Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   7   8   9   10   11   12   13   14   15

 

ANASI HAQQINDA 

 

Bir aşpaz qızıydı sevimli anam, 



Onunçun hər kəsi mən doydururam. 

Hikmət xəzinəsi məskəndir mənə, 

Onunçun getmərəm bir əncümənə. 

Xurma ağacının çölü xoş olur, 

Nemət mətbəxi tək içi doludur. 

Mətbəxdə bir xörək hazır edərkən, 

Yuyuram oranı min su ilə mən. 

Boş durmaz mətbəxdə qazanım əbəs, 

Sınıq görməmişdir kasamı bir kəs. 

Yuyarkən mətbəxi adlı-sanlılar, 

Daima əlləri bal, yağda olar. 

Beyin qazanımda bişəndə hisslər, 

Doyar xörəyimlə böyük məclislər. 

Günəş də can atıb dolanır hər gün. 

Mənim mətbəximdən iy çəkmək üçün. 

Mənim mətbəximdən çıxarkən tüstü, 

Göylər də ənbərlə dolar əlüstü. 

O Məryəm sifətli gözəllər ki, var, 

Mənim xörəyimlə açarlar iftar. 

Mədhlər söyləyən təbim dəryadır, 

Zaman süfrəsində sözüm halvadır. 

Şerimi sariban eşidən zaman, 

Ona zəfəranlı aş deyər, haman. 

Yağlı sözlərimlə dünya dolan tək, 

Onunla yağlandı bu mavi fələk. 

Çoxdandır ki, kasa gəzdirən dövran, 

Pay alır şerimdən və ilhamımdan. 

Bu alçaq zəmanə hər axşam, səhər, 

Məndən loğma alıb, qana döndərər. 

İlhamım nemətli süfrə açarkən, 

Aş axar süfrəmin hər tərəfindən. 

Bu aş ülviyyətin ruhudur, yeksər, 

O, ruhə mətanət, təravət verər. 

Sözümün şəhdidir o şirin şərab, 

Sufilər içərsə taparlar savab. 

Xasların qəlbini sözlərim açar, 

Hər beytin şam kimi yanıb nur saçar. 

Həyatın süfrəsi bol olsun - deyə, 

Mən təzə yeməklər etdim hədiyyə. 

Xörəyim dostlara şirin şəkərdir. 




Lakin, paxıllara acı zəhərdir. 

 

 



ƏMİSİ HAQQINDA 

 

Mən təbib əmimdən almışam ilham, 



Yeddi söz mülkünün bir Bokratıyam, 

Ağlım pay almışdır min bir dənizdən, 

Tanışam hər otla Qaf dağında mən. 

Bil, Ava dağının Musası mənəm, 

İndi, bu aləmin İsası mənəm. 

Onunçun məskənim olmuş asiman, 

Dördüncü göy olub mənə bu Şirvan. 

Jənnətdə nə meyvə yemişsə Adəm, 

Tumunu təbimdə əkmişdir möhkəm. 

Qəlbim Hindistandır, ilhamım Çindir, 

Nadir dərmanlarım bunlardan gəlir. 

O şadlıq gətirən məcunla, hər an, 

Sözlərim olmuşdur hər dərdə dərman. 

Nə vaxt təzələsəm şirin sözləri, 

Paxıl adamların çıxar gözləri. 

Kim belə bir dərman hazırlasa, bil. 

Ona can evində verirlər mənzil. 

Sözüm şəfa verər dərdli canlara, 

Lakin taun olar o, düşmanlara. 

Mən haqq yolçusuna yol göstərənəm. 

Düşmənin canına qızdırma mənəm. 

Mənim nəfəsimin möcüzəsindən, 

Yüz min qızdırmalı sağalar, həmən. 

İçdikcə Şirvanlı söz şərbətimi, 

Qaynar damarında qan bulaq kimi. 

Dərman qayırmağı, sanki peyğəmbər, 

Eyləmiş əzəldən mənə müyəssər, 

Zatı şərafətli, özü kərəmkar, 

Əlləri dünyaya xəzinə paylar. 

Onun əl suyundan yarandı Kövsər, 

Rəf-rəf dükanının rəfinə bənzər, 

Verər dərmanları ölüyə həyat, 

O, İsadan yüksək durur neçə qat. 

Mənim düşmənimə o edər lənət, 

Belə dosta olsun yüz kərrə rəhmət. 

Natamam yaranmış bir neçə cahil, 

Belə söhbətlərdən olmuşlar qafil. 

Qarikon kimidir acı sözləri, 




Acı tərbəd kimi, boşdur özləri. 

Tərbəd tək içləri zəhri-həlahil. 

Olmuşlar biliyə məzhəbə qatil, 

 

 



ÖZ VƏZİYYƏTİNDƏN ŞİKAYƏT 

 

İndi də halımdan, qoy, gileylənim, 



Gör, necə olmuşdur əhvalım mənim: 

Bəla dənizinə düşdüyüm gündən, 

Sədəf tək əlsizəm, ayaqsızam mən. 

Mirvari tapmaqçın amansız fələk, 

Doğrayır sinəmi, hər an, sədəf tək. 

Gümüş tək əridir, gah, bədənimi, 

Gah da qəmlə əzir bir civə kimi. 

Məni titə gördü zamanın gözü, 

Soldu, çopurlaşdı bəxtimin üzü. 

Dərdidir o titə belə dövranın, 

Çopurluq şərridir bizim Şərvanın. 

Olsam da mən dünya görmüş qaraquş, 

Zəmanə qol-qanad məndə qoymamış. 

Çıxır boğazımdan, hey, ahü fəğan, 

Paxıllar əlindən çəkirəm aman. 

Mən işlək öküzəm, meydan isə dar, 

Hər işdə sayırlar məni günahkar. 

Zəmanə boynuma bağlayıb kəmənd, 

Jismimi etmişdir bu meydana bənd, 

Amansız fələk də məni hər saat, 

Bir işlək öküz tək qoymayır rahat. 

Ürəyim bağlayır günbəgün qubar, 

İşimin nə sonu, nə əvvəli var. 

Arzu varsa da, ona yol yoxdur, 

Murada çatmağa maniə çoxdur. 

Göz yaşım rəngdə zərişgə döndü, 

Batan günəş kimi surətim söndü. 

Gördükdə ürəyim od tutub yanır, 

Zərişgin qəlbi də tez alovlanır. 

İşim baş tutmayır, ürəyim sınıq, 

Məzuram boğarsa məni hıçqırıq. 

Fitil nazik olsa, tükənərsə yağ, 

Titrək işıq saçar ətrafa çıraq. 

Mənsur dövrü kimi, gör necə işdir, 

Mənim bir günüm də xoş keçməmişdir. 

Bir təqvim ilində olan kimi bəxt, 




Bir gün artırmadı ömrümə heç vaxt. 

Elə ki, qurtarır təqvim məhv olur. 

Deməli, varlığı qurtarır, solur. 

Onunla bir daha hesab edilməz, 

Ondan heç kəs tarix öyrənə bilməz. 

Onu yox edərsək dönər xəyala, 

Onunla oturub baxmazlar fala. 

O ya vərəq-vərəq verilər yelə, 

Ya kitabxanadan atılar çölə. 

Ya silib atarlar əlin kirini, 

Küçəyə səpərlər vərəqlərini, 

Əzəl sayılsa da lazım, mötəbər, 

Sonra bir gərəksiz şeyə çevrilər. 

And olsun allaha, dövrün əlindən, 

O vaxtı qurtarmış təqvim mənəm, mən. 

Heç vəfa görmədim bir həmdəmimdə, 

Görmək nə, heç onu eşitmədim də. 

Yusif qardaşlardan çəkdi min əzab, 

Mən ondan daha çox çəkdim iztirab. 

Könül dərd əlindən düşdü təlaşa, 

Oxşaram bir küncə atılan daşa. 

Mən baxa bilmirəm öz ailəmə, 

Dərdimdən od düşür bütün aləmə. 

Mən məna yaradan tutiyəm, əfsus! 

Şərvan qəfəsində olmuşam məhbus. 

Qəza yer üzündən sildi adımı, 

Kəsdi dimdiyimi, qol-qanadımı. 

Çıxardı səadət Hindistanından, 

Qovladı əməlin gülüstanından. 

O mənə şəkər yox, zəhər yedirdi, 

Nəhəngin ağzından mənə su verdi. 

Mən, ölüb qurtaran tuti kimi, ah, 

Nəhayət, ölümə gətirdim pənah, 

Zəmanə xalqının əlindən artıq, 

Susmuşam, olsam da bir gözəl natiq. 

Mən işin sonunu bildiyim üçün, 

Nitqin ayəsini pozdum büsbütün. 

Məryəmi töhmətə tutarkən ol qovm, 

Oxudu o: "fələn ükəlliməl-yovm". 

Neyləyim, başımdan qorxaraq, mən də, 

Dilimi ağzımda saldım kəməndə. 

Kəsdisə dilimi izlət xəncəri, 

Dil tovhid deməkdən durmadı geri. 

Qılınca oxşasa yaxşı olar dil, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə