Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə139/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   135   136   137   138   139   140   141   142   ...   148

________________Milli Kitabxana________________

Səh. 258.

Məşhur olan Çin "Ərtəng"i "Tənglüşa"dan gözəl.



Ərtəng – məşhur  nəqqaş  Maninin  kitabıdır;  son  dərəcə gözəl  rəsmləri  olduğundan,

Mani bu kitabın göydən gəlmiş olduğuna xalqı inandırırmış.



"Tənglüşa " - Lüşa  adlı  bir  rum  aliminin  rəsmlər  kitabıdır;  Lüşa  bu  kitabı  Maninin

"Ərtəng"inə müqabil çıxarmışdır.



Səh. 259.

Çaxmaq daşı, Əqsa deyri, Beytül-müqəddəsə mən,

And verirəm Şəlixaya, Ənsariyə, pak ikən.

Əqsa  deyri  (və ya  məscidi-Əqsa) - Davudun  və Süleymanın  Beytül-müqəddəsdə

tikdirdikləri  kilsədir. Şalixa - İsanın ən  yaxın  adamlarından  biri. Ənsar - islamı  yaymaq

üçün mübarizədə Məhəmmədin köməkçilərindən olmuşdur.

Səh. 259.

And verirəm zünnar ilə, paqus ilə qəndilə,

Yuhənnaya, Bəheyraya, Şəmmasa, gəl, rəhm elə.

Yuhənna - Yəhya  peyğəmbər; Bəheyra (Büheyra) - məşhur  nəsrani  rahiblərindən

olmuşdur. Guya o, Məhəmmədin peyğəmbər olacağını 20 il qabaq söyləmişdir. Şəmmas -

Məhəmmədin tərəfdarlarından biridir.

Səh. 259.

O təslisə, o tərbiə, təsdisə, səlasəyə.



Təslis - əsil, əsaq; tərbi - xaçın dörd guşəsi; təsdis - dünyanın altı cəhəti (sağ, sol, ön,

arxa,  yuxan,  aşağı);  səlasa - Gün,  Ay,  ulduz,  yaxud  cəmadat,  nəbatat  və heyvanat

deməkdir.

Səh. 264.

Qüreyşilər bayrağınla sənin oldu səfərbər,

Yəmanilər xəncərinlə sənin oldu müzəffər.

Qüreyşilər - Hicazda ərəb qəbilələrindən biridir; Məhəmməd bu qəbilədən çıxmışdır.

Yəmanilər  (Yəmənilər) - Yəmən əhli;  İslamiyyətdən  qabaq  yəmənilər  qonşu  xalqların

təzyiqi altında olmuş, islamiyyətdən sonra isə bu düşmən təsirindən qurtarmışlar.



Səh. 264.

Söz Misrinin Yusifləri sağlığına hər zaman

Nuş eyləyir mənaların badəsini şadiman.

Yəni: ən gözəl şairlər sənə mədhlər yazırlar.



Səh. 268.

Gözüm içindəki bir cüt gözəl doğar hey qan,

Odur ki, basdırıram qanlı körpələr hər an.

Bir  cüt  gözəl - bəbəkler. Qanlı  körpələr - qanlı göz  yaşları;  Beytin  mənası:

gözlərimdən axan qanlı yaşları silirəm (basdırıram).



Səh. 268.

Yazım sarı üzümün zəfəranı ilə dua,

Bəlkə qısır bəxtimi duam uşağa qoya.

Orta əsr dua kitablarında qısır qadınların uşaq doğması üçün zəfəranla dua yazardılar.

Xaqani  həbsdə üzünün  saraldığını  zəfərana  oxşadaraq,  onun  suyu  ilə (göz  yaşı  ilə)

"dua" yazmaq istəyir ki, bəlkə həbsdən azad ola.



Səh. 268.


________________Milli Kitabxana________________

Sinəm çapıldı dağın bağrıtək, günahı budur,

Ki, məxzənində Günəş parçası qalıb, qorunur.

Günəş parçası - şairin qəlbinə işarədir.

Mənası:  fələk  Xaqaninin  dağ  kimi  sinəsini  parçalayır  ki,  köksündə saxlanan  Günəşi

(ürəyi) çıxartsın.

Səh. 268.

Qəfəsdə bağlı qalan Zal kimi fəqan edərəm Ki,

bəlkə Bəhmənə təsir edə mənim naləm.

Zal - "Şahnamə"  surətlərindən İran  sərkərdəsi  Samın  oğlu.  Bəhmən - mələk  adı,

Sasani  şahlarından  birinin  adı...  Burada  Xaqani  özünü  atılmış  Zala  bənzədir.  Bəhmən

dedikdə onu həbsə salan Şirvanşah Axsitanı nəzərdə tutur.

Səh. 269.

Qəm ilə yüklü dəvə iynənin gözünü tapar.

Dini  ehkama  görə dəvə iynənin gözündən  keçəndə kafirlər  behiştə gedər.  (Yəni: heç

vaxt getməz)

Xaqani mübaliğə ilə deyir ki, həbsdə o qədər qəm çəkib, incələr ki, iynənin gözündən

keçə bilər. Yəni: tam incəldikdə bəlkə həbsdən azad olar.



Səh. 269.

El içindən qaçaq düşən qəribə Simurğəm,

Odur ki, Zal əvəzi munisim olubdur qəm.

Simurğ - vücudu  görünməz  olan əfsanəvi  quş.  Guya  o  meşəyə atılmış  Zalı

bəsləmişdir.

Xaqani  özünü  xalqın  gözünə görünməyən  Simurğa,  qəm,  kədərə isə könlündə

bəslədiyi Zala bənzədir.



Səh. 270.

Dəvə-pişik oyunu oynayır bu aləm əgər,

Əlimdə təsbih olur gah mənim də, gah sağər.

Dəvə-pişik təmsili xalq arasında məşhurdur. Guya bir ərəb itmiş dəvəsini taparsa, onu

bir  dinara  satacağına  and  içmişdi.  Tapdıqda  dəvənin  boynuna  bir  pişik  bağlayıb,  dəvəni

bir dinara, pişiyi isə min dinara satmaq istəyir, ancaq ikisini bir yerdə.

Xaqani  bu  məşhur  el  rəvayətinə toxunub, əlindəki  təsbehi - dəvə,  sağəri  (badəni) -

pişik mənziləsində tutur.



Səh. 270.

Daş hərləyən öküzəm, bağlanıb gözüm möhkəm.

Burada Xaqani özünü dəyirman daşını hərləyən gözü bağlı öküzə bənzədir ki, aramsız

kədər içərisində hərlənib durur.



Səh. 271.

Behişt bağına can, qəlb, ağılla çatsam mən,

Bu üçlük ordakı səkkizliyi edər məskən.

Üçlük - can,  qəlb,  ağıl – yəni  Xaqani. Səkkizlik- behiştin  guya  səkkiz  qapısı  var  ki,

hamısı şairin üzünə açılmış olar.



Səh. 271.

Fələkdən istəsəm isti, soyuq təam əgər,

İki fətirlə fələk süfrəmi müzəyyən edər.

İki fətir - isti Günəş və soyuq Aya işarədir.

Səh. 271.



________________Milli Kitabxana________________

Dəniyle Pərvinin illərlə bəslənib Nəsreyn,

Tamamlayar o iki quşla süfrəmin bəzəyin.

Pərvin - səmada  səpələnmiş  yeddi  ulduz.  (Xaqani  onlan  dənə bənzədir.)  Bu  ulduz

topasını bəzən Sürəyya adlandırırlar. Nəsreyn - Səmanın şimal qütbündə yan-yana durmuş

iki işıqlı ulduzdur.

Xaqani deyir ki, həbsxanada bu ulduzlar mənim süfrəmi bəzəyir, yeni, yeməyə bir şey

tapmıram.

Səh. 271.

Ağac əgər o zaman od veribsə Musaya,

Nə vacib onda gətirmək odu bu səhraya?

Dini  rəvayətə görə guya  Musa  peyğəmbər  yaşıl  ağacdan  od  almışdır.  Xaqani

həbsxanada od (hərarət) olmadığını nəzərə çarpdırır.

Səh. 271.

Gətirdilər mənə Bəhram kimi əgər cəhrə,

Qılıncla qarətə keçmək kimə verər bəhrə?

Tarixdən məlumdur ki, Hörmüz Bəhrami-Çubinə cehrə göndərdikdən sonra münaqişə

dayandırılmışdı.

Səh. 271.

Hələ bu dul qandan doğmamış kərəm gəlini.



Dul qarı - dünyaya işarədir ki, onda heç vaxt kəramət olmamışdı.

Səh. 272.

Mənijə Bijən ilə yalvarar ki, serimdən,

İşıq saçam quyuya ki, dibindədir Bijən.

Bijən və Mənijə - "Şahnamə" dastanlarında sevişən surətlərdir. Bijən quyuya salındığı

zaman onu Rüstəm çıxarmışdır.

Səh. 273.

Nə üzük, nə təxt varımdır, "rəbbi-həbli" söylərəm,

Turu atəşsiz "ənəllah" övçünü seyr eylərəm.

Nə (Süleyman  peyğəmbər  kimi  sehrli)  üzüyüm,  nə Cəmşid  kimi  taxtım  var,  "Allah

məni də belə yaratmışdır" söylərəm. Turda atəşsiz Allahın mənliyini seyr eylərəm (Musa

peyğəmbər Tur dağında guya Allahı od, nur şəklində görmüşdü).



Səh.274.

Qoysa da şeşxanədə beş hiss, dörd ünsür məni,

Udmuşam nərd oynayan dünyada hər üç növbəni.

Şair  fələyi  oyunbaza,  dünyanı  nərdtaxtaya  bənzədərək,  özünün  beş  hiss  və canının

dörd ünsürü əlində mars qaldığını bildirsə də, oyunun üç növbəsini də udduğunu bildirir.

Yəni: özünün maddi ehtiyacına baxmayaraq, vüqarını alçaltmır.



Səh. 294.

Bir zaman "ən nəbüdül əsnam" idi dil əzbərim,

İndi "inni la ühübbül-afilin"dir rəhbərim.

Beytin  mənası:  Bir  zaman  mən  bütlərə sitayiş  edirdimsə də,  indi  "boş  şeyləri

sevmirəm"deyirəm. ("Quran"dan alınmış ibarələrdir).

Səh. 274.

Divlər ilə çarpışarkən, doğrusu, mən Rüstəməm,

Mən gərək Simurğtək insan gözündən gizlənəm.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə