Xəbər bülleteni №16



Yüklə 0,61 Mb.
səhifə10/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Manatın başını buraxmaq?


03.12.2015

samir eliyev 1ABŞ-ın ən nüfuzlu banklarından olan “Bank of America” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırıb. “Azadlıq” radiosunun məlumatına görə, “Forex ProFinance Service” bildirir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların ucuzlaşmasına səbəb olub: “Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib. Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edir. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.

Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib, təngənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da təngənin kursu zəifləməkdə davam edib.

Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Azərbaycan Mərkəzi Bankı fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb”.

“Bank of America” qeyd edir ki, Azərbaycan manatın məzənnəsini qorumaq üçün öz ehtiyatının 25 faizini sərf edib. ABŞ bankı bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib, manata yenidən 30-35 faiz devalvasiya lazım olduğunu vurğulayıb: “Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməli, ya manatın yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməli, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir”.

Transparency.az-ın məlumatına görə, dekabrın 2-də şərh yayan iqtisadçı ekspert Samir Əliyev manatı saxlamaq üçün görülən inzibati tədbirlərə rəğmən devalvasiyanın qaçılmaz olduğunu vurğulayıb. Ekspert noyabr ayında dolların digər əsas valyutalara münasibətdə möhkəmləndiyini, bunun manata da təsir etdiyini deyib: “Ancaq digər valyutalardan fərqli olaraq manat növbəti dəfə dirəniş göstərdi. Bahalaşma hər 100 dollara cəmi 21 qəpik oldu. Dünyada baş verənlərin təsiri olaraq noyabrda dollara tələbatın artması intervensiyanı gücləndirdi. Təkcə bir həftədə Mərkəzi Bank 300 milyon dollardan çox intervensiya etmək məcburiyyətində qaldı. Təsadüfi deyil ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,6% və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb. Bu, son 5 ildə ən aşağı həddir. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55% azalıb. İlin əvvəlində Mərkəzi Bankın 13,6 milyard dollarlıq ehtiyatı vardı.

Hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atıb. 2015-ci ilin dövlət büdcəsi ixtisar edilib, büdcə xərclərinin proqnozu 21 milyarddan 17,7 milyard manata endirilib, əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transfer 10,4 milyarddan 8,1 milyard manata düşürülüb. Eyni zamanda hökumət Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini ölkəyə gətirməli olub, Mərkəzi Bank valyuta ehtiyatının yarıdan çoxunu qurban verib. Bütün bunlara rəğmən təzyiqlər daha da güclənib.

İndi hamını bir sual düşündür: devalvasiya olacaqmı? Fikrimcə, bu, artıq müzakirə mövzusu deyil. Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə devalvasiyanın forması və zamanı sual doğurur”.

Samir Əliyevin fikrincə, devalvasiya ehtimalını gücləndirən amillər çoxdur: “Əvvəla, dekabrın 15-16-da ABŞ-ın Federal Ehtiyat Sisteminin iclasında uçot dərəcəsinin qaldırılması baş versə, dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollar bahalaşacaq, onun təsiri Azərbaycana da çatacaq.

İkincisi, neftin mövcud qiyməti manatı saxlamaq üçün kifayət etmir. Hələ ki, bahalaşma görünmür. Üçüncüsü, Neft Fondunun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq.

Dördüncüsü, ölkənin tədiyyə balansında vəziyyət optimizm vəd eləmir. Cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. İdxal tam rəsmləşdirilsə, bunun mənfi saldo olduğu açıq görünər. Beşincisi, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır.

Altıncısı, Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır. Ən nəhayət, manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq”.

Ərzağın ən baha və ucuz olduğu şəhərlər


03.12.2015

magaza 1İsveçrə Birləşmiş Bankı dünyanın 71 şəhərində ərzağın qiymətini araşdırıb. Araşdırma 39 məhsuldan (çörək, düyü, süd, ət, balıq, tərəvəz, içkilər və s.) ibarət istehlak səbətinə əsaslanıb. Transparency.az xəbər verir ki, bu sarıdan ən bahalı şəhər İsveçrənin Sürix şəhəridir. Bu şəhərdə 39 məhsuldan ibarət istehlak səbəti 738 dollara başa gəlir.

İkinci yerdə Seul, 3-cü yerdə Nyu-York dayanır.

Ən bahalı şəhərlər sırasında Cenevrə, Mayami, Tokio, London, Sidney və Oslo da var.

Bankın araşdırmasına əsasən, Ukraynanın paytaxtı Kiyev 166 dollarla ən ucuz şəhərdir.

Sofiyada istehlak səbəti 214, Buxarestdə 248, Praqada 251, Varşavada 253, Moskvada 336 dollaradır.

Biləsuvarda 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib


03.12.2015

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 3-ü Biləsuvar rayonunda işgüzar forum keçirib. Transparency.az nazirliyin rəsmi məlumatına istinadla bildirir ki, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib. Kreditlər əsasən taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı və digər sahələrin inkişafına yönəldiləcək.

Forumda bildirilib ki, bu il 5100-ə yaxın sahibkara verilən 211,7 milyon manat güzəştli kredit 11600-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq. Məlumata görə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

Son illər rayonun 1659 hektar ərazisində 22 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılması üçün 20,8 milyon manat güzəştli kredit verilib.



guzesht kredit

guzesht kredit 2

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə