XavariCLƏr və yeni İdeologiyalari



Yüklə 284,8 Kb.
səhifə1/5
tarix15.03.2018
ölçüsü284,8 Kb.
#32084
  1   2   3   4   5

Kitabın adı: Xəvariclər və müasir ideoloğiyaları

Müəllif: Şeyx Əbdül Mühsin əl-Ubeykan
Tərcüməçi: Rahim Muradlı

Redaktor: Fərahim Sələfi

Məsləhətçi: Qamət Süleyman

Ramil Həsən



www.abubakr-mescidi.com

XƏVARİCLƏR

MÜASIR İDEOLOGİYALARI


Əli ibn Əbi Talib (radiyallahu anhu) deyir: Mən Peyğəmbər­in belə dediyini eşitdim. "Axır za­man­­da yaş­ca cavan və ağıl­dan zəif insanlar peyda olacaqdır. On­lar məx­luqatın ən yax­şısının sözü ilə danışacaq, İslamdan, oxun ov­lanmış şi­kar­dan çıxdıyı kimi çıxacaqlar. Onların imanı boğazlarından aşa­ğı keçməyəcəkdir. Belə kəslərə qarşı mübarizə aparın. Bu işi görənə Qiyamət günü mükafat vardır"1.

Əbül-Aliya (Allah ona rəhmət etsin!) demişdir: “Mən Quranı sizin Peyğəmbərinizin vəfatından 10 il sonra oxudum. Ona görə də Allah mənə iki xeyir bəxş etdi və bilmirəm ki, ikisindən hansı daha yaxşıdır: Allahın məni İslamın doğru yoluna yönəltməsi və yaxud Allahın məni həruri (xəvaric) etməməsi”2.



ÖN SÖZ:3

Həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Onu köməyə çağırır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərrindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar və kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.

Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq mü­səl­man olduğunuz halda ölün!” (Ali-Imran 3:102)

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, on­dan da onun üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan qor­xun və qohumluq əlaqələrini kəsməkdən (həzər edin)! Həqiqətən, Allah sizə Nəzarət edəndir!” (Nisa, 4:1)



Ey iman gətirənlər! Allahdan qorxun və doğrü söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar”. (Əhzab 33:70-71)4.

XƏVARİC NƏ DEMƏKDIR


Xəvaric-xaricah kəliməsinin cəmidir, bu söz (ta`ifah) qrup mə­na­sını verir5. Onlar bidətçi bir tayfadırlar və onların peyda olma­sı İslamda ilk baş verən bidət hadisəsidir. Bu hadisə Sünnə (hədis­­lər) səhabələrin ifadələrində 6 qınanan bir hadisə kimi tanın­mış­dır. Onların belə adlandırılmasının səbəbi müsəlmanların ən xeyirlilərinə, camaata (müsəlmanların ittifaq halında olan birliyi), mü­səl­man­ların yekdilliklə seçdikləri həqiqi rəhbərə qarşı qiyam qal­dırmalarıdır. Bu üsyankarlıq istər Raşidi xəlifələrə, istərsə də onlardan sonra gəlmiş əməlisaleh şəxsə və ya hər hansı bir rəhbərə qarşı olsun, bunun deyilən adın verilməsində heç bir fərqi yoxdur7. Onlara belə bir adın verilməsinin digər səbəbi də onların camaatın yolunu tərk etdiklərinə görədir.

Şəhristani demişdir: “Müsəlmanların seçdiyi həqiqi rəhbərlərə qarşı çıxan kəslər varsa, onlar xəvaric (xarici) adlandırılmalıdır. Bu üsyankarlıq istər Raşidi xəlifələrə, istərsə də onlardan sonra gəlmiş əməlisaleh şəxsə və ya hər hansı bir rəhbərə qarşı olsun, bunun deyilən adın verilməsində heç bir fərqi yoxdur8.

Bundan başqa onlar müxtəlif adlar, titullar və vəsflərlə tanınmışlar. Bunlardan aşağıdakıları qeyd etmək olar:

Qadı İyad demişdir: “Onlara Peyğəmbərin  bu: “Onlar din­dən çıxacaqlar...”9 - sözünə görə Mariqah (dönük, çıxmış) deyil­miş­dir. Onlar əl-Maariqah10 adından başqa bütün ad və titul­lar­dan məmnun olmuşlar.

Onlar həmçinin hərurilər adlandırılmışlar. Çünki onlar Hə­ru­­ra adlanan yerdə üsyan etmişdilər. Bu yer Kufəyə yaxın şəhər adı­dır11. Həmçinin ən-Nəhrəvan camaatı deyə adlandırılmışlar. Çün­ki Əli  orada onlara qarşı vuruşmuş­dur12.

Əli ilə Müaviyə (Allah onlardan razı olsun!) sülh bağlamaq üçün mün­siflər seçdikdə buna qarşı etiraz edib: “Hökm yalnız Allaha məx­sus­dur”dediklərinə görə muhakkimələr adlandı­rılmışlar”13.

Onlar deyirlər ki, böyük günah edən hər kəs kafirdir və əbə­di Cəhənnəmdə qalacaqdır. Onlar müsəlmanları etdikləri günah­lara görə kafir sayan ilk tayfadırlar. Bidətlərində onlara qar­şı çıxanları da təkfir etmiş və rəqiblərinin qanlarını və mal­la­rı­nı halal saymışlar.

Onlar Peyğəmbərə , yalnız Allahdan xəbər verdiyi Qur­an və onu açıqlayan Sünnədə tabe olurlar. Əgər Peyğəmbər­in  bu­­yur­duğu Quranın zahiri mənasına müxalif olarsa, onlar Quran­ın məhz həmin zahiri mənasına əsaslanırlar14.

Onlar həmçinin zalım rəhbərə15 və yaxud vacib Sünnəyə16 müxalif olan rəhbərə qarşı çıxmağın vacibliyi və ya caiz olması gö­rü­şündədirlər.

Onlar özlərini Osman və Əlidən (Allah onlardan razı olsun!) uzaq olduqlarını hesab edir və bunu ən üstün ibadət sayırlar17.

Beləcə bu bidət tərəfdarları günümüzə qədər firqə və ya qruplaşma şəklində qalmaqdadırlar18.

BU TAYFANIN İLK DƏFƏ MEYDANA ÇIXMASI

Məzhəbin kökü və ilk meydana çıxması, alicənab Peyğəmbər­i­mizin  zamanında baş vermiş­dir. Məzhəbin banisi Zul Xuveysira ibn Təmim olmuşdur. Artıq Allahın Elçisi onun haqqında belə demişdir: “Həqiqətən onun yoldaşları var. Siz öz namazınızı onların namazı ilə, orucunuzu onların orucu ilə müqayisədə aşağı görəcəksiniz. Onlar Quran oxuyurlar, bununla belə Quran onların körpücük sümüyündən aşağı keçməyəcəkdir. Onlar İslamdan - oxun ovlanmış şikardan sıyrılıb çıxdığı kimi çıxacaqlar.19

Bu firqənin başçılarının Osmanın  qatilləri olmasına bax­mayaraq, onların camaatdan ayrılaraq etdikləri ilk üsyan hicrətin 37-ci ilində Təhkim hadisəsindən sonra, Əliyə  qarşı baş vermişdir. Allah daha yaxşı bilir!


Yüklə 284,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə