Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
1   2   3   4   5   6   7

20 

 

Xaqani  Şirvani  Xızrın  dili  ilə  “get  bu  şər  qapıdan”  dedikdə 



Şirvanşah  Axsitanın  sarayını  nəzərdə  tutur.  Sonra  dünya 

quruluşu  haqqında  verdiyi  suala  cavab  olaraq  Xızr  (yəni 

Xaqani  özü)  fələklərin  ağıl  və  fəhmindən  uzaq  olan  sirlərini 

bilməyin  çətin  olduğunu  deyir  və  geosentrik  nəzəriyyə  irəli 

sürərək, yerin şərafətindən söhbət açır.  

 

 



 

Qəza pərgarını sancıb dərinə, 

 

 

Qoydu ilk nöqtəsini yer üzərinə. 



 

 

Hər xət bir nöqtənin təkamülüdür



 

 

Kainat yer ilə şərafətlənir.  



 

 

Torpaq cövhəridir bu kainatın.  



 

 

Torpaq xəzinəsidir cəvahiratın.  



 

 

Dünyanın beşiyi olmuş bu torpaq. 



 

 

Mənalar torpaqdan doğmuşdur ancaq.  



 

 

Əgər öz meylini salsan sən yerə



 

 

Artar şərafətin birə min kərə.  



 

Bu sözlərin ardınca deyilir ki, torpaq üzərində yetişən insan öz 

ağlı  sayəsində  günəş  məqamına  yüksələ  bilər.  Şair  bu  fikri 

başqa bir yerdə daha açıq söyləyir: 

 

 

 



Ağlın mayasında bir zərrə ikən

 

 



Yenə də ağlımla günəş oldum mən.  

 

Fikrimizi  yekunlaşdırıb  deyə  bilərik  ki,  “Töhfətül-İraqeyn” 



sadəcə  bir  səyahətnamə  olmayıb,  eyni  zamanda,  şairin 

tərcümeyi-halını,  elmi-fəlsəfi  görüşlərini  şəhr  edən,  XII  əsr 

tarixi  şəraiti  haqqında  müəyyən  məlumat  verən,  çox  maraqlı 

poemadır.  Bu  poemaya  Xaqaninin  özü  tərəfindən  nəsrlə 




21 

 

yazılmış    müqəddimə  isə  xüsusi  əhəmiyyətə  malikdir  ki,  bu 



barədə danışmaq vacibdir.    

Kitabxanada  şairdən bəhs edən  müxtəlif tədbirlər və eləcə də  

ədəbi-bədii  gecə  keçirilir.  Xaqani  Şirvaninin  xatirəsinə  həsr 

olunmuş    “Xaqani,  səndə  bu  himmət  var  ikən,”  adlı  ədəbi–

bədii  gecəyə  Azərbaycanın  gorkəmli  ədibləri,  sənət-söz 

adamları,  oxucular,  məktəblilər  dəvət  olunur.  Qonaqlar  şairin 

şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış 

çərçivərələrlə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar.  Şairin 

kitablarından  ibarət    kitab  sərgisi  qonaqlar  tərəfindən  rəğbətlə 

qarşılanır.  Gecənin  qonaqları  ilk  öncə  “Xaqani  Şirvani 

haqqında veriliş” in slaydına baxmağa dəvət edilir. Gecəni açıq 

elan  etmək  üçün  aparıcılar  səhnədə  öz  yerini  alır.  Hər  iki 

aparıcı  qonaqları  salamlayaraq,  onlara  gecədə  iştirak  etdikləri 

üçün təşəkkürünü bildirlər.   



I  aparıcı:    Şairləri  qartala  bənzədirlər.  Axı,  qartallar  zirvədə 

yaşayır,  şairləri  də,  yüksəklik  həmişə  özünə  səsləyir.  Axı, 

qartallar  mavi  səmalarda  süzüb  yerə,  insanlara,  həyata  tamaşa 

eləməkdən  həzz  alırlar.  Şairlər  də  həyatın  fövqündə  dayanıb 

həyata  baxır.  Onlar  həyata  uzaqdan  baxmaq  istəmir. 

Azərbaycan  milli  mədəniyyətini  min  bir  ulduzlu  göyə 

bənzətmək  olar.  Bu  sönməz  ulduzların  arasında  ən  gur  işıq 

saçanların,  öz  şəkli,  öz  adı  və  öz  səmti  olanlardan  biri  də  

Əfzələddin  Xaqani  Şirvanidir.  Xaqani  bizə  xalqın  ürəyindən 

axıb  gəlmişdir.  Onun  həmişəcavan  poeziyası  şeir  aşiqlərinin 

qəlbində,  dilində  doqquz  əsrə  yaxındır  ki,  ömr  sürüb,  damcı-

damcı  bir  yerə  toplanıb  və  bugün  bizim  gördüyümüz  ümmanı 

yaradıbdır. 

II  aparıcı:      Möhtərəm  qonaqlar!  Gəlin  biz  də  dahi  sənətkar, 

böyük insan, Yaxın şərqin ilk intibah carçılarından olan Xaqani 




22 

 

Şirvaninin məhz bu vüqarlı, əzəmətli, iradəli obrazı qarşısında 



başımızı  əyməklə,  bir  daha  onun  ölməz    yaradıcılığına  öz 

qədirşünas münasibətimizi bildirək!   



I aparıcı:   Şamaxı ədəbi mühitində öz gözəl şeirləri ilə artıq 

diqqət  mərkəzində  olan  18  yaşlı  şairin  sorağı  Şirvanşahlar 

sarayına  çatır  və  gələcək  qaynatası,  məlikküşşüəra  Əbül  Üla 

Gəncəvinin  tövsiyyəsi  ilə  o,  sarayda  fəaliyyətə  başlayır.  İlk 

çağlarda  şairin  qarşısında  böyük  yaradıcılıq    imkanları  açılır. 

O, əla bildiyi ərəb, fars və türk dillərində  saray kitabxanasında 

mövcud  olan  qiymətli  ədəbi  və  elmi  əsərləri  acgözlüklə 

oxuyur,  öyrənir,  məhəbbət  şeirlərini,  mədhiyyələrini  yazır, 

maddi  cəhətdən  təmin  olunur.  Ona  bir  şair  kimi  ən  yüksək 

zirvədə durduğunu təsdiq edən “Xaqani” təxəllüsü verilir.  



II  aparıcı:    Ədəbiyyatımızı  dərin  ümmana  oxşatsaq,  Xaqani  

poeziyası onun qoynunda böyük bir etiqad və inamla uzaqlara 

üzən,  qərinələrin  tufanında  sarsılmayan  əzəmətli  bir  gəmidir. 

Xaqani  bu  şeiriyyətin  uzaq  görən,  çox  məharətli,  qasırğalara 

dəyanətlə  köks  gərən  müdrik  bir  kapitandır.  Xaqaninin  dili 

olduqca  sadə,  ahəngdardır.  Şeir  dilimizin  saflığı  onun  adı  ilə 

möhkəm bağlıdır.  

I  aparıcı:    Xaqani  Şirvani  vətənini  dərin  bir  məhhəbbətlə 

sevən bir şair idi.  Daim vətəni  tərənnüm edən  şeirləri, əsərləri 

bu  günə  qədər  sevilir  və  hər  bir  gəlcək  nəslə  örnək  və 

nümunədir.  Şairin  yazdığı  “Savalan  dağının  tərifi” 

vətənpərvərlik  mövzusunda  yazılmış  öz  qiymətli  fikri-bədii 

keyfiyyətləri etibarı ilə xüsusi yer tutan əsərdir.  

 

 

Şamaxı! Ey mənim sevimli yurdum,... 



 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə