XavariCLƏr və yeni İdeologiyalari


XƏVARİC FİRQƏSİNİN MEYDANA ÇIXMASI



Yüklə 284,8 Kb.
səhifə4/5
tarix15.03.2018
ölçüsü284,8 Kb.
#32084
1   2   3   4   5

XƏVARİC FİRQƏSİNİN MEYDANA ÇIXMASI

Xəvariclər, müsəlmanlar arasında parçalanma olan bir za­man­da meydana çıxdılar. Bunun təsdiqi olaraq Peyğəmbər (sal­lal­lahu aleyhi və səlləm) onlardan xəbər verərək əvvəlcədən buyur­muş­dur: “...Onlar müsəl­man­lar arasında parçalanma olduğu zaman meydana çıxacaqlar"56.

Zeyd İbn Vahb əl-Cuhanidən57gələn rəvayətdə o özünün Əli (radiyallahu anhu) ilə xəvariclərin yanına gedən qoşunun içində ol­duğunu deyir. Əli (radiyallahu anhu) deyirdi: “Ey insanlar! Mən Allahın Elçisinin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Ümmə­timdən Quran oxuyan insanlar meydana çıxacaqdır. Si­zin Quran oxumağınız onların Quran oxumağı, namazınız onların namazı və orucunuz onların orucu ilə müqayisədə çox az olacaqdır. Onlar Quran oxuyacaq, Quranın onların lehində olacağını düşünəcəklər. Amma Quran onların əleyhinə olacaq, Namaz boğazlarından aşağı keçməyəcək58, İslamdan oxun ov­lan­mış şikardan çıxdığı kimi59 çıxacaqlar. Onlarla (döyüş meyda­nın­da) görüşən ordu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dili ilə onlara zəmanət veriləni (müjdəni) bilsəydi, bu əmələ arxa­yın­laşıb digər saleh əməlləri etməzdilər. Onların (xəvariclərin) fərq­li əlaməti odur ki, onların arasında yuxarı qolu olan lakin dir­səyi olmayan bir kişi olacaqdır.”. Siz Müaviyənin və Şam camaatının yanına gedərək bun­la­rı (xəvaricləri) öz uşaqlarınız və sərvətiniz yanında arxada bura­xır­sınız! Allaha and olsun, bunlar (xəvariclər), haram qanı tökmüş, in­sanların mal-qarasına60 hücum etmiş kimsələrdir. Ona görə Allahın adı ilə (onlara qarşı döyüşə) irəliləyin”.

Sələmə ibn Kuheyl61 deyir: “Zeyd ibn Vahb (yolumuz boyu endiyimiz) bir mənzildə mənə belə dedi: Həmin (xəvariclərə qarşı döyüşdüyümüz) gün (o yerdəki) körpüyə62 çatanda Abdullah ibn Vahb ər-Rasibi63 onlara başçılıq edirdi. Abdullah İbn Vahb onlara dedi: “Nizələrinizi atın və qılınclarınızı qınından çıxarın. Çünki mən qorxuram ki, onlar Hərura64 günü sizə hücum etdikləri kimi yenə hücum edəcəklər”. Onlar geri çəkilib nizələrini kə­nar­dan qarşı tərəfin üzərinə 65 atıb qılınclarını çıxardılar. (Əlinin qoşununda olan) adamlar onlara qarşı nizələrlə hərəkət edib ni­zələri onlara batırdılar və bir-birinin ardınca onları öldü­r­dü­lər. Həmin gün (Əlinin qoşununda olan) insanlar arasında yalnız iki nəfər ölmüşdü. Əli (radiyallahu anhu) dedi: “onların arasında muxdacı (şikəst adamı)66 axtarın. Onlar axtardılar lakin onu tapmadılar. Əli (radiyallahu anhu) özü qalxdı və bir birinin ardınca öl­dürülən çoxlu insan cəsədlərinin yanına gələdi və dedi: “Onları bir bir qaldırın!”. Nəhayət onu cəsədlərin altında tap­dı­lar. Bu zaman Əli (radiyallahu anhu) "Allahu əkbər" deyərək bu­yur­du: “Allah doğru demiş, Rəsulu (sallallahu aleyhi və səlləm) isə onu çatdırmışdır”. Sonra Ubeydə əs-Salmani67 onun qarşısına gəlib dedi: “Ey möminlərin əmiri! Özündən başqa ibadətə haqqı olmayan Allaha and verirəm, sən bu hədisi Allahın Rəsulundan (sallallahu aleyhi və səlləm) eşitmisən? O dedi: “Bəli, Özündən başqa ibadətə haqqı olmayan Allaha and olsun ki, mən bu hədisi Allahın Rəsulundan (sallallahu aleyhi və səlləm) eşitmişəm”. Ubeydə Əlidən üç dəfə and içməyini xahiş etdi, o da and içdi68”. Müslim rəvayət etmişdir.

Həmçinin Əbu Səidin (radiyallahu anhu) rəvayətində deyilir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) İslam ümməti arasından çıxacaq bir tayfanı xatırladaraq buyurdu ki, onlar insanların parçalandığı zamanda meydana çıxacaq və simaları daim başlarını qırxmaq69 olacaqdır. Onlar, məxluqatın ən şəri və ya məxluqatın ən şər təbəqəsindən olacaqlar. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcəkdir”.

Sonra Əbu Səid dedi: “Ey İraq camaatı! Siz də onları öldürdünüz”70.

Əhməd deyir: Muhəmməd ibn Cəfər, Əvfdən, o da Əbu Nədradan o isə Əbu Səid əl-Xudridən rəvayət edərək Peyğəmbər­in (sallallahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: “Mənim ümmətim iki firqəyə parçalanacaqdır. Maariqah onların ikisinin arasında olacaqdır. Bu iki tayfanın içindən haqqa daha yaxın olanı onları öldürəcəkdir”71.

Ibn Kəsir (Allah ona rəhmət etsin!) demişdir: “Bu hədis Peyğəmbər­liyin sübutudur. Baş verən hadisə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xəbər verdiyi kimi olmuşdur. Cahil və zalım Rafizi firqəsinin "(Müaviyə ilə döyüşə qatıldıqlarına görə) Şam camaatının kafir olması" iddiasından fərqli olaraq bu hədis hər iki tayfanın: o zaman (Müaviyənin tərəfdarları sayılan) Şam və (Əlinin tərəfini tutan) İraq camaatının (aralarında baş verən müharibələrə rəğmən) müsəlman olmasına bir sübutdur. Həmçinin bu hədis göstərir ki, (o döyüşlərdə) Əlinin tərəfdarları haqqa daha yaxın idilər.

Əhli Sünnə və Camaatın məzhəbinə görə Müaviyə ictihad edərək xəta etmiş Əli isə bu məsələdə doğru rəydə olmuşdur. İnşallah Müaviyə etdiyi ictihada görə bir savab qazanmışdır. Əli isə daha doğru düşündüyü üçün inşallah iki savab qa­zan­mış­dır. Eynilə, Buxaridə Amr İbn əl-As (radiyallahu anhu) rəvayət edən hədisdə Allahın Rəsulunun (sallallahu aleyhi və səlləm) belə buyurduğu deyilmişdir: “Hakim fətva vermək üçün bütün səyini ortaya qoyarsa və düzgün fətva verərsə ona iki savab vardır. Lakin fətva vermək üçün bütün səyini ortaya qoyarsa və xata edərsə, ona bir savab vardır”72. İbn Kəsirin sözlərinin sonu73.

Əli (radiyallahu anhu) xəvaric firqəsinə qarşı vuruşmuşdur. Şam vilayətində Səffeyn döyüşünü bitirəndən sonra Kufəyə qa­yıt­dı. Kufəyə daxil olanda, ordudan bir dəstə ayrıldı. Deyilənə gö­rə onların sayı on altı yaxud on iki min və ya daha az ol­muş­dur. Onlar Əlidən ayrılıb ona qarşı qiyam qaldırdılar. Əlinin et­di­yi bəzi işlərə öz etirazlarını bildirdilər. Ona görə də Əli , Abdullah İbn Abbası  müəyyən məsələlərə aydınlıq gə­tirmək üçün onların yanına göndərdi. İbn Abbas bir çox məsələlər haq­da onlarla mübahisə etdi və onların ehtimal etdikləri şübhələri ca­vab­landırdı. Öz şübhələrinin bir həqiqət olmadığını biləndə bə­ziləri peşman olub fikrindən döndü qalanları isə kor-koranə tut­duqları yoldan əl çəkmədilər.

Deyilənə görə Əli (radiyallahu anhu) onların yanına gedib on­lar­la narazı qaldıqları məsələləri müzakirə etmiş və onlar da tut­duqları yoldan geri dönərək Əli (Allah ondan razı olsun!) ilə bir­lik­də Kufəyə daxil olmuşdular. Daha sonra yenidən əvvəllki niy­yətlərinə qayıdaraq bağladıqları əhdi və müqaviləni poz­du­lar. Öz aralarında "yaxşı işləri tələb etmək və pis işlərdən çəkin­dir­­mək (əl-Əmr bil məruf vən nəhy anil munkər)", insanları bu işə cəlb et­mək məsələsi haqqında razılığa gəldilər. Sonra onlar Nəhrə­van74 adlanan yerə yola düşdülər və orada Əli (radiyallahu anhu) on­lara qarşı döyüşdü75.

Bu nadanlar digər insanlara münasibətdə itaət və ibadətdə da­ha çox çalışqan idilər. Onlar, düzgün və möhkəm əqidə sa­hib­lərinin qılmadıqları dərəcədə namaz qılacaq və digər iba­dət­lə­ri yerinə yetirəcəkləri haqda Peyğəmər (sallallahu aleyhi və səlləm) əv­vəlcədən belə bir xəbər vermişdir: “Siz öz namazınızı on­la­rın namazı, orucunuzu onların orucu ilə müqayisədə az görə­cək­siniz”76. Onlar ibadətlərini daha da çoxaltsalar yenə də bu­nun onlara bir xeyri olan deyil! Sual olunur: Nə üçün? Çünki Allah, əməli iki şərt əsasında qəbul edir.



Birinci: Əməl, Uca Allahın rizası üçün ixlasla edilməlidir. Bu işdə riya və ya özünü göstərmək kimi amillər olmamalıdır.

Ikinci: Əməl, Allahın Elçisinin (sallallahu aleyhi və səlləm) Sünnəsinə müvafiq olmalıdr.

Allah təalə buyurur: “Hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur” (Hud 11:7).

Fudeyl ibn İyad (rahiməhullah) ayədəki daha gözəl əməl söz­ləri haqda demişdir: “Bu, ixlaslı (sırf Allah xatirinə edilən)(şə­ri­­ətə uyğun olan) doğru olan əməldir. Əgər əməl doğru olub, ixlaslı olmasa, yaxud ix­las­lı olub doğru olmasa məqbul sayılmaz. Ona görə əməl məqbul sayılmaq üçün ixlaslı (sırf Allah xatirinə) və doğru olmalıdır”77.

Müsəlmanın Allah xatirinə etdiyi əməllərin məqbul olması üçün ixlaslı olması şərtdir. Əgər gördüyü işdə Allahla bərabər ki­misə Ona şərik qoşarsa, əməli qəbul olunmayacaqdır. Kimsə elmsiz ibadət etdiyi halda riyakarlıqdan və şan-şöhrətdən uzaq ol­­maq­la ixlasa əməl edərsə, amma işinin şəriətə, Sünnəyə uy­ğun­­luğunu nəzərə almazsa, bu əməli ixlaslı olsa belə məqbul sa­­yılmaz. Ona görə də müsəlman öz əməlinin şəriətə uyğun, do­ğru və Allah xatirinə edilən ixlaslı olmasına cəhd etməlidir.

Yuxarıda qeyd edilən bu insanların əməli ixlaslıydı, amma şəri­ətə uyğun olmadığı üçün nə qədər ibadət etsələr də dində ifrata vardıqları, cahillikləri və müsəlmanları təkfir etdikləri üçün dindən çıxmış, uzaqlaşmışlar.

Onların cahilliyini təsdiq edən sübut, Əlinin (radiyallahu anhu) dövründə baş verən bu əhvalatdır. Əli (radiyallahu anhu) xatib kimi aya­ğa qalxıb, onları düşmənlə üzləşdikdə cihad etməyə və səbrli olmağa təşviq etdi. Əli (radiyallahu anhu) Şam camaatına hü­cum etməyə qərarlı olduğu zaman, bir də ona xəbər çatdı ki, xə­va­riclər yer üzündə fitnə-fəsad törədir, qan tökür, yol kəsir və in­sanların namusuna toxunurlar. Onların nahaq yerə öl­dür­dük­lə­ri arasında Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrindən olan Abdullah İbn Xabbab (radiyallahu anhu) var idi. Onu, hamilə ar­vadı ilə birlikdə əsir götürmüşdülər.

Xəvariclər ona dedilər: “Sən kimsən? ” O dedi: “Mən, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) səhabəsi Abdullah ibn Xab­babam. Siz məni qorxudursunuz”. Onlar dedilər: “Sənə biz­dən heç bir zərər toxunmaz. Atandan eşitdiklərini bizə danış!” O dedi: “ Mən atamın belə dediyini eşitdim: “Mən Allah Rəsu­lu­nun (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Fitnə baş qal­dıracaq. O zaman oturan durandan, duran gəzəndən, gəzən də qaçandan xeyirli olacaqdır”78. Onlar onun əlindən bağlayıb apa­rırdılar. Yolda gedərkən, Zimmilərdən79bir nəfərə məxsus do­nu­za rast gəldilər. Onlardan biri qılıncı ilə donuzu vuraraq də­ri­sini parçaladı. Başqa biri isə dedi: “Sən nə üçün belə etdin! Axı bu zimmiyə məxsusdur?!”. O zimminin yanına gedib onun­la mehriban danışaraq onu razı saldı! Həmçinin onlarla birlikdə olar­kən xurma ağacından bir xurma düşdü və bir nəfər onu gö­tü­rüb ağzına atdı. İçlərindən biri ona dedi: “Sən icazə olmadan və ya pulunu ödəmədən götürürsən?!”. O isə dərhal xurmanı ağ­zın­dan atdı. Bununla yanaşı, onlar (Səhabələrdən olan) Abdul­lah ibn Xabbabın yanına gəldilər və onun başını kəsdilər. Sonra onun həyat yoldaşının yanına gəldikdə, o dedi: “Mən ha­mi­lə qadınam, Qüdrətli və Əzəmətli Allahdan qorxmursunuz?!”. Beləcə onun da başını kəsib qarnını cıraraq dölünü çıxarıb bayıra atdılar”80.

Baxın görün!!! Onlar xırda bir işdə necə ehtiyatlanır, lakin mü­qəddəsliyi çox ciddi olan qanı tökməkdən ehtiyatlanmırlar. Donuzu öldürməkdən ehtiyatlanaraq gedib sahibini razı saldılar; axı o zimmi kafirə məxsus idi! Eyni zamanda ağacdan düşən xurmanı yeməkdən ehtiyatlandılar, amma müsəlmanı öldürməkdən ehtiyatlanmadılar.

Bu, günümüzdəki əksər azmış insanların simasıdır. Misal ola­raq, onlar xaçpərəst ölkələrdən idxal olunan əti yeməkdən eh­ti­yatlanır, müsəlmanları təkfir etməkdən - filankəs və filankəs kafirdir! - deməkdən ehtiyatlanmırlar. Onlardan soruşanda ki, sizin bu barədə dəliliniz nədir? – sübut axtarmağa çalışırlar. Hansısa rəhbəri və ya başqa insanı təkfir etməkdən ötrü bəzi şə­ri­ət dəlillərini öz nəfsinə və istəklərinə uyğun yozmağa və təh­rif etməyə çalışırlar. Çünki o, ilk olaraq rəhbəri təkfir etməsə işi düz alınmaz, rəhbərə qarşı üsyanın vacibliyində sözü keçməz.

İnsanlar bilirlər ki, üsyan yalnız küfr edən rəhbərlərə qarşı olur. Ona görə də ilk olaraq rəhbərə kafir deməkdən başlayır, son­ra insanları, rəhbərin İslamdan xaric olub kafir olduğuna inan­dırmağa çalışırlar. Insanlar bu fikirlə razılaşdıqdan sonra onların diqqətini rəhbərə qarşı üsyana yönəldirlər.

Bu, hal-hazırda əksər müsəlmanların düşdükləri fəlakət­dir. Təkfir məsələsi ağır məsələdir, əsla asan deyildir. Ona görə, Allah­ın öz Kitabında aydın və birmənalı şəkildə təkfir etdiyin­dən, yaxud Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsində tək­fir etdiyindən, ya da müsəlmanların yekdilliklə təkfir etdiyi kim­sədən başqa heç kəs təkfir olunmamalıdır.

Əli (radiyallahu anhu) demişdir: “Allahın Elçisi (ona və ailəsinə Allah­ın salavatı və salamı olsun!) Zubeyri, Miqdad ibn əl-Əsvədi və mə­ni iş dalınca göndərdi və dedi: “Xax81 bağına qədər gedin, orada bir qadın olacaq və onun üstündə məktub var. Məktubu on­dan alın”. Biz bağa çatana qədər atlarımızı çaparaq sürdük və orada qadını gördük və dedik: “Məktubu bizə ver!” O dedi: “Mən­də məktub yoxdur!” Biz dedik: “Məktubu çıxar, yoxsa pal­tar­larını soyunduracağıq!” Bundan sonra məktubu hö­rül­müş saçından çıxardı. Məktubu götürüb Allahın Elçisinin (sal­lal­la­hu aleyhi və səlləm) yanına gəldik. Məktubda Hatib ibn Əbi Baltəah bəzi məkkəli müşriklərə Allahın Elçisinin (sallallahu aleyhi və səlləm) görəcəyi işlərindən xəbər vermişdi. Allahın Elçisi (sallallahu aleyhi və səlləm) dedi: “Ey Hatib, bu nədir?” O dedi: “Ey Allahın Elçisi, mənə qəzəblənmə. Mən Qureyşə gəlmə bir insan idim, onlardan deyildim. Səninlə olan Mühacirlərin mallarını və ailələrini qorumaq üçün Məkkədə qan qohumları vardır. Mən də onlarla qan qohumluğum olmadığı üçün istədim ki, onların arasından mənim ailəmə kömək edən tərəfdar tapım. Mən bunu kafir olduğumdan, dindən imtina və ya küfrə meyl etdiyimdən etməmişəm!” Allahın Elçisi (sallallahu aleyhi və səlləm) dedi: “O sizə haqqı dedi”. Bu zaman Ömər (Allah ondan razı olsun!) dedi: “Ey Allahın Elçisi, icazə ver bu münafiqin boynunu vurum!” O dedi: “O, Bədr döyüşündə iştirak etmişdir. Sən bil ki, Allah Bədr camaatı haqqında demişdir: Nə istəyirsinizə edin, çünki sizi bağışlamışam”82.

Heç şübhəsiz, Allahın düşmənləri ilə dostluq etmək Allah­ın bu sözlərinə əsasən küfr sayılır:

Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutmayın!” (Mumtəhinə:1).

Göründüyü kimi, Hatibin əməli zahirən küfr idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ondan bu əməli etməyinin səbə­bi­ni soruşduqda bunu dinində tərəddüd etdiyi üçün deyil, Qu­re­yş qəbiləsi arasında hami taparaq öz malını və ailəsini qorumaq üçün etdiyini demişdir.

Hatibin əməlinin zahirən küfr olmasına baxmayaraq, onun da­xilində zahiri mənaya zidd olan bir sübüt olduğu üçün küfr hök­münü ona tətbiq etmək, nə də onu İslamdan çıxarmaq düz­gün deyildir.

Bu qəbildən olan misallardan biri də İsrailli kişinin heka­yə­sidir. "Öz əməllərinə, ağına-bozuna fikir verməyən bir kişi var idi. O, ölüm ayağında uşaqlarına belə deyir: “Mən öləndə, mənim meyidimi yandırın, külümü ovalayıb, küləkli havaya səpələyin. Allaha and olsun! Əgər Allahın məni yığmağa gücü çatarsa, o mənə heç kəsə vermədiyi bir əzab verəcəkdir”. Kişi öləndə, onu dediyi kimi etdilər. Allah yerə əmr edərək buyurdu: “Sənin üzərində ona aid nə varsa onu topla!” Beləcə yer, əmri yerinə yetirdi və kişi özünü dayanmış halda gördü. Bu halda Allah təalə ona buyurdu: “Səni, bu işi etməyə nə vadar etdi?”. O, deyir: “Ey Rəbbim! Səndən qorxum”. Və Allah onu bağış­la­yır"83. Yəni o, Əzəmətli və Uca Rəbbindən qorxduğu üçün bunu et­mişdi.

Şeyxülislam İbn Teymiyyə demişdir: “Bu insan Allahın qüd­rətinə və külünün səpələnməsindən sonra yenidən dirildilməsinin mümkünlüyünə şübhə etmişdi. Hətta onun etiqadına əsasən belə halda onun dirildilməsi mümkün deyildi. Bu etiqad isə müsəlmanların yekdil fikrinə əsasən küfrdür. Lakin o cahil idi, bunu bilmirdi. Digər tərəfdən isə o, Allahın onu cəzalandırmasından qorxan mömin idi. Ona görə də onu bağışladı”84.

Bu məsələ əhəmiyyətsiz ya da asan bir iş deyildir ki, hansısa müsəlmanı əsaslı dəlillər olmadan kafir sayasan. Hətta kiminsə küfrü üçün kəskin sübutlar olsa da bunu mötəbər və müdrik elm adamları etməlidir.

Imam İbn Kəsir (Allah ona rəhmət etsin!) xəvariclər haqda de­miş­dir: “Mən deyirəm: Bu insan tayfası Adəm övladlarının ən qəribəsidir. Öz məxluqatını istədiyi kimi fərqləndirən və hər şeyi əzəmətli qəza-qədərə yazan Allah necə də nöqsansızdır. Bəzi sələflərin: bu ayədə qeyd olunanlar xəvariclərdir – deməsi, necə də gözəldir. “(Ya Rəsulum!) De:“Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirlər. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!” (Kəhf: 103:105)

Deməli zəlalətdə olan bu cahil və nadanlar, sözündə və əməlində bədbəxt olanlar müsəlman toplumundan ayrılmaq üçün bir fikrə gəlmişlər. Onlar Mədəin adlı bir yerdə qərarlaşandan və özlərini möhkəmlədəndən sonra qardaşları və həmfikirlərini yanlarına çağırırlar ki, bir yerə toplaşsınlar. Zeyd ibn Hüseyn ət-Taii85 onlara (əl-Mədəinə getmək istəyən xəvariclərə) dedi: Siz Mədəinə belə dəstə-dəstə daxil ola bilməzsiniz. Orada güclü ordu var və onlar sizə imkan verməzlər. Siz öz adamlarınıza Cux86 çayı üzərindəki körpüyə gəlməyi söyləyin. Sizi tanı­ma­sın­lar deyə Kufədən tək-tək çıxın, dəstə-dəstə çıxmayın. Onlar Bəsrə şəhərindən və digər yerlərdən olan öz həmfikirlərinə ümu­mi bir məktub yazaraq deyilən çay ətrafında toplaşmağı və əl­bir olmağı bildirdilər. Bu xəbəri eşidəndən sonra maneələrə rast gəlməmək üçün şəhərlərdən bir-bir çıxırdılar. Onlar, ata­dan, anadan, qardaşdan, dayıdan, xaladan və bütün qo­hum­lar­dan xəbərsiz evlərini tərk etdilər. Cahillikləri, az elmləri və ki­çik ağılları ilə etdikləri əməlin göylərin və yerin Rəbbini razı sal­dı­ğını düşünürdülər. Daha bilmirdilər ki, bu işləri Allahın rəh­mətindən və səmalardan qovulmuş, atamız Adəmə sonra onun zürriyyətinə sağ olduqları vaxtda ədavət bəsləmiş iblisin, onlar üçün gözəlləşdirdiyi ən böyük günahlardan, cəhənnəmə sürükləyən əməllərdəndır. Bizi bu iblisin şərrindən Öz qüvvəsi və iradəsi ilə qoruyan Allahdır. Həqiqətən O, duaları qəbul edəndir”87.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), hakimə qarşı üsyan edənlərə və ona itaətsizlik göstərənlərə qarşı vuruşmağı əmr etmişdir. Bu səbəbdən, Əzəmətli və Qüdrətli Allah açıq aydın vəhyində buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vu­ru­şsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkar­lıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qə­dər vuruşun...” (Hucurat:9).

Göründüyü kimi Uca Allah təcavüzkarlıq edən dəstə ilə vu­ruş­mağı əmr etmişdir.

Eynilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əlinin (radiyallahu anhu) xəvariclərə qarşı savaşında haqlı olduğunu, onunla yanaşı vuruşanların zalımlara qarşı vuruşduğunu bildirmişdir. Buna gö­rə, əgər bir dəstə insan müsəlmanların rəhbərinə qarşı həd­di­ni aşsalar, müsəlman camaat və ixtiyar sahibləri bu təcavüz­kar­la­ra qarşı vuruşmalıdırlar”88.

Bir hədisdə göstərilir ki, xəvariclərin meydana çıxmaları mü­əy­yən bir dövrlə məhdudlaşmır. Daha doğrusu, onlar bir çox dövrlərdə meydana çıxırlar və hətta Dəccal zühur edəndə də çıxacaqlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Axır zamanda bir dəstə insan peyda olacaqdır. Elə bil bu adam (Zul Xuveysira)89 da onlardan biridir. Onlar Quran oxu­ya­caq, lakin oxuduqları boğazlarından aşağı keçməyə­cəkdir. On­lar İslamdan - oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Əsas əlamətlərinən biri daim başlarını qırxmaq90 olacaqdır. On­lar həmişə mövcud olacaqlar. Sonuncuları Dəccal ilə çıxa­caq­dır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsindəndirlər.”91 Hə­di­si Nəsai rəvayət etmişdir.

Bu hədisdə Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: “On­lar daim mövcud olacaqlar. Sonuncuları Dəccal ilə çıxa­caq­dır”. Hədisdə deyildiyi kimi bu insanlar hər zaman, qiya­mə­tə yaxın, Dəccal çıxana qədər mövcud olacaqlar. Hətta onlardan bir dəstə Dəccalla birgə çıxacaqdır.

Alimlər bu hədisi Əliyə (Allah ondan razı olsun!) qarşı qiyam qal­dırmış xəvariclərdən danışarkən qeyd edirlər. Həmçinin fi­kir versək görərik ki, bu hədis bir neçə il əvvəl Məscidül Hə­ra­mı halal görərək, onun qapılarını bağlayan, neçə-neçə müsəl­ma­­nı qətlə yetirən, orada insanları on beş günə yaxın bir vaxt­da namaz qılmaqdan məhrum edən dəstəyə də aiddir92.

Əli (radiyallahu anhu) demişdir: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim. “Axır zamanda yaşca cavan, ağı­l­dan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq, İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. İmanları boğazlarından aşağı keçməyəcəkdir. Onlara qarşı mübarizə aparın. Bu işə görə Qiyamət günü mükafat vardır”93. Buxari, Müslim və Əbu Da­vud rəvayət etmişdir.

Bu söz və sifətlər ilk zamanlar Əliyə (radiyallahu anhu) qarşı qi­yam qaldırmış xəvariclərə uyğun deyildi. Çünki hədisdə “axır zamanda” sözü qeyd edilir. Xəvariclərlə əlaqədar əksər hə­dis­lərdə “axır zamanda” ifadəsi yox, “bir camaat peyda olacaqdır ifadəsi qeyd edilir. Məlumdur ki, Əliyə qarşı qiyam edən xəvariclər əvvəl zamanda yaşayırdılar.

Sonra demişdir, “yaşca cavan olacaqlar”. Ibn əl-Əsir de­miş­dir: “yaşca cavan olacaqlar” sözü dolayısıyla cavan və er­kən yaşda olanlar mənasını ifadə edir"94. Onlar yetkinlik yaşına çat­ma­mışlar ki, haqqdan xəbərləri də olsun. Bu həmçinin Məs­ci­dul Haramı mühasirəyə alanlara da tətbiq olunur. Halbuki, Əli­yə (radiyallahu anhu) qarşı üsyan edən xəvariclər yaşlı insanlar idi­lər. Aralarında tayfa başçıları da var idi.

Sonra hədisdə “ağıldan zəif” deyilir: İbn əl-Əsir deyir ki, bu da anlayış, ağıl, düşüncə və tədbir baxımından zəif olan in­san deməkdir”95. Bu təsvirlər dediyimiz insanlara aid edilir. Am­ma Əliyə (Allah ondan razı olsun!) qarşı qiyam qaldırmış xəva­ric­lər isə ağıllı insanlar idilər səfeh deyildilər.

Sonra hədisdə “Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaqlar” - sözü deyilir. Bu isə o deməkdir ki, onlar Peyğəmbər­in (sallallahu aleyhi və səlləm) sözü ilə danışacaqlar. Bu açıq­lama bəzi hədis şərhçilərinə görə düzgün sayılır96. Əlinin vax­tındakı xəvariclər isə belə deyərdilər: “Rəbbimizin Kitabı bizə kifayətdir”.

Amma (bir neçə il öncə Məkkədə) qiyam edən97 şəxslər hədislərə (Peyğəmbərin kəlamlarına) əməl etdiklərini iddia edirdilər. Təbii ki, on­lar iddia etdikləri kimi haqlı deyil, əksinə zəlalət içində idi­lər. Məxluqatın ən yaxşısının sözü ilə danışar, Peyğəmbər kə­lam­larına əməl etdiklərini, hədis əhli olduqlarını iddia edər­di­lər. Lakin onlarda bu iddialarından heç bir əsər-əlamət olmazdı. Əslində onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisini başa düşməmiş, azyaşlı idilər. Bu məsələ aydındır və bu hadisədən xəbəri olan hər kəs onların yaşca cavan, zəif anlayışlı, elm məclislərində iştirak etməyən cahil və cəmiyyətdə qeyri mötəbər olduqlarını bilirlər. Mənim düşündüyüm qədər bu hədis tam uyğunluqla bu insanlara aiddir. Hər halda onlar itaətkarlıqdan çıxmış, hakimə qarşı qiyam qaldırmış və şər əməl işləmişlər.

Hədislərin birində deyilir: “Bir nəfərə İbrahim (əleyhis sa­lam) məqamı ilə Kəbənin divarı arasında beyət ediləcəkdir (sə­da­qət andı içiləcəkdir). Bu evi öz əhlindən (yəni, müsəlmanlardan) baş­qa­sı (orada qan axıtmaq üçün) halal saymayacaqdır. Onlar evi halal say­dıqda ərəblərin həlakından soruşmağa dəyməz!”98. Bəzi alimlər bu hədisi Mehdinin gəlişinə aid edirlər. Lakin mənim fikrimə görə bu hədis həmin fitnədə beyət olunanlara aiddir. Çünki Kəbə evinin halal edilməsi (orada qan axıdılması) Mehdiyə be­yət etməklə olmayacaqdır. Lakin o adama (Cuheymana) fitnə za­ma­nı beyət edildikdə, Kəbə halal sayılmışdı (orada qan axıdılmışdı). Da­ha yaxşısını Allah bilir!

Ötən yazılardan aydın olur ki, əsirlər boyu rəhbərlərə qar­şı qiyam edənlər "xəvaric" adına, törətdikləri fəsadın böyük günahına və bu əməllərinin cəzasına layiqdirlər.

Günümüzdə terror törədərək qatı cinayətkarlıqla məşğul olan insanlar da öz cəzalarına çatmışlar99. Bu və digər ölkələrdə günahsız insanları öldürmək şəriətin qəbul etmədiyi səhv ictihaddır. Yuxarıda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xəta edən müctəhid üçün bir, xata etməyən üçün isə iki savab olacağı sözü keçmişdi. Lakin bu hansı məsələlərə aiddir? Bu, ikinci dərəcəli məsələlərə (fiqhi məsələlərə) aiddir! Əqidə (etiqad) mənhəc (metod) məsələlərində ictihad edənə heç bir sa­vab yoxdur. Daha doğrusu, yalnız şəriət dəlilləri ilə kifa­yət­lən­mək vacibdir.

İbn Kəsir (Allah ona rəhmət etsin!) demişdir: “Nəhravan günü ça­tan­da, insanlar deyirdilər: “Onların kökünü kəsən mömin­lə­rin Əmiri! Allaha həmd olsun!...” Əli (radiyallahu anhu) dedi: “Allaha and olsun elə deyil! (yəni, hələ də onların kökü kəsilməyib) Onlar hələ də kişilərin belində, qadınların bətnində qalırlar (yəni, hələ törəyəcəklər). Onlar şər insanlardan törəndikdə bir-iki nəfər adam ta­pan kimi qiyam etmək üçün qüvvələrini birləşdirərlər”.

İbn Kəsir (Allah ona rəhmət etsin!) deyir: “Abdullah İbn Vəhb ər-Rasibi çox ibadət etdiyi üçün səcdə yerləri həddindən artıq bərkimişdi. Hətta ona hüccət sahibi deyərdilər”.

Heysəm ibn Adiyy, bəzi xəvariclərin belə dediyini rəvayət edir: “Abdullah İbn Vəhb ər-Rasibi Əliyə bəslədiyi nifrətə görə onu “in­karçı, inadkar” adlandırardı.

Heysəm ibn Adiyy, İsmayılın Xaliddən, o da Əlqəmə ibn Amirdən belə dediyini rəvayət etmişdir: “Əlidən (radiyallahu anhu) Nəhravan camaatının müşrik olması haqqında soruşdular? O dedi: “Onlar Şirkdən qaçdılar”. Dedilər: “Onlar münafiqdir­lər?”. O dedi: “Münafiqlər Allahı az zikr edirlər” Dedilər: “Ey mö­min­lərin əmiri o zaman onlar kimlərdir?” O dedi: “Onlar bizə qarşı həddini aşan qardaşlarımızdır. Biz onlarla bizə qarşı həddini aşdıqları üçün vuruşuruq”. İbn Kəsirin İbn Cərirdən nəql etdiyi rəvayət budur100.


Yüklə 284,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə