Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
  1   2   3   4   5   6   7   8


312 

 Journal of Azerbaijani Studies 



CƏNUBİ AZƏRBAYCANDA DEMOKRATİK HƏRƏKATIN 

(1941-1946-CI İLLƏR) MƏĞLUBİYYƏTİ: SİYASİ VƏ 

GEOSİYASİ SƏBƏBLƏR 

 

Xaqan BALAYEV

1

 

(Azərbaycan Milli Elmlər Akademiyası) 

 

 GİRİŞ 

 

 



Cənubi  Azərbaycanda  demokratik  hərəkatın  başlanması,  1945-ci  ilin 

dekabrında  Azərbaycan  Milli  Məclisi  və  Milli  Hökumətinin  fəaliyyətə 

başlayaraq  Azərbaycan  muxtariyyətinin  elan  olunması  və  1946-cı  ilin 

dekabrında  hərəkatın  məğlubiyyəti    İkinci  Dünya  müharibəsi  və  SSRİ-nin 

Böyük  Vətən  müharibəsi  dövründə    İranın  sosial  və  iqtisadi    şəraiti,  daxili  və 

xarici  siyasəti,  geosiyasi  vəziyyəti,  müttəfiq  dövlətlərin  (SSRİ,  Böyük 

Britaniya, ABŞ) maraq və mənafeləri,  qarşılıqlı münasibətlərindəki   mürəkkəb 

və ziddiyyətli proseslərlə əlaqədar idi. 

1941-1946-cı  illərdə  Cənubi  Azərbaycanda  baş  vermiş    proseslər  sovet,  o 

cümlədən  Azərbaycan  tarix  elmində,  vahid  siyasi  doktrinanın  hökm  sürdüyü 

şəraitdə   obyektiv tədqiqat aparmaq imkanı olmadığına görə, birmənalı şəkildə 

milli-azadlıq  hərəkatı  kimi  qiymətləndirilmişdir.  SSRİ-nin  süqutundan  sonrakı 

ilk illərdə Azərbaycan tarixçilərinə obyektiv tədqiqat aparmaqda sovet rejiminin 

ideoloji  stereotiplərindən  əlavə  ikiyə  bölünmüş  xalqın  daimi  qovuşmaq 

arzusundan  doğan  milli  təəssüb  hissləri  də  mane  olmuşdur.  Arxivlərin  bağlı 

olması  da öz rolunu oynamışdır. 

Son  illərdə  nəşr  olunan  elmi  ədəbiyyatda  hadisələr  arxiv  sənədləri əsasında 

bu  və  ya  digər  dərəcədə  obyektiv  şəkildə  araşdırılmışdır.  Hadisələrə  tam 

obyektiv siyasi qiymət verilməsi üçün tədqiqatların davam etdirilməsinə ehtiyac 

vardır. 


Cənubi  Azərbaycandakı  hərəkat  Sovet  İttifaqının  yardımı  ilə  başlayaraq, 

onun  tərəfindən himayə olunsa da, bunun üçün  əsaslı sosial və iqtisadi, siyasi  

şərait var idi. İran əhalisinin üçdə birini təşkil edən, 280 min kvadrat kilometr 

əraziyə  malik  olan  beş  milyonluq  Cənubi  Azərbaycan  xalqı  İran  dövləti 

tərəfindən əsrlər boyu iqtisadi əsarətə məruz qalaraq, bütün milli hüquqlarından 

məhrum  edilmişdi.  Şovinist  İran  fars  dövləti  təhqiramiz  üsullardan  da 

çəkinməyərək, Cənubi Azərbaycan xalqının milli mənsubiyyətini və dilini inkar 

edir,  onun    fars  əsilli  xalq  olduğunu,  Səlcuqilər  dövründə  assimilyasiyaya 

uğrayaraq  türkləşdiyi  iddiasını  irəli  sürür  və  əslində  linqusid  (“genosid” 

anlayışının  dilə  aid  analoqu:    müəyyən  bir  dilin  kökündən  ləğv  edilməsi) 

siyasəti  yeridirdi.  İran  əhalisinin  üçdə  birini  təşkil  edən  xalqın  öz  ana  dilində 

                                                 

1

 AMEA  İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun doktorantı 




Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

313 


məktəbinin,  mətbuatının  olmaması,  öz  idarəsində,  məhkəməsində  fars  dilini 

işlətməyə  məcbur  edilməsi,  ölkənin  ali  qanunverici  orqanında  və  dövlət 

təsisatlarında  sayına görə təmsil olunmaması milli əsarətin bariz təzahürü idi.  

Milli  istiqlal  uğrunda  bir  neçə  dəfə  mübarizəyə  qalxmış  xalq  məğlubiyyətə 

uğrasa da, inamını itirməmişdi.  

1941-ci  ilin  avqustunda  sovet  qoşunları  Cənubi  Azərbaycanı  və  ölkənin 

digər  şimal  rayonlarını  zəbt  etdikdən  sonra    Azərbaycan  xalqının  müəyyən 

hissəsi  milli  əsarətdən  xilas  olmaq  məqamının  yetişdiyini  düşünərək, 

mübarizəyə hazır idi və çoxəsrlik arzusunun gerçəkləşməsini milli muxtariyyət 

əldə  etməkdə  görürdü.  Müstəqil  dövlət  quraraq  sonradan  Azərbaycan  SSR-ə 

birləşmək  ideyasının  da  tərəfdarları  var  idi.    Mir  Cəfər  Pişəvəri  dönə-dönə 

söyləyirdi ki, bu fürsəti əldən buraxsaq, tarix bizi heç zaman bağışlamaz. 

Elmi  ədəbiyyatdan  məlumdur  ki,  1945-ci  ilin  dekabrında  Cənubi 

Azərbaycanda M. C. Pişəvərinin bəzən “inqilab”, əsasən “qiyam” (8, 357, 358, 

393  və  s.),  H.  Həsənovun  “demokratik  çevriliş”  (15,  556),  C.  Həsənlinin 

“hakimiyyətin zəbt edilməsi”   (14, 202) adlandırdıqları silahlı dövlət çevrilişi   

ÜİK(b)P  MK  Siyasi  Bürosunun  “Cənubi  Azərbaycanda  və  İranın  digər  şimal 

vilayətlərində  separatist  hərəkatın  təşkil  edilməsi  tədbirləri  haqqında”    6  iyul 

1945-ci  il  tarixli  qərarı  ilə  həyata  keçirilmişdi.    Bu  qərarda  İran  dövlətinin 

tərkibində  geniş hüquqları olan Azərbaycan Milli Muxtar Əyalətinin, separatist 

hərəkata  rəhbərlik  etmək  üçün  Azərbaycan  Demokrat  Partiyasının,  həmçinin 

Kürdüstan Demokrat Partiyasının və  Kürdüstan Muxtar Əyalətinin yaradılması 

nəzərdə  tutulurdu.  Həmin  qərarla  bu  separatist  hərəkatların  tam 

maliyyələşdirilməsi  tapşırığı  da  verilmişdi  və  artıq  iyulun  20-dən  icrasına 

başlanmışdı. Qərarın yerinə yetirilməsi və icrasına nəzarət Malenkov, Molotov, 

Beriya və Bağırova həvalə olunmuşdu.   

Ən yeni tarixə nəzər salınsa,  milli-azadlıq,  yaxud demokratik hərəkatların 

məhz  böyük  dövlətlərin    himayəsi  ilə  həyata  keçirildiyini  çoxlu  faktlar  təsdiq 

edir.  Cənubi Azərbaycandakı hərəkat da istisnalıq təşkil etmirdi. 

Sovet  İttifaqı  ÜİK(b)P  MK  Siyasi  Bürosunun  6  iyul  1945-ci  il  tarixli 

qərarından  əvvəl  bütün  beynəlxalq  hüquq  normalarını  pozaraq,  Cənubi 

Azərbaycanı  öz  ərazisi  kimi  idarə  etməyə  başlamışdı.  İyunun  10-da  Stalin 

“Şimali  İranda  sovet  sənaye  müəssisələrinin  təşkili  haqqında”  SSRİ  Nazirlər 

Sovetinin,  iyunun  21-də  “Şimali  İranda  neft  geoloji-kəşfiyyat  işlərinin 

aparılması haqqında” Dövlət Müdafiə Komitəsinin qərarlarını imzalamışdı. 

Avqust  ayından  ÜİK(b)P  MK  Siyasi  Bürosunun  qərarında  nəzərdə  tutulan 

Azərbaycan  Demokrat  Partiyasının  yaradılmasına  hazırlıq  işləri  başlanmışdı.  

Sentyabrın 7-də Təbrizdə İran Xalq Partiyasının  – Tudənin Azərbaycan əyalət 

təşkilatı  öz  konfransında  bütün  təşkilatla  yeni  yaradılacaq  partiyanın  tərkibinə 

daxil  olmaq  haqqında  qərar  qəbul  etdi.  Oktyabrın  2-də  Təbrizdə  Azərbaycan 

Demokrat Firqəsi adlandırılan partiyanın birinci təsis qurultayı oldu. Partiyaya  

sədr seçilmiş Pişəvərinin və onun silahdaşlarının rəhbərliyi altında Azərbaycan 

Milli Muxtar Vilayətinin yaradılması istiqamətində hərəkat başlandı.  



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə