XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal


DMİTRİYEV  NİKOLAY  KONSTANTİNOVİÇ



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

DMİTRİYEV  NİKOLAY  KONSTANTİNOVİÇ

  –  görkəmli  rus 

türkoloqudur. 1897-cı ildə anadan olmuşdur. 

Moskva Dövlət Universitetinin tarix və filologiya fakültəsini bitirib. 1918-

1922-ci  illərdə  Moskva  Şərq  Dillərinin  Tədqiqi  İnstitutunda  türk,  fars,  ərəb 

dilləri  ilə  məşğul  olmuşdur.  1926-cı  ildə  Leninqrad  Universitetində  əvvəlcə 

dosent,  sonra  professor  adı  almışdır.  Müxtəlif  ali  məktəblərdə  dərs  demişdir. 

1938-ci ildə SSRİ EA-nın Dil və Fəlsəfə İnstitutunda şöbə müdiri olmuş, 1941-

ci ildə Moskva Dövlət Universitetində türk filologiyası kafedrasına müdir təyin 

olunmuş, 1943-cü ildə isə öz təşəbbüsü ilə təşkil olunan şərq şöbəsinə rəhbərlik 

etmiş, elə həmin ildə EA-na müxbir üzv seçilmişdir. 

N.  Dmitriyev  türkologiyanın  demək  olar  ki,  bütün  sahələri  ilə  məşğul 

olmuş,  türk  dillərinin  böyük  əksəriyyətini  tədqiq  etmişdir.  O,  “Qumuq  dilinin 

qrammatikası”,  “Başqırd  dilinin  qrammatikası”  adlı  monoqrafiyaları  ilə 

tanınmışdır.  Bundan  başqa  türk  dilləri  ilə  bağlı  çoxlu  məqalələri  çap 

olunmuşdur.  «Yeni  osmanlı  dilində  -qan  şəkilçisi»,  «Osmanlı  dilində  işarət 

əvəzliyi»,  «"Lakırdı"  sözünün  etimologiyası»,  «Osmanlı  dilində  -jnış  şəkilçisi 

ilə düzələn  fel  formalarının  mənası  haqqında»,  «Pro-  verbi dei  Bashqird»,  «On 

the Prononciation of the Common  Turkish "R"», «Türk dilində  yer zərfi»  və s. 

onlarca kitabın  və  yüzlərcə  məqalənin  müəllifidir. Türk dilləri  ilə bağlı bir sıra 

əsərlərin  redaktoru,  «Rusca-başqırdca  lüğət»in  tərtibçilərindən  biri  olmuşdur. 

Bilavasitə  onun  rəhbərliyi  altında  çap  olunmuş  «Türk  dillərinin  müqayisəli 

tədqiqi»  adlı  kollektiv  əsərdə  bir  sıra  məqalələri  çıxmışdır.  N.  Dmitriyevin 

məqalələrinin bir qismi «Türk dillərinin quruluşu» adlı kitabda toplanmışdır. 

1954-cü ildə Moskva şəhərində 58 yaşında vəfat etmişdir. 

 

UBRYATOVA ELİZAVETA İVANOVNA

 – görkəmli rus türkoloqudur. 

1907-cı ildə anadan olmuşdur. 

1929-cu  ildə  İrkutsk  Dövlət  Universitetinin  filologiya  fakültəsini  bitirib 

Taymır  Milli  Vilayətində  müəllim  işləmişdir.  Burada  o,  Norilsk  dolqanlarının 



dilini  öyrənir ki, sonralar bunun onun tədqiqatlarında böyük rolu olmuşdur. O, 

Leninqradda  Şimal  Xalqlarının  İnstitutunda  aspiranturada  oxumuşdur. 

Görkəmli  alim,  SSRİ  EA-nın  müxbir  üzvü  S.  E.  Malovun  tələbəsi  olmuşdur. 

1940-cı  ildə  namizədlik  dissertasiyasını  müdafiə  etmişdir.  Yakut  dilinin 

dialektologiyasının  ortaya  çıxması,  daha  dəqiq  desək,  yakut  dilinin  şivələrinin 

mövcudluğu  haqqında  ilk  dəfə  fikir  irəli  sürən  E.  Ubryatova  olmuşdur.  E. 

Ubryatovanın  əsərləri  türk  dillərinin,  eləcə  də  ümumi  dialektologiyanın 

inkişafında  prinsipial  metodoloji  əhəmiyyət  kəsb  edir.  Türk  dillərinin 

dialektoloji  atlası  onun  rəhbərliyi  altında  tərtib  olunmuşdur.  O,  yakut  dilinin 

sintaktik  quruluşu  ilə  bağlı  əhəmiyyətli  əsərlərin  müəllifidir.  E.  Ubryatovanın  

1950,  1976  və  1977-ci  illərdə  çap  olunmuş  monoqrafiyalarında  yakut  dilinin 

sintaksisi  ilk  dəfə  hərtərəfli  şəkildə  tədqiqata  cəlb  olunmuşdur.  Onun  çoxsaylı 

əsərlərində  yakut  dilinin  morfologiyasında  tədqiq  olunmamış  məsələlərə,  feli-

sifətlərin  xüsusiyyətləri,  bağlayıcıların  genetik-morfoloji  xüsusiyyətləri,  hal 

sistemi,  modal  sözlərin  və  nidaların  mənşəyi  kimi  məsələlərin  öyrənilməsinə 

geniş  yer  verilir.  E.  Ubryatova  yakut  dilinin  Orxon-Yenisey  abidələri  qədim 

türk  dili  ilə  qarşılıqlı  əlaqəsi  məsələsinə  xüsusi  diqqət  ayırmışdır.  Əsərlərində 

yakut 


dilinin 

fonemlər 

sistemi 

və 


morfologiyasının 

inkişafındakı 

qanunauyğunluqlarını  ortaya  çıxarmışdır.  Onun  tarixi  aspektdəki  tədqiqatları 

türk  dillərinin  öyrənilməsi  sahəsində  böyük  əhəmiyyət  daşıyır.  Alimin  1945-ci 

ildə çap olunmuş və bu gün də dilçilik baxımından əhəmiyyətini itirməmiş əsəri 

«Yakut  dilinin  tədqiqi  haqqında  oçerklər»dir.  Onun  O.  Bötlinq,  S.  Malov,  L. 

Xaritonov,  A.  Kulakovski  kimi  görkəmli  alimlərin  həyat  və  yaradıcılıqlarına 

həsr  olunmuş  onlarca  məqaləsi  vardır.  Rus  qrafikası  və  rus  dilinin  prinsipləri 

əsasında  yakut  dilinin  yeni  işlənib  hazırlanmasında  E.Ubryatovanın  xüsusi 

xidməti olmuşdur. 

1990-cı ildə Novosibirsk şəhərində 82 yaşında vəfat etmişdir. 

 



BALAKAYEV MAULEN BALAKAYEVİÇ

 – görkəmli qazax dilçisidir. 

1907-ci ildə anadan olmuşdur. 

1931-ci  ildə  Abay  adına  Qazaxıstan  Pedaqoji  İnstitutunun  filologiya 

fakültəsinə  qəbul  olunub,  oranı  bitirdikdən  sonra  Leninqrad  Dövlət 

Universitetinin  aspiranturasında  oxumuşdur.  1937-ci  ildə  aspiranturanı 

bitirdikdən  sonra  Alma-Atada  əvvəlcə  Kommunist  Jurnalistikası  İnstitutunda  

kafedra  müdiri  (1937-1941),  sonra  isə  Xarici  Dillər  İnstitutunun  rektoru 

vəzifəsində  çalışmışdır.  1959-1975-ci  illər  arasında  Qazaxıstan  EA-nın  Dil  və 

Ədəbiyyat  İnstitutuna    rəhbərlik  etmişdir.  O,  1941-ci  ildə  «Qazax  dilində 

köməkçi  sözlər»  mövzusunda  namizədlik,  1950-ci  ildə  isə  «Müasir  qazax 

dilində  sadə  cümlənin  sintaksisinin  başlıca  məsələləri»  mövzusunda  doktorluq 

işini müdafiə etmişdir. 1958-ci ildə Qazaxıstan Elmlər Akademiyasının  müxbir 

üzvü  seçilmişdir.  Türkologiyada  ilk  olaraq  məhz  onun  nitq  mədəniyyəti,  sadə 

cümlənin sintaksisi, söz birləşmələri kimi problemlərlə  məşğul olmasını alimin 

böyük  xidməti  hesab  etmək  olar.  M.  Balakayevin  1957-ci  ildə  çap  etdirdiyi 

«Qazax dilində söz birləşmələrinin başlıca formaları» adlı monoqrafiyası  uzun 

illər  apardığı  elmi  araşdırmaların  məhsuludur.  Burada  o.  cümlə  ilə  söz  

birləşməsini fərqləndirmək üçün özünə məxsus meyar irəli sürmüşdür. O. ədəbi 

dili  və  normaları»,  «Qazax  ədəbi  dili  məsələləri»,  «Qazax  ədəbi  dilinin  tarixi» 

adlı  monoqrafiyalarının  müəlliflərindən  biridir.  Qazax  dilinin  üslubiyyatı  və 

nitq    mədəniyyəti  sahəsində  çoxlu  məqalə  yazmışdır.  Onun  yazının 

təkmilləşdirilməsi  qazax  dilinin orfoqrafiyası kimi problemlərlə əlaqədar elmi 

yazıları  çoxdur.  M.  Balakayev  qazax  dilinin  orfoqrafiyası  sahəsində  ən  yaxşı 

mütəxəssislərdən  biri  sayılır.  1948-ci  ildə  «Orfoqrafiya  lüğəti»  çapdan 

çıxmışdır.  Həmin  lüğət  qazax  dilinin  orfoqrafiyasındakı  qarışıqlığın  aradan 

qaldırılması,  normativ  qanunlara  tabe  olması  və  böyük  orfoqrafiya    lüğətinin 

yaranmasına səbəb olmuşdur. 1938-ci ildə alimin eyni vaxtda ibtidai, həm orta, 

həm  də  ali  məktəblər  üçün  dörd  dərsliyi  çapdan  çıxmışdır  ki  sonralar  həmin 

kitablar iyirmi dəfə yenidən nəşr olunmuşdur. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə