Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

________________Milli Kitabxana________________

Xaqani məclisi sənin nurundan,

Zövq alır göylərdə yandığın zaman.

Bildin hər sirrini, hər adətini,

İşıqla göstərdin ibadətini.

Quru, yaş olursa onun odunu,

Yəqin ki, sən özün edirsən bunu.

Səndəndir əlində gül-çiçək olsa,

Səndəndir ovucu qızılla dolsa.

Səninlə həmsöbbət olduğu zaman,

Yunu ipək kimi yumşalır, inan!

Dünyanın buz kimi sərdabəsinə,

Cəlalm hərarət bəxş edir yenə.

Unutmayıb onu, süzüldükcə sən,

Hərdən qapısından, pəncərəsindən.

Hörürsən qırmızı qızıldan cuna,

Otağı bəzənir, girir min dona.

Doldurub evini bəzəklə, pulla,

Onun ətəyini xalis qızılla,

Silirsən, qaldırıb yerdən başını,

Həm alın tozunu, həm göz yaşını.

Hər ağır xəstənin dərmanı sənsən,

Şirvan məhbəsində bir dustağam mən.

İkimiz də dərddən saralmışıq biz,

Od-alov içində yanır qəlbimiz.

Çox giley etmişik biz əllərindən,

Vəfasız dünyanın əməllərirdən.

Bədənim dərd üçün bir kor quyudur,

Həm dəmir dağıdır, qürurla durur*.

Sirləri quyutək örtəsən gərək,

İfşa etməyəsən onları dağtək.

Əcəm xasiyyətli adamdan bir az,

Gizli sirr eşitsən faydasız olmaz,

ƏRZİN FƏZİLƏTİ HAQQINDA

Çox səfər eylədin, əl çək göylərdən,

Bir az da gəz, dolan yer üzünü sən!

Əgər öz meylini salsan bu yerə,




________________Milli Kitabxana________________

Artar şan-şöhrətin birə min kərə.

"Bir" gəlib "min" olar, əgər onu sən,

Yerindən üç xana sola köçürsən*.

Piyadan keçdimi yeddi xanəni,

Udmaq çətin olar, çox güman, səni*.

Sədəfçin qətrələr göylərdən enir,

Mirvari gəzməklə qiymətə minir.

Xüsusən, səyahət - dünyanı gəzmək,

Böyük adamlara olmuşdur bəzək.

Qəza pərgarım sancıb dərinə,

Qoydu ilk nöqtəni yer üzərinə

Kainat yer ilə belə yüksəlir,

Hər xətt bir nöqtədən baş alıb gəlir.

Torpaq cövhəridir bu kainatın,

Həm xəzinəsidir cəvahiratın

Dünyanın beşiyi olmuş bu torpaq,

Torpaqdan doğulmuş mənalar ancaq.

Mustafa torpaqda yatdığı üçün*,

Yer göydən əzizdir, üstündür, üstün!

Ürək ikiüzlü aynadır, ancaq,

Onu da hifz edir bizim bu torpaq.

Bir üzü işığa meyl edir hər an,

Digəri ayrılmır qara torpaqdan.

Torpaqdır beşiyi bütün xilqətin,

Hər bakir mənanın, sözün, sənətin.

Daima dövr edən bu mavi göylər

Yerin, məxluqatın dalınca dönər.

Torpağa hörmətlə ayaq bas ki, sən

Yerdə öz-özünə göyərməmisən.

Səfərdə uzağa tutub üzünü,

Dördüncü iqlimə çatdır özünü*.

O dördüncü iqlim yeddinci göydən,

Yerin sayəsində üstündür, bilsən.

Günəş, ölkələrə, qızardımı dan,

Yayır öz nurunu dördüncü qatdan.

Dördünçü növbədə yarandı insan,

Sırada dördüncü kitabdır "Quran"*.

Dördüncü ölkəyə səfər et sən də,



________________Milli Kitabxana________________

Çatarsan məqsədə bu səfərində.

Göyün doqquzuncu atına atlan,

İraqa yola düş bir an durmadan!

Dərdinə bir çarə axtarsan əgər,

Ona yenə İraq bir çarə edər.

Torpağı o dünya torpağındandır,

Dirilik suyu tək suyu dərmandır.

Yanağın qızarar İraqda olsan,

Ağzın dada gələr onun suyundan.

O yerdə çox gözəl abü-hava var,

Azca orda qalsan, səni sağaldar.

Abi-kövsər kimi şəffaf  bulaqlar,

Ərzin mərkəzində ulduztək parlar.

Donmuş bir ruhdandır torpağı onun,

Odur ki, əzizdir qucağı onun.

Göyün üst qatıdır İraq torpağı,

Göy isə o yerdən durur aşağı.

Məndən öyrəndiyin bu sözləri sən,

Tez İraq əhlinə çatdıra bilsən,

O zaman, yəqin ki, sənə mələklər,

Hər addım başında afərin deyər.



SƏFƏR TƏFSİLATI

Dövrün əmirinin fərmanıyla mən,

Nəhayət, qurtardım Şirvan bəndindən*.

Səfərdə səhralar çıxdı önümə,

Yorğun bədənimi sürüdüm yenə.

Uzaşdım Şirvanm qəhətliyindən,

Vəbal çayını keçib getdim mən.

Şirvan məhbəsindən uzağa getdim,

Bir məqsəd dalınca İraqa getdim.

Qaldı Qara dəniz mənim arxamda,

Səfidrud çaymı keçdim bir anda.

Gördüm Kuhistana çatıb, nəhayət,

Səkkiz behişt kimi yeddi vilayət.

Torpağı İsaya tutiya verər,




________________Milli Kitabxana________________

Daşları Musaya kimiya verər*.

Orada hər ilin dörd baharı var,

İki bayram görür gündə o diyar.

Nəzəri cəlb edir qamışlıqları,

Qərənfil bağları, meyvə bağları.

Onun hər tərəfi bir gülüstandır,

Gözəl ətir verən bağdır, bostandır.

İki top qoymuşdur Xuzistana o,

Üç zərbə vurmuşdur Hindistana o*.

Torpağı çəməndir onun bahar, qış

Çayların belinə körpü çatılmış...

Tağlı körpüləri yeddi gözlüdür,

Gülləri saplaqda səkkiz üzlüdür.

Qaçaqdan, quldurdan asudə, lakin,

Xəzinədarları büsbütün xain.

Təəssüf, belə bir füsunkar cənnət,

Olubdur cəhənnəm əhlinə qismət!

Kəsər vəhşi kimi yolları onlar,

Gündüz yatıb, gecə edərlər şikar.

Onların həyatda məqsədləri yox,

İnsanlığa azca hörmətləri yox.

Yolun kənarına çıxıb, səhərlər,

Guya qonaqları qəbul edərlər.

Lakin, o hiyləgər tülkülər hər  an,

Pusquda duraraq, güdürlər karvan.

Əvvəl yol göstərib karvana onlar,

Sonra da yolunu kəsib, soyurlar.

Üzdə gülsələr də, dişləri qanlı,

Zöhhak ağızlıdır, əjdaha canlı.

İsti qumda bişmiş yumurta kimi,

Duyğusuz qəlbləri duya bilirmi?

Əhli-insan deyil, sanki, heyvandır!

Tufanlı dəniztək çox biamandır.

Onlar nə dindirər, nə də ki, dinər,

Nə fəryad eşidər, nə aman bilər.

Orda oğrularla dostdur darğalar,

Hərənin min dili, min ədası var.

Yaman naəhl olur o yerin əhli,



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə