Xəbər bülleteni №16


“Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib



Yüklə 0,61 Mb.
səhifə21/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib


08.12.2015

vyaceslav kryuckov“Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri polkovnik-leytenant Vyaçeslav Kryuçkov vəfat edib.

Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantın vəfatı ilə əlaqədar yaydığı məlumatda deyilir: “Məlum olduğu kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib”.

“Vixr-9” yanğınsöndürmə gəmisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ-nin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə məxsusdur. Vyaçeslav Kryuçkov 7 il bu gəminin komandiri vəzifəsində çalışıb.

1970-ci ildə Bakıda anadan olan Vyaçeslav Kryuçkov Bakı Dənizçilik Məktəbini bitirib. 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 2008-ci ildən “Vixr-9”un komandiri olub. İki övladı var.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, xidmətdə olduğu müddətdə Vyaçeslav Kryuçkov özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb.

Allah rəhmət eləsin!


Yanukoviç siyasətə qayıtmaq istəyir


08.12.2015

viktor yanukovichUkraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyanın RİA Novosti agentliyinə müsahibə verib. Novator.az-ın məlumatına görə, Yanukoviç siyasətə qayıtmaq planı olduğunu vurğulayıb: “Siyasətə qayıtmaq istəyirəm. Bu gün əlimdən gələni əsirgəmir, Ukraynada təhdid olunan, Rusiyada və başqa ölkələrdə məskunlaşan bir çox adama kömək edirəm. Əlbəttə, Rusiyada onlarla əlaqə saxlayır, bacardığım qədər yardım göstərirəm”.

Yanukoviç Ukraynanın bəzi siyasətçiləri ilə də əlaqə saxladığını bildirib: “Onların əksəriyyəti bir il bundan əvvəlki kimi utanmır və qorxmur, görüşlərimiz, müzakirələrimiz zamanı özlərini rahat hiss edirlər”.

Yanukoviç 1950-ci ildə anadan olub. Donetsk Politexnik İnstitutunu və Ukrayna Xarici Ticarət Akademiyasını bitirib. 1997-2002-ci illərdə Donetsk Vilayəti Dövlət Administrasiyasının sədri olub. 2002-ci ildə Ukraynanın baş naziri təyin edilib. 2003-cü ildən Regionlar Partiyasının sədri olub, iki dəfə baş nazir postunu tutub. 2010-cu ilin fevral ayında prezident seçilib.

2014-cü il fevralın 22-də parlament Yanukoviçi prezident postundan uzaqlaşdırıb və o, ölkədən qaçaraq Rusiyaya sığınıb.

Ukraynada Yanukoviç sabiq prezident statusundan məhrum edilib və onun haqqında cinayət işləri qaldırılıb.

2016-cı ilin büdcəsindən ali dövlət qurumları və güc strukturlarına ayrılan vəsait


08.12.2015

adminstrasiyaTransparency.az 2016-cı ilin büdcəsindən ali dövlət qurumları və güc strukturları üçün nə qədər vəsait ayrılacağını nəzərdən keçirib:

Milli Məclis — 23 milyon 245 min 955 manat

Nazirlər Kabineti — 10 milyon 72 min 645 manat

Prezident Administrasiyası — 70 milyon 526 min 812 manat

Xarici İşlər Nazirliyi — 13 milyon 98 min 794 manat

Müdafiə Nazirliyi — 1 milyard 463 milyon 3 min 900 manat

Milli Təhlükəsizlik Nazirliyi — 108 milyon 894 min 688 manat

Daxili İşlər Nazirliyi – 365 milyon 800 min 969 manat

Ədliyyə Nazirliyi — 24 milyon 999 min 300 manat

Fövqəladə Hallar Nazirliyi — 138 milyon 231 min 983 manat

Baş Prokurorluq — 47 milyon 469 min 996 manat

Konstitusiya Məhkəməsi — 4 milyon 84 min 87 manat

Ali Məhkəmə — 7 milyon 63 min 700 manat

Dövlət Sərhəd Xidməti — 210 milyon 919 min 132 manat.

Dövlət büdcəsinin (Büdcə) gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat məbləğində təsdiq edilib (Detallar).

Nazirlik əmək müqaviləsi bildirişləri ilə bağlı hesabat yayıb


08.12.2015

emek nazirliyiNoyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 153 min 163 dəfə istifadə olunub. Rəsmi məlumata görə, istifadəçilərin 120 min 220-si “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, 32 min 943-ü isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən yararlanıb.

Ümumilikdə bu il əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyon 828 min 890 istifadə qeydə alınıb.


Azərbaycanla Fransa arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


08.12.2015

Dekabrın 8-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın yeni səfiri xanım Orelia Buşezlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin inkişafına dair konkret məsələlər müzakirə olunub.

Bölgədəki vəziyyətə toxunan Zakir Həsənov deyib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyəti ilə son bir neçə gündə cəbhə boyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itki verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı sadəcə olaraq Yerevan rəhbərliyinin girovuna çevrilib”.

mn


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə