XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

AALTO  PENTİ

  –  tanınmış  fin  türkoloqudur.  1917-ci  ildə  anadan 

olmuşdur. 

1935-ci  ildə  Helsinki  Universitetində  klassik  ədəbiyyat,  sanskrit  dili  və 

müqayisəli  dilçilik,  Altay  ədəbiyyatını  öyrənmişdir.  1949-cu  ildə  həmin 

universitetdə  doktorluq  işini  müdafiə  etmişdir.  1949-1958-ci  illər  arasında 

müqayisəli  dilçilikdən  mühazirələr  oxumuş  və  1958-ci  ildə  professor  adı 

almışdır.  O,  tədqiqatları  ilə  bağlı  Monqolustan,  Türkmənistan,  Hindistan  və 

Koreyada  ekspedisiyalarda  olmuşdur.    Onu  daha  çox  Altay  dilləri 

maraqlandırmışdır. 1951-ci ildə o, Q. Ramstedtin və mühazirələrini, 1952-1966-

cı  illərdə  isə  «Einfuhrung  in  die  altaische  Sprachwissenschaft»  adlı  böyük 

əsərini  çap  etdirmişdir.  Bunlardan  başqa  Q  Ramstedtin  «Additional  Korean 

Etymolögies»,  «Torgutische  Lieder»  əsərləri  ilə  yanaşı  həm  onun,  həm  də  G. 

Granönün qədim türk abidələri ilə bağlı əsərlərini də çap etdirmişdir. O, həmin 

əsərdə  özünün  topladığı  materialları  tədqiq  etmişdir.  «G.  J.  Ramstedt  und  die 

Inschrift  von  Tonjukuk»  adlı  məqaləsi  və  «Two  Old-Turkic  Monuments  of 

Mongolia»  adlı  əsərinin  qədim  türk  abidələrinin  tədqiqi  sahəsində  əhəmiyyətli 

rolu var. «Old Turkic epigraphic materials. Gathered by J. G. Granö», «Uralisch 

und  Altaisch»,  «Oriental  Studies  in  Finland  1828-1918»,  «Der  Name  und  das 

Siegel  Cinggis-Khans»,  «Finnish  Expeditions  to  Central  Asia»,  «İranian 

Contacts of the Turks in Pre-İslamik Times» və s. əsərləri türkoloji baxımından 

qiymətli əsərlərdir. Aalto monqol dili ilə də bağlı bir sıra əsərlər çap etdirmişdir. 

«Finnish  olut and humala, once again» adlı məqaləsində türk dili ilə bağlı yeni 

faktlarını  və  müşahidələrini  qeyd  etmişdir.  Aaltonun  çap  etdirdiyi  əsərlər 

«Studia Orientalia»nın 47 və 59-cu cildlərində toplanmışdır. 



 

BAKİNOVA GÜLCAMAL

 – qırğız dilçilərinin yaşlı nümayəndələrindən 

biridir. 1917-ci ildə anadan olmuşdur. 

1954-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İxtisası müəllim 

olmuşdur. Elmi fəaliyyəti, qırğız dilçiliyinin yeni yarandığı dövrlərə, müharibə 




və  müharibədən  sonrakı  illərə  təsadüf  edir.  G.  Bakinova  fəaliyyətinə 

dialektologiya  ilə  başlamış,  folklor  və  dilçiliklə  bağlı  ekspedisiyalarda  iştirak 

etmişdir.  Qırğız  dilinin  dialektlərinin  öyrənilməsində  rolu  böyükdür.  Onun 

bilavasitə  rəhbərliyi  altında  dialektlərdən  180  çap  vərəqi  həcmində  material 

toplanmışdır.  Həmin  materiallar  əsasında  özünün  «İssık-Kul  şivəsinin 

materialları»  (1955),  «Qırğız  dilinin  Oş  şivəsi»  (1956)  əsərləri,  eləcə  də 

birlikdə müəllifi olduğu «Qırğız dilinin Cəlalabad vilayətinin şivələri» (1958), 

«Qırğız dilinin Çuy şivəsi» (1959), «Tyan-Şan qırğızlarının dil xüsusiyyətləri» 

(1960)  adlı  monoqrafiyalar  çap  olunmuşdur.  O,  bir  sıra  dərslik  və  metodik 

vəsaitlərin də müəllifidir. 



 

DANİYAROV  XUDAYBERDI  DANIYAROVİÇ

  –  görkəmli  özbək 

dilçilərindən biridir. 1927-ci ildə anadan olmuşdur. 

1951-ci  ildə  Özbəkistan  Dövlət  Universitetinin  filologiya  fakültəsini 

bitirib,  Moskva  Dövlət  Universitetinin  aspiranturasına  qəbul  olunub.  1955-ci 

ildə  «Özbək  dilinin  baxmal  şivəsi»  mövzusunda  namizədlik.  1977-ci  ildə 

«Şərqi-qıpçaq (c-ləşmə) şivələri və onların özbək ədəbi dilinin inkişafında rolu» 

adlı    doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  Fonetika,  leksikologiya, 

üslubiyyat,  etimologiya,  toponimiya,  etnoqrafiya,  dil  tarixi  və  dilçiliyin  digər 

sahələri  ilə  bağlı  yüz  əllidən  artıq  elmi  əsərin  müəllifidir.  Özbək  dilinin 

dialektologiyası və üslubiyyatı sahəsində xüsusilə məhsuldar dilçi hesab olunur. 

Özbək  dilinin  Səmərqənd,  Cizak,    Sırdərya,  Fərqanə  vilayətinin  dialekt  və 

şivələrinin  öyrənilməsində  bilavasitə  özünün  və  təşkil  etdiyi  ekspedisiyaların 

böyük  rolu  olmuşdur.  «Özbək  xalqının  şəcərə  şivələri»  (1968),  «Qədim  özbək 

dili  və qıpçaq dialektləri» (1976) adlı  monoqrafiyaları  və çox sayda  məqalələri 

çap  olunmuşdur.  «C-ləşən  (qıpçaq)  dialektlərin  özbək  ədəbi  dili  ilə  müqayisəli 

şəkildə  öyrənilməsi»  (1975)  adlı  monoqrafiyasında  qıpçaq  dialektləri  ilə  bağlı 

bütün  tədqiq  olunmamış  materialları  ümumiləşdirərək  türk  dillərinin 

dialektologiyasının bir sıra nəzəri əsaslarını ortaya çıxarmışdır. 



X.  Daniyarov  həm  də  etnoqraf,  tarixçi  və  ədəbiyyatşünas  kimi  də 

tanınmışdır.  İki  nəşrlə  çap  olunmuş  «Özbək  sovet  ədəbiyyatı»  (1969,  1978), 

«Söz  sənəti»  (S.  Mirzəyevlə  birlikdə,  1962)  adlı  monoqrafiyalar  özbək  bədii 

ədəbiyyatı  və  folklorunun  dili  və  üslubu  sahəsində  ən  yaxşı  tədqiqat  əsərləri 

sayılır.  «Əlişir  Nəvai  və  özbək  dili»  (1972),  «Əlişir  Nəvai  özbək  ədəbi  dilinin 

banisi kimi» (1985) adlı monoqrafiyaları Ə. Nəvainin əsərlərinin öyrənilməsinə 

böyük töhfədir. 

Özbək  dilinin  tədrisi  metodikasına  böyük  əhəmiyyət  verən  X.  Daniyarov 

«Müasir özbək ədəbi dili» (1980) kitabının müəllifi, «Özbək dialektologiyasını  

kurs işləri» (1985) əsərinin isə müəlliflərindən biri olmuşdur. 



 

CANUZAKOV TELQOJ CANUZAKOVİÇ

 – tanınmış qazax dilçisidir. 

1927-ci ildə anadan olmuşdur. 

Abay  adına  Alma-Ata  Pedaqoji  İnstitutunu  bitirdikdən  sonra  aspiranturaya 

qəbul olunub. 1951-ci ildən Qazaxıstan EA-da çalışmışdır. Dilçilik İnstitutunda 

onomastika  şöbəsinin  müdiri  olmuşdur.  1961-ci  ildə  namizədlik  1976-cı  ildə 

doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  Elmi  fəaliyyət  dairəsi  genişdir. 

Yalnız  qazax  dili  ilə  deyil,  folklor  və  tərcümə  ilə  bağlı  aktual  problemlərlə 

məşğul 


olmuşdur. 

O, 


qazax 

dilinin 


onomastikası, 

leksikoqrafiyası, 

terminologiyası və folkloru ilə bağlı yüzdən artıq elmi işin  müəllifidir. «Qazax 

dilində  şəxs  adları»  (1965),  «Qazax  şəxs  adlarının  tarixi»  (1971),  «Adların 

sirri» (1974), «Qazax onomastikasının əsas problemləri» (1977), «Qazax dilinin 

onomastikası 

haqqınäı  oçerklər» 

(1982)  kimi 

monoqrafiyalar  onun 

yaradıcılığının  məhsuludur.  «Qazax  dilinin  onomastikası»  əsəri  qazax 

onomastikasının  tarixi  və  müasir  sisteminin  kompleks  tədqiqinə  həsr  olunmuş 

ən  sanballı  əsər  sayılır.  T.  Canuzakov  on  cildlik  «Qazax dilinin  izahlı  lüğəti», 

«Abayın  dilinin  lüğəti»  (1965),  «Rusca-qazaxca  dilçilik  terminlərinin  izahlı 

lüğəti»nin redaksiya heyəti üzvlərindən biri, «Qazax xalq tapmacaları». «Qazax 

ədəbiyyatının tarixi» kimi əsərlərin tərtibçilərindən olmuşdur. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə