Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Sanki yer üzündə gəzdirir məşəl. 

Torpağı qızıldır, yaqutdur qat qat, 

Havası ürəyə bəxş edir həyat. 

Əkərsə kəndlisi bu yerdə qanqal, 

Zəfəran bitirər torpağı dərhal. 

Göylərdən buraya axır durmadan, 

Sonsuz nemətilə min-min karivan. 

Bir beşik olsa da canlara İraq, 

Həmədan gözəl bir gəlindir ancaq 

Din bağı olsa da İraq kənarı, 

Həmədan olmuşdur məna baharı. 

Həmədan şəhrində saldınsa məskən, 

Bu şəhər qoynunda qaldınsa, həmən 

Taleyin daima üzünə gülər, 

Jüt bayram görərsən hər axşam, səhər. 

 

 



BAĞDADIN TƏRİFİ 

 

Fazillər şəhridir, gözəldir Bağdad, 



Oradan görünür, sanki kainat. 

Bir dost camalı tək ruh verir cana, 

Orada çatarsan hər bir arzuna. 

Zövq verir o, vüsal gecələri tək, 

Ünsiyyət məkanı bu yerdir gərcək. 

Közəl xətti olan əziz katiblər, 

Yazmışlar: "Görməli yerdir bu şəhər." 

Kəramət lövhündə yazarkən Bağdad, 

Onu qeyd edərlər aydın: baği-dad. 

Həqiqət üzümü verir hər bustan, 

Xoşbəxtdir burada yaşayan insan. 

Buranı bir cənnət zənn etmiş Adəm, 

Gedərkən tapşırmış mələklərə, həm. 

Dəclə ona görə axır buradan, 

Ki çayda mələklər yuyunsun hər an. 

 

 



DƏJLƏ ÇAYININ TƏRİFİ 

 

Dəclənin məcrası fələklərədir, 



Fələklər də Kərxi mehrab zənn edir. 

Kərxin bir qütrüdür yeddinci fələk, 

Dərya, qətrəsidir Dəclənin, demək. 

Dəclədə yuyunur ulduzlar, ancaq 




Bununçun olmuşdur üzləri parlaq. 

Gah gümüş düzəldir suları haman, 

Gah şüşə yaranır hübablarından. 

Suları, sanki, bir gülaba bənzər, 

Onunla rəf olur bütün dərdi-sər. 

Suları onunçun yaradır hübab, 

Ki dolsun hübabdan şüşəyə gülab, 

Ey rəssam, sən ruhu görmək istəsən 

Kəl, seyr et Dəclənin cəmalını sən! 

Nə qədər küləklə kəflə oynaşdır, 

O üzük-üzükdür, həm də qaş-qaşdır. 

Yürür Məsiha tək o sərbəst, azad, 

Rahib tək zəncirə düşüb çəkər dad. 

Üstündən əsdikcə yel, suyu burur, 

Gah yarpaq yaradır, gah düyün vurur 

Külək mühəndislik edib əməldə, 

Həndəsə düzəldir gümüş cədvəldə. 

Külək bir mühəndis olmasaydı gər, 

Üqlidis şəkili olardı, məgər? 

Dəcləyə baş əyir dünyada çaylar, 

Gəlindən xuraman hərəkəti var. 

Nazlı bir məşşatə əli xoş gündə 

Min nəqşə yaratmış onun üzündə, 

İstidən dad çəkib yanan ürəklər, 

Dəclənin suyundan təskinlik dilər. 

Kövsərə bərabər bu çay dərindir, 

Suyu çox içməli, təmiz, sərindir. 

Dəclə bir axıcı, zəngin sərvətdir, 

Onun sayəsində Bağdad cənnətdir. 

Yerlər xəlifəsi, bax, budur Bağdad, 

Çünki xəlifələr yurdudur Bağdad. 

 

 



XƏLİFƏNİN TƏRİFİ 

 

Hurilər səfini keçib, yetərsən 



İsanın o yüksək məqamına sən. 

Bunlar bir zahiri surətsə, ancaq, 

Mənalar aləmi təkcə odur, bax! 

Bunlar bir piyadə, o isə şahdır, 

O bütün aləmə istinadgahdır. 

Görüncə bu böyük şəni, cəlalı, 

Gözünə görünər hüsnü cəmalı. 

Qorxuram hüzura gələn zaman sən, 




Yanasan üzünün hərarətindən. 

Ona atmış olsan bir addım əgər, 

Ulduz tək o günəş sənə nur verər. 

O da Jəmşid kimi ədalətlidir, 

O da günəş kimi hərarətlidir. 

Üzüyü minlərcə Jəmşidə babdır, 

Onun bir barmağı min afitabdır. 

Onun kandarını öpər mələklər 

Onun qapısında quldur fələklər. 

Qoyar əmmaməsi tac üstünə tac, 

O alar bu yerdən və göydən xərac. 

Çiynində şanlı bir əbası vardır, 

Qulaqda ənbiya nidası vardır. 

Alını açıqdır, sözü ləzizdir, 

Atının nalı da pakdır, təmizdir. 

O qədər öpülmüş torpağı, bir bax, 

Gövhərlə dolmuşdur önündə torpaq 

Sultanlıq axtaran böyük adamlar, 

Onun kandarından gəlib pay alar, 

Nəqş olub yerində şahların üzü, 

Torpağı muzeyə bənzəyir, düzü, 

Önündə torpaqdır bütün sultanlar, 

Fəxr edir torpağı öpməklə onlar. 

Adı vurulmasa bir pula, inan, 

Çıxmaz dinlə bağlı zərrəbxanadan, 

Qızıl, daşımasa adını əgər, 

Onun qızıllığı bəs nəyə dəyər? 

Adını daşıyan qızılsa, bişək, 

Müştəri alnına olar bir bəzək... 

Mehrilə qaranlıq gecələr aşkar, 

Səpilər fələyə hesabsız dinar, 

Diqqət et göyə, sən ulduzlara bax, 

Xəlifə puludur bu qədər parlaq. 

Hərfləri düzərkən allahın özü, 

Yazmış hər birinə "Mötəsəm" sözü. 

Xaqani ilhamı açıb şəhpəri, 

İstədi mədh etsin Əbbasiləri, 

Onlara düaçı bir quşdur, lakin 

Şirvan qəfəsində olmuşdur sakin. 

Bir gün xilas etsə onu asiman, 

Uçaraq Bağdadda qurar aşiyan. 

 

 



BAĞDADIN ABÜ HAVASI 


HAQQINDA 

 

Bağdadın eşqilə qoca dünyada, 



Əziz ömrümüzü vermişik bada. 

Dirilik suyudur suyu, müxtəsər, 

İçənə əbədi həyat bəxş edər. 

İsa nəfəsidir havası, bilsən, 

Ölünü dirildər yenə təzədən. 

Burada fəzilət əhli, müttəsil, 

Məşğuldur elmlə, hünər ilə bil. 

Hər sözü onların min məna saçar, 

Hər lövhi bir anda min məktəb açar. 

Hər məktəb səkkiz bağ kimidir, bişək, 

Hər biri beyinin üç hücrəsi tək. 

Hafizə, düşüncə və xəyal, həmən, 

Doğmuşdur yəqin bil bu üç hücrədən. 

Onların ədalət məhkəməsində, 

Olmuşdur bu dünya bir kiçik bəndə. 

 

 



KUFƏNİN TƏRİFİ 

 

Bağdaddan sonra da sən Kufəyə get, 



Kufəni səadət torpağı zənn et, 

Kufəyə girərkən əvvəlcə, şəksiz, 

Dörd arx görəcəksən orada təmiz. 

Kufə əhalisi ədalət deyə, 

Hörmətlə baxırlar Bağdad səmtinə. 

Bir şəhər görərsən fazil adamlar, 

Kamalla, lütflə orada yaşar. 

Kufənin genişdir xeyli sahəsi, 

Qurtarmaz buranı gəzsə də Məsih. 

Yatıb Hud peyğəmbər burada rahət, 

Nuh da bu şəhərdə etmiş iqamət. 

Su, atəş içindən bu yer yüksəlir, 

Məşriqə, Məğribə gözəllik verir. 

 

 



KARVAN SƏSİNİN TƏRİFİ 

 

Bir sal dəniz rəngli Bəthayə nəzər 



Gəmi tək gör necə gedir dəvələr. 

Kim görmüş dənizi belə daş kimi, 

Kim görüb quruda yerisin gəmi? 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə