il sentyabrın 1-də 



seminariyanın nəzdində yeni xüsusi tatar şöbəsi təsis edilir. 

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi təxminən 40 il fəaliyyət 

göstərir.Bu seminariyaya xüsusilə azərbaycanlılar cəlb edilirdi. Burada 

azərbaycanlı müəllimlər hazırlamaq üçün xüsusi pansionu olan «tatar şö’bəsi» var 

idi. Buna görə də seminariyaya girmək istəyənlər arasında azərbaycanlı gənclər 

çox olurdu, onların arasında da qarabağlılar və qazaxlılar üstünlük təşkil edirdi. 

Seminariyada 

Azərbaycan dili

 və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə 

Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə molla 

Əbdülsalam Axundzadə təyin olunur. Seminariyanın tatar şöbəsinin direktoru isə 

A.O.Çernyayevski oldu. 

Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadə (1830-1917) ədəbiyyatşünas 

alim və müəllim olmuşdur. Dini elmlərlə yanaşı, ərəb, fars, türk dillərini öyrənmiş, 




Şərq ədəbiyyatı və tarixini mükəmməl bilmişdir. 1879-1883-cü illərdə Qori 

müəllimlər seminariyasında ərəb və fars dili müəllimi işləyib. Tiflisdə azərbaycanlı 

kasıblar üçün öz hesabına məktəb açmış, azərbaycanlı qızların təhsil alması 

qayğısına qalmışdır. 

O zamanlar Əbdülsalam Axundzadə alim, maarif və din xadimi kimi 

məşhurlaşmışdı. 1879-cu ildə o, “Kitabi-müəllimül-ətfal” əsərini yazır. Əsərdə 

yenicə oxumağa başlayan uşaqların təlimi üçün yeni və daha asan yollar təklif 

edirdi. 1894-cü ildə Ə. Axundzadə “Sərməşq” adlı kitabını yazır . Burada gözəl 

xətlə yazılmış yazı nümunələri və hikmətli sözlər verimişdi. 

  

 



Aleksey Osipoviç Çernyayevski

 (1828-1889 ) Şamaxıda kasıb rus ailəsində 

doğulub böyümüşdü. Bütün varlığı ilə Azərbaycana bağlı olan bu şəxs bütün 

həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etmişdi. 

1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi yaratmış, mütərəqqi pedaqoji 

fikirləri ilə dövrünün qabaqcıl ziyalılarından 

olmuşdur. 

Aleksey 

 Çernyayevski 

İrəvanda

Naxçıvanda



Gəncəd


ə,

Şuşada


Şamaxı


da

Qubada



 və 

Dərbəndd


ə olur, qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. 

O dövrdə bu cox çətin bir iş idi. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu 

izah edən A. O. Çernyayevski məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını 

işıqlandırmaq olduğunu söyləyirdi. O deyirdi ki,  valideynlər övladlarını bu işığı 

yandırmaqdan məhrum etməsinlər. Böyük maarifçi yüz kilometrlərlə yolu faytonla

araba ilə, qatarla, bəzən də piyada gedirdi. Onun Azərbaycanda ziyalı kadrlarının 

hazırlanmasında (R. Əfəndiyev, M. Mahmudbəyov, T. Bayraməlibəyov, S. 

Axundov, C. Məmmədquluzadə, N. Nərimanov və b. ) böyük xidmətləri 

olmuşdur. Çox keçmədən Şuşadan 



Firidun bəy Köçərli

, 

Səfərəli bəy 

Vəlibəyov

, 

Baba bəy Səfərəlibəyov

, Lənkərandan Teymur bəy Məmmədbəyov

Qazaxdan 



İsmayıl ağa Vəkilov

, 

Məmmədağa Şıxlınski

, Şəkidən 

Rəşid bəy 

Əfəndiyev

 Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra 

gələnlərin yolunu işıqlandıran böyük vətənpərvər maarifçilər və pedaqoqlar 

oldular. Azərbaycanlı tələbələr bilikləri, gözəl əxlaqları və yüksək mədəniyyətləri 

ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar. 

Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Çernyayevskinin böyük 

xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün 1882-ci ildə “Vətən dili” 

dərsliyini tərtib etdi. Dəsliyə ən yararlı materiallar salınmiş, atalar sözündən, 

tapmacalardan, zərb-məsəllərdən istifadə edilmiş, bir pedaqoq kimi Aleksandr 

Osipoviç seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab 

ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. 

Kitab tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr olunmuşdu. 

“Vətən dili” kitabında Azərbaycan şairlərinin şeirlərindən də parçalar vermişdi. 

Çernyayevskinin “Vətən dili” kitabı  azərbaycanlılar üçün böyük əhəmiyyətə malik 

idi. “Vətən dili”ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik yox idi. Buna görə də 

Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi və sövti-üsulla 

məşğələ aparmaq üçün qiraət materialı hazırladı. Çernyayevski bu tədris 

materialını ustalıqla tərtib etmişdi və  azərbaycanlı məzunların pedaqoji hazırlığı 




üçün ən yaxşı baza oldu. Sonralar

Aleksey Osipoviç

 Azərbaycan dilində qəzet 

açmaq istədi. O yazırdı ki, məqsədi xalqın düşüncəsini oyatmaq və onları 

maarifləndirməkdir. Lakin onun bu cəhdi boşa çıxdı. Qəzetin kifayət qədər 

abunəçisinin, jurnalistlərin olmaması kimi bəhanələr gətirib qəzetin nəşrinə mane 

olurlar. Xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük 

maarifpərvər 

Aleksey Osipoviç

 Çernyayevski 1894-cü ilin dekabrında ürək 

partlamasından vəfat edir. 

  

 



Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar 

yazırdı: “Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə 

vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin “

Vətən dili

” 

bizim məktəblərdə tamam yeni bir dövr açdı”. 



Firidun bəy Köçərli ( 1863-1920 ) tələbə ikən yunan filosofu Sokratın həyatı və 

əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini tərcümə 

etmişdi.Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə  “Təlimati-lisani-türki” 

dərsliyini tərtib etdilər. 35 illik müəllimlik fəaliyyətində ədəbiyyatşünaslıq üzrə 

ciddi axtarışlar aparmış Firidun bəy Köçərli türk dilinin tədrisinə dair çoxsaylı 

məqalələr yazmışdır. O, 300-dən artıq dərsliyə düzəloş etmiş, nəzəri materiallarla, 

hekayələrlə zənginləşdirmiş, metodik baxımdan yeniləşdirmişdir. Azərbaycan 

tarixi və ədəbiyyatının vurğunu olan ədib başqa xalqların ədəbiyyatı ilə öz 

ədəbiyyatımızı müqayisə edir, xalqlar arasında ədəbi-mədəni əlaqələri 

genişləndirmək məqsədilə etdiyi tərcümələrlə ( Puşkin, Lermontov, Çexov, 

Tolstoy, Koltsov, Sereteli və b.) rus mətbuatında fəal iştirak edirdi. Ədib 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ( M. P. Vaqif, M. F. 

Axundov və b.) irsinin təbliği sahəsində də çalışır, xalqın maariflənməsində, 

mədəniyyətinin inkişafında qəzet və jurnalların rolunu yüksək qiymətləndirərək 

məqalələr dərc etdirirdi. 1897-ci ildə Çernyayevskinin ölümündən sonra o, “

Vətən 


dili

” dərsliyinin yenidən işlənmiş təkmil variantını nəşr etdirmişdir. 

  

Səfərəli bəy Vəlibəyov (1861-1902) gimnaziyanı bitirən ilk üç azərbaycanlıdan 

biri olmuşdur. O,  rus, fars və ərəb dillərini yaxşı bilirdi. O, “Xəzineyi-əxbar” adlı 

ensiklopedik kitab tərtib etmişdir. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirən 

Səfərəli bəy 1881-ci ildə seminariyada ana dili müəllimi kimi saxlanılır. (C. 

Məmmədquluzadə, N. Nərimanov, S. S. Axundov və başqaları ibtidai təhsillərini 

Səfərəli bəy Vəlibəyovdan almışlar). Firidun bəy İrəvan gimnaziyasına, Teymur 

bəy Lənkərana, Mirzə Əli Məhəmməd Naxçıvana ibtidai rus-tatar məktəbinə 

müəllim göndərildi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə 

məktəb müdiri təyin edildi. 

Teymur bəy Bayraməlibəyov ( 1862-1937) Qori müəllimlər seminariyasına daxil 

olan ilk üç azərbaycanlıdan biri idi. Seminariyanı bitirdikdən sonra Lənkəranda rus 

məktəbində dərs demişdir. Böyük səyi nəticəsində dərs dediyi şagirdlərin sayı ildən 

ilə artmışdır. 1907-ci ildə onun səyi ilə Lənkəranda “Qızlar”, 1909-cu ildə “Ziya ” 

adlı ilk rus-tatar məktəbi açılmışdır. Teymur bəy Bayraməlibəyov yaratdığı “ 



Xeyriyyə cəmiyyəti”nin xətti ilə şagirdləri dərslik, yemək, paltar, yol xərci ilə 

təmin edir, digər maddi və mənəvi köməklik göstərirdi. 

Qori Seminariyasına gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Təhsil, maarif, 

mədəniyyətin daşıyıcıları və carcıları olan  Firidun bəy Köçərli, Səfərəli bəy 



Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil 

Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlınskilər, 

Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, 

Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları adlarını 

Azərbaycanın ədəbiyyat, mədəniyyət və istiqlal tarixinə yazdılar. Qori 

Seminariyasını bitirdikdən sonra onlar həyatlarının sonunadək Azərbaycanın 

azadlığı uğrunda başlanan istiqlal mübarizəsinə qoşuldular. Soltan Məcid Qənizadə 

1905-1908-ci illərdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru oldu. Digər 

məzunlar da qəzalara, ucqar kəndlərə gedib dərs deyir, millətimizi cəhalətdən 

qurtarmaq üçün mücadilə edirdilər. Çünki bu məmləkətin azadlıq üçün hər şeydən 

əvvəl maarifə, mədəniyyətə ehtiyacı var idi. 

Ana dilinin sadəliyinin və təmizliyinin qorunub saxlanması, inkişaf etdirilməsi və 

təbliği sahəsində geniş, hərtərəfli fəaliyyət göstərən ziyalılarımız bu dilin 

məktəblərimizdə əsaslı şəikldə öyrədilməsinə çalışırdılar. Azərbaycanda ana 

dilində məktəblərin açılması və ana dili təliminin qaydaya salınması dövrün vacib 

tələblərindən biri kimi ziyalılarımızı narahat edirdi. Bu mübarizədə N. Nərima-

novun xidmətləri xüsusilə diqqətəlayiqdir. N. Nərimanov 1906-ci ildə Bakıda 

keçirilən Müsəlman Müəllimləri Qurultayının təşkilat komissiyasının sədri idi. 

Komissiya yeni dərsliklər tərtib etmək, yeni metodlar müəyyənləşdirmək və s. bu 

kimi işləri yerinə yetirməli idi. 

1907-ci  ildə M. Mahmudbəyov “Türk əlifbası və ilk qiraət” dərsliyini, 1909-cu 

ildə A. Səhhətlə birlikdə yazdığı “Türk dilinin təlimi üçün üçüncü ilə məxsusu 

qiraət kitabı” adlı oxu dərsliyini, 1911-ci ildə “İmlamız”  kitabını çap etdirir. 

Hüseyn Minasazov ( 1881- 1932)  Qori Seminariyasında  tam kursu 1894-cü ildə 

bitirmiş, müəllim işləmişdir. O, xalqın bir amal uğrunda birləşməsi naminə, onların 

dünyagörüşünün inkişafı, əhalinin maariflənməsi yolunda misilsiz xidmətlər 

göstərmişdir. 1909-cu ildə Minasazov rus dilində nəşr olunan “Zaqafqaziya” 

qəzetində çıxış edərək seminariyanın nəzdindəki müsəlman şöbəsinin sərbəst 

olaraq Azərbaycanın şəhərlərindən birinə köçürülməsini təklif etmişdi. 1918-ci ildə 

Qoridə seminariya bağlandıqdan sonra Azərbaycan şöbəsi həmin il F. Köçərlinin 

rəhbərliyi ilə Qazax şəhərində fəaliyyətə başlayır. Bu seminariya o dövrün ən yaxşı 

maarif ocaqlarından biri sayılırdı. Seminariya gənclərin  yalnız bədii təfəkkürünün 

inkişafında deyil, həm də dünyagörüşünün formalaşmasında mühüm rol oynayırdı. 

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının 

yaranmasında  Seminariyanın yetişdirdiyi kadrların əvəzsiz rolu 

olub.  Azərbaycanın bir sıra görkəmli maarif, mədəniyyət, elm, ədəbiyyat və 

incəsənət xadimləri bu seminariyanın məzunu olmuşlar. 

F. Köçərli Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət göstərdiyi 

dövrdə arzularını həyata keçirməyə çalışırdı. O, təhsilin məzmununun 

milliləşdirilməsi ideyasını irəli sürdü. ADR-in maarif naziri Həmid bəy 

Şahtaxtinski köhnə proqramları yenidən tərtib etmək məqsədilə F. Köçərliyə 




göndərdi. F. Köçərli təhsildə milliləşmə ilə əlaqədar proqramlarda Azərbaycan 

türkcəsinə uyğun gəlməyən bəzi sözləri redaktə etdi, “Azərbaycan tarixi” kursunun 

yeni proqramını qəbul edərək tarix dərslərini həmin proqram əsasında keçməyi 

təklif etdi. Proqramda türk qəbilələri və xalqları, qədim türk dövlətləri, onların 

mədəni xidmətləri, Azərbaycan haqqında tarixi məlumatlar, Şah Abbas, Nadir şah, 

Şirvan xanları və s. haqqında biliklər vermək nəzərdə tutulurdu. Əsrlər boyu tarixi 

həqiqətlər parçalanmış, gənc nəslə saxta tarix öyrədilmişdi. Qazax Müəllimlər 

Seminariyası cümhuriyyət dövründə təhsil sisteminin milli əsaslar üzərində 

qurulmasında dayaq rolu oynamaqla tarixi vəzifəni yerinə yetirdi. 

Ü. Hacıbəyovun (1885-1948) yaradıcılığı xüsusilə rəngarəng idi. İlk Azərbaycan 

operasının müəllifi olan və yaradıcılıq sahəsinin hamısından istifadə edən bu 

böyük bəstəkar, həm də yazıçı və publisist kimi  yaradıcılığını xalqına xidmətə – 

onun müstəqilliyinə yönəltmişdi. Xalq azadlığı, şəxsiyyət azadlığı, fikir azadlığı 

ideyalarını təbliğ edən ədib yazırdı: “ Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə 

anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir 

məmatdır.” Ü. Hacıbəyov sənət əsərlərinin həm xalqın maariflənməsində. Həm 

də  inqilabi mübarizəsində böyük təsir gücünə malik olduğunu söyləyirdi. 



H. Əfəndiyev (1880-1963) 

Qori Müəllimlər Seminariyasın

da Zaqatala qazası üzrə 

təhsil alan ilk soydaşlarımızdandır. Doğma kəndində müəllimlik edən Həmzət bəy 

öz vəsaiti hesabına məktəblər açır, cəhalətə və avamlığa qarşı mübarizə aparmışdır. 

O, ibtidai məktəblərin açılmasında fəal iştirak etmiş, məktəblərdə qızların sayının 

çoxalmasına nail olmuşdur. H. Əfəndiyevin yetirmələri arasında alim, professor, 

dövlət xadimləri var idi. 

O dövrdə Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, 

Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük 

maarifçi və ictimai xadim Firudin bəy Köçərli həm seminariyaya başçılıq edir, həm 

də yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, 

qaçqınlara yardım fondu yaradırdı. 

Qori Seminariyasın

ın Azərbaycan bölməsi 

1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərdi. 



  Dövrünün görkəmli ziyalı qadını Şəfiqə Əfəndizadə ( 1882-1959) Azərbaycanın 

ilk maarifpərvər qadınlarındandır.1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani 

idarəsində müəllimlik attestatı almış, Azərbaycan qadın təhsili tarixində ilk dəfə 

dərs demişdir. Öz yazılarında qadınları, anaları elmə, təhsilə, maarifə, mədəniyyətə 

səsləyirdi. Şəfiqə Əfəndizadə yazırdı ki, Vətən bizim qeyrətimizə, millətin səadəti 

bizim səylərimizə möhtacdır, qəlbində Vətəninə məhəbbət hiss edən hər bir insan 

var gücü ilə vəzifəsini yerinə yetirməyə çalışmalıdır. Qori Seminariyasının 

məzunu Fərhad Ağazadə də hər məqaləsində xalqının, millətinin nicatını elmdə, 

təhsildə gördüyünü yazır, gəncləri təhsil almağa dəvət edir, valideynlərə uşaqlarını 

məktəbə göndərməyi tövsiyə edirdi. 

1920-ci ildə Firidun bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. 

Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli 



Hüseynov rəhbərlik edir. 

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük 

təkan verdi. 1919-cu ilin əvvəlində Azərbaycanın böyük şəhərlərində 23 dövlət 

orta təhsil müəssisəsi ( o cümlədən,  6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 




müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi) 

fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının fəaliyyətinin  nəticəsi kimi 

qısa vaxtda Azərbaycanda pedaqoji kursları açıldı. Gəncədə, Qazaxda, Şuşada, 

Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları, müxtəlif cəmiyyətlər, 

xeyriyyəçi kurslar təşkil edildi. 

Bu məktəb əslində ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşıyırdı. 

Lakin Qori Seminariyasının Azərbaycana verdiyi kadrları Rusiya imperiyası 

dövründə heç bir ali təhsil ocağı verməyib. Qori Seminariyasını bitirən 

nəsil 

Azərbaycan musiqisinin



, mədəniyyətinin, maarifinin, təhsilinin inkişafında 

müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı 

mübarizənin önündə getdilər. Mehdixan Vəkilov Səməd Vurğun haqqında 

xatirələrində yazır: “Seminariyadakı təhsil sistemi, daxili qanun-qayda, 

müəllimlərin pedaqoji rəftarı, özfəaliyyət, ictimai işlər… Səmədin inkişafına və 

fikrən təşəkkülünə ilkin güclü təsir göstərirdi.” 

Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər xalqın milli ənənələr, 

vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadılar. Qori 

Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində 250 müəllim hazırladı. 

Bu məzunlar arasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy 



Köçərli, Hüseyn Minasazov, Ə. Seyidov, S. Vəlibəyov, Teymur bəy Bayraməli-

bəyov, Y. Qasımov, M. Ə. Xələfov və  onlarla başqa görkəmli şəxsiyyətlərin adla-

rını çəkmək olar. 



Səməd Vurğun

, 

Mehdixan Vəkilov

, 

Osman Sarıvəlli

, 

Mehdi Hüseyn

, 

Seyfulla 

Şamilov

, 

İsmayıl Şıxlı

 kimi böyük bir ziyalı nəsli isə Qazax Seminariyasının 

yetirmələri idilər. 

Bu ziyalıların irsi elm, əhsil və mədəniyyətin bir çox sahələrinin inkişafında ən 

zəngin və maraqlı mənbə kimi bu gün də öz əhəmiyyətini saxlayır. Onların elmi və 

bədii irsi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsəniətinin ən dəyərli 



nümunələridir. 

 

Yüklə 79,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə