Xəbər bülleteni №10



Yüklə 467,76 Kb.
səhifə1/23
tarix11.03.2018
ölçüsü467,76 Kb.
#31246
  1   2   3   4   5   6   7   8   9   ...   23

Xəbər bülleteni № 10

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Oktyabr 2015

Baş Prokurorluğun 4 əməkdaşına general-mayor rütbəsi verildi


01.10.2015

bash-prokurorluqPrezident İlham Əliyev sentyabrın 30-da sərəncam imzalayaraq Baş Prokurorluğun 4 əməkdaşına III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verib:

Rəcəbov Nazim Hafiz oğlu – Kadrlar İdarəsinin rəisi;

Abbasov Elşən Akif oğlu – Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi;

Məcidov Ramil Abbas oğlu – Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi;

Məmmədov Anar Rəhim oğlu – Müraciətlərə Baxılması İdarəsinin rəisi.

Dövlət başçısının digər sərəncamı ilə prokurorluğun bir qrup əməkdaşı təltif edilib. 4 nəfər “İgidliyə görə” medalı, 21 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı alıb.

Oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda prokurorluq orqanları 1 oktyabr 1918-ci ildə yaradılıb.

Azərbaycan ordusunun silah arsenalına yeni daxil edilən zenit-raket divizionu kompleksi sınaqdan çıxarılıb


01.10.2015

Hava Hücumundan Müdafiə Qoşunlarının silah arsenalına yeni daxil edilən “Buk-MB” zenit-raket divizionu komplekslərindən döyüş-sınaq atışları icra edilib. Sentyabrın 30-da müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən atışlarda baş nazirin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, mütəxəssislər zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat verib.

Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində ballistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən “Saman” tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.



buk5

buk2

Əli Həsənov: “Azərbaycanla Rusiya çox şeylə fəxr edə bilərlər”


01.10.2015

forum
Sentyabrın 30-u Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumunun yekunlarına dair sənəd imzalanıb. Sənədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski ilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qol çəkiblər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yekun plenar iclasdakı çıxışında qeyd edib ki, VI Rusiya-Azərbaycan Regionlararası Forumu işgüzar və konstruktiv şəraitdə keçib, iki ölkənin qarşılıqlı fəaliyyətinin müxtəlif aspektlərini hərtərəfli müzakirə etmək, tərəfdaşlığın istiqamətlərini və mühüm sahələrini nəzərdən keçirmək mümkün olub: “Tədbir aydın şəkildə göstərdi ki, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi iki dövlətin xarici siyasətinin prioritet istiqamətidir. Bu isə hər iki ölkənin və xalqın fundamental maraqlarına cavab verir”.

Prezident Administrasiyasının rəsmisi onu da vurğulayıb ki, forum hər iki tərəfin bir-biri ilə daha fəal və sıx əməkdaşlıqda qətiyyətli olduğunu nümayiş etdirib: “Bizim qarşıya qoyulan məqsədlərə nail olmaq üçün böyük imkanlarımız var. Potensialımız və birgə işləmək səylərimiz isə tükənməzdir”.

Əli Həsənov qeyd edib ki, qarşıda çox iş var: bunlar həm əmtəə dövriyyəsinin və investisiyaların artırılması, həm ticari-iqtisadi əlaqələrin ahəngləşdirilməsi, həm də mədəni mübadilənin yeni formalarının işlənib hazırlanması və bir çox digər məsələlərdir.

AZƏRTAC-ın məlumatına görə, ikitərəfli münasibətlərə toxunan Əli Həsənov bildirib ki, Azərbaycanla Rusiya çox şeylə fəxr edə bilərlər: “Bu illər ərzində səmimiliyə və etimada əsaslanan möhkəm dostluq münasibətləri qurmaq mümkün olub. Rusiya Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında ənənəvi olaraq mühüm yer tutur və ölkələrimiz strateji tərəfdaşlardır”.

Zakir Qaralov illik hesabat verib


01.10.2015

zakir_qaralov
Baş prokuror Zakir Qaralov rəsmi dövlət qəzeti “Azərbaycan”ın 1 oktyabr sayında məqalə ilə çıxış edib. Prokurorluğun kadr potensialından söz aşan Zakir Qaralov qeyd edir ki, 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirilmiş 14 müsabiqə nəticəsində 631 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib, bu da prokurorluq işçilərinin 56 faizidir: “Müsabiqə yolu ilə işə qəbul olunan şəxslər prokurorluqda səmərəli fəaliyyət göstərib, onların müəyyən hissəsi irəli çəkilib, o cümlədən 31 nəfəri rəhbər vəzifələrə təyin edilib”.

Baş prokuror yazır ki, 2014-cü il oktyabrın 1-dən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub”.

Zakir Qaralov vurğulayır ki, 2014-cü ilin birinci yarım ilində ölkə üzrə cəmi qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdu, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub.

Korrupsiyaya qarşı mübarizə üzrə görülən tədbirlərdən söz açan baş prokuror yazır ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 326 cinayət xarakterli müraciət və məlumatı araşdırıb, onlardan 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub: “İl ərzində keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb. 12 nəfər barəsində 11 cinayət işi isə əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb.

2014-cü il ərzində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 333 şəxs barəsində 206 cinayət işini baxılması üçün məhkəmələrə göndərib, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.

2015-cü ilin birinci yarım ili ərzində 95 cinayət xarakterli müraciət və məlumata baxılıb, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub. Həmin müddət ərzində keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, 5 nəfər barəsində 5 cinayət işi isə əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb.

2015-ci ilin birinci yarım ili ərzində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.


Yüklə 467,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə