Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   2   3   4   5   6   7   8   9   ...   148

________________Milli Kitabxana________________

İnsanların adından elə qorxmuşam ki, ah,

Məndə dəhşət yaradır, hətta o mərdum-giyah.

Bu  qeyddə İntibah  humanizmi  ehtiraslı  bir  şəkildə təsdiq  edilir.  Şair  insan

adından  ona  görə qorxur  ki,  özünü  insan  adlandıran,  orta əsr əxlaqı  ilə yaşayan

adamlar nadanlığı, acgözlüyü, paxıllığı, xəbisliyi ilə hər cür vəhşidən daha vəhşi,

daha  eybəcər  işlər  görürdülər.  Xaqanini  qorxudan  öz  canı  deyil,  hər  şeydən

əvvəl,  bu  vəhşi,  yırtıcı,  qeyri-insanların əlində qalan,  zəncirlənən,  boğulan,

tapdanan  gözəl  dünyadır,  insanlardır,  sadə xalqdır,  onların  aqibətidir.  Xaqani

dünyanı tamam inkar etmir. O, elə bir dunya arzulayır ki, orda insan rahat, azad

nəfəs ala bilsin, hər şey onun arzularına uyğun olsun:

Bir cahan arzular ki, Xaqani,

Ola rahət bir an, tapmayıram.

Onun bu arzusunda da məhz təsdiqlə bərabər, inkar vardır; köhnə dünyanın,

orta əsrlərin  inkarı.  İntibah  dövrü  orta əsrlərlə yeni  İntibah  ideallarının

vuruşduğu,  ölüm-dirim  döyüşünə çıxdığı  bir  dövrdür.  Orta əsrlərin  ordusu,

qanunları, məhkəmələri, dar ağacları var idi. İltibah isə kiçik bir ziyalı dəstəsi idi.

Əbül-Əla  Məərri,  Rudəki,  Xəyyam,  Firdovsi,  Sənai, Ənvəri,  Cəmaləddin

İsfahani,  Xətib  Təbrizi,  Eynəl-qüzzat  Həmədani,  Mehsəti,  Xaqani,  Nizami  kimi

zəkası,  dühası  ilə orta əsrlərin  buludlu  səmasında  şimşək  kimi  çaxan,  orta əsr

qaranlığını  ani  olaraq  nura  qərq  edən  kiçik  bir  ziyalı  dəstəsi  idi.  Orta əsrlər  öz

mövqeyini,  qanunlarını  və s.  qorumaq  üçün  heç  nədən  çəkinmir,  İntibah

ziyalılarını  zindanlara  atır,  dara  çəkir,  diri-diri  soyur,  tonqalda  yandırırdı.  O,

İntibahın  nə olduğunu,  nə istədiyini,  bəşəriyyətə necə yol  göstərdiyini,  özünün

axırının  çatdığını  yaxşı  başa  düşürdü,  ona  görə də Məcnunu  dəli  adlandırıb

çöllərə salır,  Həllac  Mənsuru  çarxa  bağlayıb  xıncım-xıncım  edir,  Eynəlqüzzatı

öldürub  həsrə bükür,  neft  töküb  yandırir,  Nəsiminin  isə dərisini  soyurdu.  Lakin

İntibah  da  uzun  müddət  geri  çəkilmədi,  varlığını ən  gözəl  humanist  ideallar

yolunda  qurban  verməkdən  qorxmadı.  Orta əsrləri  zamanın ədəbi  məhkəməsinə

çəkdi, ona güldü, meydan oxudu, ağlı, qüruru, insanlığı ilə inkar etdi. Bu İntibah

ziyalılarının ən  böyüklərindən  biri olan  Xaqani  də orta əsrlərə öz  inkarı ilə

meydan oxumuşdur:

Məst bir filəm, başıma vururlar ki, hər zaman,

Dinc qalarsan yadıma bəlkə düşər Hindistan.




________________Milli Kitabxana________________

Mən ki, qəm Qanunuyam, məni rədd et saraydan,

Şer işlərdə fironam, vurmasan tənə Şirvan

Xaqani yox, o kişi demişkən Xəlqaniyəm,

Xoşdur ki, yoxsullarla olmuşaın sirdaş, məhrəm.

İnkarçı  Xaqaninin  böyüklüyü  özünü  xəlqani,  yoxsullar  sirdaşı  və məhrəmi

saymasındadır. Qoy düşmən onun başına döysün, onun düşüncələrini başından çıxarmağa

çalışsın, məst filin yadından Hindistan - humanist ideallar, arzular dünyası çıxmaz, o, orta

əsrlərlə bağlanmaz.  "Eşşəklərin  belinə yun  palan  qoyan,  itlərin  boğazına  qızıl  xalta

bağlayan" zəmanəni şair Xaqani qəbul edə bilməz. Onun poeziya bayrağında yazılan şüar

budur: "Rədd olsun orta əsrlər! Onun qanunları, cahilliyi, sədaqətsizliyi, acgözlüyü!":

Əzəl gündən olmamışdır bu dünyada əhli-vəfa,

Görünməmiş öz əhdinə sadiq olan bir aşina.

Təkcə bizim ölkəmizdə vəfa yoxdyur zənn eyləmə,

Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.

Qanı qanla yu, qalmayıb rahatlıqdan heç bir nişan,

Öz-özünə həmdəm ol ki, tapılmayır dostda vəfa.

İnsanların məzacında insanlığı az axtar ki,

Çalağanın yuvasında qanadlanmaz heç vaxt hüma.

Mənə inan, Adəmin ilk toxumundan bu vaxtadək,

Hələ insan yetirməmiş insan toxmu düşən tarla.

Qorxursansa səhraya get, ünsiyyət et vəhşilərlə,

Könül açan həmdəm yoxdur bu insanlar arasında.

Bir  parçasını nümunə göstərdiyimiz  bu  şeirdə ehtirasla  inkar  edilən  də orta əsrlər  və

onun  dönük,  xüsusiyyətçi əxlaqıdır.  Xaqani  bir  çox  hallarda  bütün  dünyadan,  bütün

insanlardan  şikayətlənsə də,  onun  şikayətləndiyi,  inkar  etdiyi  dünya  və insanlar  düşmən

dünya və insanlardır, İntibahın əks qütbündə duran adamlardır, onların dünyasıdır:

İlk baharın buludu tək ağlar, gülər üzüm mənim

Deməli, hind baharını yamsılayir gozüm mənim

Söyləyirlər "sən gülürsən", deyirəm ki, "sizə, əlbət",

Cavabımdan düşmənlərin ürəyinə düşür dəhşət.

Söyləyirlər "ağlayırsan", "səbəb sizsiz", deyirəm mən,

"Dost idiniz mənə bir vaxt, ağlayıram dərdinizdən".

Xaqaninin  həssas,  odlu,  ehtiraslı  ruhu  dostu  düşməndən  seçir,  düşmənlərə gülüb

onların ürəyinə qorxu salırsa, dostlar üçün ağlayır,



________________Milli Kitabxana________________

onları  həmişə dost,  yəni  insan  görmək  istəyir.  Onun  inkarı orta əsri,

şimşək  kimi  caxıb,  ildırım  kimi  gurlayırsa,  İntibah  gülüstan  üçün

mehriban  bahar  yağışına, ətirli  səhər  nəsiminə çevrilir,  onu  təsdiq  edir.

Xaqaninin böyüklüyü məhz bundadır.

Azərbaycanda  Xaqani  irsinin  öyrənilməsi  ilə H.Araslı,  M.Quluzadə,

M.Sultanov, Q.Kəndli məşğul olmuşlar. M.Sultanov Xaqani irsinin nəşri

və tərcüməsi  sahəsində xeyli  iş  görməklə bərabər,  onun  haqqında  ilk

monoqrafiyanı da qələmə almışdır.

Xaqani irsinin  tədqiqi  ilə ardıcıl  şəkildə Qafar Kəndli  məşğul  olmuş,

ölkəmizdə və xaricdə şair  haqqında  bir  sıra  samballı  məqalələr  dərc

etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini "Xaqani

Şirvani:  həyatı,  dövrü  və mühiti"  adı  ilə nəşr  etdirmişdir.  Zəngin  faktik

material əsasında  yaradılan  bu  tədqiqat  işi  bütünlüklə klassik  irsin

öyrənilməsində yeni hadisədir.

Xaqani poeziyası  öz  dövrundən  başlayaraq  bu  günə qədər  Şərqin,  o

cümlədən  Azərbaycanın  bir  çox  sənətkarları  üçün  örnək,  nümunə

olmuşdur. Əmir Xosrov Dəhləvi, Əbdurrəhman Cami, Məhəmməd Fizuli

kimi sənətkarlar bu dahi şairin "Şiniyyə"sinə cavab yazmış, Seyid Əzim

Şirvani  özünü  onun  naibi  saymış,  Sabir  bəzi  mənaları  ondan  iqtibas

etmişdir. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli

hadisələrindən biridir.

Oxuculara  təqdim  olunan  və qüdrətli  şairin  ölməz  irsinin  böyük  bir

hissəsini əhatə edən  bu  kitab  Məmmədağa  Sultanov  tərəfindən  tərtib

edilən  və 1985-ci  ildə "Yazıçı"  nəşriyyatında  işıq  üzü  görən  nəsri

əsasında  hazırlanmış  kitaba Əkrəm  Cəfər  və Məmmədağa  Sultanovun

yazdığı şərhlər də eynilə saxlanmışdır.

Xəlil Yusifli



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə