41
Yaşar Qasımbəyli,
filologiya elmləri doktoru
VƏTƏNDAŞLIQ ŞEİRİYYƏTİ
“Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində
vətəndaşlıq lirirkasının əsas yaradıcılarından biridir”.
Akademik İsa Həbibbəyli
Xanəli Kərimli poeziyasını dəyərləndirib, təhlil edərkən
bü tünlükdə ötən yüzilin şeir sənətini nəzərdən keçirmək
zərurəti doğulur. Onun lirikasının doğuluşunu və mənşəyini
göz önünə gətirmək, onun hansı qaynaqlardan və irmaq-
lardan qidalandığını təsəvvür etmək üçün biz əsrin ədəbi
gedişatını qısaca da olsa ardıcıllıqla izləməliyik. Bu nöqteyi-
nəzərdən yanaşarkən, XX
yüzil Azərbaycan poeziyasında
Vətən və vətəndaşlıq mövzusundakı şeirlər əsas bədii-fəlsəfi
təmayüllərdən biri kimi diqqəti cəlb edir. Bu ədəbi təmayülün
əsrin başlanğıcındakı Mirzə Ələk bər Sabir, Məhəmməd Hadi,
Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və başqaları kimi
nəhəng korifeyləri əbədiyaşar poetik örnəklərini bizə yadigar
qoyub getmişlər. Xüsusən, “mollanəsrəddinçi” sənətkarların
yaradıcılığı milli-bədii təfək kürün bu yöndə inkişafına mi-
siliz təsir göstərib. Oktyabr çevri lişinə qədər Azərbaycan
ədəbiyyatında vətəndaşlıq poeziyasının və nəsrinin son dərə-
cə qiymətli təcrübəsi və mərhələsi formalaşıb. Amma sovet
dövründə milli ədəbiyyatımızın poetikası və tematikasında
köklü dəyişikliklər baş verdiyi kimi, bu sahədə də mühüm
keyfiyyət dəyişikliklərini müşahidə edirik. Oktyabr inqilabı,
kommunistlər partiyası, Lenin, Stalin və sovet cəmiyyətinin
bir çox başqa rəmzləri, atribut və sənədləri haqqında onlar-
la, yüzlərlə konyuktr əsərlər yaradılmasına baxmayaraq,
ümumən, sovet dövrü poeiziyasında da vətəndaşlıq şeirinin
bir sıra gözəl və qiymətli nümunələri yaradılmışdı. Xüsusən,
Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul
Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Mirvarid Dilbazi, Balaş