XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

1945-ci ildə 68 yaşında dünyasını dəyişmişdir. 

UBAYDULLAYEV  KENJEBAY  UBAYDULLAYEVİÇ

  –  görkəmli 

qaraqalpaq türkoloqudur. 1907-cı ildə anadan olmuşdur. 

 Qaraqalpaq  dilçilik  elminin  banilərindəndir.  Bir  sıra  dərsliklərin 

müəllifidir.  Elmi  istiqaməti  qaraqalpaq  yazısının  təkmilləşdirilməsidir.  Onun 

rəhbərliyi altında 1940-cı ildə kiril qrafikalı yeni əlifba və orfoqrafiya qaydaları 

qəbul 


edilmişdir. 

Alim 


“Böyük 

qaraqalpaq-rus 

lüğəti”nin 

(1958) 


tərtibçilərindəndir.  Onun  “Qaraqalpaq  yazısının  inkişafı”  əsəri  məşhurdur. 

Ömrünün  son  illərinin  məhsulu  olan  “Müasir  qaraqalpaq  dili  Fonetika”  adlı 

əsəri 1965-ci ildə nəşr edilmişdir. 

1970-ci ildə 63 yaşında dünyasını dəyişmişdir. 



 

VERBİTSKI VASİLİ İVANOVİÇ

 –  görkəmli rus türkoloqudur. 1827-cı 

ildə anadan olmuşdur. 

 İlahiyyat  Akademiyasını  bitirmişdir.  Verbitski  Altay  diyarında  yaşayan 

türklərin  dillərini,  inanclarını,  əfsanələrini  araşdırmışdır.  1869-cu  ildə 

“Grammatika  altajskogo  jazyka”  adlı  əsəri  çapdan  çıxmışdır.  Bu  qrammatika 

türk  dialektləri  əsasında  yazılmışdır.  Verbitski  daha  çox  “Slovar'  altajskogo 

dagskogo  nareöij  tjurkskogo  jazyka»  başlıqlı  lüğəti  ilə  məşhurlaşmışdır.  O. 

üzərində 30 il çalışmışdır. 

Verbitski  Altay  türklərinin  etnoqrafiyasına  aid  bir  çox  məqalələrin 

müəllifidir. 1890-cı ildə Biysk şəhərində 72 yaşında vəfat etmişdir. 

 

YASTREMSKİ  SERGEY

  –  polşalı  türkoloqdur.  1857-cı  ildə  anadan 

olmuşdur.  

Siyasi  məhkum  kimi  sürgünə  göndərilmiş  və  1886-cı  ildə  Yakutiyaya 

köçmüşdür.  1896-cı  ilə  qədər  yakutlar  arasında  yaşayan  S  Yastremski  “Yakut 

dilinin  qrammatikası”  əsərinin  müəllifi  kimi  tanınmışdır  Həmin  əsərdə  O. 

Bötlinqqin  təsiri  görünür.  Yakut  dilinin  mütəxəssisi  kimi  Sibiryakovun  Yakut 




Tədqiqat  Mərkəzinə    daxil  olmuşdur.  Sürgündən  döndükdən  sonra  ömrünün 

sonuna qədər Odessada  yaşamışdır. 



 

ALMASSİ GEORGİ

 – görkəmli  macar türkoloqudur. 1867-cı  ildə anadan 

olmuşdur. 

Qrats  Universitetində  təhsil  almışdır.  Orta  Asiyadakı  tədqiqat  məqsədli  

ekspedisiyaları  ilə  şöhrət  qazanmışdır.  1897-ci  ildə  ilk  ekspedisiyası  zamanı 

ornitoloji  tədqiqatları ilə yanaşı xeyli dil faktı da toplamışdır. 1900 -cu ildə Orta 

Asiyada  yaşayan türklər haqqında qiymətli materiallar toplamışdır Qırğızıstanın 

dağlarında  zooloji  tədqiqatlarla  məşğul  olarkən  qazaxların  və  qırğızların  

məişəti,  həyat  tərzi  ilə  də  yaxından  maraqlanmışdır.  “Vandorutam 

Azsiaszıvebe”  adlı  əsərində  Qırğızıstanda  yurtalarda  yaşayan  köçəri  insanların 

həyat  tərzi    təsvir  olunmuşdur.  Əsər  etnoqrafik  materiallarla  zəngindir. 

Almassinin  qırğız  dialektləri  ilə  bağlı  əsərləri  də  vardır.  Qırğız  dilindən 

topladığı nyelveszeti jegyzetek» başlıqlı yazısında öz əksini tapır. "Ce math der 

Türkvölker” adlı məqaləsində isə türklərin ana yurdu məsələsindən bəhs olunur. 



 

POPPE  NİKOLAY

  –  Altay  dilləri  üzrə  mütəxəssis,  monqolşünas  və 

türkoloq olmuşdur. 1897-cı ildə anadan olmuşdur. 

 Peterburq  Universitetini    bitirmişdir.  A.  Rudnev,  V.  Kotviç,  V. 

Vladimirtsov  kimi  məşhur  monqolşünaslar  və    A.  Samoyloviç,  S.  Malov 

kimi türkoloqlarla birlikdə çalışmışdır. İnstitutu bitirdikdən sonra elmi  işlə 

məşğul olmuş və qiymətli əsərlər yazmışdır. Həmin əsərlərinə görə 1925-ci 

ildə Leninqrad Universitetində ona professor adı verilmişdir. Görkəmli  rus 

monqolşünası  V.  Vladimirtsovun  ölümündən  sonra  Rusiya    EA-nın  Şərq 

Tədqiqatları    İnstitutunun  monqolşünaslıq  şöbəsinə  rəhbərlik  etmişdir. 

1926-1940-ci      illər  arasında  Monqolustan,  Şərqi  Sibir,  Özbəkistan, 

Azərbaycan və Şimali Qafqazda  elmi ekspedisiyalarda olmuşdur. 1943-cü 

ildə  Berlinə  qaçan  Poppe1945-ci  ilə  kimi    Berlin  Universitetində  dərs 




demişdir.  Sonra  Amerikaya  köçmüş  və  orada  Sieytl    Universitetində 

çalışmışdır.  O,  tədqiqatlarının    çoxunda  monqolşünaslıqla  bağlı  

problemlərə 

toxunmuşdur. 

Topladığı 

materiallar 

əsasında 

“Agın 


buryatlarının şivəsi haqqında qeydlər”  “Xalxa-monqolların xalq ədəbiyyatı 

nümunələri  “Zumkhalkha-mongolischen  Heldenepos”,  “Skizze  der 

Phonetik  des  Bargu-Burjatischen”  adlı    əsərlərini  yazmışdır.  “Tunqus 

dilinin  tədqiqi  üçün  materiallar,  barquzin  tunquslarının  dili”  adlı 

məqaləsində  yurak  samoyedləri  ilə  tunquslar  arasındakı  dil  əlaqələri 

problemi araşdırılmışdır. Bundan başqa onun “Monqol dilində oda sitayişin 

qalıqları”,  “Stand  und  Aufgaben  der  Mongolistik”,  “The  Primary  Long 

Vowels  in  Mongolian”    adlı  əsərləri  də  vardır.  Poppe  monqol  dilinin 

öyrənilməsini asanlaşdırmaq  məqsədi ilə rus, alman və ingilis dillərində bir 

sıra  qrammatika  kitabları  yazmışdır.  Bunlar  “Monqol  danışıq  dilinin 

praktik  dərsliyi”  (1931),  “Monqol  dili”  kitabı  (1932),  “Khalkha-

mongolische  Qrammatik”,  “Buriat  Grammar”,  “Grammar  of  Written 

Mongolian” adlı kitablardır. Onun türkologiyanın inkişafındakı rolu heç nə 

ilə  ölçülə  bilməz.  O,  “Həmdullah  Qəzvininin  əsərlərində  monqol  heyvan 

adları”,  monqol  dilinin  qədim  abidə  və  mənbələri  ilə  bağlı  "Gəzər  xan" 

dastanının  bir  neçə  boyu  haqqında”  adlı  məqalələrin  müəllifidir.  Poppe 

Zəməxşərinin  «Müqəddimətü-l  -ədəb”  adlı  lüğətini  də  çap  etdirmişdir.  O, 

“Altay  dillərinin  müqayisəli  qrammatikasını  işləmiş,  türk-monqol  dil 

əlaqələrinə  xüsusi  maraq  göstərmiş  və  bu  sahədə  “Qədim  monqol-türk 

dillərində  saitlər  sistemi  haqqında”  (V.  Vladimirtsovla  birlikdə),  “Altay 

dillərində  samitlər  haqqında”,  “Sur  un  phoneme  turco-mongol”  adlı 

kitabları  çap  olunmuşdur.  Poppe  türkologiyada  çuvaş  dilinə  xüsusi  yer 

vermiş  və  “Türkisch-tschuWassische  vergleichende  Studien”,  “Die 

türkischen  Lehnwörter  im  Tschuwassischen”  və  s.  əsərlərini  çuvaş  dilinin 

öyrənilməsinə həsr etmişdir. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə