“xariCİ İnvestiSİyanin qorunmasi haqqinda”, “GÖMRÜk tariFİ haqqinda” VƏ



Yüklə 98,37 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü98,37 Kb.
#66193

background image
“XARİCİ İNVESTİSİYANIN QORUNMASI HAQQINDA”, “GÖMRÜK TARİFİ HAQQINDA” VƏ

“ŞƏHƏRSALMANIN ƏSASLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA

DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I.  “Xarici  investisiyanın  qorunması  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  (Azərbaycan

Respublikası Ali  Sovetinin  Məlumatı,  1992-ci  il,  №4,  maddə  81,  №7,  maddə  171;  Azərbaycan  Respublikasının

Qanunvericilik  Toplusu,  1997-ci  il,  №3, maddə  226;  2001-ci  il,  №6, maddə  360,  №11, maddə  683,  №12,  maddə

736;  2003-cü  il,  №1,  maddələr  1,  3;  2005-ci  il,  №8,  maddə  684;  2007-ci  il,  №5,  maddə  401,  №10,  maddə  938,

№11, maddə 1053) VI bölməsi çıxarılsın. 

II.  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  (Azərbaycan  Respublikası  Ali

Sovetinin Məlumatı, 1995-ci il, №22, maddə 352; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,

№12, maddə 742; 1999-cu il, №4, maddə 225; 2001-ci il, №3, maddələr 145, 151, №5, maddələr 296, 299; 2009-cu

il, №2, maddə 57) aşağıdakı dəyişikliklər və əlavə edilsin: 

1. 1-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin: 

“gömrük  ərazisi  -  Azərbaycan  Respublikasının  quru  ərazisindən,  daxili  sularından,  Xəzər  dənizinin

(gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsindən  (o  cümlədən  orada  yerləşən  adalar,  süni  adalar,

qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarət olan ərazi;”. 

2.  34-cü  maddənin  “a)”-“ı)”  bəndləri  müvafiq  olaraq  1-13-cü  bəndlər  hesab  edilsin  və  aşağıdakı

məzmunda 14-cü bənd əlavə edilsin: 

“14.  mallar  (aksizli  mallardan  başqa)  Azərbaycan  Respublikasının  gömrük  ərazisi  xaricindən  xüsusi

iqtisadi  zonaya  idxal  edildikdə,  habelə  Azərbaycan  Respublikasının  gömrük  ərazisi  xaricindən  xüsusi  iqtisadi

zonaya  idxal  olunmuş  mallar  xüsusi  iqtisadi  zonadan  Azərbaycan  Respublikasının  gömrük  ərazisi  xaricinə  ixrac

edildikdə, xüsusi iqtisadi  zonada  istehsal  və  ya  emal  olunmuş  mallar  Azərbaycan  Respublikasının gömrük ərazisi

xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri,

nümunələrin  sərgisi  və  digər  bu  kimi  məqsədlərlə  Azərbaycan  Respublikasının gömrük  ərazisinə  müvəqqəti  idxal

edildikdə, Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac edildikdə.”. 

III.

 “Şəhərsalmanın



 əsasları  haqqında”

 Azərbaycan

 Respublikası  Qanununun

 (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 473; 2001-ci il, №11, maddə 676; 2002-ci il, №5,

maddə  241;  2007-ci  il,  №10,  maddə  938;  2008-ci  il,  №7,  maddə  602;  2009-cu  il,  №5,  maddə  310)  24-cü

maddəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin: 

“xüsusi iqtisadi zonalar;”. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 4 dekabr 2009-cu il.



Yüklə 98,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə