Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   2   3   4   5   6   7   8   9   ...   148

________________Milli Kitabxana________________

əsərdə iki  İraqdan  az  yer  tutmur.  Burada  şairin  birinci  Məkkə səfəri ərəfəsində,

xüsusən Şirvanla bağlı keçirdiyi hisslər əsasdır.

Şair İraq səfərinə də poemada xüsusi  yer ayırır ki, bu cəhəti poemanın artıq

orta əsrlərdə "Töhfətül-İraqeyn"  adlandırılmasına  səbəb  olmuşdur. Əslində isə

İraq səfərinin təsviri Şirvan düşüncələrinin inikası üçün bir vasitədir. "Töhfətül-

İraqeyn" xarakteri etibarilə ictimai, fəlsəfi məzmunlu lirik poemadır. Onun əsas

qəhramanı  şairin  özüdür. Əsərdə danışan,  düşünən,  sevinən,  fəxr  edən,

kədərlənən,  qəzəb  alovdan  püskürən  də odur.  Poema  bütünlükdə Şərq

poeziyasında  oxşan  olmayan  bir əsərdir.  Şair  poemada  özü  və əsəri  haqqında

sərbəst söz açır. İftixarla özünü sənət aləminin günəşi sayan şairi hər şeydən çox

siyasi, ədəbi  düşmənləri  ağrıdır,  qəzəbləndirir. "Düşmənləri  tənqid"  adlı bəhsdə

bu cəhəti aydın müşahidə etmək olur. Küfə əhli kimi etibarsız, Bağdad əhli kimi

ikidilli,  peysərləri  qalın,  qıyıqgözlü  iynəyə bənzəyən,  çürük  dəndanələri  qan

qoxuyan bu siyasət xadimlərini şair qüdrətli sənət dili ilə inkar edir, onları oğru,

yaltaq, ikiüzlü adlandırır:

Kamalım çaxanda şimşəklər kimi,

Quyruq bulayırlar köpəklər kimi.

Fənndə qəribəm, demək təkəm, tək,

Qərib görən kimi hürür hər köpək.

Dilimi öyrənib tez dil açınca,

Söyüş yağdırırlar məniın dalımca.

Onları yüksəldən bir mələkəm mən,

Mənə diş qıcayır onlar qəzəbdən.

Özlərini  Xaqaniyə tay  tutmaq  istəyən  bu  adamlara  qarşı  şairin  qəzəbi  sonsuzdur.

"Günəşə xitab  və qızılı  məzəmmət"  başlığı  altında  verilən  və poetik  hisslərin əlvanlığı,

zənginliyi  ilə oxucunu  heyran  edən  fəsildə şair  düşmənlərini  unuda  bilmir.  Günəşdən

kömək, yardım istəyən şair satlığın, işığın, hərarətin, ucalığın rəmzi olan Günəşi öz dostu

sayır. Heç kəsdən işığını əsirgəməyən, hər alçağın ayağı altına enən, Şirvanı şəfəqinə qərq

edən Günəşdən şair inciyir:

Ey kimsədən işıq əsirgəməyən,

Mənə əsirgədin onu bəs nədən?

Dostdan üz çevirmək dosta nə layiq?

Bu sifət görünmüş düşmənə layiq.

Günəşə xitabən  mürəkkəb, əlvan  poetik  duyğular əks  etdirən  şair  ötəri olsa  da,

bədbinləşir,  dövrün  ictimai qanunlarının  uyğunsuzluğunu  Günəşə də aid  edir,  onu  da

ögey-doğmalıq bilməkdə təqsirləndirir:



________________Milli Kitabxana________________

Dövlət nə qüdrətin, nə hünərindir,

Mənsəb də, sərvət də nakəslərindir.

Fələyin zatında qalmamış nişan

İgidlik, sədaqət və adamlıqdan.

Fələyin dövranı dəyişmir artıq,

Günəş də anlayır ögey-doğmalıq.

Güclü  humanizm,  cəsarətli  inkar,  işığa  ehtiraslı  meyl  Xaqani  poemasının əsas

məziyyətidir.  Şair  sadə zəhmət  adamları  olan  babasından,  atası Əli  Nəccardan,  anası

Rabiədən,  təbib  və alim əmisindən, əmisi  oğlundan  məhəbbətlə söz  açır,  özünü  onlarla

müqayisə edir:

Sənətcə toxucu olmuşdur babam,

Mən  də yavaş-yavaş söz toxuyuram.

Mənəm bax bu günün əziz insanı,

Mənəm söz toxuyan şair Xaqani.

Əmisi Kafiəddin Ömər ibn Osman haqqında şair dərin məhəbbətlə bəhs edir. Ərəstu,

Əflatun,  Hermes  kimi  antik  alimlərlə əmisini  müqayisə edən  Xaqani əmisinin  onun  şair

kimi yetişməsindəki xidmətindən geniş söz açır:

Gördü söz mülkünün hakimi mənəm,

Adıma söylədi Həssani-Əcəm.

Qəlbimin ayağı xəznəyə batdı,

Ömrümsə iyirmi beş ilə çaldı.

Bildi söz mülkünə mənəm hökmran,

Qarşımda fərəhdən əmim verdi can.

Şair  uşaqlıq  və gəncik  illərinin  sevincli  çağları  ilə həyatının  sonrakı  dövrünü

müqayisə edir;  bir  yanda  yüksək  istedad, əks  tərəfdə düşmən  mühit.  Bir  yanda  Xaqani

dühası, əks qütbdə Şirvan şəri. Bir yanda hünər, bir yanda paxıllıq. Bu təzad şairi incidir,

kədərləndirir.  Dahi  şair  özünü  Şirvanda  məhbus  sayır.  Gözəl  Şamaxı  onun  gözündə

zindana  oxşayır.  Nə qədər  acı  da  olsa,  vətənin  şairə,  zindana  çevrildiyi  etiraf  edilir.

Qəlbinin  və ruhunun bütün  gücü  ilə sənətkar  saraylara  nifrətini,  sadə təmiz  insanlara  isə

məhəbbətini əks  ctdirir.  Üzük  və Xızırla  söhbət  epizodlarında  Xaqaninin  üsyankar,

əyilməz  təbiəti,  insansevər  ruhu  aşkar  olur.  Xızırla  görüşən  sənətkar  onu  insanların

gələcək taleyi haqqında sorğu-suala tutur.

- Ey məlik sifətli, mənə söylə bir,

...De, yazıq insanlar nə zamanadək,

Ümidlə, qorxuyla ömür sürəcək?




________________Milli Kitabxana________________

Şairin humanizmi, insan üçün döyünən şair qəlbi bu sualda ifadə olunmuşdur.

Divlər  dünyasına, əhrimənlər  aləminə, əliqılınclı hökmdarlara  nifrət,  sadə

adamlara məhəbbət Xaqani poemasının əsasıdır. Daha çox Şirvan şərinə nifrətin

yüksək  poetik  ifadəsi  olan  "Töhfətül-İraqeyn"  təkcə səfərnamə deyil,  dərin

humanist  məzmunlu  və yüksək  sənətkarlıqla  yazılmış  ictimai,  siyasi,  fəlsəfi,

əxlaqi  düşüncələrlə zəngin  orijinal,  oxşarsız lirik  poemadır.  Poemadakı fikir və

sənət  tapıntılarına  "Sirlər  xəzinəsi",  "Leyli  və Məcnun"  kimi əsərlərdə rast

gəlirik. Bu, Nizami poemalarının yaşca böyük olan altıncı qardaşıdır.

Xaqani irsinin mühüm qismini qəzəllər təşkil edir. Onun qəzəl yaradıcılığı o

biri əsərlərindən müəyyən dərəcədə seçilir. Şair bu janrın tələblərinə riayət edir,

məhəbbət  motivini  ön  plana  çəkir. Əsasən,  aşıqanə qəzəl  yazan  şair  sözarası

ictimai  hadisələrə də toxunur,  dövrdən  narazılığını  bildirir.  Türk  alimi Əhməd

Atəşin  qənaətinə görə,  artıq  Xaqani  irsində qəzəl  bir  janr  kimi  sabitləşir.  Bu

dövrdə başqa  şairlərdə olduğu  kimi,  Xaqani  qəzəlləri  də mövzuca  bütövdür.

Onlarda nikbinlik duyğusu vardır. Xaqani də Şərq intibahının başqa şairləri kimi

eşqi ən  ülvi  bir  hiss  olaraq  tərənnüm  edir.  Onun  qəzəlləri  bizə başqa  şairlərin

qəzəllərini yada salır. Sanki bütün başqa Şərq klassikləri kimi Xaqani də kimisə

təkrar edir, yaxud onu təkrar edirlər:

Aşiqlik dünyasına qədəm qoymayan insan,

Ürəyinə gözündən axıtmamışdır al qan.

Hər kəsə ki, vurmayıb qəm oxunu məhəbbət,

O, eşqin əhvalını biləcəkdir haradan?

Sevginin mənasını duya bilməz o kəs ki,

Həmnəfəsi olmayıb bir nazəndə mehriban...

Şairin  fikrincə,  insan  özü  aşiq  olmayınca  eşqin  nə olduğunu  bilməz.

Gözlərindən qan axıtmayan bir kəs eşqi duya bilməz, aşiqə qiymət verə bilməz.

Aşiq  qəlbini  və canını  bağışlasa  da,  qisməti  hicran  və qəmdir.  Daim  eşq  havası

ilə nəfəs alan bu adamların üzərinə sevinc nəsimi əsməmişdir. Bu qəzəldə aşiq ən

yüksək insan, zəmanənin həqiqi qəhrəmanı kimi göstərilmişdir. Düzdür, onun nə

üçün  daim  qəm  çəkdiyi,  nə üçün  sevdiyi  bir  adam  tərəfindən  incildildiyi  aydın

göstərilmir,  bunun  səbəbi  aydınlaşdırılmır.  İntibah  dövrünün  romantik

poeziyasnın fəci qəhrəmanı olan aşiq özü də həmin hadisənin səbəblərini bilmir,

mücərrəd və rəmzi şəkildə sevgilidən, taledən şikayətlənirdi. Şərqin bütün başqa

qəzəl  şairləri  kimi  Xaqani  də ənənəni  pozmur,  müsbət  qəhrəmanın  kədərini,

faciəsini sevgilinin zülmündə




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə