Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydas I



Yüklə 73,57 Kb.
tarix24.02.2018
ölçüsü73,57 Kb.
#27697

Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi

 Q A Y D A S I

 


  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə, habelə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra – xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

1.3. Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

1.4. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz. [i]

1.5. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının və Azərbaycan Respublikası Hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.

 


  1. Qrant vermək hüququnun əldə edilməsi üçün təqdim olunan sənədlər

 

2.1. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.

2.2. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Maliyyə Nazirliyi) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. [ii]

2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 (otuz) gün müddətində “bir pəncərə prinsipi” üzrə kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra – əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət edilir. Bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: [iii]



2.3.1. qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi;

2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması.

2.4. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

2.5. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, əlaqələndirici dövlət orqanı onların tamlığını, donorun bu Qaydanın 1.2-ci bəndində göstərilmiş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasını sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərir. Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin edilir. [iv]



2.6. Qrant müqaviləsinin (qərarının) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının əsli ilə yanaşı onların elektron surəti də təqdim olunduqda, əlaqələndirici dövlət orqanı həmin sənədlərin surətini Maliyyə Nazirliyinə elektron qaydada təqdim edir.

 


  1. Qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərə baxılması qaydası

 

3.1. Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların daxil olduğu gündən 7 gün müddətində baxılır. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 7 günədək uzadılır. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanları münasibət bildirə bilərlər.[v]

3.2. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir[vi]

3.2-1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı tərəfindən 3 iş günü müddətində bu barədə müraciət etmiş xarici donora və ya müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə) məlumat verilir.[vii]

3.3. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.

3.4. Qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edilir və bu Qaydanın 3.1-ci bəndində göstərilən müddətdə əlaqələndirici dövlət orqanına bu barədə məlumat verilir.[viii]

3.5. Nazirlik hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aşağıdakılar barədə məlumatları təqdim edir: [ix]

3.5.1. müraciət edən xarici donorun adı, mənsub olduğu ölkə və onun adından müraciət etmiş şəxs barədə məlumatları;

3.5.2. qrantın məqsədi, məbləği və icra müddəti barədə məlumatları;

3.5.3. müqavilə üzrə nəzərdə tutulmuş resipiyent barədə məlumatı;

3.5.4. qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda, bunun əsaslandırılması.

 


  1. Qrant vermək hüququnun əldə edilməsi

 

4.1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici dövlət orqanına təqdim olunduğu təqdirdə, xarici donor qrant vermək hüququnu əldə etmiş hesab edilir.[x]

4.2. Qrant vermək hüququnu əldə etmiş xarici donorların bağladığı qrant müqavilələrinin (verdiyi qərarların) qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən həyata keçirilir.

 


  1. Yekun müddəa

 

5.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.

 

 

 



“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na

əlavə

 

Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizənin forması

 





(qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə

dair rəyi verən orqanın adı)






(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması)




(müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, VÖEN-i, bank rekvizitləri, hüquqi ünvanı)




(qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqanın adı, dövlət reyestrindən çıxarışının nömrəsi, tarixi)

 

tərəfindən

 

Ə R İ Z Ə

 

Xarici donor qismində çıxış edən



 




(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, qeydiyyata almış orqan)

qrant müqaviləsi üzrə nəzərdə tutulan resipiyent qismində çıxış edən[xi]




(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, qeydiyyata almış orqan)

arasında




(müqavilənin adı)

 

qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir).

 

Qrantın məqsədi



 




məbləği və ya başqa maddi formada əşya barədə məlumat




(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

icra müddəti




(başlandığı və bitdiyi müddət)

Xarici donorun qrant vermək üçün maliyyələşdirmə mənbəyi və əvvəllər maliyyələşdirdiyi sahələr




Qoşma (ərizəyə əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)




(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsini xahiş edirik.

 

Müraciəti imzalamış şəxsin



 

soyadı, adı, atasının adı, vəzifəsi və imzası__________________________________________

 

(təşkilatın möhürü ilə təsdiq edilir)



 

Tarix____________

 

Əlaqə telefonları (faks nömrəsi, elektron poçt ünvanı)



________________________________________________________________________________

[i] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 1.4-cü bəndi ləğv edilmişdir.

 

[ii] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 2.2-ci bənddə Nazirlik)”'>“(bundan sonra – Nazirlik)” sözləri “(bundan sonra – Maliyyə Nazirliyi)” sözləri ilə əvəz edilmişdir.



 

[iii] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 2.3-cü və 2.4-cü bəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:



2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyinin əldə edilməsi üçün xarici donor tərəfindən Nazirliyə bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlər (layihə, proqram, smeta xərcləri);

2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması;

2.3.3. xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surəti;

2.3.4. xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə.

2.4. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər xarici dildə tərtib edildikdə, onların notariat qaydasında təsdiq olunmuş tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər və ya məlumatlar həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

 

[iv] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na yeni məzmunda 2.5-ci və 2.6-cı bəndlər əlavə edilmişdir.



 

[v] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 3.1-ci bəndinin birinci cümlədə “Nazirlik” sözü “Maliyyə Nazirliyisözləri ilə, “müraciətlərinə ərizə” sözləri “əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların” sözləri ilə və “15” rəqəmi “7” rəqəmi ilə əvəz edilmişdir, ikinci cümlədə “Bu Qaydanın 2-ci hissəsində göstərilən” sözləri “Həmin” sözü ilə və “15” rəqəmi “7” rəqəmi ilə əvəz edilmişdir və üçüncü cümlə çıxarılmışdır.

 

[vi] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 3.2-ci bənddə “Nazirliyin” sözü “Maliyyə Nazirliyinin” sözləri ilə, “əsaslandırılmalıdır” sözü “əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir” sözləri ilə əvəz edilmişdir.



 

[vii] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir.

 

[viii] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 3.4-cü bəndi yeni redaksiyada verilmişdir.



 

əvvəlki redaksiyada deyilirdi:



3.4. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.4.1. bu Qaydanın 2.3-cü bəndində göstərilmiş ərizə, sənədlər və məlumatlar təqdim edilmədikdə və ya natamam təqdim edildikdə, habelə 2.4-cü bəndinin tələbləri pozulduqda;

3.4.2. qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə.

 

[ix] 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 3.5-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.



 

24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 3.5-ci bəndi ləğv edilmişdir.

 

[x] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 4.1-ci bəndi yeni redaksiyada verilmişdir.



 

əvvəlki redaksiyada deyilirdi:



4.1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Nazirliyin rəyini almış xarici donorlar qrant vermək hüququnu əldə etmiş hesab olunurlar.

 

[xi] 24 yanvar 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 yanvar 2017-ci il, № 17) ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na əlavə – “Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizənin forması”ndan “nəzərdə tutulan” sözləri çıxarılmışdır və həmin formada “müqaviləsinin bağlanılması (qərarın verilməsi) nəzərdə tutulmuşdur” sözləri “müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir)” sözləri ilə əvəz edilmişdir.
Yüklə 73,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə