Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   2   3   4   5   6   7   8   9   ...   15

Xızrın gördüyü o dərin dəryalar, 

Üzük qaşımın bir damlası olar. 

Mən dırnaq tutarkən, onu fələklər, 

Göyləri dolaşan hilal zənn edər. 

Günəş paxıllıqdan edərək, təlaş, 

Deyirdi: - "Bu üzük qütb olaydı, kaş!" 

 

 

* * * 



 

Üzüm saralanda, qəlbim sınanda, 

Mən qüvvət alardım ondan bir anda, 

Bəzən də eyb tək gizli tutardım, 

Gahi qoynumdakı cibə atardım. 

Gəzdirər, bir sir tək üstünü örtər, 

Gizlin saxlayardım onu bir təhər. 

Alçaq adamların qorxusundan mən 

Evin bir küncündə gizlərdim, bəzən. 

Uzaqda olsaydım üzük qaşından, 

Bir ağrı qalxardı, sanki, başımdan. 

Ağıl sərhəddini keçərək şeytan, 

Xəyal tək beynimdə dolanan zaman, 

Qəzəb Tuğan şaha tərəf çəkərdi, 

Tamah Təkin şaha tərəf çəkərdi. 

Biri deyərdi: gəl, mərd adamların 

Yanında böyükdür sənin vüqarın. 

O biri deyərdi: namusu, arı 

Atıb da tərif et hökmdarları. 

Mənsə, bu döşəmə üstə oturdum, 

Nə irəli getdim, nə geri durdum. 

Lakin möhtac qalıb çörəyə bəzən, 

Öpdüm hər alçağın süfrəsini, mən. 

Gah zəngin məclisdə çox utanmışam, 

Qızıl tək torpaqda ayaqlanmışam. 

Gah azca şad oldum... Düşdüm bəlaya, 

Maral tək yem oldum bir əjdahaya. 

Gah səhər çağında məni bədnamlar 

Jam kimi tez alıb, tez qaytardılar. 

Şadlıq məclisinin bir adəti var; 

Jamı dolu alıb, boş qaytararlar. 

Mənim könül camım sınmamış hələ, 

Heyif, çox gəzəcək o, əldən-ələ. 

Sən cami-Jəmşidsən, bu halət nədir? 

Adi bir cam olmaq ar deyilmidir? 



Daldım təfəkkürə yenə bir gecə, 

Xəyalat yurdunu gəzirkən təkcə. 

Ağlım qulağımdan yapışdı birdən, 

Vəhdət aləminə götürdü yerdən. 

Mən ağır, o isə cəld iş görəndi, 

Mən bir kor, o mənə yol göstərəndi. 

Bir əlimlə tutdum ağlın yaxasın, 

O biri əlimlə şərin əsasın. 

Onların köməyi çox oldu, əlbət, 

Doğru yola düşdüm gəlib, nəhayət. 

Bir nazik mil çəkdi gözümə, bu an, 

Gözümdən qara su çəkildi, haman. 

Yeddi qat gözümdə tez işıqlandı, 

Doqquz qat, elə bil, alışdı yandı. 

Gözümü dünyaya açarkən, səhər 

Al-əlvan don geymiş gördüm üfüqlər. 

Bir səhər nəfəsi, bir aşiq ahı, 

Duydum, seyr edəndə gülən sabahı. 

Gördüm bir ağ çadır qalxdı göylərə 

Onun al ipləri sallandı yerə. 

Bir qızartı tutdu göyləri bütün, 

Ay da üzüyünə bənzədi sübhün. 

Füsunkar bir lövhə yaratdı səhər, 

Bürüdü ətrafı müxtəlif səslər. 

Açılan səhəri - bu ülviyyəti 

Seyr ilə fəth etdim əbədiyyəti. 

Qırx səhərdə nələr görmüşsə Adəm, 

Tək bircə səhərdə gördüm mən o dəm, 

 

 

* * * 



 

Səhərin bayrağı yüksələn zaman, 

Birdən daxil oldu Xızr qapımdan. 

Boynunda var idi onun həmail, 

Yox, dörd kitab idi, Həmail deyil; 

Müqəddəs bir xəyal gəzdi başımda, 

Fəzilət heykəli durdu qarşımda... 

Onun bir əlində əsa oynardı, 

O biri əlində bir kuzə vardı. 

Tünd yaşıl rəng idi əlində əsa, 

Kuzəsi doluydu abi-həyatla. 

Doğruluq yolunda yola düşüb o, 

Neçə bəlalardan tez ötüşüb o. 



Ətri, Çin ətri tək könül açandı, 

Ağılda, kamalda kamil insandı. 

O, elm aləmində, bilin, təkdi, tək, 

Bilikdə dolmuşdu o, hind qozu tək. 

Gözəl xasiyyəti, hər şirin sözü 

Dadlı meyvədən də şirindi, düzü. 

Qəlbim uçulurdu, əzab çəkərək, 

Xəzinə üstünə çökmüş divar tək, 

O məni tamahkar gördüyü zaman, 

Bunu bir uşaqlıq sandı, çox güman, 

O, tamah hissini boğub, öldürdü, 

Sanki, təmizlədi alaqdan gülü. 

Sikkəni götürdü pulun üzündən, 

Gördüm o saf, təmiz gümüşünü mən. 

Təzimlə diz çökdüm o böyük dağa, 

Onun qarşısında düşdüm torpağa. 

Məni görən kimi, üzü qönçə tək, 

Açıldı, hörmətlə dönüb, gülərək, 

Söhbətə başladı; yarım hilali - 

Açılar-açılmaz mən oldum hali 

O yarım hilalı şölələnərkən, 

Bir günəş doğurdu hər bir sözündən. 

Günəşi andıran parlaq sədəflə, 

Otuz iki ulduz parladı səflə. 

Mehriban oturdu o, gövhər kimi - 

Söz açdı, görüşə gələnlər kimi, 

O gördü bir çöpə dönmüş bədənim, 

Qəlbim yaralıdır, yorğundur mənim. 

Ağrımı, dərdimi kökündən ovdu, 

Qaldırıb dərdin öz başına qoydu. 

Sözləri gülab tək, hind kafuru tək, 

Başıma, üzümə səpələnərək, 

O gülab, o kafur, keçmədi bir an, 

Bütün ağrıları aldı canımdan. 

Bu hörmətə əvəz düşündüm, ancaq, 

Mən ona nə verim, töhfə olaraq? 

Dilləndi qeybdən ağlımın səsi, 

"Xızrın odlu sözü, isti nəfəsi 

Şəfa verdi, dərhal sən gəldin cana, 

Xacənin üzüyü layiqdir ona" - 

Deyərkən, üzüyü gətirdim həmən, 

Öpüb, qarşısına qoydum onun mən. 

Qiymətli peşkəşi süzüb diqqətlə, 

Ona heyran qalıb, dedi heyrətlə: - 




Jamin bu möcüzü sənin əlinə 

Haradan keçmişdir, agah etsənə! 

Dedim ki, İraqa yolum düşərkən, 

Böyük xacə ilə tanış oldum mən. 

Doğru yol göstərdi, ülfət bağladı, 

Bu üzüyü mənə o, bağışladı 

Xızr da səxavət əlini açdı. 

Bir üzük çıxardı ki, şölə saçdı... 

Onu üzüyümün qoydu üstünə, 

Birlikdə özümə qaytardı yenə. 

Dedi: - Sağ əlinə tax bunu, ancaq 

O birini isə, sol əlinə tax! 

İnan ki, qoruyar səni hər zaman 

Bunun biri sağdan, digəri soldan! 

Ona çox təşəkkür edib dedim mən. 

Azmış yolçulara düz yol göstərən, 

Hikmət dünyasının sən açarısan, 

İsmət dünyasının xəznədarısan, 

Nicat verir nurun, gündə min kərə, 

Qaranlıq yollara düşən kəslərə. 

Uca Qaf dağını məskən etmişkən, 

Bu alçaq yerlərə, necə endin sən? 

Səbəb nə olmuş ki, min bir zəhmətlə 

Məni yoxlamağa gəlmişsən belə? 

Xızr cavab verdi, dedi: - Mən, dünən, 

Sərin yaylaqlarda yalnız gəzərkən, 

Dağlar arasında yurd salmış olan 

Bir tayfa gördüm, çox fazil, mehriban. 

Keçdi məclisimiz, şirin, səmimi, 

O tayfanın əhli sənin, tük kimi 

Çox incə, çox zərif şerlərindən 

Ləzzət alırdılar, gördüm onu mən. 

Şeri həyəcanla oxuyub onlar, 

Böyük maraq ilə soruşurdular: 

- Görən, haralıdır bu söz ustadı? 

Necədir elində şöhrəti, adı? 

Dedim: - Şirvanlıdır, şanı hər yana 

Yayılmış, Xaqani deyirlər ona! 

Sözün sərrafıdır, bir dahidir o, 

Biliyin atəşin məddahıdır o. - 

Mən sənin haqqında çox dedim... Qərəz. 

Ağıllı adamlar dedilər ki, bəs 

Belə məharətli, dərin alimi, 

Bunca alçaq tutmaq, ayıb deyilmi? 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə