Xavər Əlizadə, adpu-nun doktorantı, Bakı şəhəri, 132-134 №-li Təhsil Kompleksinin ibtidai sinif



Yüklə 50,83 Kb.

tarix11.04.2018
ölçüsü50,83 Kb.


Xavər  Əlizadə,  ADPU-nun  doktorantı,  Bakı  şəhəri,  132-

134 №-li Təhsil Kompleksinin ibtidai sinif 

 

 “Həndəsi fiqurların üzləri, tilləri və təpələri” mövzusunda  interaktiv 

metodla tədrisi  təcrübəsi 

Açar sözlər: həndəsi fiqurlar, üzlər, tillər və təpələr 

Ключевые слова: геометрические фигуры, граны, ребра и вершины 

Key words: geometric figure, faces, edges and method 

Standartlar

3.2.2.Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını 

aparır və nəticəni şərh edir. 

Məqsədlər: Fəza fiqurlarından kub, düzbucaqlı prizma, kürə, silindr və konusu 

tanıdığını nümayiş etdirir. 

 

Fiqurlar çoxluğundan bu həndəsi fiqurları ayırır; 



 

Həndəsi fiqurlarla oxşar olan əşyaları seçir; 



 

Həndəsi fiqurların təpə, til və üzləri sayını bilir. 



Bacarıqlar: -Həndəsi fiqurların üzlərini, tillərini, təpələrini göstərmə və sayma; 

-Həndəsi fiqurların düz üzlərini kağız üzərinə qoymaqla şəklini 

çəkmə; 

 

 



-Şəkillərlə verilmiş əşyaları həndəsi formalarına görə qruplaşdırma. 

Təchizat:  Həndəsi fiqurlar dəsti, bu fiqurlarla eyni formada olan əşyalar, həndəsi 

fiqurların şəkilləri. 

İş formaları: Böyük və kiçik qruplarla iş cütlərlə və  fərdi iş, əməkdaşlıq. 

Üsullar: 

Beyin həmləsi, BiBÖ cədvəli, müşahidə, araşdırma, təqdimat, 

“Yalançı tapmaca”. 



Dərsin gedişi 

1.Sinfin təşkili – 2 dəq. 

Sinfə daxil olub, salamlaşdıqdan sonra davamiyyəti  yoxlayıb, dərsdə  iştirak 

etməyənləri  qeyd  edib,  sinfi  nəzərdən  keçirir  və  lazım  gələrsə  tərbiyəvi  təsir 

göstərirəm,  aşağıdakı  üsulla  şagirdləri  4  qrupa  bölür.  Bu  məqsədlə  şagirdlərə 

üzərində  (2-1;  3-1;  4-1;  5-1)  misallar  yazılmış  kiçik  kağızları  paylayır.  Stollar 




 

(1,2,3,4)  nömrələnir,  onlar  “kub”,  “düzbucaqlı  prizma”,  “silindr”  və  “konus” 



adlandırılırlar. İş vərəqləri, vatman kağızı, riyaziyyat 2 dərsliyi, həndəsi fiqurların 

şəkilləri kiçik qruplara paylayır. 

2.Motivasiyanın yaradılması və problemin qoyuluşu – 5 dəq. 

Əvvəlcə, müstəvi həndəsi fiqurlar haqqında biliklər təkrar olunur: 

M:  Kvadrat,  üçbucaq  və  dairə  kimi  fiqurlar  hansı  əlamətlərinə  görə 

fərqlənirlər? 

Ş:  Həmin  həndəsi  fiqurlar  təpələrinə,  tərəflərinə  və  bucaqlarına  görə 

fərqlənirlər. 

M: Müstəvi fiqurlar neçə ölçülüdür? 

Ş: Müstəvi fiqurlar ikiölçülüdür. Məslən düzbucaqlının, kvadratın yalnız eni 

və uzunu var, qalınlığı (hündürlüyü) yoxdur. 

Tədqiqat sualı: Fəza fiqurları neçə ölçülüdür? 

Fəza fiqurları hansı əlamətlərə görə fərqlənirlər? 

3.Tədqiqatın aparılması – 10 dəq. 

Hər  kiçik  qrupun  şagirdləri  tədqiqat  sualı  ətrafında  axtarış  aparır,  fikirləşir. 

İş vərəqlərində göstərilən tapşırıqlar icra edilir və müvafiq qeydlər aparılır. 

1

 

. “Kub” qrupu. a)Kubun təpələri, tilləri və  



üzlərinin sayını təyin edin (şək.1). 

 

b)şək.2-də verilmiş kubiklərin sayını təyin edin.  



 

 

 



2.         “Düzbucaqlı prizma” qrupu. a)Düzbucaqlı prizmanın  

təpələri, tilləri və üzlərinin sayını təyin edin. (şək.3). 

b) şək.2-də göstərilmiş kubiklərin sayını təyin edin. 

 

3.       “Silindr” qrupu. a) Silindr və kürənin təpələri, 



 tilləri və üzlərinin sayını təyin edin (şək.4; 5)  

Şək.1 


Şək.3 

Şək.4 


Şək.2 


 

 



b) şək.6-da göstərilmiş kubiklərin sayını təyin edin. 

 

 



 

 

4.         “Konus” qrupu. a) Konusun təpə, üz və  



tillərini təyin edin. (şək.7). 

 

 



 

b) şək.8-də göstərilmiş kubiklərin sayını təyin edin. 

 

 

 



4.İnformasiya mübadiləsi – 5 dəq.  

Hər qrup öz işinin nəticəsini təqdim edir. Qrupların işi lövhədən asılır. 

5. İnformasiya müzakirəsi – 5 dəq. 

Əvvəlcə  müəllim  hər  fiquru  göstərdikcə  şagirdlər  də  stollarında  olan  fiqurların 

içindən həmin fiquru tapıb göstərirlər və adını söyləyirlər. 

Sonra “Yalançı tapmaca” oyunu keçirirəm. 

Kubu götürür və deyir: 

-Mən  kubun  bir  xüsusiyyətini  fikirləşmişəm.  Kim  tapa  bilər,  bu  hansı 

xüsusiyyətdir? 

-Kubun 6 üzü var. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Kubun 12 tili var. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Kubun 8 təpəsi var. 

-Söylədiyin düzdür, mən bu xüsusiyyəti fikirləşmişəm.(şək.9).  

Şək.5 


Şək.7 

Şək.6 


Şək.8 

Şək.9 


6 üz 

12  tili 

8 təpə 



 

Bir şagirdi çağırıb şəkli lövhədə çəkdirirəm.  



Tapşırığın mənası ondan ibarətdir ki,  mən,  əslində,  heç  bir  xüsusiyyət 

fikirləşməmişəm.  Məqsədim  şagirdlərdən  həndəsi  fiqurların  xüsusiyyətlərini 

soruşmaq və lazım gələn cavabda oyunu dayandırmaqdır. 

Sonra oyunu başqa şagirdə ötürür. Şagirdin də öz cavab variantı var və onun 

sinif qarşısında “çox qalması” üçün iştirakçıları ən maraqlı xüsusiyyət fikirləşməyə 

vadar  edir.  Bu  da  əsas  məqsədə,  yəni  verilən  məsələyə  dair  biliklərin 

aktuallaşmasına çox kömək edir. 

Şagird düzbucaqlı prizmanı götürüb deyir: 

-Mən  düzbucaqlının  maraqlı  xüsusiyyətini  fikirləşmişəm,  bu  hansı 

xüsusiyyətdir? 

-Düzbücaqlının 6 üzü var. 

-Fikirləşdiyim bu xüsusiyyət deyil. 

- Düzbücaqlının 12 tili var. 

-Bunu da fikirləşməmişəm. Şəkli cavab verən şagirdə lövhədə çəkdirirəm 

-Düzbucaqlının 8 təpəsi var. 

 

 



-Düz tapdın, mən bu xüsusiyyəti fikirləşmişdim. 

Başqa bir şagird silindri götürüb, göstərərək deyir: 

-Mən  bu  silindrin  maraqlı  xüsusiyyətini  fikirləşmişən,  bu  hansı 

xüsusiyyətdir? 

-Silindrin 2 düz üzü var. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Silindrin tili yoxdur. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Silidrin təpəsi yoxdur. 

-Düz tapdın, mən bu xüsusiyyəti fikirləşmişdim. 

Daha başqa bir şagird konusu götürüb, göstərərək deyir: 

Şək.10 


Şək11 

6 üz 


12  tili 

8 təpə 


2 düz üz 


 

-Mən  bu  konusun  maraqlı  xüsusiyyətini  fikirləşmişəm,  bu  hansı 



xüsusiyyətdir? 

-Konusun 1 düz üzü var. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Konusun 1 təpəsi var. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Konusun tili yoxdur. (şək.12).  

-Düz tapdın,  mən bu  xüsusiyyəti  fikirləşmişdim (şək. 12).  Həmin şagirdə  lövhədə 

şəkli çəkdirirəm. 

-Başqa bir şagird kürəni əlinə götürüb, göstərərək deyir. 

-Mən bu kürənin maraqlı xüsusiyyətini fikirləşmişəm, bu hansı xüsusiyyətdir? 

-Kürənin üzü yoxdur. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Kürənin tili yoxdur. 

-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm. 

-Kürənin təpəsi yoxdur (şək.13).  

-Düz  tapdın,  mən  bu  xüsusiyyəti  fikirləşmişdim.  Həmin  şagirdə  şəkli  lövhədə 

çəkdirirəm. 

-Bu həndəsi fiqurlar haqqında daha nə deyə bilərik? 

Kubun, düzbucaqlı prizmanın, silindrin, konusun müxtəlif sayda düz üzləri var. Bu 

üzlər  kvadrat,  düzbucaqlı,  dairə  formasında  olur.  Üzlərinin  kəsişmə  nöqtəsi  təpə 

nöqtəsidir. Üzlərinin kəsişmə xətti tili adlanır. 

Oyunun sonunda deyirəm: 

-Uşaqlar, bizim bugünkü dərsimizin mövzusu elə “kub”,düzbucaqlı prizma, konus, 

silindr və kürədir.” 

6. Ümumiləşdirmə və nəticə - 5 dəq. 

Ümumiləşdirmək məqsədilə BiBÖ cədvəlindən istifadə edib, şagirdlərin iştirakı ilə 

əvvəlcə birinci, sonra ikinci, daha sonra üçüncü sütun doldurulur 

1 düz üz 

1 təpə 

Şək.12 


Şək.13 


 



BİBÖ cədvəli 

 

Bilirik 


İstəyirik bilək 

Öyrəndik 

 

Kub, düzbucaqlı 



prizma, silindr, 

konus və kürə fəza 

fiqurlarıdır.  

Kub, düzbucaqlı 

prizma, konusun 

müxtəlif sayda düz 

üzləri var. 

Üzlərin kəsişmə 

xətti til adlanır. 

Tellərin kəsişmə 

nöqtələri təpə 

noqtəsi adlanır. 

Kub, düzbucaqlı 

prizma, silindr, 

konus və kürənin 

neçə düz üzü və 

neçə tili və təpələri 

var? 


Kub, düzbucaqlı 

prizma, silindr, 

konus və kürə necə 

ölçülür? 

Fəza 

fiqurları 



Tili  

Düz üzü  Təpəsi 

Kub  

12 


Düzbucaqlı 



prizma 

12 


Silindr 





Konus 



Kürə 




Kub, düzbucaqlı prizma, silindr, konus və 

kürə  üçölçülüdür. Onların eni, uzunluğu və 

hündürlüyü var. 

 

7. Yaradıcı tətbiqetmə - 3 dəq 



Bu məqsədlə aşağıdakı tapşırıqlar verilir: 

Tapşırıq 1. 

1.Tap görək, bu hansı fiqurdur? 

Şagirdlər  bir-birinə  fəza  fiqurları  ilə  bağlı  suallar  verirlər.  O,  birisi  onu 

cavablandırırsa  sual  verənə  özü  sual  vermək  hüququ  qazanır.  Bu  qayda  bütün 

cütlər arasında aşağıdakı məzmunlu suallarla davam etdirilir: 

1.Mənim bir fiqurum var. İki üzü var, tili və təpəsi yoxdur. Bu, hansı fiqurdur? 

2.Mənim bir fiqurum var, Nə üzü var, nə tili, nə də təpəsi var. Bu, hansı fiqurdur? 

3.Mənim bir fiqurum var, 6 üzü, 12 tili və 8 təpəsi var. Bu, hansı fiqurdur? 

4.Mənim bir fiqurum var, 1 üzü, 1 təpəsi var, tili yoxdur. Bu, hansı fiqurdur? 

Tapşırıq 2.  Şagirdlərdə,  öz  ətrafında  həndəsi  fiqurları  görmək  bacarığını  və 

təfəkkürləri  inkişaf  etdirmək  məqsədilə  öyrətdiyiniz  həndəsi  fiqurlara 

oxşarlığı olan əşyaların adlarını yazın: 

1.Kub: zər, müxtəlif ərzaq qutuları, oyuncaq kublar və s. 

2.Düzbucaqlı  prizma:  karandaş  qutusu,  kibrit  qutusu,  domino  daşı,  ətir  qutusu, 

kitablar və s. 

3.Konus: bayram papaqları, konus formalı süzgəc, kosa papağı və s. 

4.  Silindr:  müxtəlif  dəmir  və  şüşə  qablar,  boya  qutuları,  su  boruları,  konserv 

qutuları, stəkan, şam, karandaş və s. 



 

5.Kürə: muncuqlar, portağal, qarpız, top, şar və s. 



Tapşırıq 3:  verilmiş şərti 

ödəyən fiquru və 

bu fiqurla formaca 

eyni olan əşyaları 

seç (şək.14). 

 

 



8.Qiymətləndirmə və refleksiya – 2 dəq.  

Qiymətləndirmək üçün əvvəlcədən meyar cədvəli hazırlayır və divarda görünən 

yerdə asılır. Dərsin bütün mərhələlərində, habelə iş vərəqləri təhlil etməklə qruplar 

aşağıdakı kimi qiymətləndirilir. Qiymətləndirmə “*” işarəsi ilə aparılır. 

 

Meyarlar 



 

 

Qruplar 



Fəza həndəsi 

fiqurları 

tanıyır 

Fiqurları seçə 

bilir 

Öz ətrafında 



olan həndəsi 

fiqurları 

tanıyır 

Fəza həndəsi 

fiqurların 

xüsusiyyətlərini 

bilir 

“Kub” 


***** 

***** 


***** 

***** 


“Düzbucaqlı 

prizma” 


***** 

***** 


***** 

***** 


“Silindr” 

***** 


***** 

**** 


***** 

“Konus” 


***** 

***** 


**** 

**** 


9. Evə tapşırıq – 2 dəq. 

Hər  şagird  evdəki  əşyaların  içərisində  həndəsi  fiqurlara  oxşar  olan  əşyaların 

adlarını dəftərinə yazsın. 

Ализаде Хавер 

Опыт преподавания темы «Грани, ребра и вершины геометрических фигур» 

интерактивным методом 

РЕЗЮМЕ 

В статье показана методика преподавания темы интерактивным методом 



Khaver Alizadeh 

Teaching practice of subjekt on “Geometric figures, edges, faces and vertices” with an 

interactive metod 

SUMMARY 

The article de cribed teaching practice of subject with an interactive method.



 

Şək.14 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə