XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 255,67 Kb.

səhifə1/10
tarix19.07.2018
ölçüsü255,67 Kb.
  1   2   3   4   5   6   7   8   9   10


XARİCİ  ÖLKƏ  TÜRKOLOQLARI  HAQQINDA  QISA  BİLGİLƏR 

 

M E M O R Y    (“Y A D D A Ş”) 

 

REGULY  ANTAL

  –  macar  səyyahı  və  dilşünas.  Vogullar  və  ostyaklar 

arasında etdiyi çalışmaları ilə tanınmışdır. 1819-cu ildə  anadan olmuşdur. 

Reguly  Peşte  Universitetinin  hüquq  fakültəsində  təhsil  almışdır.  1939-cu 

ilin  yayında  Almaniyaya  səyahət  etmiş,  daha  sonra  Skandinaviyaya  getmişdir. 

Stokholmda  Finlandiyadan  sürgün  edilən  Arvidsonla  qarşılaşmışdır.  Onunla 

görüşdükdən  sonra  Reguly  Sibirdə  yaşayan  vogullar  və  ostyaklar  arasında  bir 

tədqiqat  səyahəti  etmişdir.  Macarıstan  Elmlər  Akademiyasının  maddi  və 

mənəvi dəstəyini əsirgəməyən Reguly 1841-ci ilin yayında Rusiyaya getmişdir. 

Moskvada  iki  il  qalaraq  bilgilərini  artıran  Reguly  böyük  Sibir  səyahətinə 

hazırlaşmışdır.  O,  sadəcə  rus  dilini  öyrənməklə  kifayətlənməmiş,  züreyn, 

çeremis,  mordvin  və  çuvaş  dilləri  ilə  məşğul  olmuş,  Ural  bölgəsi  haqqında 

çoğrafi,  tarixi  və  etnoqrafik  bilgilər  əldə  etmişdir.  Ona  bu  işlərində 

akademiyada  işləyən  alimlər  də  kömək  etmişlər.  Ağır  xəstəlik  keçirdiyi  üçün 

Reguly  yalnız  1943-cü  ildə  yola  çıxmışdır.  Şərqi  Rusiyada  yaşayan  votyak, 

çeremis və çuvaşlar arasında yaşamaq istəmə- miş, Ural torpaqlarından keçərək 

vogul torpaqlarmda işləməyə başlamışdır. Vogullar arasındakı elmi tədqiqatları 

9 ay davam etmişdir. 

844-cü  ildə  ostyäklar  arasında  tədqiqatlara  başlayan  Reguly  1845-ci  ildə 

Qazana qayıtmışdır. 

Ağır  şəraitdə  Sibirdə  etdiyi  tədqiqatlar  onu  yormuşdur.  Bundan  sonra  o, 

Volqa bölgəsinə səyahət etmiş  və  burada  dillə bağlı tədqiqatlar aparmış, əvvəl 

çeremis, mordvin və sonra isə çuvaş dillərini tədqiq etmişdir. 

Rusiyaya  və  Sibirə etdiyi səyahətlərdən sonra Macarıstana  yorğun şəkildə 

qayıdan  Reguly,  əldə  etdiyi  dil  nümunələri  nəşr  etdirməmiş  vəfat  etmişdır 



(1858).  Yoldaşları  bunun  üçün  Päl  Hunfalvynin  köməyini  yaratsalar  da,  bütün 

gücü  Sibir  və  Rusiyada  tiikənmiş  Reguly  tədqiqatlarını  davam  etdirə 

bilməmişdir. 

Regulynin  həyatı M. A. Castrenin  həyatına bənzəyir.Castren də Ural dilləri 

haqqında  tədqiqatlarını  nəşr  etdirə  bilməmişdir.  Onun  topladığı  materialları 

Anton  Schiefner  dərc  etdirmişdir.Regulynin  də  tədqiqatları  son  illərdə  nəşr 

olunmuşdur.  Onun  çuvaşlar  haqqında  etdiyi  tədqiqat  nümunələrini  Jözsef 

Budenz dərc etdirmişdir («Csuvas közlesek es tanulmänyok» 1862-1863). 



ŞÄINEANU LAZÄR

 – rumin dilşünası. 1859-cu ildə  anadan olmuşdur. 

1901-ci  ildə  Fransaya  köçmüş,  Ecole  des  hautes  etudesdə  təhsil  işçisi 

olaraq çalışmışdır. 

Şäineanu  rumin  dili  üzrə  yazdığı  əsərlərlə  tanınmışdır.  Bundan  əlavə  türk 

dili,  türk  tarixi  və  türk  mədəniyyəti  üçün  böyük  əhəmiyyət  kəsb  edən  bir  əsər 

yazmışdır. «Influenta orientalä asupra limbei şi culturei romäne» (1900) adı ilə 

nəşr  olunan  bu  əsərdə  rumin  dilində  türk  dilindən  alınma  sözlərdən  bəhs 

olunur.  Şäineanudan  əvvəl  Theophil  Loebelde  bu  haqda  əsər  yazmışdır 

(«Elemente  turceştı,  ara-  beştı  şi  persane  ın  limba  Romänä»,  1894).  Loebel 

Şäineanunun  əsəri  ilə  əlaqədar  öz  fikir  və  düşüncələrini  də  dərc  etdirmişdir 

(«Contribu- tioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäi- 

neanu», 1909). 

Son  illərdə Heinz  F. Wendt  «Die türkischen Elemente  im Rumä-  nischen» 

(1960)  adlı  əsərində  rumin  dilində  istifadə  olunan  türk  sözlərini  təkrar  gözdən 

keçirsə  də,  Şäineanunun  tədqiqatları  bu  sahədə  nəşr  olunan  ilk  əsər  olaraq  öz 

əhəmiyyətini itirməmişdir. 

Şäineanu 1934-cü ildə Parisdə vəfat etmişdir. 



DENY JEAN

 – fransız türkoloğu. 1879-cu ildə  anadan olmuşdur.  

Uşaqlıq  illərini  Ukraynada  keçirmiş  Jean  Deny  atasının  fransız  dili 

müəllimi  olduğu  Odessada  Richelieu  litseyini  və  Parisdə  Louis  le  Grand 

liseyini bitirdikdən sonra eyni zamanda həm Paris hüquq fakültəsində, həm də 



Ecole des Langues Orientalesdə (ərəbcə, farsca və rusca) oxumuşdur. Təhsilini 

bitirdikdən  sonra  Fransa  Xarici  İşlər  Nazirliyində  çalışmış  və  1908-ci  ilədək 

Fransanın Beyrut, Kudüs, Suriya və Maraş konsulluqlarında işləmişdir. Barbier 

ue  Meynardm  ölümündən  sonra  Ecole  des  Langues  Orientales  müdiri  Paul 

Boyer tərəfindən türk dili müəllimi vəzifəsinə təyin edilmiş (1908), iki il sonra 

da professor elmi dərəcəsini qazanmışdır (1910). 

1914-cü  ildə  əsgər  olaraq  müharibəyə  getmiş,  1915-ci  ildə  Şərq 

birliklərində  tərcüməçi  təyin  olunmuşdur.  25  aprel  1915-ci  ildə  Çanaqqalə 

müharibəsində  iştirak  etmişdir.  Sarılıq  xəstəliyinə  tutulduğu  üçün  30 

sentyabrda Selanik və daha sonra Makedoniyada Florinaya göndərilmişdir. 

I  Dünya  müharibəsində  iştirak  edən  Deny  türk  dili  ilə  bağlı  tədqiqatlarını 

da davam etdirmişdir. Hələ müharibənin əvvəllərində türk dilinin qrammatikası 

haqqındakı  böyük  əsərinin  ilk  hissələrini  nəşriyyata  təqdim  etmişdir. 

Müharibənin  çətinliklərinə  baxmayaraq  əsərin  nəşri  gecikdirilməmiş,  1921-ci 

ildə  «Grammaire  de  langue  turque  dialecte  osmanlı)»  (1920-1921)  adı  ilə  çap 

olunmuşdur  (yeni  nəşr  1971).  Bu  nəşr  türkologiya  mühitində  çox  böyük 

maraqla  qarşılanmış  və  müəllifə  məşhurluq  qazandırmışdır.  Əli  Ülvi  Elövenin 

tərcüməsi  bu  qrammatikanın  Türkiyədə  də  geniş  şəkildə  istifadə  edilməsinə 

səbəb olmuşdur. 

Deny 1919-cu il may ayında yenidən Ecole des Langues Orientalesdəki işinə 

geri dönmüş və 1948-ci ilədək bu işi davam etdirmişdir. 1927-ci ildə Misir kralı 

I  Fuad  Qahirə  arxivlərində  olan  türk  sənədlərini  incələmək  və  nəşr  etdirmək 

məqsədilə  Denyni  Misirə  dəvət  etmişdir.  Həmin  ilin  sonunda  iki  il  müddətinə 

Deny Saray kitablığı müdiri vəzifəsinə təyin edilmişdir (1929-1931). 

Misirdəki tədqiqatları  nəticəsində  Deny  «Sommaire des archives turques du 

Caire» (1938) adlı işi nəşr etdirmişdir. Bu işlərlə yanaşı o Atatürkün Türkiyədə 

etmiş  olduğu  yenilik  hərəkatlarını  diqqətlə  izləmiş  və  bununla  bağlı  bir  neçə 

məqalə  nəşr  etdirmişdir.  1938-ci  ildə  Ecole  Nationale  des  Langues  Orientales 

administratorluğuna  dəvət  edilmiş,  II  Dünya  müharibəsində  tərcüməçi  kimi 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə