Xəbər bülleteni №16


MM: müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib



Yüklə 0,61 Mb.
səhifə19/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

MM: müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib


07.12.2015

mm 1Dekabrın 7-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər layihəsinə baxılıb. Dəyişikliyə əsasən, nizamnamənin 18-ci — “Dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi” fəsli yeni redaksiyada verilir. Bu dəyişiklik hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı daha yüksək səviyyədə hərbi ehtiramın göstərilməsi məqsədini daşıyır.

Başqa bir yeniliyə görə, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil olunur. Bu qaydalar nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklə bağlı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna da dəyişikliklər olunacaq. Dəyişikliyə əsasən, attestasiya olunan fövqəladə hallar orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Büdcə paketi imzalanıb (Sənədlərin mətni)


08.12.2015

prezident-ferman
Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsi paketinə daxil olan sənədləri imzalayıb. Transparency.az bildirir ki, dövlət büdcəsinin (Büdcə) gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat məbləğində təsdiq edilib (Detallar).

Təsdiqlənən digər qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 milyard 78 milyon 570 min 100 manat, xərcləri bir o qədərdir (Qanun).

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği belə təsdiqlənib: ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi də imzalayıb. Yeniliyə görə, qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 75 faizi tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Şimal-Cənub” dəhlizində işlərin sürətləndirilməsinə sərəncam verilib


08.12.2015

yol 1Dekabrın 7-də prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsinə sərəncam verib. Transparency.az-ın məlumatına görə, sərəncamla bunlar qərara alınıb:

1. Xarici İşlər Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq barədə çərçivə sazişinin və Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası ilə İran İslam Respublikasının müvafiq qurumları arasında müqavilənin layihələrini razılaşdıraraq Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

2. Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə bu sərəncamın 1-ci hissəsində göstərilən müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu sərəncamın 2-ci hissəsində göstərilən dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin etsinlər.

Nazirlər Kabineti sərəncamın 2-ci və 3-cü hissələrində göstərilən infrastruktur layihələri ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə zəruri tədbirlər görməlidir.

Sumqayıtın icra başçısı yeni səlahiyyət aldı


08.12.2015

sumgayit 1Dövlət başçısı İlham Əliyev dekabrın 7-də Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Transparency.az bildirir ki, fərmanla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılır.

Yeniliyə görə, Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektlərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət etməsinə nəzarət, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olacaq.

Nazirlər Kabineti Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində prezidentinə təqdim etməlidir. Bununla bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxılmalıdır.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə