Xəbər bülleteni №11


Dövlət Məşğulluq Xidməti 9 ayda 22 470 nəfəri münasib işlə təmin edib



Yüklə 479,53 Kb.
səhifə7/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   2   3   4   5   6   7   8   9   10   ...   21

Dövlət Məşğulluq Xidməti 9 ayda 22 470 nəfəri münasib işlə təmin edib


13.10.2015

emek nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) yanvar-sentyabr ayları ilə bağlı hesabat yayıb. Transparency.az-a verilən məlumata görə, DMX 9 ayda ümumilikdə 22 470 nəfər işsiz və iş axtaran vətəndaşı münasib iş yerləri ilə təmin edib. Bu dövrdə məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan vətəndaşlardan 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Bu il DMX 2776 nəfər vətəndaşı kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadıçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Yanvar-sentyabr aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Onların 1675 nəfəri qadınlardır.

Vergi cinayətlərinin statistikası açıqlanıb


13.10.2015

vergi - cinayet2015-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 1621 cinayət işi başlanıb.

Nazirliyin analitik-informasiya şöbəsinin yaydığı məlumata görə, 305 iş vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (174-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələri, 1277 iş vergi borcunun ödənilməməsi, 38 iş operativ vergi nəzarəti tədbirlərinin (19-u işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 18-i aksiz markası ilə markalanmamış məhsulların saxlanması faktı üzrə) nəticələri ilə bağlı vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1 iş isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq mühafizə orqanından daxil olmuş material üzrə qaldırılıb.

Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 44 milyon 262, 8 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

İstintaqı tamamlanmış cinayət işlərindən 143 şəxs barəsində 115 iş ittiham aktı ilə məhkəmələrə göndərilib.

Departamentin istintaq idarəsində 573 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 290 iş çox) ibtidai istintaq tamamlanıb, 44 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 458 cinayət işindən 390-ı üzrə vergilər (72 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödənib, həmin cinayət işlərinə xitam verilib

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 31 nəfər şəxs tutularaq istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub.


Parlamentdə büdcə müzakirələri gedir


13.10.2015

mm 1Oktyabrın 13-ü Milli Məclisin plenar iclasında 2016-cı ilin büdcə zərfinin müzakirəsi başlayıb. Müzakirələrə baş nazir Artur Rasizadə və hökumət üzvləri qatılıb.

AZƏRTAC xəbər verir ki, “2016-cı ilin dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, “2016-cı il üçün yaşayış minimumu haqqında”, “2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, habelə “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası müzakirəyə çıxarılıb.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, dünyada baş verən maliyyə-iqtisadi böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb: “Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib. Ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizliyinə diqqət həmişə olduğu kimi yüksək olub və bu il də eyni məqsədlə kifayət qədər vəsait ayrılıb. Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında özünü sınaqlardan qoruya bilib. Növbəti ildə də iqtisadiyyatda real artım gözlənir”.

Spiker qeyd edib ki, gələn ilin dövlət büdcəsinin kiçilməsi Dövlət Neft Fondundan transfertlərin azalmasının nəticəsidir: “Cari il büdcəyə Dövlət Neft Fondundan 10,4 milyard manat transfert edildiyi halda gələn il bu rəqəmin 6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır”.

Spiker əlavə edib ki, bəzi investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat nəzərdə tutulub, bu da 2015-ci ilin göstəricisindən 4,872 milyard manat və ya 25,1% azdır: “2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 milyard manat daxilolma proqnozlaşdırılır, bu da 2015-ci illə müqayisədə 510 milyon manat və yaxud 7,2% azdır. Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla 1 milyard 590 milyon manat proqnozlaşdırılır, bu da 2015-ci il səviyyəsindədir”.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxışında deyib ki, dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik, Azərbaycanın partnyorları olan ölkələrdə milli valyutaların ucuzlaşması orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir: “Dünya iqtisadiyyatında baş verən proseslər xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır. Dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb”.

APA-nın məlumatına görə, Şahin Mustafayev qeyd edib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında 1,8%, qarşıdakı 3 ildə isə 3,7%-lik artım proqnozlaşdırılır, gələn il ölkədə 3,3% inflyasiya gözlənir.

Nazir vurğulayıb ki, makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib: “Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq”.

Elman Rüstəmov qeyd edib ki, yüksək dollarlaşma səbəbindən Mərkəzi Bankın valyuta ehtiyatları azalıb. Onun sözlərinə görə, 2014-cü ildə valyuta ehtiyatları 15 milyard dollar olub. Hazırda valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu qeyd edən Elman Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun gəldiyini vurğulayıb.

Mərkəzi Bankın rəhbəri əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, Mərkəzi Bankın gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır, əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə