Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
1   2   3   4   5   6   7

17 

 

oğrularıdır.  Hamısı  məqsədsiz  və  sənədsiz    adamlardır.  Min 



hiylə  qurub  yol  kəsməklə  məşğuldurlar.  Üzə  gülürlərsə  də,  

ürəklərində  ilan  qıvrılır.    Heç  kəsə  rəhm  etməzlər  cövr  və 

cəfadan  başqa  bir  hünərləri  yoxdur.  Zahirdə  şirin  dilli 

görünürlər,  amma  batinləri  zəhərlidir.”  Şair  Kuhistandan 

keçərək.  Iraqi-Ərəbə  çatır.  Yolda  bir  çəmənlikdə  o,  xəlifənin 

ova  çıxdığını  görür  və  burada  xəlifənin  vəziri  Cəmaləddin 

İsfahani  ilə  tanış  olur.  Xaqaninin  bu  vəzirlə  etdiyi  söhbət 

olduqca  maraqlıdır. O, bu söhbəti belə nağıl edir.  

 

 

Oxudum, dinlədi o söz həkimi,  



 

Bəyəndi ürəkdən şeirlərimi.

  

 

Dedi:-Adın nədir, söylə mənə sən,  



 

Əslin haralıdır? kimsən? Nəçisən? 

 

Dedim:-Tələbəyəm, həmdə sözbilən,  



 

Şirvan şəhərində  doğulmuşam mən.  

 

Sonra,  Xaqani  özünü  bir  söz  ustadı  kimi  öyərək  xəlifə  ilə 



görüşmək  arzusunda  olduğunu  bildirir.  Cəmaləddin  xəlifə 

qarşısında  öz  biliyindən  danışmağın  qorxulu  olduğunu  deyib, 

üzüyünü  ona  hədiyyə  verir.  Xaqani  bu  səfərdən  Şirvana 

qayıtdıqdan sonra Axsitan şah üzüyü ondan tələb edir. Xaqani 

Şirvani  belə  bir  zorakiliyin  ədalətsizlik  olduğunu  söyləyərək,  

üzüyü  vermək  istəmir.  Şah  bu  cavabdan  qəzəblənərək,  üzüyü 

daha  təkidlə  tələb  edir.  Şair  şahın  təklifini  yenə  rədd  edir.  Bu 

hadisə  şahla  onun  arasında  əvvəldən  mövcud  olan  ziddiyyəti 

tamamilə açmış olur. Xaqani üzüklə əlaqədar olaraq baş vermiş 

bu  çəkişməni  qeyd  etdikdən  sonra,  təfəkkür  aləmində  Xızrla 

söhbətindən söz açır və səfəri zamanı gördüyü şəhərləri bir-bir 

təsvir  etməyə  başlayır.  Xaqaninin  sənətkarlığını  öyrənmək 




18 

 

nöqteyi  nəzərindən  də bu  təsvirlərin  böyük  əhəmiyyəti  vardır. 



Bunların  içərisində  Azərbaycan  xalqının  qədim  paytaxtı 

Həmədan  şəhəri  xüsusi  bir  sevgi  ilə  təsvir  edilmişdir. 

“Həmədanın  suyu  lətafətdə  bal  kimidir,  küləyi  zəfəran  ətri 

verir... Əgər kəndlisi yerə qanqal əksə, torpağı zəfəran bitirər... 

Əgər  İraq  həyat  beşiyidirsə,  Həmədan  onun  gəlinidir.  İraqın 

ətrafında  bağ  yoxdur,  amma  Həmədan  məna  baharıdır.  Əgər 

sən  Həmədanda  yurd  salıb  qalsan,  həm  taleyin  üzünə  gülər, 

həm də hər səhər-axşam iki bayram görərsən...” Əsərdə habelə  

İraqeynin  ayrı-ayrı  şəhərlərinin  təsviri  və  s.  vardır  ki,  burada 

onların  hamısını  göstərmək  istəmədik.    Xaqani  Şirvani  tarixi 

şəxsiyyətlərlə çox bağlı olan bir simadır. Hindistandan tutmuş 

İraqeynə qədər Yazın Şərqin bir çox şair və alimləri Xaqanini 

tanımış, onunla məktublaşmış və ona hörmət etmişlər. Odur ki, 

şair  “Töhfətül-İraqeyn”də  səyahəti  zamanı  tanış  olduğu 

müxtəlif  əqidəli,  müxtəlif  dünyagörüşünə  malik  çoxlu 

mədəniyyət  adamları  haqqında  söhbət  açır,  bunlardan  bir 

çoxunu  etiramla  tərif  edir.  O,  Həmədanı  təsvir  edərkən 

Həmədan alimi Məcdəddin Xəlili, Fəxrəddini, İmadəddini  tərif 

edir  və  Həmədanda  təşkil  edilmiş  alimlər  məclisi  haqqında 

danışır.  Bağdadı

 

təsvir  edərkən  şair  o  dövrün  Bağdad  alimləri 



Şəhabəddin Əbu-Nəsr Yusif Diməşqin, onun qardaşı Fəxrəddin 

Diməşqini,  alim  İzzəddin  Əşəri  və  Ziyəddin  Əbu  Nəhifi 

tərifləyir.  “Töhfətül-İraqeyn”  də    Xaqaninin  elmi-fəlsəfi  və 

didaktik  fikirləri  də  müəyyən  dərəcədə  ifadə  edilmişdir.  Bu 

fikirlər  əsas  etibarı  ilə  şairin  Xızrla  söhbəti  zamanı  özünü 

göstərməkdədir.  Şərq  ədəbiyyatında  və  folklorunda  yeri 

gəldikcə yaşıllıq, bahar və çiçək simvolu kimi, dəniz fəlakətinə 

düşənlərin  xilaskarı  kimi  xatırlanan  əfsanəvi  Xızrı  şair 

tamamilə  yeni  bir  sifətdə  təsvir  edir.  “Töhfətül-İraqeyn” 



19 

 

əsərində  Xızr səhər günəşi və ağıllı nəsihətlər verən müdrik bir 



sima  kimi  təsvir  edilir.

 

Xaqaninin    “Divan”ında  da  Xızrla 



əlaqədar fikirlərə çox rast gəlirik. Məsələn; 

 

 



 

Sübh dəman duş Xızr bər dərəm aməd betab. 

 

 

Kədr be avaz-e nərm səbbəhəkəlləh xetab. 



 

“Dünən sübh çağı Xızr ( günəş) nura bürünərkən qapıma gəldi, 

mehriban  səslə  mənə  “sabahın  xeyir”-dedi”.

 

“Töhfətül-



İraqeyn”  əsərində    də  Xızr  (günəş)  sübh  vaxtı  Xaqaninin 

qapısını  açaraq  daxil  olur.  Xaqani  Şirvani  bu  vaxt  təfəkkür 

aləmində olduğunu yazır.  

 

 



 

Gözümü dünyaya açarkən səhər  

 

 

Al-əlvan don geymiş gördüm üfüqlər.  



 

 

Bir səhər nəfəsi, bir aşiq ahı 



 

 

Duydum, seyr edəndə gülən sabahı. 



 

 

Səhərin bayrağı yüksələn zaman 



 

 

Birdən daxil oldu Xızr qapımdan.  



 

Bu  xəyali  Xızrla  şair  arasında  cərəyan  edən  söhbət  çox 

maraqlıdır. Bir bədii vasitə kimi  şair, Xızrla söhbətdən istifadə 

edərək  öz  sənətkarlığını  yüksək  qiymətləndirir,  dünyanın 

quruluşu haqqında fikir söyləyir və zəmanədən şikayətlər edir.  

Şair Xızrın dili ilə öz zəmanəsinə belə qiymət verir: 

 

 

 



İndi, bax, zəmanə korlanmışdır, ah! 

 

 



Cəmşid qul olmuşdur, kor dev- padşah. 

 

 



Get bu şər qapıdan, Xaqani, Hökmən- 

 

 



Haqqın dərgahına pənah apar sən! 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə