Xəbər bülleteni №16


Xarici donorların Azərbaycanda qrant vermək hüququ: hökumət qaydanı təsdiqlədi



Yüklə 0,61 Mb.
səhifə12/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Xarici donorların Azərbaycanda qrant vermək hüququ: hökumət qaydanı təsdiqlədi


04.12.2015

nkNazirlər Kabineti xarici donorların Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını təsdiq edib. Transparency.az xəbər verir ki, sənəd beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəliklərinin qrant vermək hüququnun əldə etməsi qaydasını tənzimləyir.

Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlana bilməz. Qaydanın tələbləri Azərbaycan Respublikasının və Azərbaycan Respublikası hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.

Xarici donorlar Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə etməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.

Qayda

Hesablama Palatası üç dövlət qurumunda yoxlamalarla bağlı qərarlar qəbul edib


04.12.2015

hesablama_palatasi 1
Hesablama Palatası Kollegiyasının iclası keçirilib. Transparency.az rəsmi məlumata əsasən bildirir ki, kollegiya iclasında bu nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib:

- “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron kanalı istismar idarəsinin dövlət büdcəsinin gəlirlərini hesablaması və dövlət büdcəsinə ödəməsinin, dövlət əmlakından istifadə etməsinin qanunvericiliyə uyğunluğuna dair;

- dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin istifadəsinə;

- dövlət büdcəsindən Saatlı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair.

İclasda hər bir nəzarət tədbiri üzrə qərar qəbul olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Müdafiənin ön xəttində Azərbaycan mövqelərinə basqın cəhdi olub


04.12.2015

mnDekabrın 4-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu ərazilərdə təxribat xarakterli fəaliyyəti genişləndirməyə çalışır: “Regiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır”.


Avronun bahalaşması nə vəd edir? (Ekspert rəyləri)


04.12.2015

avro 1Transparency.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov avronun məzənnəsindəki dəyişikliyin manata təsiri haqqında rəy yayıb. Ekspert manatın dollar qarşısında möhkəmlənəcəyini vurğulayıb: “Avropa Mərkəzi Bankı depozit dərəcəsini neqativ 0,2 faizdən neqativ 0,3 faizə endirdi. Qərar valyuta bazarını sözün həqiqi mənasında silkələdi. 1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu, cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir.

Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən güc verəcək. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı son bir ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən faizlə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər”.

Digər iqtisadçı ekspertlər avronun bahalaşmasına çox da güvənməməyi məsləhət görür. Samir Əliyevin proqnozuna görə, avronun bahalaşması müvəqqətidir və həvəslənib pulu dəyişməyə dəyməz.

Natiq Cəfərli isə ilin çempion valyutasının yenə dollar olacağını düşünür və bu ay ABŞ-ın Federal Ehtiyat Sisteminin iclasında uçot dərəcəsinin qaldırılacağını vurğulayır.


Ekoloji pozuntulara dair yeni hesabat yayılıb


04.12.2015

ekoEkologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın ikinci yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 174 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 53 iş üzrə 78380 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 38 iş üzrə 19637.17 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 122 iş üzrə 20326.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 18, icra qurumlarına isə 13 iş göndərilib.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə