Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   2   3   4   5   6   7   8   9   10   ...   148

________________Milli Kitabxana________________

TÖHFƏTÜL – İRAQEYN

DİBAÇƏ

...Dünən Dəclə sahilində bu sözləri yazırdım, Dəclə isə lətafətlə dadlı nəfəs alırdı. Bu

dad  və ləzzət  iki  vasitə ilə yayılırdı:  biri  dilə gəlib,  ibarə olur,  digəri  qəlbə keçib,  məna

yaradırdı. Qəlbim bu mənanı barmaqlarıma axıdır, barmaqlarım isə qələmin ucuna verirdi.

Beləliklə,  hər əsən  külək  Dəcləyə gözəllik  bəxş  edərək,  mənim  qələmimin  vasitəsilə

kağıza köçürdü. Bu zaman gözümün bəbəyi Dəcləyə deyirdi: "Ey ilahi çay! Sən qəlbində

gövhərmi əritmişsən?  Ya  aşiqlərin  göz  yaşısan?  Sən  axan  ulduzmusan, ya  dövr  edən

fələk?"  Dəclə cavab  verirdi:  "Yox,  mən  fələk  deyiləm,  kəramət  dəryasından  bir

hissəyəm...".

...Bu  "töhfə"ni  nəzmə çəkən Əcəm  Həssanı  Xaqaniyi-Həqayiqi  o  böyük  padşahın

xiddətində olub,  onun  xələtini  aldığı  zaman,  xəzinəyə girərək,  gücü  çatdığı qədər  ləl-

cəvahirat götürüb, dövlətləndi və padşahlıq tapdı. Vəhdət dünyasını ələ gətirib, qane oldu

və rahatlıq  çadırını  qurub,  hirsi  və tamahı  nökərlər  kimi  dalda-qabaqda  saxlayıb,

böyüklərin  ağıl  və elmindən  sağ  və sol əlini  doldurdu.  O,  (yəni  Xaqani - M.S.)  şadlıq

taxtında  oturub,  azadlıq  tacını başına  qoydu  və dünyaya  bu  cür  səs  saldı:  "Bil  ki,  Allah

dövrü  yaratdıqda,  dövr  mənim  dövrüm  oldu,  zaman  mənim  zamanım".  Sonra,  iradədən

doğan və göylərə yol göstərən pak idrak, göylərin guşəsindən beynimin üç şöbəsinə nazil

oldu  və dedi:  "...Allah  sənə yol  göstərsin,  ey  Xaqani...  Allah  sənə sağlıq  versin,  ey

Həqayiqi... Sən lazım olan dərəcəyə çatdın, bəxtin möhkəm oldu, onu əldən vermə; habelə

yaramazlıqlar  törədən  şərabın  söhbətindən  çəkin,  fəlakətlər  doğuran dünyadan  həzər  et;

bu köhnə, murdar qandan canını qurtar, özünü elm və bilik kölgəsində saxla,

İxtisar edilmişdir.




________________Milli Kitabxana________________

əgər istəyirsən ki, qəlbin yaralanmasın, vərəm və aclıq törədən dövlətli adamların qapısına

yardım  üçün  getmə ki,  onlar  yaramazlıqlar  törətməsin...  Bu  yeni ərsəyə gəlmişlərin

karvansarasında  düşüb  qalma  ki,  öz  evindən  kənar  düşməyəsən.  Bu  dünya  bazarının

tozunu silmə ki, ürək xəzinəsinin cəvahirlərindən məhrum olmayasan.

...Mən  Şirvan  məhbəsində idim.  Birdən  ilahi  səs  mənə dedi:  "Əgər  yüksəlmək

istəyirsənsə, ayaq götür, yola çıx ki, dövlətə zəhmətlə çatmaq olar... Yəni, dur, Şama get,

oradan ərəblərin  Məkkəsinə keç, əvvəlcə...  qulluğa  qədəm  qoy,  sonra  "ehram"  tutub

dayan, ziyarət zamanı qəlbdən: "Ey  Allah,  mən sənin nə olduğunu layiqincə tanımadım"

söylə...


Sonra  dövlət  Məkkəsinə yol  ara,  onun  halqasını iki əldə tutub,  o  türk  kimi  de:  "Ey

mənim evim, mən sənin kimi ev görməmişəmsə, sən də mənim kimisini görməmişsən".

Deməli, sən Kəbə ilə üzləşə bilərsən. Əgər o türkün yüz nəcib oğlu var idisə, sənin də

yüz  min  qəribə övladın var;  budur,  hər  birini  onun  qapısına  qulam  et  və hər  birinə min

dinar  qiymət  qoy;  Musulu  nəhs  ev  adlandır  ki,  orada  ancaq  bir  nəfərdən  başqa  özünə

xiridar tapa bilməzsən, o da Məhəmməd ibn Əli ibn Əbu Mənsurdan ibarətdir...



BAŞLANĞIC

Bu qara torpaqla mavi asiman,

Qoymuşdur dünyada bizləri heyran.

Bu fələk, bu torpaq nə qədər ki var,

Ömür kisəmizi boşaldacaqlar.

Qəribə deyilmi, səma dövr edir,

Lakin sabit durur məhvərində yer.

Bu iki sehrbaz hər axşam-səhər,

Əyninə gah qara, gah ağ don geyər

Sarsılır varlığın indi təməli,

Açır qapıları heçliyin əli

Dörd hambal belindən atır yükünü*,

Nə ili görünür, nə ayı, günü

Göy atı tərk edir göyün tağını

Salır həm nalını, həm dırnağını*.



________________Milli Kitabxana________________

Pələng dərisitək göy xal-xal olur,

Hər şey boşluq içrə payimal olur.

Vaxtdır, öz dövründən qalsın fələklər,

Rəqs etsin yerdəki xətlər, çökəklər.

Haman bu qozbelin, vaxtdır ki, birdən,

Boz dovşan, ağ siçan düşsün belindən*.

Dişilər qalsınlar bala doğmaqdan,

Qarınlar duvağa dönsünlər bir an.

Ala gözlərinə çıxsın bir yara,

Dünyanın gününü eləsin qara.

Çünki insanlarda, qalmamış, əlbət,

Nə dostluq, nə vəfa, nə də ünsiyyət.

Dünyada qalmamış etibar, bəli,

Gözə görünməyir bir insaf əhli.

Qanun-qayda itib, bax, birdəfəlik,

Nə dinclik qalıbdır, nə asudəlik.

İndi din göyündə Dəccallar çoxdur,

Heyif ki, xilaskar bir Mehdi yoxdur*.

Bu dünyanın əli piyaləmizə,

Hey zəhər süzərək, içirtdi bizə.

Göy, sitəm şərbəti hazırlayaraq,

Onu ariflərə içirtdi ancaq.

Axmaqlar gözündə dünya heç zaman,

Seçilməz bir uşaq oyuncağından.

Qəza taxtasında bu əqlikəmlər,

Əlifba öyrənir hər axşam-səhər.

Xaqani həyatın sirrini qanıb,

Torpağın üstündə möhkəm dayanıb,

Üz tutub, hörmətlə deyir ellərə,

Onu ehtiramla dinləyənlərə.

GÜNƏŞƏ XİTAB

Oruc ağızlara ey möhür vuran,

Ey verən bahara gözəlliklə can!

Hər səma cisminin sənsən məhrəmi,

Ey dünya mülkünə atəş zəmzəmi.



________________Milli Kitabxana________________

Aya işıq verən sonsuz fələk də,

Sayəndə dincəlir hər kələbək də.

Qorxundan bu mavi səmada səhər

Gizlənmiş minlərlə rəna gözəllər.

Kainat içində açaraq qanad,

Narınctək daima gəzirsən azad.

Bağlıdır hüsnünə hər iki cahan,

Sənsən zəncilərin tükünü buran.

Cecələr qaranlıq, gündüzlərsə nur,

Sənin lütfün ilə bərqərar olur.

Sən qızıl səpirsən öz xəzinəndən,

Dünyaya sən müftə isti verirsən

Olursan gah həyat artıran kövsər,

Gah şölən bıçaqtək ömürü kəsər.

Sən hər bir qapıya bir baş vurursan,

Hər çör-çöp səninlə olur kamran.

Qövsi-qüzehi də rəngləyən sənsən,

Bir saman çöpü də rəng alır səndən.

Səninlə bəzənir dünya camalı,

Sayəndə dəyişir aləmin halı.

Edirsən soltana, yoxsula hörmət,

Göylərdən artıqdır səndə səxavət.

Aya sən verirsən müftə nur donu,

Alırsan yenə də geriyə onu.

Ya vermə xələti möhtaclara sən,

Ya da verdiyini alma əlindən.

Hər bir tac səninlə edər iftixar,

Otlar da sayəndə boy atıb qalxar.

Neçin yar olursan axmaqlara sən,

Neçin pay verirsən alçaqlara sən?

Torpaqdan sən etdin hər şeyi zahir,

Yaratdın hər yerdə qızıl, cəvahir

Bəs neçin çoxların kədərə batdı?

İqbalı onları torpağa atdı?



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə