Xəbər bülleteni №16


-cı ildən qüvvəyə minəcək vergi yenilikləri rəsmiləşib



Yüklə 0,61 Mb.
səhifə20/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

2016-cı ildən qüvvəyə minəcək vergi yenilikləri rəsmiləşib


08.12.2015

vergi 1Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb (Qanun). Gələn il yanvarın 1-dən qüvvəyə minəcək yeniliklərdən birinə görə, sadələşdirilmiş vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir. Hazırda hər iki fəaliyyət üzrə sadələşdirilmiş vergi 4%-dir.

Transparency.az xəbər verir ki, dəyişikliklərdən biri mərc oyunları ilə bağlıdır. 2016-cı ildən idman mərc oyunlarından əldə edilən uduşlar 10% dərəcə ilə vergiyə cəlb olunacaq. Hazırda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azaddır.

Başqa bir yeniliyə görə, fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun (hazırda 140 manatdır, gələn il 146 manat olacaq) 1 misli, illik gəliri 30000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olacaq.

Hazırda fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar olan aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Gələn ildən vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artırılır. Təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozmalarına birinci dəfə yol verəndə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. İkinci belə pozuntu 4000 manat, üçüncüsü 6000 manat cərimə nəzərdə tutur.

Qanun fiziki şəxslərə məxsus daşınmaz əmlakın satışından vergi tutulmasında yenilikləri də ehtiva edir (Yada düşən vergi).


Günəşli” olayı SOCAR-ın fəaliyyətinə necə təsir göstərə bilər?


08.12.2015

yangin“Günəşli” yatağında yanğın Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə necə təsir göstərə bilər? Dekabrın 4-də yatağın 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. Yanğın hələ söndürülməyib.

Transparency.az xəbər verir ki, ekspertlər olayın mümkün nəticələrini şərh ediblər. İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun fikrincə, qəza SOCAR-in investisiya reytinqini aşağı salacaq: “Bu hadisə Dövlət Neft Şirkətinin beynəlxalq reytinqinə təsirsiz ötüşməyəcək. Reytinqinin pisləşməsi isə şirkətin kredit cəlb etmə imkanlarını məhdudlaşdıracaq, maliyyə durumuna və investisiya öhdəliklərinə mənfi təsir göstərəcək”.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini neqativə endirib: “Azərbaycanın suveren reytinqinin dəyişməməsi Dövlət Neft Şirkətinin reytinqinin kəskin pisləşməsinə imkan verməyib. Dövlətin şirkətə dəstəyi onun mövqeyini qoruya bilib. Agentlik hesab edir ki, gələcəkdə ölkənin reytinqinin pisləşməsi ssenarisi şirkətə də neqativ təsir edə bilər.

“Standard & Poor’s” neftin aşağı qiymətlərini nəzərə alaraq yaxın 1-2 ildə reytinqin yaxşılaşmasını gözləmir. SOCAR-ın dövlətin dəstəyi olmadan investisiya xərclərini artırması planı da onun reytinqinə mənfi təsir göstərə bilər. Ancaq neftin bahalaşması reytinqi yaxşılaşdıra bilər. Bütün bunlar SOCAR-ın buraxdığı avrobondların (istiqraz) illik faizlərində əksini tapacaq və onun artmasını şərtləndirəcək. Reytinqin pisləşməsi həmçinin kredit cəlb etmə imkanlarını məhdudlaşdıracaq”.

Ekspert xatırladır ki, SOCAR indiyədək ümumi məbləği 2,25 milyard dollar olmaqla 3 dəfə avrobond yerləşdirib: 2012-ci ildə 5,45% dərəcə ilə 500 milyon dollar, 2013-cü ildə 4,75% dərəcə ilə 1 milyard dollar, 2014-cü ildə 6,95% dərəcə ilə 750 milyon dollar.

2016-nın büdcəsindən mediaya veriləcək məbləğ


08.12.2015

qezetler 1Transparency.az 2016-cı ilin dövlət büdcəsindən media sahəsinə nə qədər vəsait ayrılacağına nəzər salıb.

Dövlət büdcəsinin (Büdcə) gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat məbləğində təsdiq edilib (Detallar).

Media sahəsinə ayrılan vəsait iki bölüm üzrə qruplaşdırılıb: Milli Televiziya və Radio Şurası üçün və radio, televiziya və nəşriyyat sahəsi üçün.

Milli Televiziya və Radio Şurası üçün büdcədə 803 min 862 manat vəsait nəzərdə tutulub.

Radio, televiziya və nəşriyyat işinə isə dövlət 66 milyon 916 min 442 manat ayıracaq. Bu vəsaitin 7 milyon 82 min 754 manatı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), 37 milyon 720 min 320 manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 16 milyon 552 min 800 manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinin, 1 milyon 3 min 200 manatı “Azərbaycan” nəşriyyatının (dövlət sifarişlərinin yerinə yetirilməsi üçün), 4 milyon 12 min 800 manatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu    nundur.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə verilən subsidiya 521 min 664 manat təşkil edir. Radio və televiziya redaksiyalarının saxlanılması üçün isə 22 min 904 manat nəzərdə tutulub.


Bakıda miqrantlarla bağlı büro iclası keçirilir


08.12.2015

iclas 1
Dekabrın 8-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar Komitəsinin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” beynəlxalq konvensiyasının 25 illiyinə həsr olunmuş büro iclası başlayıb. Rəsmi məlumata görə, iclasda danışan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin 1990-cı il dekabrın 18-də qəbul etdiyi konvensiyaya ötən dövrdə 60-dan çox ölkənin qoşulduğunu deyib. Nazir Azərbaycanın həmin sənədi 1998-ci ilin 11 dekabrında qəbul etdiyini bildirib: “Dünya ölkələrinin inteqrasiyasının güclənməsi və qloballaşma prosesi ilə müşayiət olunan miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün aktual problemlərindən birinə çevrilib. Hazırda dünyada hər 35 nəfərdən biri, yəni dünya əhalisinin 3%-ə yaxını beynəlxalq miqrantdır”.

Müslümov bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda da miqrasiya prosesləri meydana gələrək genişlənməyə başlayıb: “Həmin dövrdə siyasi və iqtisadi problemlər, xüsusilə də Ermənistanın ölkəmizə hərbi təcavüzü, bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunması və 1 milyondan çox vətəndaşımızın ölkə daxilində qaçqına çevrilməsi səbəbindən Azərbaycandan xarici ölkələrə emiqrasiya böyük vüsət almışdı. Ermənistanın işğalı nəticəsində 300 mindən çox iş yerinin itirilməsi də əhalinin xaricə miqrasiyasına təkan verən başlıca amillərdən biri idi”.

Nazir hazırda ölkədə əmək miqrasiyası proseslərinin sürətlə genişləndiyini və Azərbaycanın təyinat ölkəsinə çevrildiyini vurğulayıb: “Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi son illər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, vətəndaş cəmiyyətinin bərqərar olması, ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. İnkişaf templərinə görə ölkəmiz bu gün dünya dövlətləri arasında ön sıralardadır”.

Ölkədə əldə olunan sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran nazir bütün bunların Azərbaycanı xarici işçi qüvvəsi üçün də cəlbedici ölkəyə çevirdiyini bildirib: “2014-cü ildə ölkədə iş icazəsi əsasında işləyən əcnəbilərin sayı 12000 nəfər olub, bu da 2003-cü illə müqayisədə 6,6 dəfə çoxdur”.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması sahəsində görülən işlərdən bəhs edib. O, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə yanaşı iş icazəsi almış miqrantların əmək fəaliyyəti üçün əlverişli şərait yaradılmasının diqqətdə saxlandığını qeyd edib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkədə müasir çağırışlara çevik reaksiya verən və beynəlxalq standartlara uyğun qurulan sığorta-pensiya sisteminin əməkçi miqrantların da etibarlı sosial müdafiəsini  təmin etdiyini bildirib: “Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən xarici vətəndaşlar da məcburi dövlət sosial sığorta haqlarının ödəyicisidirlər”.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə