Xəbər bülleteni №11


Yeni hərbi hissədəki obyektlərin açılışı olub



Yüklə 479,53 Kb.
səhifə9/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Yeni hərbi hissədəki obyektlərin açılışı olub


14.10.2015

Azərbaycan Silahlı Qüvvələrinin yeni hərbi hissəsində obyektlərin açılışı olub.

Mod.gov.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi oktyabrın 13-də yeni inşa edilən qərargah, əsgər yataqxanaları, ideoloji, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, interaktiv tir, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərə baş çəkib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək deyib ki, Silahlı Qüvvələrdə tikinti işləri sürətlə davam edir: “İlin sonunadək birliklərdə, hərbi hissələrdə yeni tam təmin olunmuş 10-dək hərbi şəhərciyin inşasını yekunlaşdıracağıq. Eyni zamanda Silahlı Qüvvələrin istifadəsinə ən müasir döyüş texnikası, silah-sursat və yeni avadanlıqlar verilir. Sizin hərbi hissə də ən müasir zirehli döyüş texnikası ilə silahlanıb”.

Nazir hər bir hərbi qulluqçunun xidmət yerində çalışmaqla qələbəni yaxınlaşdırdığını vurğulayıb: “Məqsədimiz qısa müddətə torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunu Silahlı Qüvvələrdən xalqımız və ali baş komandan tələb edir. Silahlı Qüvvələr yüksək səviyyədə çalışaraq buna nail olmalıdır. Bir daha ali baş komandanı və xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələr qarşıda duran müqəddəs vəzifəni qısa müddətdə və uğurla yerinə yetirməyə hazırdır”.

acilis2

acilis3

acilis5

acilis6

acilis7

acilis8

acilis10

acilis11

acilis14

acilis15

acilis12

acilis20

Dövlət Sosial Müdafiə Fondunda fərdi hesabı olanların sayı 3 milyon 136 min nəfəri ötüb


14.10.2015

dsmf foto
Dövlət Sosial Müdafiə Fondundan Transparency.az-a verilən məlumata görə, sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 3 milyon 136 min nəfəri ötüb. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb.

Başqa bir xəbərdə qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2,2 dəfə artıb: “Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsini əhatə edir və fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. 2015-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət” portalı və “Elektron ödəniş” portalı vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur.

Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb. 2015-ci ilin 9 ayı ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azalıb”.


Nazirlik sosial xidmət müəssisələrində yaşayanların sayını açıqlayıb


14.10.2015

nazirlikBu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmət alanların sayı 1072 nəfər olub. Həmin şəxslərdən 336 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və Bakının Şağan qəsəbəsindəki 1 saylı, Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar. Qalan 736 nəfər isə nazirliyin müvafiq sosial xidmət müəssisələrində daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Transparency.az-a verilən məlumata görə, 9 ayda sosial xidmət müəssisələrində yaşayan şəxslərdən ümumilikdə 52 nəfər doğma ailələrinə qayıdıb.


Məzənnə siyasətində iki yol


14.10.2015

merkezi bankMilli Məclisin 13 oktyabr iclasında, büdcə zərfinin müzakirəsində danışan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, yüksək dollarlaşma səbəbindən Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, 2014-cü ildəki 15 milyard dollardan 7 milyard dollara düşüb. O əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, Mərkəzi Bankın gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır, əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.

Transparency.az-a şərh göndərən iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib ki, Elman Rüstəmovun çıxışını çevik məzənnə siyasətinə keçid mesajı kimi dəyərləndirmək mümkündür: “Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı. Devalvasiyadan sonrakı dövrdə nə ixrac potensialının genişlənməsi, rəqabət qabiliyyətinin artırılması, nə də pul-kredit göstəricilərində müsbət dəyişiklik var. Ötən dövrdə kredit qoyuluşlarının həcmi azalıb, geri qayıtmayan problemli kreditlərin həcmi artıb. Bankların cəlb etdiyi əmanətlərin səviyyəsinin aşağı düşməsi ilə yanaşı onun valyuta tərkibində dollar hökmran mövqeyə çıxıb.

Hər iki tendensiyanın davamlı olması Mərkəzi Bankdan yeni addımlar atmağı tələb edir. Odur ki, Mərkəzi Bankın sədri parlament kürsüsündən başqa alternativlərlə bağlı araşdırmalar apardıqlarını bəyan etdi. Mərkəzi Bankın manatı sabitləşdirmək üçün çox seçimi yoxdur. Məzənnənin tənzimlənməsinin iki yolu qalıb: valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə 7 milyard dollar ehtiyatı da qısa müddətə xərcləmək, ikincisi isə valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazar iştirakçılarının ixtiyarına vermək. İkinci yanaşma yeni olduğuna görə ona keçid hazırlıq tələb edir. Əks təqdirdə bazar tənzimlənməsi zamanı manat kəskin ucuzlaşa bilər. Buna yol verməmək üçün keçid dövrünün tədbirlərindən birinin yeni devalvasiya olması mümkündür”.

Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə