XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

MİNORSKİ  VLADİMİR  FYODOROVİÇ

  –  məşhur  rus  dilçisidir. 

1877-cı ildə anadan olmuşdur. 

Ərəb,  fars,  türk  dillərini  bilən  Minorski  Yaxın  Şərq  ölkələrinin 

etnoqrafiya,  tarix,  tarixi  coğrafiya,  ədəbiyyat  tarixi  və  dilləri  üzərində 

çalışmışdır.  Alim  bu  sahələrdə  bir  çox  araşdırmalar  nəşr  etdirmişdir:  “The 

Khazars      and  the  Turks  in  the  Äkäm  al-Marjän”,  “The  Clan  of  the  Qara-

qoyunlu Rulers”,  “Tamim ibn Baor's Journey to the Uighurs” və s. Minorski 

“lslam  Ansiklopedisi”nə  bir  çox  məqalələr  də  yazmışdır.  Onun  ən  böyük 

əsəri «Hududü l-alem”in  ingiliscə tərcüməsidir. 

1940-cı  ildə  alim  Orta  İranda  yaşayan  xələclərin  dillərinə  aid  “The 

Turkish  dialect of the  Khalaj” adlı əsərini dərc etdirmişdir. İranda  yaşayan 

türklərin dilinə aid  “Ä[nallu / Inallu” adlı məqalə nəşr etdirmişdir. Həyatının 

sonlarına  doğru  Minorski  Bartoldun  bir  neçə  əsərini  ingilis  dilinə  tərcümə 

etmişdir. 

Minorski 1966-cı ildə 89 yaşında vəfat etmişdir. 



 

PEDERSEN HOLGER

  – tanınmış danimarkalı dilçisidir. 1867-ci  ildə 

Gelball Koldinqdə  anadan olmuşdur.  

Türkologiyada  əski  türk  yazılanın  araşdırmaqla  tanınmışdır.  Alim 

slavyan dilləri  üzərində də tədqiqat aparmışdır.  Hind-avropa dilləri  ilə bağlı 

araşdırmalarının  müəllifidir.  Pedersen  hind-avropa  dillərinin  fonetikasına. 

Hind  toxar,  kelt  və  erməni  dillərinə  aid  əsərlər  yazmışdır.  Onun 

“Vergleichende  Grammatik  der  keltischen  Sprachen”  (ikicildlik,  1908-

1911),  “Albanische  Texte  mit  Glossar”  (1895)  “Russische  Grammatik” 

(1916) və s. əsərləri məşhurdur. 

Pedersen  hind-avropa dilləri  ilə sami  və  fin-uqor  dilləri arasında  genetik  

yaxınlıqları  araşdırırdı.  Problemin  nəzəri  məsələləri  «Zur  Frage  nach  der 

Urverwandschaft  Indoeuropäischen  mit  dem  Ugrofinnischen»  adlı 

məqaləsində öz əksini tapmışdır.  




Türkologiya  sahəsində  Pedersenin  «Türkische  Lautgesetze»,  “The 

Supposed  Armenian  Influence  on  the  Turkish  Language»  adlı  əsərlərin 

müəllifidir. 

1953-cü  ildə  86  yaşında  dünyasını  dəyişmiş  və  Kopenhagendə  dəfn 

edilmişdir. 

 

RADLOV  VİLHELM



 

(RADLOV  VASİLİ  VASİLYEVİÇ)

  –  alman 

mənşəli rus türkoloqudur.  1837-cı ildə anadan olmuşdur.  

Berlin  Universitetində  ali  təhsil  almışdır.  1858-ci  ildə  Yena 

Universitetində  doktor  adı  aldıqdan  sonra  Peterburqa  gəlmişdir.  Radlovun 

Rusiyadakı  fəaliyyəti  üç  dövrə  bölünür:  Altay    (1859-1871),  Kazan  (1874-

1884) və Peterburq (1884-1918) dövrləri. 

Altay  dövründə  Radlov  Altay  və  Qərbi  Sibir  türkləri  arasında  dil 

etnoqrafiya  və  folklor  materiallarını  toplayır,  yerli    dialektləri  və  şivələri 

öyrənir  və  “Aus  Sibirien”  adlı  əsərini  yazır.  Kazan  dövründə  pedaqoji  və 

idarəetmə  fəaliyyəti  ilə  məşğul  olmuşdur.  Bu  zaman  alim  “Vergleichende 

Grammatik  der  nördlichen  Türksprachen”  adlı  əsərinin  “Phonetik  der 

nördlichen Türksprachen”  hissəsini yazmışdır. 

Peterburq  dövründə  Radlov  Rus  Elmlər  Akademiyasına    üzv  seçilir.  Ən 

böyük   əsəri “Opyt slovarja tjurkskix narecij”dir. Bu lüğəti tərtib etməyə 1859-

cu  ildə  Barnaulda  başlamışdır,  çapı  isə  1911-ci  ildə  sona  çatmışdır.  Radlovun 

rəhbərliyi  altınnda  Rusiya  Elmlər  Akademiyasında  «Atlas  der  Altertümer  der 

Mongolei» adlı əsər işıq üzü görmüşdür. 

Radlov  əski  türk  yazılarına  bir  çox  məqalələr  həsr  etmişdir.  1909-1912-ci 

illərdə alim “Alttürkische Studien” başlığı altında altı əsər üzərində işləmişdir. 

Ömrünün 81-ci ilində Peterburqda vəfat etmişdir. 

 

REPİTSKİ  JÄNOŞ

  –  məşhur  macar  türkoloqudur.  1817-cı  ildə  anadan 

olmuşdur. 



 Tübingen  Universitetində  oxumuşdur.  Ərəb,  fars  və  türk  dillərinə  xüsusi 

maraq  göstərmişdir.  1847-ci  ildə  Macar  Elmlər  Akademiyasına  üzv 

seçilmişdir.  1847-ci  ildə  “Keleti  öräk”  adlı  ilk  əsəri  nəşr  edilmişdir.  1851-ci 

ildə  Peşt  Universitetində  şərq  dilləri  üzrə  dosent  seçilmişdir.  Həmin  il 

«Gyakorlati török nyelvtan» adlı qrammatika yazmışdır. 

Repitski  öz  tədqiqatlarında  türk-macar  ilişkilərinə  diqqət  yetirmişdir  və 

elmi  araşdırmalarında  türk  yazılı  abidələrinə  böyük  önəm  vermişdir.  Macar 

jurnallarında mövzuda bir çox yazılar çap etdirmişdir. 

1855-ci ildə Peştdə 38 yaşında vəfat etmişdir. 

 

SCHİEFNER  FRANZ  ANTON

  –  tanınmış  eston  dilçisidir.  1817-cı  ildə 

anadan olmuşdur. 

 Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Schiefner 1840-cı ildə 

Berlin Universitetində şərq dilləri (xüsusilə sanskrit), Peterburqda isə yunan və 

latın dillərini öyrənmişdir. 

Rus Elmlər Akademiyasında Tibet dilləri üzrə mütəxəssis işləmişdir. 1863-cü 

ildən  ömrünün  sonunadək  REA  Kitabxanasının  şöbə  müdiri  vəzifəsində 

çalışmışdır.  Schiefner  Qafqaz,  türk,  monqol,  fin,  Tibet  dilləri  üzərində 

çalışmışdır.  O,  tatar  dilinin  koybal  və  kasadas  dialektlərini  araşdırmışdır. 

Minusinsk tatarlarının dastanları haqqında bir əsər yazmışdır. 

Schiefner Peterburq şəhərində 62 yaşında vəfat etmişdir. 



 

SCHMİDT  GUSTAV  FRİEDRİCH

  –  Qafqaz  dilləri  üzrə  mütəxəssisdir. 

2007-ci ildə 130 yaşı tamam olur. Helsinki Universitetində oxumuşdur. Qafqaz 

dillərinə maraq göstərmişdir. Bu mövzuda «Zur Frage der ossetisch-ungarischen 

Lehnwörter»,  «Zur  forschung  der  ossetisch-ungarischen  Lehnbeziehungen», 

«Abchasische  Lehn-  ırtstudien»  və  s.  əsərlərin  müəllifidir.  Schmidt  öz  elmi 

əsərlərində Qafqaz dilləri  ilə Guzey Qafqazın türk dilləri arasındakı qarşılıqları 

da araşdırmışdır. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə