XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

DUMARESQUE(S)  DANİEL

  –  fransız  dilçisidir.  1717-ci  ildə  anadan 

olmuşdur. 

O,  uzun  illər  boyu  Peterburqda  çalışmışdır.  1762-ci  ildə  Peterburq  Elmlər 

Akademiyasına  üzv  seçilmişdir.  M.  V.  Lomonosovun  və  Leibnisin  dil 

kurslarından  faydalanaraq  «Vocabulaire  comparatif  des  langues  orientaies»  və 

«Comparative Vocabulary of the Eastern Languages» lüğətlərinin müəllifi kimi 

tanınmışdır. 

1802-ci ildə 84 yaşında vəfat etmişdir. 

 

REMUSAT  JEAİT  PİERRE  ABEL

  –  fransız  dilçisidir.  1788-ci  ildə 

anadan olmuşdur. 

Əsas etibarilə Çin  dilinin tədqiqatçısı kimi tanınır, 1811-ci  ildə   «Essai sur 

la langue et la litterature chinoises» və 1813-cü ildə «Recherche  historique sur 

la  medecine  des  Chinois»  adlı  əsərləri  çapdan  çıxır.  1814-cü  ildə  professor 

adını almışdır. 1816-cı ildə isə Akademiyaya üzv seçilmişdir. 

1822-ci ildə Parisdə «Societe Asiatique» dərnəyini yaratmışdır və dərnəyin 

orqanı  olan  «Journal  Asiatique»  dərgisini  nəşr  edir.  Remusat  «Elements  de  la 

grammaire  chinoise»  (1822),  «Melanges  asiatiques»  (1825),  «Nouveaux 

melarşa asiatiques» (1828) elmi əsərlərinin müəllifidir. 

Türkologiya  sahəsində  «Recherches  sur  les  langues  tartares»  (1820)  əsəri 

ilə 

 

tanınmışdır. 1822-ci ildə C. L. Spasskinin «Drevnosti Sibiri» adlı elmi əsəri  

haqqında elmi məqalə hazırlamışdır. 

1832-ci ildə Parisdə 44 yaşında vəfat etmişdir. 



 

MUXLINSKİ  ANTONİ

  –  polyak  mənşəli  türkoloqudur.  1808-ci  ildə 

anadan olmuşdur. 

1828-ci  ildə  Vilnus  Universitetini  bitirmişdir.  Daha  sonra  şərq  dillərini 

araşdırmaq üçün Peterburq Universitetinə daxil olmuş və 1836-1839-cu illərdə  

orada ərəb dilindən dərs  vermişdir.  1839-cu  ildə  isə türk dilləri  üzrə professor 




adını  qazanmışdır.  1849-1866  illərdə  Peterburq  Universitetinin  şərq  dilləri 

kafedrasında çalışmışdır. 

Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə 

«Zrodloslownik  wyrazöw  ktöre  przeszly  do  naszej  mowy  z  jçzyköw 

wschodnich»  elmi  əsərində  polyak  dilindəki  türk  alınmaları  araşdırmışdır. 

Müəllifin  1857-ci  ildə    nəşr  edilmiş  «Issledovanie  o  proishozdenii  i  sostojanii 

Litevskih tatar» adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir. 

Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir. 



 

BLAU  OTTO  HERMANN

  –  alman  mənşəli  şərq  türkoloqudur.  1828-ci 

ildə anadan olmuşdur. 

Onun  maraq  dairəsi  şərq  ölkələrinin  arxeologiyası,  əlifbası  və  dilləri 

olmuşdur.  Blau  yazılarını  «Zeitschrift  der  Deutschen  Mıgenländischen 

Gesellschaft))  dərgisində  dərc  edirdi.  Bu  dərgidə  türkçülük  və  türk  dilləri  ilə 

bağlı bir çox yazılar çap edilirdi. Blau «Turanische Wurzelforschungen» «Über 

Volkstum und Sprache der Kumanen», «Griechisch-türkische Sprachproben aus 

Mariupoler  Handschriften»,  «Über  die  griechisch-türkische  Mischbevölkerung 

von  Mariupol»  və  «Über  Ni'metullah's  persich-türkisches  Wörterbuch»  adlı 

elmi tədqiqatların müəllifidir. 

Blau 1879-cu ildə 51 yaşında Odessada vəfat etmişdir. 



 

WİCHMANN YRJÖ

 – fin dilçisidir. 1868-ci ildə anadan olmuşdur. 

1887-ci  ildə  Helsinki  Universitetinə  qəbul  olmuş,  1897-ci  ildə  həmin 

universitetdə  fin-uqor  dilləri  üzrə  dosent,  1909-cu  ildə  isə  professor  adını 

qazanmışdır.  Onun  maraq  dairəsi  dil,  şifahi  xalq  ədəbiyyatı  və  etnoqrafiya 

olmuşdur. Bu mövzuda Wichmannın beş cildli əsəri nəşr olunmuşdur. 

Wichmann macar dialektologiyası mövzusunda da çalışmışdır. 

Wichmann  türk  dillərini  də  öyrənirdi.  Bu  mövzuda  alimin  «Die 

tschuwassischen  Lehnwörter  in  den  permischen  Sprachen»  adlı  əsəri 




mövcuddur.  Bu  əsərdə  o,  Z.  Comboczun,  M.  Räsänenin,  A.  Kannistonun 

tədqiqatlarından örnək kimi istifadə etmişdir. 



 

NİKOLSKİ  NİKOLAY  VASİLYEVİÇ

  –  çuvaş  türkoloqudur.  1878-ci 

ildə anadan olmuşdur. 

Kazan  İlahiyyat  Akademiyasını  bitirmiş  və  orada  çuvaş  dilindən  dərs 

vermişdir.  1905-ci  ildə  Kazan  Universitetində  nəşr  edilən  «Arxeologiya,  tarix 

və  etnoqrafiya»  jurnalının  redaksiya  heyətinə  üzv  seçilmişdir.  1915-ci  ildə 

həmin  universitetinin  dosentliyini,  1928-ci  ildə  isə  professorluğunu 

qazanmışdır. O, çuvaş dili, tarixi, etnoqrafiyası və folkloru dərslərini vermişdir. 

N.  Nikolski  1909-cu  ildə  nəşr  olunmuş  «Russko-cuvasskij  slovar'»  adlı 

lüğətin  müəllifi  kimi  tanınmışdır.  Daha  sonra  onun  müəllifliyi  altında  1919-cu 

ildə isə  «Kratkij cuvassko-russkij slovar'» çapdan çıxmışdır. 

 

DONNER KAİ

 – fin dilçisidir. 1888-ci ildə anadan olmuşdur. 

Onun  maraq  dairəsi  Ural  dillərinin  araşdırılmasıdır.  «Beiträge  zur  Frage 

nach  dem  Urspnıng  der  Jenissei-Ostjaken»,  «Über  das  Alter  der  ostjakischen 

und vogulischen Renntierzucht» kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə 

yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. 

Dilçi-alimin  «Zu  den  ältesten  Berührungen  zwischen  Samojeden  und 

Türken»  başlıqlı  yazısı  olduqca  dəyərli  bir  əsərdir.  Bu  yazıda  Donner 

samoyedlər  və  türklər  arasında  olmuş  qədim  əlaqələri  işıqlandırmış  və  çuvaş 

xüsusiyyətləri  daşıyan  dilin  ortaq  türk  dilindən  ayrılmasından  öncəki  dövrləri 

haqqında maraqlı fikirlər söyləmişdir. 

Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi 

ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş «Kaça» sözlüyü alimlər 

tərəfindən  bəyənilmişdir.  Alimin  «Kefçe  dil  örnekleri»  əsəri  onun  vəfatından 

sonra dərc edilmişdir. 

Donner 1935-ci ildə vəfat etmişdir. 




KLEMENTS DMİTRİ ALEKSANDROVİÇ

 – görkəmli rus arxeoloq və 

etnoqrafıdır. 1848-ci ildə anadan olmuşdur. 

Samara  və  Qazan  şəhərlərində  liseyi  bitirmişdir.  Qazan  və  Peterburq 

universitetlərində  oxumuşsa  da,  1873-cü  ildə  universiteti  tərk  etmişdir.  Qeyri-

qanuni işlərə qarışan Klements bir müddət ölkə xaricində qalmalı olmuşdur. 

1879-cu  ildə  «Zemlja  i  volja» jurnalının  yazarlar cəmiyyətində  fəaliyyətini 

davam  etdirmiş,  ancaq  həbs  olunaraq  Minusinskə  sürgünə  göndərilmişdir. 

Sibirdə  uzun  müddət  geologiya,  arxeologiya,  etnoqrafiya  və  tarixlə  məşğul 

olmuş  bir  çox  elmi  gəzintilərə  qoşulmuşdur.  Nəhayət,  1890-cı  ildə  İrkutskda 

məskunlaşmışdır.  Rusiya  Coğrafiya  Dərnəyinin  Şərqi  Sibir  şöbəsində  üzv 

olaraq işə başlayan Klements elmi-araşdırma qrupunun bir çox işlərində iştirak 

etmişdir.  Klements  N.  M.  Yadrintsevin  Orxon  çayı  ətrafında  əski  türk 

abidələrini  üzə  çıxarmasından  sonra  Rusiya  Elmlər  Akademiyasının  yaratdığı 

araşdırma qrupunda da öz yerini tutmuşdur. 

1897-ci  ildə  Antropologiya  və  Etnoqrafiya  Muzeyində  çalışmağa  başlayan 

Klements 1903-cü  ildə Rusiya Dövlət Muzeyinin etnoqrafiya şöbəsinin  müdiri 

vəzifəsinə təyin olunmuşdur. 

Həyat  yoldaşı,  E.  N.  Klements  ilə  birlikdə  1897-ci  ildə  Şimali 

Monqolustanda Tonyukuk abidəsini tapmışdır. 

1914-cü ildə Moskvada vəfat etmişdir. 

 

PEKARSKİ  EDVARD

  –  görkəmli  polyak  türkoloqudur.  1858-ci  ildə 

anadan olmuşdur. 

Orta  təhsilini  Minsk  və  Çerniqov  şəhərlərində  almışdır.  Lakin  o  dövrdəki 

siyasi  maneələr  ucbatından  təhsilini  davam  etdirə  bilməmişdir.  1877-ci  ildə 

Xarkov  Baytarlıq  Məktəbinə  daxil  olsa  da,  1879-cu  ildə  tələbə  üsyanlarında 

iştirak  etdiyi  üçün  beş  il  müddətinə  Arxanqelsk  vilayətinə  sürgün  edilmişdir. 

Daha  sonra  sürgündən  qaçaraq  saxta  addan  istifadə  edib  Moskvaya  getsə  də, 

tezliklə yaxalanaraq  yenidən sürgün edilmişdir. Moskvadakı  hərbi  məhkəmədə 




mühakimə  olunan  Pekarski  gizli  siyasi  təşkilatlara  qoşulmaq  və  qadağa 

qoyulmuş  çap  materiallarını  özündə  saxlamaqla  günahlandırılaraq  məhkum 

edilmişdir.  Məhkəmədə  günahkar  hesab  olunaraq  15  il  həbs  cəzasına  məhkum 

olunsa da, gəncliyi nəzərə alaraq, Sibirin Yakutsk vilayətinə sürgün edilmişdir. 

Bütün  haqları  əlindən  alınaraq  Yakutiyaya  gələn  Pekarski  dilini,  dinini  və 

adət-ənənələrini  bilmədiyi  bir  xalqla  yaşamaq  məcburiyyətində  idi.  O  dövrdə 

Yakutiyada  rus  dilini  bilən  çox  az  idi.  Ruslar  belə  kommunikasiya  yaratmaq 

üçün yakut dilini öyrənmək məcburiyyətində qalırdılar. Pekarski də yakut dilini 

əvvəlcə  sırf  kommunikasiya  üçün  öyrənməyə  başlayır.  Lakin  yakut  dili  ilə 

məşğul  olması  qısa  bir  müddətdən  sonra  ciddi  və  dərin  işə  çevrilmişdir.  D.  D. 

Popov  və  V.  M.  İonov  kimi  dostlarının  köməyi  ilə  yakut  dili  ilə  yanaşı  yakut 

etnoqrafiyası  və  folkloru  üzərində  də  çalışmışdır.  1894-1896-cı  illərdə  Rusiya 

Coğrafiya  Qurumunun  Şərqi  Sibir  filialının  təşkil  etdiyi  araşdırma  səfərinə 

qoşulan Pekarski yakutların dili, folkloru və etnoqrafiyası sahəsində zəngin bilik 

və  sənədlər  toplamışdır.  Həmin  qurumun  maddi  dəstəyi  ilə  «Jakutskij  slovar'» 

adlı əsərinin birinci cildini yayımlamışdır. 

Rusiya  Elmlər  Akademiyasının  köməyi  ilə  Yakutskda  yerləşmiş  Pekarskı 

1903-cü ildə yeni bir araşdırmaya başlayır. Rusiya Elmlər Akademiyası xüsusi 

olaraq V. Radlov və C. Saleman kimi tanınmış elm xadimləri Pekarskinin yakut 

dil  və  folkloru sahəsindəki elmi araşdırmalarına  yüksək dəyər  verirdilər.  Hətta 

Elmlər  Akademiyası  Pekarskinin  «Yakutca-türkcə  lüğət»  adlı  əsəri  üzərindəki 

araşdırmalarını  davam  etdirməsi  üçün  1904-cü  ildən  başlayaraq  illik  400-500 

manat  dəyərində  yardım  da  göndərməyə  başlayır.  1905-ci  ildə  Elmlər 

Akademiyasının  müraciəti  nəticəsində  Pekarskinin  Peterburqa  qayıtmasına 

icazə  verilir.  1905-1910-cu  illər  arasında  Pekarski  Rusiya  Dövlət  Muzeyinin 

etnoqrafiya şöbəsində, 1911-ci ildən etibarən isə Antropologiya və Etnoqrafiya 

Muzeyində  işləməyə  başlamışdır.  Bu  illərdə  türkoloq  daha  əvvəl  çap  etdirdiyi 

yakut dilinin lüğəti üzərində işləmiş, 1907-ci ildə lüğətin həmin cildinin gözdən 

keçirilmiş  forması  Elmlər  Akademiyası  tərəfindən    çap  edilmişdir.  Bu  lüğətin 



son,  yəni,  on  üçüncü  cildi  1930-cu  ildə  yayımlanmışdır  1958-1959-cu  illərdə 

isə  yenidən  çapa  verilən  lüğət  digər  türkoloqlar  üçün  də  yararlı  mənbəyə 

çevrilmişdir. 

Mütəxəssislər  hesab  edir  ki,  Pekarskinin  yakut  dili  lüğəti  türk  lüğətçiliyinə 

dəstək  sahəsində  atılan  böyük  bir  addımdır.  Bu  əsərdə  təkcə  danışıq  dilində 

istifadə olunan sözlər deyil, dastanlarda xalq inanclarındakı aralıq sözlər, bütün 

allahların  adları  və  yakutların  yaşadığı  torpaqlarda  dağ,  çay,  göl,  meşə,  kənd 

adlarına da yer verilmişdir. 

Pekarski  yakut  dilinin  lüğəti  ilə  yanaşı  yakut  xalq  ədəbiyyatına  da  böyük 

maraq  göstərmişdir.  Bu  yoldakı  çalışmalarının  sonunda  «Obrazcy  narodnoj 

literatun jakutov» adlı üçcildlik əsərini yayımlamışdır. 

Pekarski  1914-1917-ci  illəri  arasında  Rus  Coğrafiya  Qurumunun 

Etnoqrafiya  şöbəsində  katib  vəzifəsində,  daha  sonra  isə  «Zivaja  starina» 

jurnalında redaktor olaraq çalışmağa başlamışdır. 1927-ci ildə SSRİ-nin Elmlər 

Akademiyasının xəbərləşmə üzvlüyünə seçilmişdir. 

1934-cü ildə Leninqrad şəhərində vəfat etmişdir. 



 

BROKELMAN  KARL

  –  görkəmli  alman  semitoloq  və  türkoloqudur. 

1868-ci ildə anadan olmuşdur. 

Klassik filologiya və semitologiya sahələrində təhsil almış, əsasən ərəb dili 

və ədəbiyyatı ilə məşğul olmuşdur. 

Brokelman  1893-cü  ildə  Breslau  Universitetində  dosent  adını  almış,  1900-

cü  ildən  başlayaraq  Breslau,  Köniqsberq,  Halle  və  Berlin  universitetlərinin 

professor  vəzifəsində  çalışmışdır.  1923-1939-cu  illər  arasında  Breslau 

Universitetində,  1946-ci  ildə  isə  Halle  Universitetinin  fəxri  professoru 

vəzifəsini icra etmişdir. 

Brokelman  semitologiya  sahəsinə  bir  sıra  töhfələr  vermişdir.  Ərəb 

ədəbiyyatı  sahəsində  yazdığı  «Geschichte  der  arabischen  Literatur»  əsəri  ilə 

şöhrət qazanmışdır. 



İslam  elmləri  sahəsində  «Geschichte  der  islamischen  Völker  und  Staaten» 

əsəri də böyük bir boşluğu doldurmuşdur. 

Ümumiyyətlə, şərq elmləri sahəsində çalışanların ərəb və fars dili ilə yanaşı 

türk  dilinə  də  yer  verdiklərinin  şahidi  oluruq.  Bu  qədim  vərdişə  söykənən 

Brokelman  1917-ci  ildə  Əlinin  «Kıssa-i  Yusif»ini  dil  baxımından 

dəyərləndirmişdir.  Onun  bu  əsəri  Anadolu  türkcəsinin  ilk  əsəri  kimi  təqdim 

etməsi  türklük  elmi  çevrəsində  mübahisələrə  yol  açsa  da,  Brokelman  bu 

sahədəki  çalışmalarını  davam  etdirmişdir.  «Zur  Grammatik  des  Osmanisch-

Türkischen»  (1916),  «Ein  neues  südtürkıscc«  Sprachdenkmal»  (1931)  kimi 

əsərləri bu sahənin tədqiq edilməsinə işıq tutmuşdur        

Mahmud  Kaşğarinin  «Divanü  lüğat-it-türk»  əsərinin  İstanbulda  çap 

olunması  Brokelmanın  diqqətini  çəkmişdir.  «Mawmüd  al-Käschgarls 

Darstellung 

des 


türkischen 

Verbalbaus» 

(1919), 

«Altturkestanische 

Volksweisheit»  (1920),  «Ma.vmüd  al-KäsgharT  über  die  Sprachen  und  die 

Stämme  derTürken  im  11.  Jahrhundert»  (1921),  «Altturkestanische 

Volkspoesie» (1923), «Naturlaute im Mitteltürkischen» (1928) və s. əsərlərində 

bu əsəri yüksək qiymətləndirmişdir. 

Brokelman bu sahədə olan çalışmalarını  «Osttürkische Grammatik der  isla- 

mischen  Literatursprachen  Mittelasiens»  adlı  qrammatika  kitabı  ilə 

tamamlamışdır. Bu kitabda Orta Asiya türk yazı dillərinin qrammatik quruluşu 

tədqiq edilmişdir. 

1956-cı ildə Halle şəhərində vəfat etmişdir. 

 

MELIORANSKİ  PLATON  MİXAYLOVİÇ

  –  görkəmli  rus  türkoloqudur. 

2008-ci  ildə  140  yaşı  tamam  olur.  Orta  təhsilini  Peterburqda  almışdır.  Uşaq 

yaşlarından  başlayaraq  xarici  dillərə  böyük  maraq  göstərən  Melioranski 

universitetə  daxil  olmaq  vaxtı  gələndə  Peterburq  Universitetinin  filologiya 

fakültəsi  ilə  şərq  dilləri  fakültəsi  arasında  seçim  etmək  məcburiyyətində 

qalmışdır.  Nəhayət,  şərq  dilləri  fakültəsinin  ərəb,  fars  və  türkcə-tatarca 



bölməsini  seçən  Melioranski  hələ  liseydə  oxuduğu  vaxtlarda  tanış  olduğu  V. 

Radlovun  tövsiyyəsi  ilə  türk  dialektləri  üzərində  çalışmağa  başlamışdır.  Şərq 

dilləri  fakültəsində  təhsilinə  davam  edən  Melioranski  xüsusi  olaraq  V. 

Radlovdan  türk  dili  dərsi  alırdı.  Radlov  kimi  Melioranski  də  ilk  olaraq  Altay 

dialektlərini  öyrənməyə  başlamış,  daha  sonra  isə  qazax  dili  üzərində 

dayanmışdır.  Bundan  başqa,  Radlov  ilə  birlikdə  «Kutadğu  bilik»i  oxumuş, 

çağatayca  dil  nümunələri  üzərində  çalışmışdır.  Bu  dərslər  gənc  Melioranski 

üçün  olduqca  yararlı  idi.  Çünki  şərq  dilləri  fakültəsində  həmin  vaxtlarda 

türkologiyanın  öyrənilməsində  təkcə  osmanlı  türkcəsinin  öyrənilməsinə  yer 

verilirdi.  1820-ci  ildə  Melioranski  şərq  dilləri  fakültəsinin  köməyi  ilə  qırğız 

(qazax)  dil  və  folkloru  sahəsində  axtarış  etmək  üçün  Orenburq  və  Turğay 

ərazilərinə  səyahətə  çıxmışdır.  «Kirgizskie  poslovicy  i  zagadki»  adlı  məqaləsi 

bu gəzintinin məhsuludur. 

1891-ci ildə şərq dilləri fakültəsini bitirən Melioranski universitetdə qalmış, 

o cümlədən Radlov ilə başladığı araşdırmalara da davam etmişdir. 1893-cü ildə 

işi  ilə  əlaqədar  olaraq  Avropaya  səyahətə  çıxan  Melioranski  London,  Oxford, 

Leyden, Paris və Berlində çalışmalarına davam etmişdir. Bu gəzinti nəticəsində 

sonralar İstanbulda tapılan bir yazısından adının İbn Mühənna olduğu anlaşılan 

«Ərəb  filoloqu»nun  yazdığı  lüğətin əl  yazmalarını tapmış, onun  üzərində  uzun 

illər işləyərək çap etdirmişdir. 

1894-cü  ildə Melioranski  Peterburq Universitetinin şərq dilləri  fakültəsində 

dosent  olaraq dərs deməyə başlamışdır. 1899-cu  ildə  «Pamjatnik  v Cest'  Kjul'-

tegina»  elmi  tədqiqat  işi  yazmış,  1901-ci  ildə  isə  doktorluq  işini  müdafiə 

etmişdir. 

1904-cü  ilin  yazında  Melioranski  Vyanaya  gedərək,  xüsusilə  Məhəmməd 

Salihin «Şeybani-namə» adlı əsəri üzərində işləmişdir. 

Melioranski  yalnızca Gül Tekin abidələrini deyil,  Koşo-Saydamda  yerləşən 

əski türk abidələrinin tədqiqi ilə də  məşğul olmuşdur. Onun Orxon və Yenisey 

abidələrinin tədqiqinə dair yazılmış bir neçə əsəri vardır. 



Melioranski uyğur dilində yazılmış mənbələri də nəzərindən qaçırmamışdır. 

Folklor  üzərində  apardığı  araşdırmalarında  isə  qırğız  (qazax)  folklor 

nümunələrini  toplamış,  Çokanın  üzə  çıxardığı  bir  sıra  qırğız  rəvayətlərini  də 

hazırlayıb,  çapa  təqdim  etmişdir.  Rus  dilinə  türk  dilindən  keçən  sözlərin  aşkar 

edilməsi, bu mövzuda yazılmış əsərləri böyük maraqla qarşılanmışdır. 

Melioranski bir neçə tənqidi əsərin də müəllifidir. 

1906-cı ildə Peterburq şəhərində vəfat etmişdir. 

     

ŞERBAK  ALEKSANDR  MIXAYLOVİÇ

  –  görkəmli  rus  türkoloqudur. 

1928-ci ildə anadan olmuşdur. 

1948-ci  ildə  Stavropol  Pedaqoji  İnstitutunun  filologiya  fakültəsini 

bitirmişdir. 1952-ci ildə filologiya elmlər namizədi adını qazanmış, 1970-ci ildə 

filologiya elmlər doktoru olmuşdur. Şerbak doktorluq işində türk dialektlərinin 

müqayisəli  fonetikası  üzərində  dayanmışdır.  Bu  sahədəki  çalışmalarını 

«Sravnitel'naja fonetika tjurkskih jazykov» (1970) əsərinə toplamışdır. 

Şerbak əski uyğur dili və özbək dilinin tədqiqi sahəsində də bir sıra əsərlərin 

müəllifidir.  «Oguz-näme»,  «Muxabbet-näme»,  «Pamjatniki  drevneujgurskoj  ı 

starouzbekskoj pis'mennosti»,  «GrammatiCeskij oierk  jazyka tjurkskih  tekstov 

X-  XIII  vv.  iz  Vostoönogo  Turkestana»,  «Grammatika  starouzbekskogo 

jazyka»  və  s  əsərlərini  buna  misal  olaraq  göstərmək  olar.  Türk  dialektlərində 

istifadə  olunan  e\  və  çöl  heyvanlarının  adlarının  tədqiqinə  həsr  olunmuş 

çalışması isə türkologiya elminin öyrənilməsinə dəyərli bir töhfədir. 

Şerbak  türk  dilinin  tədqiqatına  başladığı  ilk  vaxtlardan  etibarən  türk 

dillərinin müqayisəli qrammatikası üzərində xüsusilə dayanmışdır. Bu yolda ilk 

əsəri  «Türk  dialektlərinin  müqayisəli  fonetikası»  əsəri  sayılır.  Daha  sonra  isə 

türk  dillərinin  müqayisəli  morfologiyasına  aid  bir  neçə  məqaləsi  çapdan 

çıxmışdır,  məs:  «Oderk; po sravnitel'noj  morfologii tjurkskih jazykov»,  xüsusi 

ilə  də  «Vvedenie  v  sravnitel'noe  izuöenie  tjurkskih  jazykov»  əsərində  türk 



dillərinin  fonetikası,  morfologiyası,  sintaksisi  və  lüğəti  üzərində  apardığı 

araşdırmalarının nəticələrini nümayiş etdirmişdir. 

Şerbak  əski  türk  yazılarının  açılması  ilə  də  məşğul  olmuşdur.  O,  «Ob 

altajskoj  gipoteze  v  jazykoznanii»  başhqlı  yazısında  «Altay  hipotezası» 

üzərində  dayanmışdır.  Bundan  əlavə,  türk,  monqol  və  tunqus-mancur  dilləri 

arasındakı qarşılıqlı dil alış-verişlərini də nəzərdən qaçırmamışdır. 

«Rannie  tjurksko-mongol'skie  jazykovye  svjazi»  adlı  əsərində  türk-monqa 

dilləri arasındakı əlaqələri diqqətlə qələmə almışdır. 

Şerbak  beynəlxalq  elmi  konfranslarda  iştirakı  ilə  yanaşı,  Türkiyədə 

keçirilən  türk  dili  konfransların  çoxunda  iştirak  etmiş,  o  cümlədən  çıxışlar 

etmişdir. 

Türk  dili  sahəsindəki  dəyərli  çalışma  və  töhfələrini  nəzərə  alan  Türk  Dil 

Qurumu, 1988-ci ildə Şerbakı qurumun fəxri üzvü seçmişdir. 

Şerbak 2008-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.   



 

 

 



 

 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə