XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

məqaləsində  də  çin  və  mancur  dilləri  arasında  əlaqələrdən  söhbət  açılır. 

«Altaische  Zahlwörter»  adh  yazısmda  Altay  dilində  saylara  aid  maraqlı 

tədqiqatlar mövcuddur. 

1938-ci ildə Riqada 69 yaşında vəfat etmişdir. 



 

BAYRAKLAREVİÇ  FEHİM

  –  bosniya  soylu  şərqşünas.  1889-cu  ildə  

anadan olmuşdur. 

Sarayevo  liseyini  bitirdikdən  sonra  Vyana  Universitetində  təhsil  almışdır 

(şərq  və  slavyan  dilləri).  1918-ci  ildə  doktor  admı  qazanmış.  1925-ci  ildə 

Belqrad  Universiteti  fəlsəfə  fakültəsində  çalışmış,  1926-cı  ildə  həmin 

universitetdə  şərq  dilləri  kürsüsünü  qurmuş,  1930-cu  ildə  professor  vəzifəsinə 

keçmişdir. 

O,  ərəbistika,  iranistika  və  türkologiya  sahəsində  bir  çox  nəşrlərinin 

müəllifidir.  Elmi  jurnallarla  yanaşı  Belqrad  qəzetlərində  də  məqalələr  dərc 

etdirmişdir. «İslam ensiklopediyası»nın Avropa nəşrində pomaklar,  peçeneqlər, 

yürüklər  kimi  maddələri  də  o  yazmışdır.  Bundan  əlavə  Banyaluka,  Molla 

Nəsrəddin,  Niş,  Pazvantoğlu,  Plevna,  Üsküp,  Varna,  Zenta  maddələrinin  də 

müəllifidir.  O,  türk  qrammatikasının  əsasları  haqqında  kitab  yazmışdır. 

Bayraktareviç  «Molla  Nəsrəddin  problemi»ni  də  tədqiq  etmişdir.  O,  mevlid 

mövzusuna  da  toxunmuşdur.  «Les  etudes  islamiques  en  Yougoslavie»  adlı 

konfransda  Yuqoslaviyada  islam  tədqiqatları  sahəsində  edilən  çalışmaları 

araşdırmışdır. 

«Prilog  proucavanju  nasih  pozajmica  orijentalnog  porekla»  adlı  məqaləsi 

serb-xorvat  dillərində  istifadə  olunan  türk  dilindən  alınma  söz  əlaqəli  maraqlı 

araşdırmalarla  doludur.  1958-ci  ildə  keçirilən  VIII  Beynəlxalq  dilçilər 

konfransına təqdim etdiyi yazı da serb-xorvat dillərinə şərq təsiri haqqındadır. 

Bayraktareviç balkan türkləri ilə də məşğul olmuşdur. 

O,  Türkiyədə  keçirilən  elmi  konfransında  iştirak  etməklə  yanaşı, 

nəşriyyatda  da  bəzi  məqalələr  dərc  etdirmişdir.  «Goethes  Insteresse  für 



Nasreddin  Chodscha»,  «Das  Türkisch-islamische  Kulturerbe  bei  den  Ju- 

goslaven» kimi məqalələr bu qəbildəndir. 

Türk  dili  sahəsində  etdiyi  çalışmalarla  əlaqədar  olaraq  1958-ci  ildə 

Bayraktareviç Türk Dil Qurumunun fəxri üzvlüyünə qəbul edilmişdir. 

Belqrad  Universiteti  Fehim  Bayraktareviçə  «Anali  Filoloskog  fa-  kulteta» 

jurnalının  10-cu  cildini  hədiyyə  etmişdir.  Bayraktareviçin  yazı  və  məqalələri 

Katarina Aşkoviçin «Bibliografija radova profesora dr Fe- hima Bajraktarevica» 

adlı əsərində toplanmışdır. 

1970-ci ildə 81 yaşında vəfat etmişdir. 

 

BUDENS  JOSZEF

  –  alman  mənşəli  görkəmli  macar  dilçisidir.  1836-cı 

ildə Almaniyada anadan olmuşdur.  

Marburq  və  Göttengen  Universitetlərində  oxumuşdur.  Berlində  W.Schott, 

Vyanada  A.Boller  kimi  tanınmış  alimlərin  yanında  çalışmış,  Ural  və  Altay 

dilləri, xüsusilə türk və monqol dilləri üzərində tədqiqatlar aparmışdır. 1858-ci 

ildən Macarıstanda  yaşamağa başlayır. Elmi  marağı  fin-uqor  və Ural  dillərinin 

morfologiyası olmuşdur. 

Macar  Elmlər  Akademiyasında  işləmişdir.  Dünyada  ilk  olaraq  Budapes 

U n i versitetində  «Altay  dilləri»  kursunu  yaratmışdır.  Fin-uqor  və  Ural  dilləri 

üzrə çalışan çoxlu tələbə yetişdirmişdir. 

Çoxsaylı monoqrafiyaların və məqalələrin müəllifidir. 

1892-ci ildə Budapeşt şəhərində 56 yaşında vəfat etmişdir. 



 

DESKO  ENDRE

  –  görkəmli  macar  dilçisidir.  1816-cı  ildə  İlosva 

şəhərində anadan olmuşdur. 2006-cı  ildə 190 yaşı tamam olur. Qısa bir zaman 

teologiya ilə məşğul olub. Sonra Peşte Universitetinin hüquq fakültəsini bitirib. 

Türkoloji  dilçilikdə  1855-ci  ildə  Sankt-Peterburqda  nəşr  edilmiş  «Венгерская 

грамматика  с  русским  текстом  в  сравнении  с  чувашским  и  черемисским 

языками» monoqrafiyası ilə tanınmışdır. O, burada macar, çuvaş və çeremiscə 




işlənən  ortaq  sözlər  üzərində  dayanmışdır.  Requlinin  macarları  finlərlə 

yaxınlaşdırmasının əksinə çıxmış və  macarların  hunlar avarlar və macarlardan 

əmələ gəlmiş «toplu»su tərəfdarı olmuşdur. 

1874-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat etmişdir. 



 

FOY  KARL

  –  görkəmli  alman  türkoloqudur.  1856-cı  ildə  anadan 

olmuşdur. 

 

Almaniyanın



 

Leypsiq 


Universitetində 

Georq 


Çurtiusun 

yanında 


yetişmişdir.  Əvvəllər  yunan  dili  üzərində  çalışmış,  sonralar  Türkiyəyə  gələrək 

türk  dilinə  yaxından  bələd  olmuşdur.  Elmi  maraqları  türk  dillərinin  fonetik 

problemlər  idi.  Osmanlı  türkcəsilə  Azəri  türkcəsinə  Güney  türkcəsi  adı  verən 

Foy Anadolu və azəri  türkcələrinin, ağızlarının üzərində araşdırmalar aparırdı. 

Almaniyada  fəaliyyət  göstərən  «Şərq  dilləri  seminarı»nın  («Seminar  fur 

Orientalischen Sprachen») üzvü idi. 

Türk  dillərinin  tədqiqinə  dair  bir  çox  monoqrafiya  və  məqalələrin 

müəllifidir. 1907-ci ildə vəfat etmişdir. 



 

KATARİNSKİ VASİLİ VLADİMİROVİÇ

 – görkəmli rus türkoloqudur. 

1846-cı  ildə  anadan  olmuşdur.  2006-cı  ildə  160  yaşı  tamam  olur.  Kazan 

seminariyasında  və  Kazir  İlhiyyat  Akademiyasında  oxuyub.  Bir  müddət 

Çeboksarı məktəblərində müəllimlik etmişdir. Sonra Orenburq təhsil dairəsində 

tatar, başqırd  və qırğız  məktəblərində  müfəttiş işləmişdir. Əsas elmi  istiqaməti 

ikidilli  leksikoqrafiyadır.  Rusca-başqırdca,  başqırdca-rusca  lüğətləri  ilə 

tanınmışdır.  Bunlardan  başqa,  qırğızca-rusca,  rusca-qırğızca  lüğətlərinin  və 

«Qırğız  dilinin  qrammatikası,  fonetikası,  etimologiyası  və  sin-taksisi»nin 

müəllifidir. 

20. 05. 1902-ci ildə 56 yaşında vəfat etmişdir. 

MAKSİMOV VİKTOR ALEKSANDROVİÇ 

–  məşhur rus türkoloqudur. 

1836-cı ildə anadan olmuşdur.  



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə