Xaqani Şİrvani s e ç IL m iş



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə7/218
tarix26.03.2018
ölçüsü7,11 Mb.
#34425
1   2   3   4   5   6   7   8   9   10   ...   218

daim  aşiqini  hicranla  incitməsində  görürdü.  Dövrün  mühafizəkar  adamları 

tərəfindən  anlaşılmayıb,  dəli  adlandırılan,  bir  çox  hallarda  olduğu  kimi  işgəncə 

ilə  öldürülən mütərəqqi,  qabaqcıl  görüşlü  adamlar, yeni  ideyaların carçıları  olan 

şəxslər  bir  növ  qəzəl  ədəbiyyatının  lirik  qəhrəmanlara  bənzəyirlər.  Həmin 

adamların  arzuları,  kədərləri  aşiq  obrazında  əks  etdirilirdi.  Xaqani,  qəzəllərində 

janrın  bu  keyfiyyətindən  məharətlə  istifadə  edə  bilmişdir.  Bu  baxımdan  onun 

qəzəlləri dərin məzmunlu ictimai-fəlsəfi şeirləri ilə birləşir.

Xaqani  yaradıcılığında  qitə  şəkli  də  mühüm  yer  tutur.  Onun  qitələrində  ya 

olmuş  hadisə  və  fakta  münasibət  əks  olunur,  ya  da  ictimai,  əxlaqi,  fəlsəfi  bir 

məsələ  ətrafında fikir yürüdülür,  hər  qitənin də  əsasında bir fakt, bir fikir,  ideya 

durur.  Əgər  qəsidələrdə  şair  müxtəlif  məsələlər  ətrafında  geniş,  rəngarəng 

düşüncə  və  fikirlər  silsiləsi  yaradırsa,  qəzəllərdə  daha  çox  insan  qəlbinin  ülvi, 

yüksək  duyğularını  əks  etdirirsə,  qitələrində  ancaq bir mətləb  izlənilir,  bir  neçə 

beyt əsasında həmin mətləb ifadə olunur.  Bu ümumi keyfiyyətlə bərabər, Xaqani 

qitələrində  konkretlik  özünü  aydm  göstərir.  Xəlifənin  şairə  dəbirlik  vəzifəsi 

təklif etməsi haqqında qitə buna misal ola bilər:

Xəlifə deyir ki, dəbirim olsan,

Qarşında baş əyər möhtəşəm dağlar.

Dəbirəm, doğrudur, yazım misilsiz,

Lakin baş əymərəm bu işə, zinhar.

Bir dəbir olmaqla nə fəxr edim ki,

Vəzitlik mənimçün deyil iftixar.

Mən bir günəş ikən ulduz olmaram;

Borc papaq qoymaqda nə məziyyət var.

Qitə  əsrin  ruhani  başçısma,  onun  xəlifəsinə  şairin  meydan  oxumasıdır. 

Çoxları üçün  şərəf olan bu vəzifə məğrur sənətkarı təmin etmir.  "Mən bir  günəş 

ikən  ulduz  olmaram"  deyərək  qüdrətli  intibah  sənətkarı  kimi  özünü  və  sənətini 

hər hansı gəlirli vəzifədən çox-çox üstün tutur. Aşağıdakı qitə də konkret bir fakt 

əsasında,  müəyyən  bir  şəxsin  hamıya  məlum  bərəkətinə  cavab  kimi  qələmə 

ahnmışdır:

Xaqanidən yuxarıda oturdunsa, nə olar,

Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar...

Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,

Ağır dənlər alta yatar, boş saman üstə çıxar.

15



Xaqaninin həssas müşahidəçi nəzərindən heç nə kənarda qalmır.  Hər hərəkət, 

hər hadisə onun şair qəlbində əks-səda oyadır və bu əks-sədalar şeir parçalarına, 

fikir,  düşüncə  qəlpələrinə,  bədii  fraqmentlərə,  gələcək  daha  böyük  əsərlər üçün 

ilkin  qeydlərə  çevrilir.  Şairin  qitələri  bir  növ  sənətkarın  öz  zəmanəsi  haqda 

düşüncələr toplusudur.  Bu  düşüncələr bəzən  ümumidir,  bütünlükdə  isə  mühitə, 

onun  əxlaqına  qarşı  yönəlmişdir.  "Xaqani,  zəmanə  pis  zəmanədir"  deyən  şair 

əsrindən narazılığını müxtəlif şeirlərdə,  o cümlədən qitələrinin bir çoxunda izhar 

etmişdir;

Rahatlaq axtarma sən, ey Xaqani,

Onu bu dünyada tapa bilməzsən.

İflasa uğramış dünya evində,

Amançün kimiya tapa bilməzsən.

Saray  həyatı,  saray  mühiti  Xaqaninin  ən  çox  narazı  olduğu,  ikrah  etdiyi  bir 

yerdir.  Bu  cəhətdən  o,  müasiri Nizamiyə bənzəyir.  Nizamidən  daha çox  saraym 

zülmünü,  çirkabını  görüb  öz  üzərində  hiss  edən  şairin  sarayları  tənqidində 

ehtiraslı bir ruh vardır. Xaqaninin fikrincə, şah sarayları elə bir dənizdir ki, orada 

sədəf yox,  yüz  min  nəhəng  var.  İnsana  heç  bir  inci  verməyən,  lakin  onu  məhv 

etmək  üçün  hər  dəqiqə  min  oyun  quran  saraylar  şairin  əsas  nifrət  və  inkar 

obyektidir.  Gəncliyində  saraya dəvət alan  şair,  çox keçmir ki,  səhv etdiyini başa 

düşür,  saray həyatmm eybəcər,  şər dolu mahiyyətim anlayır,  özü ordan qaçmağa 

çalışdığı  kimi,  başqalarına  da  məsləhət  görür  ki,  saraylardan  uzaq  yaşasmlar, 

ağalardan uzaq olsunlar:

Könül, sən gəl ağlın pənahmda ol,

Ki, ağıl tamahın boynunu vurar.

Bir parça çörəyə, suya qane ol,

Nə sərvət, nə mənsəb, nə ağa axtar

Xaqani  feodal  saraylarını  dar  zindana  bənzədir,  ürəyində  şahlara  rəğbət 

olmadığını cəsarətlə söyləməkdən çəkinmir.

Xaqani  dedikdə  həmişə  güclü,  coşqun  bir  inkar  yada  düşür.  Şairin 

əsərlərində,  hər  şeydən  əvvəl,  bu  inkar diqqəti  cəlb  edir.  Xaqaniyə  XII  əsrin  ən 

böyük inkarçısı desək, səhv etmərik.  Bu inkar nəyə qarşı yönəlmişdir?  Şair nəyin 

xatirinə  inkar  edir?  Bu  iki  suala  cavab  vermək,  onun  Azərbaycan  intibah 

mədəniyyətindəki  yerini  müəyyənləşdirmək,  şairin  hansı  cəbhədə  durduğunu, 

hansı ideallarla yaşadığını aydınlaşdırmaq deməkdir.

16



Xaqaninin 

inkan 


ayrı-ayrı 

fərdlərin, 

tək-tək 

hadisələrin 

təsadüfi 

eybəcərliklərin yox, əsrin, zamanın inkandır.  Yüzillərlə hökm sürən, İnsanı, onun 

bütün  istək  və  düşüncələrini  vaxtı  keçmiş,  qocalıb  qartımış  baxışlar 

məngənəsində  sıxan,  çürüdən,  incidən  baxışların,  görüşlərin  inkandır.  Bu  inkar 

orta  əsrlərin  mürgüsündən  oyanmış  insan  zəkasmm  orta  əsr  şərini  inkandır, 

İntibah təlatümünün orta əsr mürgüsünü inkandır.  Zahirən bu inkar bütün həyata

bütün  insanlara  qarşı  yönəlmişdir.  Ancaq  belə  düşünmək  böyük  sadəlövhlük 

olardı.  Xaqani  inkanm  obyekti  aydındır,  məlumdur.  Şairin  25-26  yaşlarında 

yazdığı "Töhfətül-İraqeyn"dən bir parçaya diqqət yetirək:

Vaxtdır, öz dovründan qalsın fələklər,

Rəqs etsin yerdəki xətlər, büküklər.

Haman bu qozbelin vaxtdır ki, birdən,

Boz dovşan, ağ siçan düşsün belindən.

Dişilər qalsınlar bala doğmaqdan,

Qarınlar duvağa dönsünlər bir an.

Eyni inkar şairin başqa bir şerində belə ifadə edilmişdir:

Fələyi mən yerə vurardım, heyf,

Göylərə nərdivan tapmayıram.

Xaqani  poeziyasmdakı  inkarın  kökü  dərin,  məzmunu  isə  genişdir.  Lakin  bir 

cəhət  aydındır:  zəmanə  rnsanm  istədiyi  kimi  deyil.  O,  yeni  rnsanm  ağlma, 

düşüncəsinə ziddir, düşməndir.

Getdi o dövranlar, getdi o dəmlər,

Ki, Cəmşid şah idi, div isə nökər.

Nə işlər törədir, yaxşı bax cahan,

Cəmşid qul olmuşdur, divsə hökmran.

Cəmşidin  divlərə  hökmran  olduğu  əsatiri,  zamanları  Xaqaninin  xatırlaması 

təəccüblü  deyildir.  Qərbin  və  Şərqin  bütün  intibah  ziyalıları  kimi  onun  da 

nəzərində  əski  çağ  bir  idealdır.  Bu  günün  inkandır.  Orda  işıq  zülmətə,  ədalət 

zülmə,  ağıl nadanlığa,  Cəmşid divlərə hökmran idi.  Xaqaninin yaşadığı dövr isə 

feodal orta əsrlərinin hökmranlıq etdiyi, insan ağlını, hissini, istedadını özünə qul 

etdiyi  bir  zamandir.  Lakin  elmin,  mədəniyyətin  və  insanın  inkişafı  elə  bir 

məqama gətirmişdir ki, oyanmış şüur mövcud vəziyyətlə barışa bilmir, onu inkar 

edir. Xaqaninin inkan məhz bu oyanmış şüurun üsyanıdır:

17



Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə