Xəbər bülleteni №16


nəfər dövlət qulluqçusu kimi pensiya alır



Yüklə 0,61 Mb.
səhifə17/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

14630 nəfər dövlət qulluqçusu kimi pensiya alır


07.12.2015

Dövlət Sosial Müdafiə Fondu dekabrın 4-ü Gəncə şəhərində regional “Açıq qapı günü” — vətəndaş forumu keçirib. “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

Transparency.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, 1 oktyabr 2015-ci ilə olan statistikaya əsasən, ölkədə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14630 nəfərdir: “Onların 60,27 faizi yaşa görə, 26,56 faizi əlilliyə görə, 13,17 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,99 faizi kişilər, 30,01 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 482,09 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir”.

Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır: “Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal işləyən vətəndaşları dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir”.



dsmf 1

dsmf 2

Latviya hökuməti buraxıldı


07.12.2015

laimdota straujmaLatviyanın baş naziri Laymdota Strauyuma dekabrın 7-də istefa verib. Bununla bağlı hökumət də buraxılıb.

Novator.az-ın məlumatına görə, baş nazir prezidentə təqdim etdiyi istefa ərizəsində qeyd edib ki, ölkənin iqtisadi durumu yaxşıdır, ümumi daxili məhsul ötən illə müqayisədə 3,3 faiz artıb, əmək haqları yüksəlib, ixracda irəliləyiş qeydə alınıb.

Laymdota Strauyuma qeyd edib ki, ötən illə müqayisədə investisiyaların həcmi 6 faiz artıb və bundan sonra dövlətə yeni ideyalar, yeni enerji gərəkdir.

Laymdota Strauyuma hökumətə 2014-cü il yanvarın 22-dən rəhbərlik edirdi.


Azneft” İstehsalat Birliyinin baş mühəndisi yeni məlumatlar açıqlayıb


07.12.2015

balamirze agarehimov
Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov dekabrın 7-də mətbuat konfransı keçirib. O deyib ki, Xəzərdəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfərin axtarışı davam edir.

Dekabrın 4-ü saat 17:40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayığı aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanıb. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən xilasedici gəmilərin heç biri özülə yan ala bilməyib. Təqribən 22:45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfərin və 1 meyitin dənizdən çıxarılması mümkün olub. Dekabrın 5-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ikinci qayıqdakı və özüldəki adamları xilas ediblər.

Balamirzə Ağarəhimovun sözlərinə görə, hazırda əsas iki istiqamətdə işlər tam sürətlə aparılır: “Xilasetmə işləri ilə əlaqədar axtarışlar gəmilərlə bütün gecəni davam etdirilib. Gecə 7 gəmi 10 nömrəli platformanın söndürülməsi istiqamətində iş aparıb. Bu gün səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin (FHN) və digər qurumların vertolyotları axtarışlara başlayıblar. Bugünkü hava şəraiti işlərin gəmilər və helikopterlərlə aparılmasına imkan verir. Təəssüflər olsun ki, itkin düşmüş işçilərin tapılması mümkün olmayıb”.

AZƏRTAC-ın məlumatına əsasən, “Azneft” İstehsalat Birliyinin rəsmisi deyib ki, səhər saatlarından geofizika gəmisi ilə “Neft daşları”nda 3 nəfərin axtarışı ilə əlaqədar 501 nömrəli platformanın suyun altında olan hissəsində axtarışlara başlanıb, bu sahədə də FHN-in helikopterləri axtarışları davam etdirir.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də “Neft daşları”nın 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Dekabrın 4-də 501 nömrəli özüldə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları — 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. İtkin düşənlər hələlik tapılmayıb.


Əsgərin ölümünə görə cinayət işi qaldırılıb


07.12.2015

mn 1Azərbaycan ordusunun giziri Əhmədov Ceyhun Fəxrəddin oğlunun açdığı atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin dekabrın 7-də yaydığı məlumata görə, hadisə təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində baş verib.

Gizir Ceyhun Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə