Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə5/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   2   3   4   5   6   7   8   9   ...   148

________________Milli Kitabxana________________

daim  aşiqini  hicranla  incitməsində görürdü.  Dövrün mühafizəkar adamları

tərəfindən  anlaşılmayıb,  dəli  adlandırılan,  bir  çox  hallarda  olduğu  kimi  işgəncə

ilə öldürülən mütərəqqi, qabaqcıl görüşlü adamlar, yeni ideyaların carçıları olan

şəxslər  bir  növ  qəzəl ədəbiyyatının  lirik  qəhrəmanlara  bənzəyirlər.  Həmin

adamların  arzuları,  kədərləri  aşiq  obrazında əks  etdirilirdi.  Xaqani,  qəzəllərində

janrın  bu  keyfiyyətindən  məharətlə istifadə edə bilmişdir.  Bu  baxımdan  onun

qəzəlləri dərin məzmunlu ictimai-fəlsəfi şeirləri ilə birləşir.

Xaqani  yaradıcılığında  qitə şəkli  də mühüm  yer  tutur.  Onun  qitələrində ya

olmuş  hadisə və fakta  münasibət əks  olunur,  ya  da  ictimai, əxlaqi,  fəlsəfi  bir

məsələ ətrafında fikir yürüdülür, hər qitənin də əsasında bir fakt, bir fikir, ideya

durur. Əgər  qəsidələrdə şair  müxtəlif  məsələlər ətrafında  geniş,  rəngarəng

düşüncə və fikirlər  silsiləsi  yaradırsa,  qəzəllərdə daha  çox  insan  qəlbinin ülvi,

yüksək  duyğularını əks  etdirirsə,  qitələrində ancaq  bir  mətləb  izlənilir,  bir  neçə

beyt əsasında həmin mətləb ifadə olunur. Bu ümumi keyfiyyətlə bərabər, Xaqani

qitələrində konkretlik  özünü  aydın  göstərir.  Xəlifənin  şairə dəbirlik  vəzifəsi

təklif etməsi haqqında qitə buna misal ola bilər:

Xəlifə deyir ki, dəbirim olsan,

Qarşında baş əyər möhtəşəm dağlar.

Dəbirəm, doğrudur, yazım misilsiz,

Lakin baş əymərəm bu işə, zinhar.

Bir dəbir olmaqla nə fəxr edim ki,

Vəzitlik mənimçün deyil iftixar.

Mən bir günəş ikən ulduz olmaram;

Borc papaq qoymaqda nə məziyyət var.

Qitə əsrin  ruhani  başçısına,  onun  xəlifəsinə şairin  meydan  oxumasıdır.

Çoxları üçün şərəf olan bu vəzifə məğrur sənətkarı təmin etmir. "Mən bir günəş

ikən  ulduz  olmaram"  deyərək  qüdrətli intibah  sənətkarı  kimi  özunü  və sənətini

hər hansı gəlirli vəzifədən çox-çox üstün tutur. Aşağıdakı qitə də konkret bir fakt

əsasında, müəyyən  bir  şəxsin  hamıya  məlum  bərəkətinə cavab  kimi  qələmə

alınmışdır:

Xaqanidən yuxarıda oturdunsa, nə olar,

Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar...

Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,

Ağır dənlər alta yatar, boş saman üstə çıxar.



________________Milli Kitabxana________________

Xaqaninin həssas müşahidəçi nəzərindən heç nə kənarda qalmır. Hər hərəkət,

hər hadisə onun şair qəlbində əks-səda oyadır və bu əks-sədalar şeir parçalarına,

fikir,  düşüncə qəlpələrinə, bədii fraqmentlərə,  gələcək  daha  böyük əsərlər  üçün

ilkin  qeydlərə çevrilir.  Şairin  qitələri  bir  növ  sənətkarın  öz  zəmanəsi  haqda

düşüncələr  toplusudur.  Bu  düşüncələr  bəzən  ümumidir,  bütünlükdə isə mühitə,

onun əxlaqına  qarşı  yönəlmişdir.  "Xaqani,  zəmanə pis  zəmanədir"  deyən  şair

əsrindən narazılığını müxtəlif şeirlərdə, o cümlədən qitələrinin bir çoxunda izhar

etmişdir;

Rahatlaq axtarma sən, ey Xaqani,

Onu bu dünyada tapa bilməzsən.

İflasa uğramış dünya evində,

Amançün kimiya tapa bilməzsən.

Saray  həyatı,  saray  mühiti  Xaqaninin ən  çox  narazı  olduğu,  ikrah  etdiyi  bir

yerdir. Bu cəhətdən o, müasiri Nizamiyə bənzəyir. Nizamidən daha çox sarayın

zülmünü,  çirkabını  görüb  öz  üzərində hiss  edən  şairin  sarayları  tənqidində

ehtiraslı bir ruh vardır. Xaqaninin fikrincə, şah sarayları elə bir dənizdir ki, orada

sədəf  yox,  yüz  min  nəhəng var.  İnsana  heç  bir  inci  verməyən,  lakin  onu  məhv

etmək  üçün  hər  dəqiqə min  oyun  quran  saraylar  şairin əsas  nifrət  və inkar

obyektidir. Gəncliyində saraya dəvət alan şair, çox keçmir ki, səhv etdiyini başa

düşur, saray həyatının eybəcər, şər dolu mahiyyətini anlayır, özü ordan qaçmağa

çalışdığı  kimi,  başqalarına  da  məsləhət  görür  ki,  saraylardan  uzaq  yaşasınlar,

ağalardan uzaq olsunlar:

Könül, sən gəl ağlın pənahında ol,

Ki, ağıl tamahın boynunu vurar.

Bir parça çörəyə, suya qane ol,

Nə sərvət, nə mənsəb, nə ağa axtar

Xaqani  feodal  saraylarını  dar  zindana  bənzədir,  ürəyində şahlara  rəğbət

olmadığını cəsarətlə söyləməkdən çəkinmir.

Xaqani  dedikdə həmişə güclü,  coşqun  bir  inkar  yada  düşür.  Şairin

əsərlərində, hər şeydən əvvəl, bu inkar diqqəti cəlb edir. Xaqaniyə XII əsrin ən

böyük inkarçısı desək, səhv etmərik. Bu inkar nəyə qarşı yönəlmişdir? Şair nəyin

xatirinə inkar  edir?  Bu  iki  suala  cavab  vermək,  onun  Azərbaycan  intibah

mədəniyyətindəki  yerini  müəyyənləşdirmək,  şairin  hansı  cəbhədə durduğunu,

hansı ideallarla yaşadığını aydınlaşdırmaq deməkdir.



________________Milli Kitabxana________________

Xaqaninin 

inkan 

ayrı-ayrı 



fərdlərin, 

tək-tək 


hadisələrin 

təsadüfi


eybəcərliklərin yox, əsrin, zamanın inkandır. Yüzillərlə hökm sürən, İnsanı, onun

bütün  istək  və

düşüncələrini  vaxtı  keçmiş,  qocalıb  qartımış  baxışlar

məngənəsində sıxan,  çürüdən,  incidən  baxışların,  görüşlərin  inkandır.  Bu  inkar

orta əsrlərin  mürgüsündən  oyanmış  insan  zəkasının  orta əsr  şərini  inkandır,

İntibah təlatümünün orta əsr mürgüsünü inkandır. Zahirən bu inkar bütün həyata,

bütün  insanlara  qarşı  yönəlmişdir.  Ancaq  belə düşünmək  böyük  sadəlövhlük

olardı.  Xaqani  inkanın  obyekti  aydındır,  məlumdur.  Şairin  25-26  yaşlarında

yazdığı "Töhfətül-İraqeyn"dən bir parçaya diqqət yetirək:

Vaxtdır, öz dovründan qalsın fələklər,

Rəqs etsin yerdəki xətlər, büküklər.

Haman bu qozbelin vaxtdır ki, birdən,

Boz dovşan, ağ siçan düşsün belindən.

Dişilər qalsınlar bala doğmaqdan,

Qarınlar duvağa dönsünlər bir an.

Eyni inkar şairin başqa bir şerində belə ifadə edilmişdir:

Fələyi mən yerə vurardım, heyf,

Göylərə nərdivan tapmayıram.

Xaqani  poeziyasındakı  inkarın  kökü  dərin,  məzmunu  isə genişdir.  Lakin  bir

cəhət  aydındır:  zəmanə insanın  istədiyi  kimi  deyil.  O,  yeni  insanın  ağlına,

düşüncəsinə ziddir, düşməndir.

Getdi o dövranlar, getdi o dəmlər,

Ki, Cəmşid şah idi, div isə nökər.

Nə işlər törədir, yaxşı bax cahan,

Cəmşid qul olmuşdur, divsə hökmran.

Cəmşidin  divlərə hökmran  olduğu əsatiri,  zamanları  Xaqaninin  xatırlaması

təəccüblü  deyildir.  Qərbin  və Şərqin  bütün intibah  ziyalıları  kimi  onun  da

nəzərində əski  çağ  bir  idealdır.  Bu  günün  inkandır.  Orda  işıq  zülmətə, ədalət

zülmə, ağıl nadanlığa, Cəmşid divlərə hökmran idi. Xaqaninin yaşadığı dövr isə

feodal orta əsrlərinin hökmranlıq etdiyi, insan ağlını, hissini, istedadını özünə qul

etdiyi  bir  zamandir. Lakin  elmin,  mədəniyyətin  və insanın  inkişafı  elə bir

məqama gətirmişdir ki, oyanmış şüur mövcud vəziyyətlə barışa bilmir, onu inkar

edir. Xaqaninin inkan məhz bu oyanmış şüurun üsyanıdır:



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə