Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
1   2   3   4   5   6   7

 

böyük  həvəs  göstərirdi.  Kiçik  yaşlarından  Xaqani  əmisi 



Kafiəddin Ömər ibn Osmanın himayəsində böyüyüb boya-başa 

çatmış, hələ  gənc yaşlarında dağ çeşməsi kimi çağlayan nadir 

poetik  istedadı,  yeri  gəldikdə  bədahətən,  özü  də  izahlı  və 

mənalı  şeir  demək  hünəri  onu  hələ  onsəkkiz  yaşında  ikən  o 

zamanın  yaxın-uzaq  ölkələrdə  sayılan  dövlətlərindən  olan 

Şirvanşahlar  səltənətinə  gətirmişdir.  Bu  parlaq  istedad 

Məniçöhrün  xüsusi  fərmanı  ilə  dövrünün  ədəbi  içtimai 

mühitində  ən  ali  məqam  sayılan  “Xaqani”  təxəllüsünə  layiq 

görülmüşdür.  Xaqani  dünyanı  kəşf  etməyə,  dərindən 

öyrənməyə  böyük  həvəs  göstərirdi.  Belə  ki,  o,  Şirvanşahın 

qəzəbinə  tuş  gələcəyinə  məhəl  qoymadan    Xorasana  və 

dövrünün  ədəbiyyat  mərkəzi  hesab  olunan  Bağdada  səfər 

etmiş,  burada  “Töhfətul-İraqeyn”  poemasını  və  məşhur 

divanını  yazmış,  sonralar  isə  “Mədain  xərabələri”  qəsidəsini 

yazmağa  müvəffəq  olmuşdur.  Şair  İsfahandan  keçərkən  bu 

şəhəri  tərənnüm  edən  şeirlər  yazmışdır.  Xaqaninin  sosial  və 

emosianal  fenomenlərdən    təsirlənərək  yaratdığı  “Xəmt-əl 

Qəraib”  və  “Münşəat”  da  onun  məşhur  divanına  daxildir.  Bu 

səfərdən  qayıtdıqdan  sonra  Xaqani  ilə    Şirvanşah  arasında 

böyük  problemlər  yaranır,  şair  həbsxanaya  düşür.  Xaqani 

“Həbsiyyə” şeirini də bu dövrdə qələmə almışdır. İkinci Həcc 

səfərindən  sonra  Xaqani  öz  oğlunu  və  həyat  yoldaşını  itirmiş, 

bütün  bunlar  onu  tərki-dünyalığa  və  ruh  düşkünlüyünə  düçar 

etmişdir.  Həyatının  son  illərində  Təbrizə  köçmüş  böyük  şair 

1199-cu ildə (hicri tarixinin 529-cu ilində Təbrizdə vəfat etmiş 

və 


buradakı 

Məqbərətüs-şüəra 

qəbristanlığında 

dəfn 


olunmuşdur. Onun qəbri indi də durur. Nizami Gəncəvi şairin 

ölümündən sonra ona mərsiyə yazır.  

 

Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar 



Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.  

 



 

Ölümündən  sonra  onun  poetik  üslubu  Əmir  Xosrov  Dəhləvi, 



Cami və s.

 

kimi bir çox məşhur şərq şairləri üçün örnək təşkil 



etmişdir. Azərbaycan klassikləri  kimi, Xaqani Şirvani də fars 

ədəbiyyatına  daxil  edilir.  Buna  baxmayaraq  şairin  Avropada 

tanınması  işində  ingilis    şərqşünasların  xidmətləri  əlbəttə, 

inkaredilməzdir.  Onların  tədqiqlərində  yeri  gəldikcə    şair 

haqqında yeni  fikir və mülahizələrə təsadüf edilir.   Xaqaninin 

məşhur  “Töhfətül  İraqeyn”  əsəri,  eləcə  də  bir  sıra  qəsidə  və 

qəzəllərinə E. Braunun verdiyi təhlil diqqəti cəlb edir. 

Xaqani  Şirvaninin  anadan  olmasının  890  illik  yubileyi  ilə 

əlaqədar  olaraq,    bir  sıra    tədbirlər;  kitab  müzakirəsi,  oxucu 

konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  ədəbi-bədii  gecə  keçirilə 

bilər.  Bu  şairi  sevdirmək,  yaradıcılığını  gənc  nəslə  və 

şagirdlərə    tanıtmaq  və  eyni  zamanda    oxucularda  mütailə 

vərdişi  aşılamaq    məqsədi  daşıyır.

 

Xaqani Şirvaninin 890 illik 



yubileyi  ilə  əlaqədar  kitabxanada  kitab  sərgisi  keçirilməsi 

məqsədəuyğundur.  Sərgiyə  müxtəlif  başlıqlarlar  verilə  bilər. 

Bunlardan  “Yoxsullar  şairi  Xəlqani”,  “Şərqin  şairi”,  “Poetik 

istedadla  həyat  həqiqətinin  nadir  vəhdəti”,  “Böyük  filosof-

Xaqani  Şirvani”,  “Poemanın  banisi”,  “Azərbaycan  və  dünya 

poeziyasının  qiymətli  incisi”,“Mən  bir  quşcuğazam  cismim 

qəfəsdədir”,  “Müdrüklük  qalası”,  “Kamal  mayasında  bir 

zərrəyə  dönən  şair”,  “Şaham,  mənim  əlimdədir  bu  söz  mülkü, 

söz  diyarı”  və  s.  misal  göstərmək  olar.  Bununla  yanaşı  şairin 

müxtəlif  illərdə  çəkilmiş  foto  stendi,  Xaqani  Şirvaninin 

kitabları  sərgidə  öz  yerini  alır.  Şairin    öz  əsərləri  ilə  yanaşı, 

müxtəlif ədiblərin şair haqqında yazdığı materiallar da sərgidə 

nümayiş olunur. Görkəmli insanların şair haqqında söylədikləri 

kəlamlar və şeir parçaları da sərgidə verilir. 

 

 

 



 

 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Görkəmli şəxsiyyətlərin şair haqqında söylədikləri 

fikirlər : 

 

Xaqani  poeziyası  öz  dövründən  başlayaraq  bu  günə  qədər 



Şərqin,  o  cümlədən  Azərbaycanın  bir  çox  sənətkarları  üçün 

örnək, nümunə olmuşdur. 

  

Sənətin  Xaqani  zirvəsindən  sonra  şeirdə  elə  yeni  qeyri-adi  bir 



zirvə  yaranır  ki,  bu  zirvə  ən  yüksək,  ən  uca  zirvə  kimi  qəbul 

olunur. 


 

 

                                                                              Xəlil Yusifli 



Professor 

 

Xaqani  zəmanəsindəki  içtimai  hadisələrə  qarşı  son  dərəcə 

həssas olmuşdur. O, böyük bir ədəbi irs qoyub getmişdir.  

 

 



Məmmədağa Sultanov 

Əməkdar mədəniyyət işçisi

 


 

Xaqani yaradıcılığında azadlıq meyli daha çox qüvvətlidir.  



 

Xaqaninin  gözəl  əsərləri,  məğrurluğu,  dərin  bilikli  və 

hazırcavab  bir  adam  olması  Azərbaycan  xalqının  yaddaşında 

əsrlər boyu yaşamışdır. 

 

 

                      Həmid Araslı    



Ədəbiyyatşünas 

 

Azərbaycan  şairləri    daha  çox  Xaqaninin  şeir  sənətinə  yeni 

üslub  gətirməsi  ilə  fəxr  edirdilər.  Xaqani  bütün  əsərlərini 

yüksək sənətkarlıqla yazmışdır.  

 

 

                                    



Azəroğlu  

Şair 

 

Xaqaninin  vətənpərvərlik  mövzusunda  yazılmış  əsərləri 

arasında  “Savalan  dağının  tərifi”  öz  qiymətli  fikri-bədii 

keyfiyyətləri etibarı ilə xüsusi yer  tutur.   

 

Xaqaninin  əsərlərində    Azərbaycan  ruhu,  türk  ahəngi  həmişə 



bariz şəkildə özünü göstərmişdir.  

 

Bəkir Nəbiyev 

                           Ədəbiyyatçunas 

 

Əfzəlddin  Xaqaninin  890  illik  yubileyi  ilə  əlaqədar  

kitabxanalarda  keçiriləcək  tədbirlərdən  biri  də,  “Mən  bir 

quşcuğazam  cismim  qəfəsdədir”  adlı  şeir  müsabiqəsidir. 

Kitabxanaçı  ilk  öncə  şairin  bir  neçə  şeir  kitabını  məktəblilərə 

təqdim  edir.  Məktəblilər  müəyyən  etdikləri  şeiri    əzbərləyərək 

təyin  edilmiş  tarixdə  kitabxanaya  gəlirlər.  Qonaqlar  və 

münsiflər  öz  yerini  aldıqdan  sonra  kitabxanaçı  hər  kəsi 

salamlayaraq  tədbirə  keçid  alır.  O,  ilk  olaraq  Əfzəlddin 

Xaqaninin  həyat  və  yaradıcılığından,  onun  ömür  yolundan, 

əsərlərindən  və  kitablarından  söhbət  açır.  Nəfis  şəkildə    nəşr 

olunmuş kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanır.

 

Kitabxanaçı:    Min  ildən  artıq  ədəbiyyat  tarixinə  malik  olan 

Azərbaycan  xalqı  dünya  şöhrəti  qazanmış  bir  çox  klassik  söz 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə