Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
1   2   3   4   5   6   7

23 

 

və ya  



 

Ümidim, pənahım Təbrizdir, Təbriz, 

 

O şəhər də mənə mehriban, əziz... 



II  aparıcı:  Bəli,  gözəl,  səmimi  kəlam  ilk  növbədə  Xaqaninin 

bütün  varlığı  ilə  doğma  yurduna  bağlılığının,  Şirvana, 

Şamaxıya  bəslədiyi  sonsuz  məhəbbətin  yüksək  bədii  təzahürü 

kimi  qiymətlidir.  Lakin  sona  doğru  əsərdə  ikinci  bir  motiv-

Təbriz  mövzusu  boy  göstərir  və  sənətkar  onu  son  dərəcə  təbii 

bir  ahənglə  birinci  mövzuya  peyvənd  edir,  nəticədə  həm 

Şamaxı,  həm  də  Təbriz  daxil  olmaqla  bütöv,  böyük  

Azərbaycan mövzusuna qovuşur və bundan qürur duyur. 

 I aparıcı: Xaqaninin bu könüloxşayan beytləri indi hamımızın 

ən  həssas  duyğumuza  çevrilmiş    Cənubi  Azərbaycan 

probleminə  dair  cildlərlə  kitabın  epiqrafı  olacaq  dərəcədə 

aktual, təbii və ahəngdar səslənir. Şimali Azərbaycanla Cənubi 

Azərbaycan  bir-birinə  ədəbilik  bağlayan  bu  canlı  atributlar 

(Şamaxı ana, Təbriz ata, şair isə bir qədər ərköyün təbiətli əziz 

övlad) 

Azərbaycanımızın 



vəhdətini 

tərənnüm 

etmək 

baxımından  dahi  Xaqaninin  əsrlərin  arxasından  həm  o  tayda 



nəsillərimizə 

vüqarla  təqdim  etdiyi  təkrarsız  mənəvi 

ərməğandır.  

II  aparıcı:

       


Xaqani  Şirvani  yalnız  Azərbaycanın  yox,  bütün 

Yaxın  Şərq  ədəbi-içtimai  fikrinin  XII  əsrdə  yetirdiyi  ən 

görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri 

ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda 

fəlsəfi  qəsidənin  banisi,  ilk  və  ən  güclü  məsnəvilərin,  incə 

ruhlu  qəzəllərin  və  müdrik  rübailərin,  nəhayət,  kamil  mənzum 

səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər. 

   Şair  xalqın  ehtiyaclarına,  qüssəsinə  və  kədərinə  bələd  idi, 

onun  dərdinə  ürəkdən  yanırdı  və  şairin  bir  çox  misralarını 



24 

 

doğuran  da  məhz  bu  yanğı  idi.  Xaqani  Azərbaycan  tarixinə 



görkəmli dövlət xadimi kimi də daxil olmuşdur.  

I aparıcı:

   


Xaqani indi də bizim müasirimizdir. Onun şeiri öz 

bədii-estetik  dəyərini,  içtimai  ruhunu  daim  saxlayır,  yüksək 

ideallar  uğrunda  mübarizədə  bizimlə  addımlayır.  Xaqani 

poeziyası özündən sonrakı ədəbi prosesə ciddi   

təsir göstərmişdir. Xaqani öz dövrü üçün əsl yenilikçi sənətkar 

olmuşdur. Ədəbiyyatımızın Xaqani mərhələsi şeirdə xəlqiliyin, 

realistik təsvirlərin qüvvətlənməsi, canlı xalq dilinin ədəbi dilə 

nüfuz etməsi ilə səciyyələnir.   



II  aparıcı:  Tədqiqatlarda  Xaqani  Şirvani  ilə  Nizami  Gəncəvi 

arasında  səmimi  dostluq  əlaqələrinin  olduğu    barədə  maraqlı 

məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq 

edən,  tamamlayan,  eyni  bir  dövrün  poetik  əks-səda  olan, 

ayrılan  cizgiləri  birləşən,  vəhdət  yaradan  cəhətlərdən  olduqca 

az  olan  iki  qüdrətli  poetik  hisdir.  Hər  iki  sənətkar  dövrün  ən 

mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə, 

nadanlığa  qarşı  eyni  mövqedən  atəş  açır,  eyni  ideallarla  çıxış 

edirlər.   

 

I  aparıcı:    Xaqani  ilə  Nizamini  təkcə  saraylar  deyil,  bütün 

dövr,  zaman,  cəmiyyət  narahat  edir.  Hər  iki  şair  dövrünün 

hünərsiz,  nadan  hakimlərindən    şikayətlərdə  həmrəy  və 

həmfikirdirlər.  Hər  iki  şairin  yaradıcılığında  güclü  bir 

inkarçılıq ruhu vardır.  İnsana zidd baxış, görüş və ehkamların 

inkarıdır.  İntibah  dünyagörüşünün    orta  əsr  şəri,  eybəcərliyi 

qarşısındakı 

dəhşətidir. 

Xaqaninin 

“Töhfətul-İraqeyn”, 

“Mədain xərabələri”  və başqa əsərlərində, Nizaminin “Xəmsə” 

sində  və  lirik  əsərlərində  gözəlliyi  təsdiqə  yönələn  bu  inkarın 

parlaq nümunələri ilə qarşılaşırıq.  




25 

 

I aparıcı:

  

Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz 



dövründəki  əsas  elmlərə  yaxşı  bələd  olduğu  meydana  çıxır. 

Azərbaycan  alimlərindən  Məhəmmədəli  Tərbiyyət    Xaqaninin 

elmləri  necə  dərindən  bildiyi  haqqında  belə  yazır:  “Xaqani 

Şirvani”  öz  dövrünün  işlənməkdə  olan  elmlərinin  çoxuna, 

xüsusən  hikmət,  heyət,  nücum,  musiqi  elmlərinə  yaxşı  bələd 

idi.  Onun  əsərlərində  bu  elmlərdən  çox  istilahlar  vardır;  o, 

tarixi də gözəl bilirdi.  

II  aparıcı:    Xaqani  Şirvani  qəsidələrinin  birində  bu  haqda 

bildirir. 

 

 

Kodam elm kəzu əql-e mən nəyaft əsər, 



 

 

Beyazam məra ta  bebini acarəm.  



 

“O  hansı  elmdir  ki,  mən  onu  bilmirəm?    -məni  sınamaq 

istəyirsən,    əsərlərimə  diqqət  et”.  Xaqani  bu  fikri  ərəb  dilində 

yazdığı  bir  əsərində  də  təkrar  edərək  demişdir:  “Mən    elmlə 

şərafətlənib onun sayəsində şöhrət tapıram”.    

I  aparıcı:  Xaqaninin  təkcə  nücum  elminə  dair  XII  əsr 

astrologiyasına  tamamilə  müvafiq  olan  təbir  və  fikirləri  onun 

bu  elmlə  nə  qədər  mükəmməl  bələd  olduğunu  aydın  göstərir. 

Xaqaninin    nücum  elminə  yaxşı  bələd  olduğu  üçündür  ki, 

ulduzların hərəkətinin  küreyi-ərzə və ya insan taleyinə xeyir və 

zərər verəcəyinə inanmamışdır. Şair “elm” dedikdə yalnız “dini 

elmləri”  deyil,  eyni  zamanda  dövründəki  dəqiq  elmləri,  təbiət 

elmlərini də nəzərdə tuturdu.  



II  aparıcı:  Xaqaninin  elmə  verdiyi  yüksək  qiymət  onun  

“Töhfətul-İraqeyn”  əsəri  ilə  məhdud  qalmayıb,  “Meratussəfa” 

adlı “Xorasanyabəm” rədifli və s. qəsidələrində, qəzəl, qitə, və 



26 

 

rübailərində  də  dəfələrlə  öz  ifadəsini  tapmışdır.  Onun  dini 



ehkamlara tənqidi  münasibəti də elmə yüksək qiymət verməsi 

ilə üzvü surətdə bağlıdır.  





aparıcı:  Xaqani  Şirvani  Azərbaycan  qadınlarının 

hüquqsuzluğunu,  qara  çadra  altında  keçən  həyatını  ölümdən 

betər  sayır,  onların  halına  acıyırdı.  Şair  qadınlığa  olan 

münasibətini  kiçik  qızının  ölümü    münasibəti  ilə    yazdığı 

qitədə belə ifadə edir: 

 

 



Yenicə doğulan qızım gördü ki,   

 

 



Qarşıda gözlənir min bəla, öldü. 

 

 



Qeybdən gələn o töhfə duydu ki,  

 

 



Dərdlərə olacaq mübtəla, öldü. 

 

 



O, böyük qızımı pərdədə görcək.  

 

 



Dedi:-Kifayətdi, bu cəfa, öldü. 

 

II  aparıcı:      Xaqani  şeirin,  sənətin  tərbiyəvi  gücünə  inanır, 

şairlik  sənəti  haqqında  deyirdi:  “Hər  tərbiyəçi  şairliyi 

bacarmaya bilər. Lakin hər şair tərbiyə verməyi bacarmalıdır.” 



I  aparıcı:  Saraydan  üz  döndərmiş  şair  daim  xalqına 

arxalanmış,  özünü  Xaqani  deyil,  Xəlqani  adlandırmış,  dərvişi 

sultandan 

daha 


ləyaqətli 

saymış, 


qəlbin 

saflığını, 

könültoxluğunu,  düzlüyü,  təmiz  eşq  və  məhəbbəti  tərənnüm 

etmişdir.  Xaqani  Şirvani  eyni  zamanda  öz  yurdunu  sevən 

alovlu  vətənpərvər,  humanist  bir  şair  olmuşdur.  Xaqaninin 

əsərlərində cazibədar vətən torpağının mənzərələri parlaq təsvir 

edilir.  Yüksək  bədii  dil  qızğın  ürəklə  ana  məhəbbətini,  əhdə 

vəfanı  tərkedilməz  sənətkarlıqla  tərənnüm  edən  Xaqani  öz 




27 

 

zəmanəsindən  razı  qalmamışdır.  Şair  bir  şeirində  sonsuz  ürək 



ağrısı ilə demişdir.  

II aparıcı: 

Çox zəhmət çəkdim mən arzu yolunda  

 

 

Taleyim üzümə gülmədi bir an.  



 

 

Dünyaya sığmayan hikmətim vardı. 



 

 

Ona dar gəlirdi hər iki cahan. 



 

 

Mənə verilənlər olmadı layiq.  



 

 

Layiq olanı da vermədi dövran. 



 

I aparıcı: Şairin həyatının son illəri çox ağır keçdi. Onun çox 

sevdiyi  ailə  üzvləri  -20  yaşlı  cavan  oğlu,  qızı  və  arvadı  bir-

birinin  ardınca  vəfat  etdilər.  Qoca  şair  tamamilə  tək  qaldı. 

Ömrünün  bu  dərdli  günləri  haqqında  bir  çox  mərsiyələr 

yazdıqdan  sonra,  nəhayət,  1199-cu  ildə  Xaqani  Şirvani  vəfat 

etdi  və  Təbriz  şəhəri  yaxınlığında,  sonralar  “Məqbərət-üş-

şüəra” adlanan Sürxab qəbristanında dəfn edildi.  

II aparıcı:  Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və 

özünəməxsus bədii ifadə tərzinə malik olan bir bir sənətkardır. 

Azərbaycan  klassikləri  içərisində  ancaq  o,  əruz  vəzninin, 

demək  olar  ki,  bütün  bəhrləri  üzrə  şeir  yazmışdır.  Xaqani 

qüdrətli  bir  şair  olduğundan,  öz  dövründə  və  sonrakı  əsrlərdə 

geniş  şöhrət  qazanmışdı.

 

Azərbaycanın  və  Yaxın  Şərqin 



 

onlarla  adlı-sanlı  şairləri  onu  özlərinə  ustad  hesab  etmiş  və 

onun ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazmışlar. 

 I  aparıcı:  Xaqani  ənənələrini  davam  etdirən  şairlər  sırasında 

inqilabçı-demokrat  şairimiz  Azərbaycan  şeirində  inqilabçı 

satiranın böyük siması Mirzə Ələkbər Sabir də vardır. Sabir öz 

şeir  yaradıcılığında  Nizami  ənənələri  ilə    birlikdə  Xaqaninin 

mübariz, üsyankar ruhunu yaşatmağa çalışmış, onun əsərləri və 



28 

 

həyatı ilə yaxından maraqlandığını bildirmişdir. Sabirin Xaqani 



ilə  tanışlığı  çox  tez,  inqilabçı  satirikin  gənclik  illərində 

başlamışdır.  



II  aparıcı:      Şairin    qəzəllərinə  bəstəkarlarımız  gözəl  musiqi  

bəstələmiş,  heykəltəraşlarımız,  rəssamlarımız  onun  obrazını 

yaratmış,  əsərlərinə  şəkillər  çəkmişlər.  Lakin  bütün  bunlar 

böyük  şairimizin  ədəbi  irsini  bütünlüklə  xalqımıza 

çatdırılmasını hələ təmin etmir.  

I  aparıcı:      İndi  Xaqani  Şirvaninin  əsərlərinin  demək  olar  ki, 

əksəriyyəti  dilimizə  tərcümə  edilmişdir.  Onların  içərisində  əla 

tərcümələr  az  deyil.  Şübhə  yoxdur  ki,  bu  iş  gələcəkdə  də 

davam  etdiriləcək  və  Əfzələddin  Xaqaninin    əsərlərinin 

Azərbaycan  dilində  yeni,  tam  külliyyatı  hazırlanıb  nəşr 

olunacaqdır.  



II  aparıcı:  Biz  Azərbaycan  xalqının  olduqca  zəngin 

mədəniyyət  tarixini,  Azərbaycan  ədəbiyyatı  dahilərinin 

əsərlərini  əziz  tutmalı,  onların  qədrini  bilməli  və  dərindən 

öyrənməliyik. Xalqımız

 

Azərbaycan  və eləcə də hər bir xalqın 



tarixi-mədəni  irsinə  yüksək  qayğı  bəsləyir.  Azərbaycan 

Prezidenti İ.Əliyev cənabları milli mədəniyyətimizin parlaması 

üçün  bütün  şəraiti  yaratmaqdadır.  İ.Əliyev  bu  işə  yaxından 

rəhbərlik  və  nəzarət  edir.  Biz  bu  mühüm  göstərişlərə 

əsaslanaraq  öz  keçmişimizi,  mütərəqqi  yazarlarımızı  böyük 

iftixar hissi ilə öyrənib tədqiq etməliyik.  

 

 

 



 

 

 




29 

 

Ədəbiyyat siyahısı: 



 

ƏSƏRLƏRİ 

 

Seçilmiş əsərləri : Poeziya. - Bakı : Lider nəşriyyatı, 2004. - 



672 s.  - (Klassik Azərbaycan Ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində 

latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 

12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub. 

 

Seçilmiş əsərləri : Poeziya. - Bakı : Altun kitab, 2005. - 327 s. - 



(Azərbaycan Klassik Poeziyası) 

Dahi şairimiz Xaqani Şirvaninin bu kitabında onun ən məşhur 

əsərləri verilmişdir. Bunlardan misal olaraq  ən məşhur 

poeması olan "Töhfətül-İraqeyin" (İki İraqın töhfəsi), 

"Zəmanədən və zəmanə əhlindən şikayət", Qəzəllər, Qitələr, 

Fəxriyyə, Mədhiyyə və s. kimi əsərləri öz əksini tapmışdır. 

 

Seçilmiş əsərləri : Poeziya - Bakı : Çaşıoğlu, 2006. – S. 3-183: 



portr. - (Azərbaycan Ədəbiyyatı). 

 

Seçilmiş əsərləri [Elektron resurs] : Poeziya / məsl. L. 



Məmmədova [et al.] ; Azərbaycan Respublikası Mədəniyyət və 

Turizm Nazirliyi. - Elektronik mətn. - Bakı : İnnovativ Tədris 

Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk (CD-ROM) : ağ-

qara : il. - (Nizami layihəsi) - (qutuda) 

Bu topluda 1126-1199-cu illərdə yaşamış görkəmli Azərbaycan 

şairi Xaqani Şirvaninin "Töhfətül-İraqeyn", "Fəxriyyə" və s. 

kimi məşhur əsərləri, qəzəlləri, qitələri, rübailəri oxuculara 

təqdim olunur. 

 

HAQQINDA KİTABLARDA 

 

Latın qrafikası ilə 




30 

 

Xaqani Şirvani // Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. c.II. – 



B.: Elm, 2007. – S. 413-461. 

 

Qacar Ç. Poeziya Xaqanı : Xaqani Şirvani // Azərbaycan qədim 



və orta əsrlərdə. Görkəmli şəxsiyyətlər. - B. : Oka Ofset, 2012. 

- S. 98-107.  

 

Nəbiyev B. Ə. Əfzələddin Xaqani Şirvani (1126-1199) // 



Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri : elmi-

kütləvi oçerklər. - Bakı : Ozan, 2012. - 288 s.  

 

XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin 



həyat və yaradıcılığna həsr olunan milli seminarın materialları. 

- Bakı : Xatun Plyus, 2009. - 65 s.   

 

Soltanov M. Xaqani Şirvani (1126-1199) // Şair və 



yazıçılarımızın həyatından maraqlı anlar. - Bakı : "AM 965" 

MMC, 2010. -  S.7-9. 



 

Yusifli X.  Xaqani və Nizami // 

Nizami Gəncəvi: Sələflər 

və xələflər - Bakı : Adiloğlu, 2011. - 480 s.  



 

Kiril qrafikası ilə 

 

Araslı H. Xaqani Şirvani : Şairin həyatı və zəngin irsi 



haqqında. - Bakı : Yazıçı, 1982. - 62 s.  

Sultanov M. S. Xaqani Şirvani : Həyatı və yaradıcılığı 

haqqında. - Bakı : Azərnəşr, 1954. - 112 s.  

 

DÖVRİ MƏTBUATDA 

 

Anar. Xaqani - 25 : Azərbaycan Yazıçılar Birliyi - 75 // 



Ədəbiyyat qəzeti. - 2009. - 4 dekabr. - N 46. - S. 1-2.  

Fərəcov S.  

Fəth etdi söz ilə bütün dünyanı... : Xaqani 



31 

 

yaradıcılığında sözün dəyəri // Mədəniyyət. - 2013. - 10 iyul. - 



№ 49. - S. 15.  

Xaqani Şirvani (1126-1199) // Savalan. - 2008. - 12-15 dekabr. 

- S. 2.  

Mehdibəyova M.  

Klassik Azərbaycan ədəbiyyatında 

qəriblik mövzusu // Azərbaycan. - 2006. - №7. - S.167-171.  

Mehrəliyeva N. Söz mülkünün Xaqanı : Əfzələddin Xaqani 

Şirvani haqqında  // Yeni Mədəni-maarif jurnalı. - 2008. - № 4. 

- S. 20-22.  

Məmmədov E. Xaqaninin yenə də bəxti gətirmədi // Ədəbiyyat 

qəzeti. - 2016. - 16 yanvar. - № 2. - S. 9.  

Milli seminar : Əfzələddin Xaqani-810 // Mədəniyyət. - 2009. - 

11 dekabr. - N 87. - S. 1.  

Nəbiyev B.   Poetik istedadla həyat həqiqətinin nadir vəhdəti : 

Beynəlxalq Xaqani seminarı // Ədəbiyyat qəzeti. - 2010. - 8 

yanvar. - № 1. - S. 1-2. - Məqalə müəllifin Beynəlxalq Xaqani 

seminarında  (Bakı - 11 dekabr 2009-cu il) çıxışı əsasında 

yazılmışdır.  

Sabutay. Söz mülkünün xaqanı : Xaqani - 810 / Sabutay. // 

Mədəniyyət. - 2009. - 18 dekabr. - № 88. - S. 5.  

Üsyankar Xaqani // Ədəbiyyat qəzeti. - 2011. - 15 iyul. - № 26. 

- S. 1.  

Yusifli V. Müdrikliyin qələbəsi : ədəbi tənqid tariximizdən : 

Xaqani yaradıcılığı // Ədəbiyyat qəzeti. - 2016. - 6 fevral. - № 

5. - S. 24.  

 

Xaqani Şirvaniyə həsr olunmuş bədii əsərlər 



 

Çəmənli M. Xaqani Şirvani : hekayə // Savalan. - 2014. - 10-13 

yanvar. - № 1. - S. 3,8.  



32 

 

Hüseynov Ə. Üsyankar Xaqani : romandan parça : rus dilindən 



tərcümə // Azərbaycan. - 2011. - № 4. - S. 129-159.  

Xəlil Z. Şairin yuxusu : Pyes // Seçilmiş əsərləri. - B. : Öndər, 

2004. - S.151-258.   

İsmayılov M. Xaqani : Tarixi roman. - Bakı : Yazıçı, 1983. - 

360, [1] s. – kiril qrafikası ilə. 

Rahim M. Xaqani : mənzum dram // Seçilmiş əsərləri. 2 cilddə. 

- B. : Avrasiya Press, 2006. – C.2. -  S. 201-366.  

 

Ədəbiyyat siyahısı Məlumat-biblioqrafiya şöbəsinin müdiri  



Sevil Əhmədovaya aiddir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



33 

 

Söz mülkünün Xaqanı 



 

(metodik vəsait) 

 

 

 



 

 

Kompyuter yığımı 

və dizayn:                              Aynurə Əliyeva 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 



 

 

 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 16 

Çapa imzalanmışdır: 115.08.2016 

Tirajı: 100 

Pulsuz.  

 

 

 



 

  

   



 

 

 



 

 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə