Xəbər bülleteni №16


ildə 1033 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub



Yüklə 0,61 Mb.
səhifə15/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

7 ildə 1033 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub


04.12.2015

miqrasiya
Dövlət Miqrasiya Xidməti (DMX) dekabrın 4-də Şəki Regional Miqrasiya İdarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” — vətəndaş forumu keçirib. Vətəndaşsızlığın aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər barədə geniş söhbət açılan foruma vətəndaşlar, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən DMX əməkdaşı bildirib ki, prezidentin 6 mart 2008-ci il fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən qurum Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb: “Bundan əlavə vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür. Görülmüş tədbirlərin nəticəsidir ki, 2008-2015-ci illər ərzində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddət ərzində 32016 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib”.

İkili vətəndaşlıqla bağlı sualı cavablandıran DMX əməkdaşı vurğulayıb ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub: “Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır”.

Migration.gov.az xəbər verir ki, xidmət əməkdaşı informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbulu barədə təqdimatla çıxış edib. Qurumun istifadəyə verdiyi 10-u elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb.


Ermənistan konstitusiya islahatına getdi


07.12.2015

serkisyan 1Ermənistanda dekabrın 6-da keçirilmiş konstitusiya referendumunun ilkin nəticələri açıqlanıb. Transparency.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası referenduma seçicilərin 50,51%-nin (1 milyon 296 min 368 nəfər) qatıldığını bəyan edib. 1997 məntəqədən alınan ilkin nəticələrə əsasən, 825 min 622 seçici (63,35%) konstitusiya dəyişikliklərini dəstəkləyib, 421 min 593 nəfər (32,35%) islahatlara yox deyib.

Prezident Serj Sərkisyanın və onun başçılıq etdiyi Respublika Partiyasının təşəbbüsü olan konstitusiya dəyişiklikləri parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq. Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, həmin turun qalibi əlavə mandatlar alacaq.

Müxalifətin bir hissəsi konstitusiya dəyişikliklərinin əleyhinə çıxır. Paytaxt Yerevanda bir qrup müxalif dekabrın 1-dən oturaq aksiya keçirir. “Yeni Ermənistan” birliyinin keçirdiyi aksiyanın liderləri Jirayr Sefilyan, Armen Martirosyan, Raffi Ovannisyan və başqalarıdır. Bu gün saat 16-ya mitinq təyin olunub.

Günəşli” faciəsində itkin düşənlərin axtarışı davam edir


07.12.2015

guneshli 1
Xəzərdə — Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfərin axtarışı davam edir. Dekabrın 6-da açıqlanan son məlumata görə, yanğının tam söndürülməsi üçün platformaya əlavə qüvvələr cəlb olunub.

Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında qeyd olunur ki, dekabrın 4-ü saat 17:40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayığı aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanıb. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən xilasedici gəmilərin heç biri özülə yan ala bilməyib. Təqribən 22:45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfərin və 1 meyitin dənizdən çıxarılması mümkün olub. Dekabrın 5-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ikinci qayıqdan 26 nəfəri, özüldən 3 nəfəri xilas ediblər.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Qəza ilə əlaqədar prezidentin sərəncamı ilə dövlət komissiyası yaradılıb. Komissiyanın rəhbəri baş nazir Artur Rasizadədir.

Dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə