Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Gör necə qatarla gedir karivan, 

Səmada ay gəzir, sanki, durmadan. 

Qulaq ver aramsız vuran zənglərə, 

Yol boyu susmayan bu ahənglərə. 

Ruh açır səhərin ilıq nəfəsi, 

Quş dili oxuyur zənglərin səsi. 

Bu səslər insanı gətirir cana, 

Sonsuz ləzzət verir yolda insana. 

"Fələk süfrəsinə buyur gəl demək, 

Rizvandan mərhəba, əhsən eşitmək. 

Mizmarda çalınan Zəbur nəğməsi, 

Minarədən gələn xoş azan səsi, 

Xanəndə oxuyan həzin bir hava, 

Müsəlla vaxtında edilən dua, 

Yarın ləblərində uçan gülüşlər, 

Gecələr alınan dadlı öpüşlər. 

"Çox yaşa" deyərək gülən həriflər, 

"Sabahın xeyr olsun" deyən zəriflər, 

Aşiqin öskürüb yar çağırması, 

Dostun zarafatla tək asqırması, 

Jamın təştə dəyib verdiyi səs də, 

Kasa cingiltisi böyük məclisdə, 

Hicran gecəsində xoruzun banı. 

Səhər açılarkən sevda dastanı, 

Bunların hamısı əla, gözəldir, 

Lakin karvan səsi daha gözəldir. 

Dəvənin zəngində ilahi səs var, 

O deyir "gəl haqqı bu səsdə axtar". 

Ay onun ən -kiçik saribanıdır, 

Utarid çox köhnə nəğməxanıdır, 

İpəkdən almışdır incəlik, düzü, 

Jilovun toxumuş Nahid ulduzu, 

Deyir, qəlbdən gələn odlu bir nəfəs: 

Ey Məkkə vadisi, ey ilahi səs! 

 

 

MƏKKƏNİN TƏRİFİ 



 

Oradan Məkkəyə gedərsən, əlbət; 

Görərsən Məkkədə xeyli kəramət. 

Bu yer qoruyacaq səni hər zaman, 

Jan alan istidən və quraqlıqdan. 

Əgər Məkkə olsa sənin məskənin, 

Janın hər bəladan qurtarar sənin. 



O iki sətrilə hər sirri açar, 

Allahın adıyla yanaşı durar. 

Bu adda saxlanır həqiqət tamam, 

Bunu dərk eyləyər hər xasü əvam. 

Qəlbi pak ustadlar düşməz o şəkkə, 

Əvvəl allah deyər, sonra da Məkkə. 

Bilirəm allahın sayəsində mən, 

Məkkə uzaq qalar hər bir bəladən. 

Məkkə Kəbə ilə bil sərəfrazdır, 

Bununçun sahəsi toxunulmazdır. 

Məkkə fələk isə şan-şərafətdə, 

Kəbə də qütbdür hər ləyaqətdə. 

Kəbə yer tutmuşdur Məkkədə, sanki- 

Jəzirə dənizdə olmuşdur sakin. 

Bura bir məskəndir üns adamlara, 

Bura bir pənahdır hər xaksara. 

Burada bur inci tapmaqçın fələk 

Başını aşağı salmış qəvvas tək, 

Susuz mələklərə bu yer səqqadır, 

Hər dərdə əlacə o mühəyyadır. 

Məkkədir su verən cənnət hovzuna,  

Göylərin qapısı açıqdır ona. 

Məkkəni arzular kişi olanlar, 

Uşaq oyuncaqla sevinib oynar, 

Janını qurban ver ona sən də get. 

Yeddilər başına dolan, dua et! 

 

 

QARADAŞIN TƏRİFİ 



 

Bilal tək dayanan qaradaşa bax, 

Zahiri qarasa, batini parlaq. 

O bir daş deyildir, qızıl misaldır. 

Kəbənin üzündə o, qara xaldır. 

O qara içində bir nur var gerçək, 

Zülmətdə saxlanan abi-həyat tək. 

Ya zülfün içində bir günəş üzdür, 

Ya da ki, bəbəyi qara bir gözdür. 

Hərfləri içində Quran sirri var. 

Ya zülmət gecədə yağır bəyaz qar. 

O bakir və qoca hindli-qaradaş, 

Sirrini heç kəsə eyləməyir faş. 

Xalq onun sirrinə vaqif olmadan. 

Aquşə alaraq öpür hər zaman. 



Vardır üç qardaşı onun yenə də, 

İraq ölkəsində, Şamda, Yəməndə. 

Anadan olarkən dörd qarındaşı, 

Hər dördü xidmətdə durdu yanaşı. 

 

 

ZƏMZƏM QUYUSUNUN 



TƏRİFİ 

 

Gəzərkən Zəmzəmə düşəcək gözün, 



Hörmətlə bir yerə dönəcək üzün. 

Bu yer kürəsində müqəddəs nə var, 

Bu ülvi çeşmənin üstündə durar. 

Kəhfin iti kimi abi-kösər də, 

Susuzluq çəkərək düşəndə dərdə. 

Zəmzəm quyusuna gətirər aman, 

Buradan dərdinə axtarar dərman. 

Su çəkən zamanda iplər gərilmiş, 

Quyunun ağzını eyləmiş diş-diş. 

Bir "mimdən" san, dişli bir "sin" qurmuşdur. 

Ya da bir əlifdir halqa vurmuşdur. 

Aləmə ruh verən bu tək quyudur, 

Jana qüvvət verən onun suyudur. 

Yorulmaz burada su çəkən insan, 

İp qırıq olarsa, dol olsa şan-şan 

Əl atıb fələyin doluna dərhal, 

Ayın şüasilə bu quyuya sal! 

 

 



QIZIL NAVDANIN 

TƏRİFİ 

 

Ürəyi odlanan susuzlarla sən, 



O qızıl navdanın yanına gəlsən. 

Görərsən dəryalar bütün cuş edir. 

Gəlib bu navdandan tökülüb gedir. 

Xəzər təhlükəsi, xətəri həmən, 

Qorxar bu navdanın qətrələrindən. 

Suya bir ehtiyac duyarkən fələk, 

Bu qızıl navdandan diləyər kömək. 

 

 



KƏBƏYƏ 

 



Xaqani bu alçaq, çirkin məkandan, 

Ey könül Kəbəsi, sənə atır can. 

O da çoxdan çəkir iştiyaqını, 

Ki sənin müqəddəs pak torpağını, 

Narınca döndərsin busəylə, gərək 

Axıtsın göz yaşı nar danəsi tək. 

Xidmətdə beş dəfə, hər səhər-axşam, 

Gahi "dal", gah "əlif", gah da olsun "lam". 

Nəğmələr oxurkən quşlar hər səhər, 

Onun könül quşu tək səni istər, 

Onun da duası budur hər zaman: 

Ey allah evi, sən abad olasan! 

Nə qədər bağlıdır sənə muradı, 

Qulunun quludur onun da adı. 

"Qulunun qulu" bil nə deməkdir bu? 

Yəni qaradaşın olmuşam qulu. 

Haqdan halqa almış onun qulağı, 

Xaqani üzünə vurmuş bu dağı, 

Bənövşə, lalə tək o da bağlıdır, 

Qulağı halqalı, üzü dağlıdır. 

Nə qədər səndədir bəşərin gözü, 

Sənə sadiq quldur Xaqani özü. 

Sayəndə əcəmi dildə danışan, 

Bu qulun gör necə dil açmış rəvan! 

Bu qulun bir gecə açıb dilini, 

Açdı dodağından Rum qıfılını. 

Qəbul et yazdığı mədhini bir an, 

Bu dərdli qulunu qovma qapından. 

Sənin didarından almadıqca nur, 

Gözləri işıqsız qalıb kor olur: 

Bununçun ürəkdən əsəflənir ki, 

Qalmışdır məhbəsdə bir Yusif kimi 

Həsrət yaşlarıyla dolan o gözlər, 

Su ilə dolu bir kuzəyə bənzər 

Üzünə gül vurmuş qan damarları, 

Xət-xət cızılmışdır sanki rüxsarı. 

Çox əzab çəkir o kədər əlindən, 

Açılmır dodağı qəmlər əlindən. 

Bu il istəyirdi gəlsin yanına, 

Valideyn qayğısı düşdü canına. 

Gördükdə dərd çəkir ata-ana həm, 

Boğdu arzusunu qəlbində o dəm. 

Valideyn sözünə baxdı o gündə, 

Sanki ayağına vuruldu kündə. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə