Xanım Theodora bakoyannis- yunanıstanın keçmiş Xarici İşlər Naziri



Yüklə 23,74 Kb.

tarix01.08.2018
ölçüsü23,74 Kb.


 

 

 



 

 

 



Açıq Məktub 

Xanım Theodora BAKOYANNIS- Yunanıstanın keçmiş Xarici İşlər Naziri  

Cənab Deniz BAYKAL- Türkiyənin keçmiş Cümhuriyyət Halk Partisi (CHP) lideri 

Cənab Jean-Marie BOCKEL, Fransanın keçmiş Ədliyyə üzrə Dövlət Katibi  

Cənab Mevlüt ÇAVUSOGLU, Türkiyənin Aİ üzrə Naziri və Ali Danışmanı, keçmiş AŞPA 

Prezidenti 

Cənab Agustín CONDE, İspaniya Parlamentinin üzvü  

Cənab Mikulas DZURINDA, Slovakiya Respublikasının keçmiş Baş Naziri 

Xanım Cheryl GILLAN, Uelsin keçmiş Dövlət Katibi 

 Cənab Pasquale NESSA, İtaliya senatının keçmiş üzvü, AŞPA-nın keçmiş üzvü 

Cənab  Luca VOLONTÈ, Novae Terrae Fondunun Direktoru, İtaliya Parlamentinin keçmiş 

üzvü, AŞPA Şərqlə Əməkdaşlıq Siyasəti qrupunun keçmiş sədri 

Cənab Robert WALTER, AŞPA BB nümayəndə heyətinin sədri 

Cənab Jordi XUCLÀ, AŞPA ALDE qrupunun sədri 

və 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) digər 114 üzvünə



  

 

 



 

 

 



 

 

 



 

Paris və Vyana, 23 Aprel 2014 

Əziz AŞPA üzvləri, 

Siz keçən il AŞPA-nın  iclasında taleyüklü  bir səsvermədə  iştirak etmisiniz.  Siz 2013-cü ilin 

Yanvar  ayında  öz  assambleyanız  tərəfindən  2009-cu  ildə  seçilmiş  məruzəçinin  hazırladığı 

qətnamənin  əleyhinə  səs  verdiniz.  Qətnamə  125  nəfərin  əleyhinə,  və  79  nəfər  isə  lehinə  səs 

verməsi ilə məğlub oldu. 

Qətnamə  bildirirdi  ki,  Azərbaycanda  siyasi  məhbuslar  məsələsi  hələ  də  həll  olunmamışdır. 

Qətnamə  göstərirdi  ki,  “

müxalifətlə  əlaqəsi  olan  siyasətçilərin,  fəalların,  jurnalistlərin, 

bloqqerlərin,  dinc  etirazçıların”

  həbsləri  hələ  də  davam  edir  və  bu  sistematik  problemdir.




 

 



AŞPA-da keçirilmiş bu səsvermə Azərbaycana çox uğursuz bir siqnal göndərdi. 

Azərbaycan  Prezidenti  26  dekabr  2012-ci  ildə  AŞPA-da  səsvermə  ərəfəsində  bəzi  siyasi 

məhbusları  əhv  etmişdi.  Qətnamə  rədd  edildiyinə  və  yeni  məruzəçinin  təyin  edilmədiyinə 

görə yeni həbslər dalğası başladı. 

Bəzi  insan  hüquqları  təşkilatları  və  qətnaməni  dəstəkləyən  AŞPA  nümayəndələri  bu 

hadisələrin  baş  verə  biləcəyini  öncədən  xəbərdar  etmişdi. 

Viola  von  Cramon-Taubadel 

(Almaniya) 

qeyd etdiyi kimi:  

Fırlanan qapı siyasəti müstəqil jurnalistləri susdurmaq üçün bir taktika olaraq istifadə edilir. 

Bu, siçan-pişik oyununa bənzəyir, jurnalistlər həbs olunur, azad olunur və sonra yenidən həbs 

olunur. Hamıya növbəti hədəfdə kimin olacağı aydındır. 

 

AŞPA-dakı  heç də bütün  səsvermələrin dərhal  nəticələri olmur, lakin bunun oldu.  Bu, hətta 



Avropa Şurasının inandığı və çalışdığı bir sıra insanların həbsinə də gətirib çıxardı. 

Siz  yəqin  ki,  İlqar  Məmmədov-  müxalif  partiya  lideri,  Avropa  Şurasının Bakı  Siyasi  Elmlər 

Proqramın rəhbəri və Anar Məmmədli- aparıcı seçki monitorinqi qrupunun rəhbəri və AŞPA 

Siyasi  Məhbuslar  üzrə  Məruzəçisinin  məsləhətçisi  barəsində  eşitmisiniz.  Onların  hər  ikisi 

Avropa Şurasına etibar edirdi. Onların hər ikisi 2013-cü ildə həbs olundu. Məmmədov bu ilin 

Mart  ayında  yeddi  il  azadlıqdan  məhrum  edildi.  Məmmədlinin  məhkəmə  prosesi  21  Aprel 

2014-cü ildə başladı. Bu, hakimiyyətin AŞPA-na barmaq silkələməsi idi. 

Polis  Yanvar-  May  ayları  ərzində  onlarla  gənci  həbs  etdi.  Onlar  sülh  şəraitində  baş  verən 

əsgər ölümlərinə etiraz  dediklərinə  görə həbs  edilmişdilər. Onlardan bəziləri qanunsuz silah 

saxlamaqda  və  ictimai  asayişi  kütləvi  şəkildə  pozmaqda  ittiham  edilirdi.  Onlardan  yeddisi 

NİDA-  demokratiya  tərəfdarı  olan  gənclər  təşkilatının  üzvüdür.  Biri  isə  Azad  Gənclik 

təşkilatının üzvüdür. Bu gənclər 6.5-8.5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. 

İndi 18-30 yaş arasında səkkiz fəal aclıq aksiyasına başlayıb. Onlar öz sağlamlıqlarını, bəlkə 

də həyatlarını təhlükəyə atıblar. Bunun qarşısı alına bilərdi. Bunu hələ də etmək olar. 

Biz  ümid  edirik  ki,  siz  Yanvar  ayında  keçirilən  səsvermədə  yalnış  qərar  verdiyinizi  başa 

düşmüsünüz. Siz bu repressiv rejimə güvənməkdə yanılmısınız. Bu səhvin insan həyatı üçün 

dəyəri  yüksəkdir  və  risklər  getdikcə  artır.  Amnesty  International  bütün  səkkiz  gənc  fəalı, 

habelə Məmmədli və Məmmədovu vicdan məhbusu kimi tanımışdır. 

Biz, sizi Azərbaycanda olan vəziyyətin kəskinləşməsi, gənclərin aclıq aksiyasına başlamasının 

işığında verdiyiniz qərarın nəticələrini düzəltmək üçün cəhd etməyə çağırırıq. 

Xüsusilə, aşağıdakıları edəcəyinizə ümid edirik: 

 



Prezident  İlham  Əliyevə  14  May  2014-cü  il  Azərbaycan  Avropa  Şurası  Nazirlər 

Kabinetində sədrliyə başlamamışdan öncə İlqar Məmmədov, Anar Məmmədli və aclıq 

aksiyasının iştirakçısı olan səkkiz fəalı əhv etməsi üçün müraciət etmək; 

 



Avropa  Şurasının  Baş  Katibinin  Azərbaycana  təcili  səfər  etməsi,  bu  və  digər  siyasi 

məhbuslarla bağlı güclü və inandırıcı danışması üçün müraciət etmək; 




 

 



 

2013-cü  ilin  Yanvar  ayında  keçirilən  səsvermədən  sonra  başlayan  həbs  trendini 



araşdırmaq üçün  yeni  siyasi  məhbuslar üzrə məruzəçinin təyin  edilməsi  təşəbbüsünü 

dəstəkləmək; 

Burada  bir  acı  həqiqət  var.  Azərbaycan  tarixində  heç  zaman  Avropa  Şurasının  Nazirlər 

Komitəsində  sədrliyə  başlamağa  hazırlaşdığı  bir  dövrdəki  qədər  siyasi  məhbus  olmamışdır. 

Bu gün Azərbaycanda sadalanan ondan daha artıq sayda siyasi məhbus var. Avropa Şurasına 

üzv olan dövlətdə siyasi məhbus olmamalıdır. AŞPA 2013-cü il Yanvar ayından etibarən bu 

məsələyə  göz  yummuşdur.  Ümid  edirik  ki,  bizə  bunu  dəyişmək  üçün  çox  gec  olmadan 

yardımçı olacaqsınız. 

 

Səmimiyyətlə, 



 

Gerald Knaus, Kristof Bender, Emin Milli 



 

European Stability Initiative 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə