Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
1   2   3   4   5   6   7
    Bu səhifədəki naviqasiya:
  • Sual

 

ustadları yetişdirmişdir. Xətib Təbrizi, Qətran Təbrizi, Məhsəti 



Gəncəvi,  Nizami  Gəncəvi,  Nəsimi,  Əssar,  Füzuli,  Xətai,  Saib 

kimi  orta  əsr  klassik  şairlərimiz  içərisində  Əfzəlddin  Xaqani 

Şirvaninin  özünəməxsus  yeri  vardır.  Xaqani  Şirvanin    anadan 

olmasından  890  il  keçir.  Bütün  bu  vaxt  ərzində  şairin  biri-

birindən  gözəl  əsərləri  Yaxin  və  Orta  Şərq  xalqlarının  dərin 

marağına  səbəb  olmuş,  onun  son  dərəcə  poetik  və  fəlsəfi 

məzmunlu  şeirlərinə  klassik  şairlər  nəzirələr,  bənzətmələr 

yazmışdır.  Xaqaninin  “Divan”  və  “Külliyyat”ı  əsrlər  boyu 

məhşur  xəttatlar  tərəfindən  üzü  köçürülə-köçürülə  yayılmış, 

dünyanın kitab xəzinələrinin bəzəyi, öz dövrünün şeir və sənət 

aşiqlərinin  dillər  əzbəri  ola-ola,  bizə  qədər    gəlib  çatmışdır. 

Xaqani böyük bir ədəbi irs qoyub getmişdir. Şərq poetikasının 

bütün  xüsusiyyətlərini  əhatə  etmiş,  şairin  bədii-estetik,  siyasi, 

içtimai  və  fəlsəfi  fikirlərinin  inikası  kimi  Azərbaycan 

ədəbiyyatının  ən  diqqətəlayiq  abidələrindən  biri  kimi 

tanınmışdır. Ə.Xaqani hələ kiçik yaşlarından elmə, sənətə ciddi 

maraq göstərmiş, öz dövrünün görkəmli təbibi və filosofu olan 

əmisi  Kafiəddin  Ömər  ibn-Osmanın  təlimi  sayəsində  gözəl 

şeirlər  yazmışdır.  Şairin  yaradıcılığı  çox  şahəlidir.  Bu  gün  o 

dərin məzmunlu rubai və qitələri, ruhu oxşayan lirik qəzəlləri, 

fəxriyyə,  qitə,  mədhiyyə  və  fəlsəfə  qəsidələri,  zəmanə  və 

zəmanə  əhlindən  şikayətləri,  özü  və  əsil-nəsəbi  haqqında 

yazdığı şeirlərdən bir güldəstə toplayıb iştirakçılara və hörmətli 

oxucularımıza təqdim edirik.  

İlk  olaraq  birinci  işrirakçi  “Fəxriyyə”  adlı  şeiri  qiraətli  bir 

şəkildə deməyə başlayır. 

 

           Sənətkarlıq nədir? Bilmək istəsən



           Gəl onun sirrini sən məndən öyrən. 

 

 



 

 

           Kamal mayasında bir zərrə idim, 



           Günəş məqamına indi yüksəldim, 

 



10 

 

           İndi söz məqamı aləmdə mənəm, 



           Şairlərdən üçqat ucadır rütbəm... 

 

İkinci  iştirakçı  səhnədə  öz  yerini  aldıqdan  sonra  “Şaham, 



mənim  əlimdədir  bu  söz  mülkü,  söz  diyarı”  adlı  şeiri  deməyə 

başlayır.  

           Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,   

           Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı. 

 

           Mənim bakir sözlərimdir  xasiyyətdə ruh tilsimi



           Mənim qəlbim nurlandırır ağılları işıq kimi... 

 

Üçüncü iştirakçı isə şairin gözəl əsərlərindən biri olan “Mənim 



könlüm  müəllimdir”  şeirini    qiraətli  bir  şəkildə  deməyə 

başlıyır.  

 

     Mənim könlüm müəllimdir, dizim üstə dəbistanı, 



            O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı. 

 

          Nə hər dildən olar məktəb, nə hər şagird əzbərxan, 



          Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kimi... 

 

Dördüncü iştirakçı “Paxılları məzəmmət ” qəzəlini demək üçün 



səhnəyə yaxınlaşır.  

Nə zaman ayrılarsam bu bağdan, bu çəməndən, 

Yaxın ollam o anda yeganə xaliqə mən.  

 

Təxtü tacım, üzüyüm yoxdur Süleyman kimi



Dəm vururam Alahdan abid bir insan kimi... 

 

Sonda  münsiflər  heyəti  qiraəti  ilə  fərqlənən  iştirakçıları 



mükafatlandırır. 


11 

 

    Ə.Xaqanin  890-illik  yubileyi  ilə  əlaqədar  olaraq  keçirilən 



maraqlı tədbirlərdən biri də “sual-cavab gecəsi”dir. Sual- cavab 

gecəsi  də  başqa  tədbirlər  kimi  oxucular  arasında    mütaliyəyə 

olan  marağı  artırmaq  və  oxu  vərdişi  yaratmaq  xüsusiyyəti 

daşıyır. Xaqani sevərlər, ümumiyyətlə kitab sevərlər toplaşaraq 

tədbirdə  iştirak  edirlər.  İlk  öncə  kitabxanaçı  oxucuları 

salamlayaraq  gəldikləri  üçün  hər  kəsə  ayrılıqda  təşəkkür 

etdikdən  sonra  Ə.Xaqani  haqqında  qısa  məlumat  verir.  Daha 

sonra kitabxanaçı ilk suala keçid alır.  

 

Sual:     Sizcə Xaqani Şirvani kimdir? 

Cavab: 

Xaqani 


Şirvani  Azərbaycanda  İntibah  dövrü 

ədəbiyyatının  ilk  qüdrətli,  dahi  şairidir.  O,  Nizami  Gəncəviyə 

qədər  ədəbiyyata  güclü  içtimai  humanist  məzmun  və  yüksək 

sənətkarlıq 

gətirmişdir.  Azərbaycan  ədəbiyyatında  ilk 

poemanın müəllifi olmuş, çoxəsirlik tarixə malik qəsidə janrını 

əlçatmaz bir yüksəkliyə qaldırmışdır. Onun əsərləri çoxcəhətli 

humanist  məzmunu  ilə  seçilir.  XII  əsr  Azərbaycan  İntibahı 

özününün  ən  yüksək  zirvəsinə  Xaqani  poeziyasının 

çiyinlərində,  onunla birlikdə addımlayırdı.  



Sual:  Xaqaninin    vətənpərvərlik  mövzusunda  yazdığı 

şeirlərdən bir nümunə deyə bilərsinizmi? 

 

Cavab:         Şamaxı! Ey mənim sevimli yurdum, 

 

 



Mən sənin qoynunda xaniman qurdum. 

 

 



 

İndisə acığın tutmuşdur mana, 

 

 

Sənin qucağından ayrılsam, ana,- 



 

 

 



Ümidim, pənahım Təbrizdir, Təbriz  


12 

 

 



 

O şəhər də mənə mehriban, əziz. 

 

 

 



Siz mənə həyatı etdiniz əta, 

 

 



Sən mənə anasan, Təbrizsə ata. 

 

 



 

Anasından küsən körpə bir uşaq- 

 

 

Ata ağuşunda   yer tapar ancaq! 



 

Sual:  Xaqani  oğuz türkü olduğunu  öz əsrlərində  dönə-dönə 

xatırladır.  Deyə  bilərsinizmi,  bu  hansı  əsərində  daha  qabarıq 

şəkildə  önə sürülmüşdür?    

Cavab:  I.  Şair  əslən  oğuz  türkü  ailəsində  doğulmuşdur. 

“Töhfətül  İraqeyin”  əsərində  bununla  bağlı  yazır:  “Bir  əcəm 

türüyəm,  dəricə  deyən,  yalvac  tanıyanam,  tanrı  istəyən”. 

Buradakı  əcəm  türkü  ifadəsi  eynilə  bu  günkü  Azərbaycan  

türkü  sözünün  sinonimi  kimi  qəbul  edilə  bilər.  Maraqlıdır  ki, 

burada şair Allah sözü yerinə onun türk qarşılığı olan Tanrı və 

peyğəmbər sözünün “yalvac” sözünü işlədir.  

II

Şair  başqa  bir  əsərində  də,  əcəm  türklərinin 

(azərbaycanlıların)  şairi  olduğunu,  onların  qəmini  çəkdiyini  

qeyd  edir.  VII  –XII  yüzilliklərdə  ərəbcə  və  digər  dillərdə 

yazmış  başqa  Azərbaycan  şairlərinin  şeirlərində  olduğu  kimi,

 

Xaqani  yaradıcılığında  da  Azərbaycan  xalqının  etnik  cizgiləri 



sözün  geniş  mənasında  şeirə  gətirilmişdir.  Farsların  Xaqanini 

oxuyarkən  “türk  qoxusu  gəlir”  deməsini  Firidun  bəy  Köçərli 

qeyd etmişdir. Bundan başqa bir çox tədqiqatçılar da ərəb-fars 

dilinin  Xaqaninin  öz  doğma  ana  dili  olmadığını,  bu  dilləri 

mədrəsədə mənimsədiyini dəfələrlə qeyd etmişlər.  



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə