Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə63/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   148

________________Milli Kitabxana________________

Şerini ustadların inkar işində mahirəm,

Yazdığım laqqırtını vəsf eylərəm ki, şairəm.

Boynuma it muncuğu asdım ki, "gövhər" göstərəm,

Ənbər ad verdim qığa, əlhəq, qəribə bifərəm.

Şir kişilər, mən özümə ad verərsəm də kişi,

Baxmayın, dovşan kimi gah erkəyəm, gah da dişi.

Mən zəifəm, bu zəifliklə əgər zor gəlsələr,

Qalxaram yüksəkliyə, başımsa ərşə yüksələr.

Beynimə zərbə vurun, sərxoş fıləm, dönsün qana,

Fil rahatlansa bir an, istər qaça Hindistana.

Mən qıfil tək xaliyəm, birgözlüyəm, halqavaram,

Hümmət əhli məclisinin kandarında mən varam.

Üzlətin girdabına düşdü ağılla ruh əgər,

Biri yelkəndir, biri ləngər, mənə yoxdur xətər.

Atdı xaqan, basdırın torpaqda, qəm Qarunuyam,

Qərq edin, şirvanlılar, çayda ki, şer Fironuyam*.

Mən adunla heç zaman fəxr etmədim; Xaqaniyəm,

Ac və çılpaqlar səfində var yerim, xəlqaniyəm!

Ad verib "zülmətdəki Xaqani" ariflər mənə,

Safi adlandır ki, yeydir sufi xaqandan yenə.

2. YENƏ ZƏMANƏDƏN ŞİKAYƏT

Mən canu-dildən istərəm qaçmaq vəfanın qoynuna,

Fani dəyirmandır cahan, bağlanmayır canım ona!

İllət budur, zalım fələk tikmiş gözümü qırğıtək,

Qorxar, əlindən mən qaçım, harda ki, görsəm var bəla!



________________Milli Kitabxana________________

Başım kiçiksə qırğıtək, qəlbim geniş ümman kimi,

Rədd eylərəm, tac versələr, əynim qəbul etməz qəba.

Əsmiş vəfa bağında yel, yarpaq tökübdür hər ağac,

Qaçmaqdır ancaq niyyətim; qalmışsa yarpaqsız vəfa.

Gah istərəm baş qurtaram yad sayəsindən bir kərə,

Gah özümdən sayətək səy eylərəm ayrılmağa.

Onda ki, mən biganətək tərk eylərəm öz sayəmi,

Çox istərəm bir aşina qəlbində can tapsın yuva.

Könlümdə ki, min dərd var, çox yaxşı bir həmdərdi var,

Könlün təbibidir o ki, bir dərdimə qılmaz dəva.

Göz ağrısı verməz aman, dərman Günəşdən istərəm,

İllət budur ki, incidər, dərmanım olsa tutiya.

Əqlim məni bəndə çəkir, təklif ilə etmiş əsir,

Bu bəndi qırmaq istərəm, qoy məskənim olsun hava!

Mey müşkə dönmüş, ətrini saçmış səbanın ağzına,

Mey ətrini duydum, odur, axtardığım olmuş səba.

Söylə xərabat əhlinə, atəşpərəstlik rəsmini?

Öyrənmişəm, qəsdim budur, həmkar olum mən onlara.

Atəşpərəstlik cilləsi haqqında məndən et sual,

Qırx sübh getdim onlara mən həmpiyalə olmağa.

İnsaf ilə sorsan əgər, onlar içər dərya qədər?

Mən qaçmağa cəhd eylərəm, gördüm nəhəngindən cəfa!

Atəşpərəst meyxanəsi olmuş səfalı bir kaha,

Mən istərəm ki, o kaha versin mənə zövqü-səfa!

Yeddi nəfər kəhf əhlinin mən səkkizinci üzvüyəm,

Amadəyəm onlar kimi hər möhnətə qatlaşmağa.



________________Milli Kitabxana________________

Firon camı vermə gəl, zahidliyimdəndir məgər,

Firon əhlitək həzər etdim görəndə əjdəha.

Səndə o göhnə mey ki var, versən mənə, ver aşikar,

Pünhan versən, içmərəm, gizli içər əhli-riya!

Bir cam mey ver, nuş edim, ta duymayım "mən"lə "biz"i,

"Mən", "biz" olan yerdə mənə mümkün deyil durmaq daha!

Mən söz açarkən badədən, sən söz salırsan tövbədən,

Bəsdir, usandırdı məni şərh etdiyin bu macəra!

Sübh olcağın mey istərəm, heç bir dua zikr etmərəm,

Zahid əlində təsbehi görsəm, olar halım fəna.

Səcdə üçün meyxanədə mən salmışam səccadəmi,

Üz tutmaram, Kəbə evi bir səcdəgah adlansa da.

Süfrə açanlar "mərhəba!" söylər mənə hər bir zaman,

Mən süfrədən əl çəkmişəm, lazım deyildir "mərhəba".

Doldur, qədəhlər ver mənə, nuş eyləyim ki, istərəm,

Rədd eyləyim mən aşikar, onlar su versə, ya qida.

Yox, yox, mənə mey vermə sən, mey rəngi almış göz yaşım,

Qəsd etmişəm mən bu ucuz meydən kənara qaçmağa.

İndi gecə-gündüz ala bir it kimi olmuş quduz,

Qaçmaq gərəkdir canıma qəsd eyleyincə bu "ala".

Meyl etmərəm mey içməyə, bu rəsmdir ki, it qapan,

Yansa susuzluqdan belə, mümkün deyil baxsın suya!

Cəzb olmağı mən sevmərəm, canım dəmirdənsə əgər,

Qaçmaqdan özgə çarə yox, daşlar olub ahənrüba.

Dostumda ki, yoxdur vəfa, düşmən mənə etmiş sitəm,

Mən onları tərk etmişəm, təkcə pənahımdır xuda!



________________Milli Kitabxana________________

Mən bir Məsihəm ki, salıb lərzə Yəhuda canıma,

Gah da bir hərzə rahibin qaçdım əlindən dağlara.

Çoxlu bəlalar çəkmişəm insan əlindən dəhrdə,

Zəhləm gedər, görsəm əgər çöldə bitib mərdümgiya.

Məlumdur hər bir kəsə, görsə əsa, qorxar ilan,

Söylər: əsa şəklindəyəm, amma, qənimimdir əsa*.

Arzu əlindən bir zaman aldım qapazlar indi də,

Çəkmiş əcəl şəmşirini, istər ki, çalsın boynuma!

Var bir məsəl ki, oğlağa qaçmağı təklif etdilər,

Qəssabı göstərdi, dedi: oğlaq hara, qaçmaq hara?

Məndə olan beş hissdən dördü yəqin sultan ikən,

Zəhləm damağımdan gedər, təkcə o hissimdir gəda.

Bil, mən haman təkdanəyəm, əkmiş, becərmişdir kamal,

Qaçmaq gərəkdir, getməsin ömrüm dəyirmanda zaya.

Mən bir suyam ki, daima altımda od şölə çəkər,

İyrənmişəm yerdən, buxar ollam havaya qalxmağa.

Gördüm, zamanın qiyməti heçdən də heç qəlp pul kimi,

Tərk eylədi könlüm onu, aludə olmaz qəlp pula.

Bəxtim qaradır, istərəm, ağ əlləri tərk eyləyim,

Ya ki, qaçam göy rəngli bu piri-fələk ağuşuna!

Qorxdum, məni əzsin fələk, indi pənahımdır mələk,

Balta elə qorxutdu ki, qaçdım, sığındım mən ota.

Bəxtim qaradır, həm də bu - gündüztək aydındır mənə,

Qaçdım gecə ağuşuna, ta gözdən itsin bu qara.

Çəkdin qılıncı, söylədin: - Vardırmı başından keçən?

Mən ki, sözümdən qaçmadım, başım qılıncına fəda!



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə