Xarici ölkələrdən gələn köməyə dair
Baş Nazir Naoto Kan tərəfindən bəyanat
22 mart 2011-ci il
Tohoku-Sakit Okean Zəlzələsinə cavab olaraq təxminən 130 ölkədən, 30-dan çox
beynəlxalq təşkilatlardan və bütün dünyadan insanların Yaponiyaya göndərdiyi
başsağlığı və köməyə görə mən ən səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Müxtəlif ölkələrdən olan xilasedicilər, axtarış itləri və nüvə enerjisi üzrə ekspertlər,
eləcə də Yaponiyadakı ABŞ hərbi qüvvələri və digər ölkələr tərəfindən təqdim
olunan insan resursları şəklində dəstək, qida, dərmanlar, yorğan və digər yardım
vəsaitləri, 670 QHT-dən və digər təşkilatlardan yardım təklifi Yapon xalqına
böyük ruh yüksəkliyi bəxş edib və bizə doğrudan da dərk etdirib ki, “dost bəd
ayaqda tanınar”.
Nəhəng zəlzələyə və sunamilərə əlavə olaraq atom elektrik stansiyasında baş verən
hadisə Yaponiyanı görünməmiş böhran ilə üzləşdirir. Mən qətiyyətlə inanıram ki,
beynəlxalq cəmiyyət üzvləri tərəfindən göstərilən bu cür əməkdaşlıq sayəsində
Yapon xalqı öz müdrikliyini səfərbər edərək kollektiv səylər nəticəsində bu ağır
vəziyyətdən çıxacaq və beləcə də bu sınaqdan müvəffəqiyyətlə keçəcəkdir.
Yapon xalqı adından, bütün dünyadan gələn möhtəşəm və səmimi köməyə görə bir
daha öz minnətdarlığımı bildirmək istəyirəm.
Naoto Kan
Yaponiyanın Baş Naziri