Xarakter Plan



Yüklə 89,18 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü89,18 Kb.
#583


 



Xarakter 



Plan: 

1. 


Xarakter  haqqında  anlayış.  Şəxsiyyətin  münasibətləri  və  xarakter 

əlamətləri.

 

2. 


Xarakter  haqqında  təlimlərin    tarixinə  bu  məsələlərin  qoyuluşu. 

Xarakterin formalaşması.

 

3. 


Xarakter və temperament. Xarakterin təbii və sosial şərtləri.

 

4. 



Fəaliyyət  və  ünsiyyət  prosesində  xarakterin  formalaşması.  Şərait  və 

xarakterin dəyişilməsi. Xarakter və özünütərbiyə məsələləri.

 

 

Ədəbiyyat:



 

1. 


Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.

 

2. 



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.

 

3. 



Psixologiya. S.

İ.Seyidov və M.Ə.Həmzəyevin redaktorluğu ilə.Bakı,2007 

 

4. 


Левитов Н.Д. Психология характера. М., 1969.

 

5. 



Əliyev R. Psixologiya. Bakı. 2008.

 

 



Xarakter    şəxsiyyətin  psixi  fəaliyyətində  özünəməxsus  yer  tutan,  onun 

sosial  davranışında,  xüsusilə,  başqa  adamlara,  əməyə  və  özünə 

münasibətdində əks olunan  davamlı fərdi

-

psixoloji xüsusiyyətlərdən  biridir. 



 

Xarakter sözü yunanca “xarakteristika” sözündən götürülmüşdür. Lüğəti 

mənası “naxış”, “iz” deməkdir.

 

Şəxsiyyətin  tipik  davranış    tərzini  şərtləndirən,  fəaliyyət  və  ünsiyyətdə 



əmələ  gələn    və  təzahür  edən  davamlı  fərdi  xüsusiyyətlərin  məcmuyuna 

xarakter deyilir. 

Biz  gündəlik  həyatda  çoxsaylı  adamlarla  qarşılaşırıq.  Onların  bəziləri 

həyatsevər, bəziləri tüfeyli, tənbəl, bəziləri xudbin, eqoist, bəziləri isə ciddi və 

so

yuqqanlı  adamlar  kimi    bizdə  müxtəlif  təəssüratlar  oyadır.  Beləliklə, 



xarakter şəxsiyyətin psixoloji strukturunda bütöv, tam, inteqral bir xüsusiyyət 

kimi diqqəti cəlb edir.

 



 

Şəxsiyyətin  xarakterində  yer  tutan    nisbətən sabit  və  davamlı  xassələr 



kompleksi x

arakter əlamətləri

 

adlanır. 



 

Hər  bir  insanın  xarakteri    onun  yaşadığı,  formalaşdığı  ictimai

-tarixi 

dövrün    xüsusiyyətləri,  həyat  şəraiti  ilə  xarakterizə  olunur.  Xarakter 

şəxsiyyətin  təkrarolunmaz  fərdi  xüsusiyyətlərindən  biridir.  Həyatda  eyni 

xarakterli ik

i nəfər yoxdur. Hər bir şəxsiyyət bənzərsiz, təkrürsız xüsusiyyətləri 

ilə  fərdiyyətdir.    Ona  görə  də  insanların  xarakterlərini  tam  və  dəqiq  şəkildə  

öyrənmək  mümükün  deyil.  Lakin  hər  bir  insanın  xarakterinin  fərdi  cəhətləri 

vardır  və  bu  xüsusiyyətlər    dsvamlı  şəkildə,  müvafiq  situasiyalarda    özünün 

göstərir.  Məsələn,  bir  dam  cəsur,  digəri  qorxaq  kimi  tanınarsa,  təhlükə 

zamanı  bu  xüsusiyyətlə  müvafiq  şəkildə  onların  davranıçşında    özünü 

göstərəcəkdir.

 

İnsanın xarakteri onun əqidəsi, dünyagörüşü və iradəsi ilə sıx bağlıdır. 



Dünyagörüşü  xarakterin  əsasını  təşkil  edir.  Möhkəm  əqidə  sahibi  olmayan 

adam  möhkəm  xarakter  sahibi  də  ola  bilməz.    Hər  bir  insanın  xarakteri 

davranışda  əks  olunur  və  həmişə  başqaları  tərəfindən  əxlaqi  baxımdan 

qiymətləndirilir. Məsələn,eqoist, prinsipial, meyirxah, adamayovuşmaz və s. 

 

Temperamentdən 



fərqli 

olaraq 


xarakter 

həyatda 


qazanılma  

xüsusiyyətlərin  məcmuyudur.  Cəmiyyət,  başqa  adamlar  tərbiyə  vasitəsilə 

insanın  xarakterində  izlər  buraxır.  İnsan  anadan  qorxaq,  tənbəl  və  ya  

əməksevər

 

doğulmur. O, öz həyatı və fəaliyyəti prosesində  bu xüsusiyyətlərə 



sahib olur. 

İnsanda  xarakter  əlamətləri  çoxdur.  Lakin  onların  başlıca  olanlarını  4 

qrupda cəmləşdirirlər.

 

1. 



İnsanın kollektivə, cəmiyyətə və başqa adamlara münasibəti.

 

Xarakterin bu əlaməti  ilk növbədə kollektivə münasibətdə təzahür edir. 



Kollektivçi  şəxs  özünü  aid  olduğu  kollektivin    üzvü  hesab  edir, 

kollektivin 

maraq və mənafeyini özününkü ilə eyniləşdirir. Kollektivçiliyin əksi 

eqoizmdir



 

Eqoist xarakterli insanlar hər zaman və hər yerdə özlərinin  şəxsi mənafelərini 



güdürlər. 

 

Xarakterin  digər  əlaməti  həssaslıqla



 

bağlıdır.  Həssas  insanlar 

başqalarına    qarşı  diqqətli  olur,    lazımi  anda  onların    köməyinə  gəlirlər. 

Həssaslıq  heç  də  yumuşaqlıq  demək  deyil.  Onlar  lazım  gəldikdə  sərt  və 

tələbkar

 olurlar. 

Başqalarına  qarşı  münasibətdə 

kobudluq 

mənfi  xarakter  əlaməti 

sayılır.  Kobud  xarakter  əlaməti  çox  müxtəlif  səsəblərdən  yaranır:  düzgün 

olmayan tərbiyə, hadisələri düzgün qiymətləndirə bilməmək, iradə zəifliyi və s. 

 

Xarakterin    bir  əlaməti  də  düzgünlükdür.  Düzgün  insan  öz  vəzifəsini 



dəqiq  yerinə  yetirir,  doğruçu  və  xeyirxah  olur.  Heç  vaxt  yalan  danışmır, 

başqalarını aldatmır və s.

 

      2. 

Əməyə  münasibəti  ifadə  edən  xarakter  əlaməti. 

Xarakterin  bu 

əlamətinə əməksevərlik, əməkdən zövq almaq, onun nəticələrindən sevinmək 

aiddir.  Əməksevər  insan  hansısa  işi    sadəcə  yerinə  yetirmir,  onu  vicdanla, 

daha yaxşı formada, səliqəli şəkildə yerinə yetirir. 

 

Əməyə  münasibətdə  mənfi  xarakter  əlamətinə  tənbəllik,  səliqəsizlik, 



təşəbbüskarlığın olmaması, y

e

niliyə



 

qarşı çıxmaq

 

kimi keyfiyyətlər aid edilir.



 

     3.  

İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri. 

Bura ilk 

növbədə təvazökarlıq aid edilir. Təvazökar insan heç vaxt özünü tərifləmir,  öz 

xidmətlərini  şişirtmir,  başqalarının  xidmətini  azaltmır.  O,  ətrafdakı  insanlara 

hörmətlə yanaşır, özünü onlardan üstün tutmur. Təvazökar insanın danışığı, 

geyimi, davranışı sadə və təbii olur. 

 

 

Təvazökarlıq  özünütənqidlə  birbaşa  bağlıdır.  O,  özünə  tənqidi 



yanaşmağı bacarır, səhvlərini görür və aradan qaldırmağa çalışır. Təvazökar 

insan  eyni  zamanda    öü  ləyaqətini  qoruyur,  özünə  hörmət  qoyur.  Özünə 

hörməti  yükəxanalıqla,  lovğalıqla,  təkəbbürlülüklə  qarışdırmaq  olmaz. 

Sonuncular xarakterin mənfi əlamətləridir. 

 



 

     4. 



İnsanın  şeylərə,  sərvətə  münasibətini  ifadə

 

edən  xarakter 

əlamətləri. 

Bur


a insanın sərvətə, var

-

dövlətə münasibətini, səliqəlilik, pintilik, 



qayğıkeşlik kimi xarakter əlamətləri aiddir. 

 

 

 

Şəxsiyyətin gerçəkliyin ayrıa



-

yrı cəhətlərinə fərqli münasibətlərinə görə 

xarakteri  bir  sıra  xassələrə  (keyfiyyətlərə)  və  ya  yarımqruplara  ayırmaq 

mümükündür. Yarımqruplardan birincisinə  fəaliyyət prosesində  təzahür edən  

keyfiyyətləri  aid  etmək  olar  (təşəbbüskarlıq,  işgüzarlıq  və  ya  əksinə, 

təşəbbüskar  olmayan,  tənbəl  və  s.)  İkinci  yarımqrupa  insanın    başqa 

ada

mlara  münasibəti,  yəni  ünsiyyət  aid  edilir  (nəzakətlilik



-

nəzakətsizlik, 

mehribanlıq

-

kobudluq,    təvazökarlıq



-

lovğalıq  və  s.)  Üçüncü  yarımqrupa 

insanın  özünün

-

özünə  münasibəti  aid  edilir  (özünütənqid,  özündənrazılıq, 



ciddilik,  sırtıqlıq  və  s.).  Dördüncü,  şeylərə  (əşyalara)  münasibəti  (əliaçıqlıq

-

xəsislik, səliqəlilik



-

pintilik və s.). 

 

 

Xarakteristika  sözünü  ilk  dəfə  b.e.ə.  IV



-

III  əsrlərdə  yaşamış  yunan 

filosofu  Teofrast  işlətmişdir.  O,  bu  anlayışla  insanın  mənəvi  aləmini  izah 

etməyə çalışmışdır.

 

 

XVII  əsrdə  bu  termindən  Labryuyer  istifadə  etmiş  və  bu  sözü  insanın 



sosial-

mənəvi  siması  mənasında  işlətmişdir.  XIX  əsrdə  fransız  psixoloqu 

A.Bine    bu  termini  sırf    psixoloji  planda    təhlil  etmişdir.Onu  insanın  hisslər 

aləminə və iradəyə şamil etmişdir.

 

 

XVIII əsr alman filosofu İ.Kant  xarakteri temperamentdən fərqli olaraq  



həyatda  qazanılmış  xüsusiyyət  kimi  qiymətləndirmişdir.  Ribo  xarakteri  irsi 

cəhətdən şərtlənmiş xüsusiyyət, Polan isə həyat tərzi ilə  şərtlənmiş keyfiyyət  

adlandırmışdır. 

 

 



Psixoanalizin  banisi  A

vstrya  psixiatrı  hesab  edirdi  ki,  Z.Freyd  belə 

hesab edirdi ki, 4 yaşında uşağın  xarakteri əsasən formalaşmış olur.

 

 



İnsanın  xarakterində  gözlənilməz  cəhətlər,  əlamətlər  psixikanın  

müvəqqəti  vəziyyətindən    asılı  olaraq    özünü  biruzə  verə  bilər.  Yaranmış 

vəziyyətdən asılı olaraq  həyatsevər adan məkrli, sakit təbiətli adam affektiv 



 

hərəkətlərə    meylli  ola  bilər.  Orqanizmin  qocalması  ilə  əlaqədar  insanın 



psixikasında sıçrayışlı dəyişikliklər müşahidə oluna bilər.

 

 



Xarakterin  fizioloji  əsasını 

dinamik  stereo

tip  və  temperament  tipi 

 

təşkil  edir.  İ.P.Pavlov  sinir  sisteminin  3  xüsusi  tipini  qeyd  etmişdir.    I  və  II 



siqnal  sistemlərindən  hansının  konkret  adamda  üstün  olmasından    asılı 

olaraq  o, bədii, orta və mütəfəkkir tipləri fərqləndirmişdir.

 

 

Bədii tipdə I, mütəfəkküi tipdə isə II  siqnal  sistemi üstünlük təşkil edir. 



Orta tipdə hər iki siqnal sisteminin  üstünlüyü vardır. 

 

 



Qeyd  olnuduğu  kimi  xarakter  anadangəlmə  deyil,  həyatda  qazanılma 

xüsusiyyətlərin    kompleksidir.  Lakin  orqanizmin  təbii  xüsusiyyətləri,  o

 

cümlədən  sinir  sistemi  tipi  anadangəlmə  xüsusiyyətlər  kimi  xarakterin 



strukturunda davamlı yer tutur.

 

 



Sinir  proseslərinin    xassələri  olan    mütəhərriklik,  müvazinətlilik,  sinir 

proseslərinin gücü insanın hər hansəı  hadisəyə göstərdiyi  reaksiya  fonunda 

üstün rola  malikdir və onlar insanın  davranış və fəaliyyətində  üzə çıxır. İki 

müxtəlif adamın eyni bir hadisəyə göstərdiyi fərqli münasibət buna misal ola 

bilər. İnsanın  xarakterində sinir sistemi  tipindən başqa  digər təbii amillərin, 

məsələn, ürək

-d

amar, həzm, endokrin sistemlərin də təsiri vardır. 



 

 

Xarakter yalnız hərəkətlərdə, fəaliyyətdə deyil, həm də insanın nitqində, 



mimika  və  jestikulyasiyasında    təzahür  edir.  Hər  bir  insanın  nitqi  yalnız 

məzmunca  deyil,  həm  də  formaca  fərdi  fərqlərə  malikdir.

   

Bəzi  adamlar  



bərkdən,  bəziləri  asta

-

asta,  sakit,  yavaş



-

yavaş  danışır.  İnsanın  mimikasında 

 

da  belə  təzahürləri  görmək  mümükündür.    Üzdəki  qırışlar  yalnız  qocalıqla 



bağlı deyil, həm də  üz əzələlərinin  adət edilmiş hərəkətləri ilə  bağlı olaraq  

yaranır. 

 

 

Xarakterdə  həmişə  bir  əlamət  üstün,  aparıcı  rola    malik  olur,  onun 



ətrafında  yaxın  xüsusiyyətlər    cəmlənir.  Bu, 

xarakterin  simptom 

kompleksləri

 

adlanır.    Məsələn,  yalançı  adamlar  həm  də  qorxaq  və  yaltaq 




 

olur.  Təvazökar  adamlar  həm  də  saf,  xeyirxah,  alicənab,  mərd,  mehriban 



olurlar. 

 

Xarakterdə əqidə başlıca yer tutur.(Prinsipiallıq, optimizm, tələbkarlıq və 



ya fərdiyyətçilik, prinsipsizlik)

 

 



İnsanın  xarakterində    maraq  və  təlabatların,  intellektin,  iradənin  və 

hisslərin  özünəməxsus təsirləri xardır.

 

 

Xarakterin təbii əsasını temperament tipi təşkil edir.



 

İnsanın xarakterində müsbət sintetik keyfiyyətlərin

 

rolu olduqca böyükdür.



 

1. 


Əxlaqi tərbiyəlilik;

 

2. 



Xarakterin bütövlüyü;

 

3. 



Xarakterin müəyyənliyi;

 

4. 



xarakterin gücü;

 

5. 



Mütəhərriklik.

 

Xarakterdə tipik və fərdi cəhətlər



 

xüsusi olaraq fərqləndirilir. 

 

Tərbiyə  şəraiti,  təlabat  və  zövqlər,  təlabatlar  və  hisslər  insanda 



xarakterin  

fərdi

 

əlamətlərini yaradır. 



 

Xarakterin  tipik 

cəhətləri  ondadır ki,  eyni mühitdə, cəmiyyətdə, tərbiyə 

şəraitində böyüyən insanların xarakterində bu şəraitin tipik xüsusiyyətləri əks 

olunur. Bu cəhətdən xarakterin 4 əsas tipi  fərqlənir.

 

1) Konform tip. 



2) Müstəqil tip.

 

3) Açıq tip.



 

4) Qapalı  tip.

 

 

Xarakter  əlamətləri      şəxsiyyətin    istiqaməti  və  iradi    xüsusiyyətlər  



baxımından  2 yerə ayrılır. 

 

 



 

 

 



 

Xarakterin tipologiyası

 

 

Psixologiya elmində xarakterin tipologiyası ilə bağlı vahid  nöqteyi



-

nəzər 


yoxdur. Lakin əsasən qəbul edilən fikir belədir. 

 



 

a) 



Erkən formalaşan və ömrü boyu əsasən  davamlı olanlar;

 

b) 



Tam, davamlı, təsadüfü hadisələrin təsiri altında dəyişməyən   xarakter 

əlamətlərinin məcmuyu;

 

c) 


İnsanların çoxunda təzahür edən xarakterlərin tipologiyası.

 

Xarakterin  daha  çox  rast  gəlinən  tipologiyasını    aşağıdakı  qruplara 



ayırmaq olar.

 

1. 



Konstitusion  nəzəriyyə.  İnsanın  xarakterinin  xarici  görkəmi  ilə  uyğun 

gəlməsi (Lambrozo, Kreçmer, Şeldon və b.).

 

2. 


Aksentual  nəzəriyyə.

  Xarakterin  aksent

uasiyası,  psixi  normaların  

pozulması,  daha çox psixopatiyayay yaxın olan (Leonqard, Liçko və b).

 

3. 


Xarakterin  sosial  tipologiyası.  İnsanın  əxlaqi  dəyərlərə,  cəmiyyətə, 

həyata münasibəti (E.Fromm).

 

Aşağıda insan xarakterlərinin bəzi tiplərini veririk:

 

 

Gipertim tip. 

Bu tipə aid edilən insanlar danışmağa meylli, jest və mimikalı 

ifadəli, ünsiyyətcil, enerjili,  təşəbbüskar, optimist əhval

-

ruhiyyəli olurlar. 



 

Distim  tip. 

Bu  tip  insanlar    pessimizmə  meylli,    az  danışan,  əlaqələrdən 

qaçan,  qapalı  həyat  tərzi  keçirməyə  meylli,  konfliktlərdən  uzaq  olmağa 

üstünlük  verənlərdir.  Ciddi,  vicdanlı,  dostluğa  sadiqdirlər.  lakin  kifayət 

qədər ləng və passivlik də onların  xüsusiyyətlərinə aiddir. 

 

Sikloid  tip. 

Əhvalları  tez

-

tez  dəyişir.  Əhvalları    yaxşı  olduqda    özlərini 



gi

pertimlər, pis olduqda isə  distimlər kimi aparırlar. 

 

Pedant  tip. 

Bu  tipin  nümayəndələrinə    xeyirxahlıq,  səliqəlilik.ş  işdə 

etibarlılıq  xasdır.  Lakin  onlar  eyni    zamanda    ifrat  formalizmləri  və 

deyingənlikləri ilə ətrafdakıları  bezdirirlər.

 

Demonstrativ  tip. 

Onlarda  yüksək  artistlik,    qeyri

-

standart  davranış, 



səmimilik üstünlük təşkil edir. Onlar insanlarla asanlıqla ünsiyyətə girə bilir, 

liderliyə  can  atırlar.  Bununla  yanaşı,  onlar  eqoist,  ikiüzlü,  işdə  səhlənkar, 

şöhrətpərəstdirlər.

 



 



Ekstravert  tip.  Bu  t

ip  insanları  fəaliyyətə  ətraf  mühitin  təsiri  təhrik  edir. 

Təkbaşına,  fərdi  iş  görməyi  xoşlamırlar.  Daim  ətrafdakı  adamlardan    tərif 

və köməklik gözləyirlər. Çoxlu dostları olur. Ünsiyyətcildirlər. Asanlıqla təsir 

altına düşürlər. Fikirləşmədən iş görürlər.

 

Əyləncəyə meyl edirlər.



 

İntrovert  tip.

 

Onlar  daha  çox  öz  daxili  aləmlərinə  qapılır,  tənhalığa, 



düşünməyə meyl göstərirlər. Şəxsi həyatlarına müdaxiləni xoşlamırlar. Az

-

az hallarda  konfliktə girirlər. Ciddidirlər, lakin onları yolundan  döndərmək 



çətindir.  Konservativ və inadkardırlar.

 

Sado-mazoxist tip. 

Uğursuzluğa düçar olduqda onu dəf etməyə çalışırlar. 

Aqressivdirlər.  Mazoxistlər  günahı  öz  üzlərində  görürlər.  Özlərinə  tənqidi 

yanaşmağı  və özünü incitməyi xoşlayırlarş Özlərini daim köməksiz hesab 

edirl


ər. 

 

Sadistlər  isə  başqalarını  özlərindən  asılı



 

vəziyyətdə  saxmalağa,  onlar 

üzərində  hakim  olmağa,  onlara  zülm  etməyə  və  bundan  zövq  almağa 

meyllidirlər. 

 

Konformist  tip. 

Bu  adamların  demək  olar  ki  heç  vaxt  öz  fikirləri  olmur.   

Onlar  tez  və  problemsiz    mövqelərini  dəyişir,    sosial  qrupların  tələblərinə 

tabe olur,  şəraitə uyğun davranır. Konformistlər şüurlu və şüursuz olaraq  

mühitə, şəraitə uyğunlaşanlardır.

 

Mütəfəkkir  tip.

 

Mütəfəkkirlər  məntiqi  cəhətdən  əsaslandırılmış  fikirlərə 



daha çox inanırlar. Onlar təqiqətə can atır, lakin ədalərli olmağın qayğısına 

qalmırlar.  Hər  şeydə  sonadək  getməyi  xoşlayırlar.  Ətrafdakilar 

soyuqqanlılığını itirdikdə belə, onlar tam sakitlik nümayiş etdirirlər.

 

Hissiyatlı  tip.

 

Belə  adamlar    hər  şeyə  qarşı  hissiyyatlı    olurlar. 



Onlar 

altruistdirlər.  Özlərini  başqalarının  yerinə  qoyur,    hətta  özlərinə  ziyan 

etdikdə  belə,  başqalarına  kömək  edirlər.  Hər  şeyi  ürəklərinə  salırlar. 

Onların zəif tərəfi qətiyyətsiz olmalarındadır. 

 



 



Ekstravert  mütəfəkkir  tip.

 

İki  tipin  özünəməxsus  məcmuyu



nun 

reallaşması    intellektual  nəticələrdən    asılı  olsa  da,    istənilən  mühakimə 

xarici təsirlərin  (ənənə, təhsil və s.)  meyarlarına əsasən yaranır. 

 

Ekstravert-



hissiyyatlı  insanların    hissləri  ümuminin  qəbul  etdiyi  

qiymətləndirməyə  əsasən    meydana  çıxır,

 

adət


-

ənənələrin  təsiri  altında 

olur.  Bu  tip  insanlar    özlərinin  subyüktiv  qiymətləndirilməsini  deyil, 

başqalarının fikir və  mülahizələrinə daha çox önəm verirlər.

 

Ekstravert  duyğulu  tip.  Bu  tip  insanları  daha  çox    duyduqları  obyektlər 

cəlb edir. Nəticədə

 

onların ətraf mühitlə güclü sensor rabitəsi yaranır. Bu 



tip  insanlara  daha  çox  redaktorlar,  atletlər,    biznesmenlər  arasında  rast 

gəlmək olar.

 

İntrovert  mütəfəkkir  tip.

 

Onlar  nəzəriyyəçidirlər.  İdeyaları  ümumi  ənənə 



və  ideyalardan  asılı  olmur.  Onların  öz  ideyaları  və  ölçüləri  vardır.  Öz 

axtarışlarında  qətiyyətlidirlər. Kənar təsirləri qəbul etmirlər. lakin onlar öz 

şəxsi işlərində bir qayda olaraq  sadəlövh, tez inanan, köməksizdirlər.

 

İntrovert  hissiyatlı  tip.

 

Onlar  faktlara,  məntiqi  hadisələrə  o  qədər  də 



əhəmiyyət  vermir,    özlərinin  obyektiv  hisslərinə  üstünlük  verirlər.  Bu  tup 

insanlar gözə girməyi, öz qabiliyyət  və bacarıqlarını təqdim etməyə  cəhd 

göstərmirlər.  Az  danışır,  qaraqabaq  olur,  yığıncaq  və  məclislərdən    uzaq 

olmağa meyllidirlər.

 

İntrovert duyğulu tip.

 

Onlar gördükləri və eşitdiklərinə əsaslanırlar, nəinki 



məntiqə.  Bu  tip  insanlar  haqqında  adətən  deyirlər  ki,  səhər  eşitdikləri 

lətifəyə  gecəyarısı  gülməyə  başlayırlar.  Onlar  baş  verəcək  hadisələri  

proqnozlaşdırmaqda çətinlik çəkir.

 

İntrovert 



intuitiv  tip. 

Gələcəkdə    baş  verəcəkləri    proqnozlaşdırmaq 

qabiliyyətinə  malikdirlər.  Lakin  onların  intuisiyası  obyektiv  reallığa  yox, 

özlərinin  subyüktiv psixi aləminə yönəlmiş olur. Onlar cismani varlıqlar  az, 

qeyri-

real olan,  fantaziya məhsulu daha çox cəlb edir.



 


 

10 


 

İnsan  şəxsiyyətinin  tipologiyası  çox  mürəkkəbdir,  təbii  ki,  onların 

hamısını əhatə etmək mümükün deyil. Hər kəsin bu  tiplərdən hansına aid 

olduğunu  bilməsi vacbdir. Buna görə də xarakter tipləri ilə tanışlıq, onların 

güclü  və  zəif  tərəflərini  bilmək  insana    onları  özündə  inkişaf  etdirmək  və 

aradan qaldırmaq imkanı verir. 

 

 

 



      

Xarakterin formalaşması. Şəxsiyyət və xarakter



 

Yuxarıda  göstərildiyi  kimi  xarakterin

 

ilkin  əlamətləri  və  sabitliyi  erkən 



yaşlardan  başlayır.  2

-

3  yaşlarından  başl



ayaraq  9-

10  yaşlarına  qədər  

xarakterin yaranması,  inkişafı və formalaşmasının 

s e n z i t i v l i k 

dövrü 


hesab  olunur.  Bu  dövrdə  yaş  senzitivliyi,  xarakter  əlamətlərinin  inkişafı 

baxımından    optimal  şərait  yaranır.  Yaşlıların  təsiri  altında  xeyirxahlıq,

 

qayğıkeşlik,    ünsiyyətcillik  və  ya  eqoizm,  laqeydlik,  mərhəmətsizlik  kimi 



müsbət və ya mənfi xarakter əlamətləri formalaşır. 

 

 



Xaraktein iradi keyfiyyətləri yeniyetməlik dövründə daha da inkişaf edir, 

möhkəmlənir. Onun mənəviyyatı və dünyagörüşünün əsaslı

 

inkişafı isə  erkən 



gənclik  dövründə    formalaşır.    Orta  məktəbin  başa  vurulması    illərində 

xarakter demək olar ki, tamamilə formalaşır. 

 

 

Xarakter  praktiki  olaraq  şəxsiyyətin    bütün  keyfiyyətlərinə,  xassələrinə: 



idraki,  iradi,  emosional  proseslərə  və    halətinə  təsir  göstərir.  Şəxsiyyətin 

xarakterinin  daha  erkən  və  davamlı  şəkildə  formalaşan  əlamətləri  digər  



əlamətlərdən  keyfiyyət  baxımından fərqlənir. 

 

Yüklə 89,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə