XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

məqalə  dərc  etdirmişdir.  Bu  sahədə  ən  böyük  əsəri  «Karaimische  Texte  im 

Dialekt von Troki»dir (1929). 

«Das  Avadäna  des  Dämons  Ätavaka»  adlı  əsəri  «Türkische  Turfantexte» 

ədəbi  silsiləsində  dərc  olunmuşdur.  Bu  əsəri  Annemarie  von  Gabain  nəşr 

etdirmişdir.  Kowalski,  Sir  Aurel Stein'in Eynallu  (Cə-  nubi İran) dialektini də 

tədqiq etmişdir («Sir Aurel Stein's Sprachaufzeichnungen im Äas nallu-Dialekt 

aus Süd-Persien», 1937). 

Bundan  əlavə  Kowalski  türk  dialektləri  sahəsində  başqa  işlər  də 

görmüşdür:  «Zur  semantischen  Funktion  des  Pluralsuffıxes  -lar,  -lär  in  den 

Türksprachen» (1936),  «De ia  naıure du causaiif ei du passif dans  les langues 

turques» (1948), «Pröba charakterystyki jçzyköw tureckich» (1946). 

Kowalski  türk  elm  sahəsindəki  yenilikləri  də  izləmiş,  çox  sayda  məqalə 

yazmışdır  (Əhməd  Talat.  Xalq  şeirlərinin  şəkil  və  nəvi;  İshak  Refet-Hamit 

Zübeyr.  Anadildən  dərləmələr;  Əli  Rza.  Cənubda  türkmən  oymaqları;  Martti 

Räsänen.  Türkische  Sprachproben  aus  Mit-  .telanatolien;  Gunnar  Jarring. 

Uzbek Texts from Afghan Turkestan). 

Kowalski  slavyan  dillərində  istifadə  olunan  türkcə  sözlərə  də  müraciət 

etmişdir.  1929-cu  ildə  Praqada  toplaşan  Slavyanşünaslar  konqresinə  bu 

çalışmaların  metodologiyası  haqqında  təqdim  etdiyi  sənədlə  yanaşı,  «W 

sprawie zapozyczen tureckich w jçzyku polskim» («Symbolae grammaticae in 

honorem  Joannis  Rozwadowski»,  1927)  adlı  məqaləsində  Polşada  istifadə 

olunan  türk  dilindən  alınma  sözləri  nəzərdən  keçirmişdir.  Ülkü  dilində  isə 

«Türk  dilinin  qonşu  millət  dilləri  üzərinə  təsiri»  (1934)  adlı  məqalə  dərc 

etdirmişdir. 

«Turcja  powojenna»  (1925)  adlı  kitabmda  I  Dünya  müharibəsindən  sonra 

Türkiyədə olan dəyişikliklərə diqqət yetirmişdir. 

Kowalski 1948-ci ildə Krakovda vəfat etmişdir. 

 



DIRENKOVA  NADEJDA  PETROVNA

  –  rus  türkoloqu.  1899-cu  ildə  

anadan olmuşdur. 

Dana çox etnoqrafiya sahəsi  ilə çalışmağına baxmayaraq türk dialektlərini 

tədqiq  etmişdir.  Türkologiya  sahəsində  «Grammatika  ojrotskogo  jazyka» 

(1940),  «Grammatika  sorskogo  jazyka»  (1941),  «Grammatika  hakasskogo 

jazyka»  (1948)  adlı  qrammatika  kitablarının  müəllifi  olaraq  şöhrət 

qazanmışdır.  «Tofalarskij jazyk» adlı  məqaləsi 1963-cü  ildə  nəşr olunmuşdur. 

«Sorskij folklor» adlı əsəri dəyərli bir tədqiqatdır (1940). 

Dırenkova 1941-ci ildə Leninqradda vəfat etmişdir. 

 

MAGNİTSKİ VASİLİ KONSTANTİNOVİÇ

  –  çuvaş  dilşünası,  etnoqraf  və 

tarixçi. 1839-cu ildə  anadan olmuşdur.  

1858-1862-ci  illərdə  Qazan  Universitetinin  hüquq  fakültəsində  təhsil 

almış, çuvaşların tarixi, etnoqrafiyası və arxeologiyası haqqında bir çox əsərlər 

yazmışdır.  1881-ci  ildə  yazdığı  «Materialy  k  ob"jasneniju  staroj  cuvasskoj 

very»  adlı  əsərində  çuvaşların  qədim  inanclarına  aid  maraqlı  məlumatlar 

toplanmışdır.  1905-ci  ildə  «Cuvasskie  jazyceskie  imena»  adlı  kitabında 

çuvaşlar arasında istifadə olunan köhnə insan adlarından bəhs olunur. 

1901-ci ildə Yadrinskda 62 yaşında vəfat etmişdir. 



 

SALEMAN  KARL

  –  alman  soylu  iranist  və  türkoloq.  2009-cu  ildə 

doğumunun 160 illiyi tamam olur. 

Orta  təhsilini  Revalda  aldıqdan  sonra  Peterburq  Universitetinin  şərq 

dilləri  fakültəsinə  daxil  olmuşdur.  1871-ci  ildə  bu  fakültəni  bitirən  Saleman 

1873-cü  ildə  magistraturaya  daxil  olmuş,  1875-ci  ildə  «Xəqaninin  rübailəri» 

adlı  magistr  dissertasiyasını  müdafiə  etmiş,  daha  sonra  Peterburq 

Universitetində  kitabxana  köməkçisi  vəzifəsində  çalışmışdır.  1875-ci  ildə  3 

sınaq  dərsi  tədris  etmiş,  1876-cı  ildə  sanskrit-fars  şöbəsində  «Avesta»  və 




pəhləvi dərslərini tədris etməyə başlamışdır. Bu şöbədə  40  il professor olaraq 

çalışmış, çox sayda tələbə yetişdirmişdir. 

Saleman  türk  dili  və  dialektləri  ilə  yaxından  maraqlanmış,  universitetdə 

tələbə ikən «Rusca-qumuqca lüğət»i yazmışdır (lüğət yazılı şəkildə qalmışdır). 

Daha  sonra  Orxon  abidələri  üzərində  tədqiqat  aparmışdır.  Saleman  «Altay 

dilinin  qrammatikası»  adlı  əsərin  müəllifidir.  (Onun  bu  əsərlərinin  əlyazıları 

Rusiya Elmlər Akademiyası Sankt-Peterburq bölməsinin arxivində saxlanılır). 

1880-ci  ildə  Qazanda  Qəyyum  Nasiridən  tatar  dilini  öyrənmiş,  ingilis 

İncil dərnəyinin təklifi ilə İncili tatar dilinə tərcümə etmişdir. 

1916-cı ildə Petroqradda 67 yaşında vəfat etmişdir. 



 

ŞMİDT  PETER

  –  latviyalı  dilşünas,  folklorşünas.  1869-cu  ildə    anadan 

olmuşdur. 

1891-1892-ci  illərdə  Moskvada  rus  dilini  öyrənmiş,  1892-1896-cı  illərdə 

Sankt-Peterburqda  Şərqi  Asiya  dilləri  üzərində  çalışmışdır.  1895-ci  ildə  A. 

Belçenko  ilə  birlikdə  «Sud'ba  Minskoj  dinastii  na  juge  Kitaja»  adb  əsər 

yazmışdır.  1896-cı  ildə  bilgilərini  artırmaq  məqsədilə  Pekinə  göndərilmişdir. 

1899-cu  ildə  Vladivostokda  yenı  qurulan  Şərq  İnstitutunda  sinoloq  olaraq 

çalışmağa  başlayan  Şmidt,  1902-ci  ildə  «Opyt  mandarinsko;  grammatiki»  adlı 

əsərini  nəşr  etdirmişdir.  Kitab  ikinci  dəfə  1915-ci  ildə  nəşr  olunmuşdur.  1919-

1920-ci  illərdə  Vladivostokda  Uzaq  Şərq  Dövlət  Universitetində  dekan 

vəzifəsində  çalışdıqdan  sonra,  1920-ci  ildə  Riqa  Latviya  Universitetində 

professor vəzifəsinə təyin edilmişdir. 1923-1924 və 192-1925-ci illərdə Latviya 

Universitetinin  fəlsəfə-filologiya  fakültəsində  dekan  vəzifəsində  çalışmışdır. 

1927-ci  ildə  Uppsala  Universiteti  Şmidtə  filologiya  elmləri  doktoru  adını 

vermişdir. 

1898-ci ildə Pekində «Der Lautwandel im Mandschu und Mon- golischen» 

adlı  yazı  dərc  etdirmişdir.  Burada  o,  mancur,  monqol  və  çin  dilləri  arasında 

əlaqələri  gözdən  keçirmişdir.  «K  istorii  kitajskogo  razgovornogo  jazyka»  adlı 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə