Xəbər bülleteni №16


AXCP sədrinin müavini nədə ittiham olunur?



Yüklə 0,61 Mb.
səhifə23/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   19   20   21   22   23   24   25   26   27

AXCP sədrinin müavini nədə ittiham olunur?


09.12.2015

fuad facebook 1
Dekabrın 8-də həbs edilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 və 283.2.1-ci maddələri ilə ittiham olunur. Transparency.az bildirir ki, 281.1-ci maddə hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yaymaya görə beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

283.2.1-ci maddəyə əsasən isə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetməyə gətirir.

Fuad Qəhrəmanlı 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2011-ci ildə isə o, müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

40 yaşlı Fuad Qəhrəmanlı dekabrın 8-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs edilib. Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, Fuad Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində Nardaran hadisələri ilə paylaşdığı yazılarla əlaqədardır.

Transparency.az xatırladır ki, noyabrın 26-da Daxili İşlər Nazirliyinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda 2-i polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırov və 30-dan çox başqa şəxs tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb. Dekabrın 1-də Nardarana Daxili Qoşunlar və nizami polis hissələri xüsusi texnikası, şəxsi heyəti yeridilib, qəsəbə xüsusi əməliyyat zonası elan edilib.

Axtarışlar və yanğınla mübarizə davam edir


09.12.2015

qezaDövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə dekabrın 4-də baş vermiş yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən “Neft daşları”nın 3 itkin əməkdaşının axtarışları davam edir. APA-Economics bildirir ki, “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda dekabrın 9-da keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, axtarışlar nəticə verməyib. Baş mühəndis əlavə edib ki, “Günəşli”dəki yanğın hələ də söndürülməyib.

Dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. 63 işçidən 33-ü xilas edilib, 7 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

Ekspert təxirəsalınmaz tədbirlərə çağırır


09.12.2015

qubad-ibadogluİqtisadçı alim Qubad İbadoğlu dünya bazarında xam neftin satış qiymətinin aqibəti haqda proqnoz verib. Transparency.az-a danışan ekspert deyib ki, dünya bazarında dekabrın 8-də qeydə alınan ciddi ucuzlaşmada neftin qiyməti 2009-cu ilin fevralından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir gözlənən 1 barrel üçün 40 dollar psixoloji baryerini aşıb: “Qiymət bu ilin əvvəli ilə müqayisədə 10 dollardan çox aşağı düşüb. Xam neftin qiymətinin hansı səviyyəyə qədər enəcəyi sualı beynəlxalq analitikləri ciddi düşündürür. Onların proqnozlarına görə, dünya bazarlarında yüksək təklif şəraitində ucuzlaşma qarşısıalınmaz olacaq.

Xam neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqları üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Bu istiqamətdə qısamüddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel olaraq iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir”.

AZƏRTAC-ın 9 dekabr məlumatına görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,49 dollar bahalaşaraq 38,16 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 0,18 dollar ucuzlaşaraq 40,75 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 0,29 dollar ucuzlaşıb və 41,58 dollara satılır.

Rusiyada 9 aylıq korrupsiya statistikası açıqlanıb


09.12.2015

rusiyada korrupsiya2015-ci ilin 9 ayı ərzində Rusiya istintaq orqanları korrupsiya ilə bağlı 20 mindən artıq cinayət işi qaldırıb. Novator.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin belə deyib.

Markinin sözlərinə görə, komitə korrupsiya cinayətləri ilə bağlı 30 min 600 işə baxıb və 20 min 353 cinayət işi qaldırıb. 9 ay ərzində komitənin müstəntiqlərinin icraatında korrupsiya ilə bağlı 25 min 255 cinayət işi olub. Məhkəməyə göndərilən cinayət işləri arasında rüşvət verilməsi və alınması, dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə işləri üstünlük təşkil edib.

Markin bildirib ki, Rusiya İstintaq Komitəsi xüsusi hüququ statusu olan şəxslərə qarşı korrupsiya ilə bağlı cinayət işlərini də araşdırıb: “Daxili işlər orqanlarının 25, narkotikə nəzarət orqanlarının 2 müstəntiqi, 7 prokuror, 36 vəkil, seçki komissiyalarının 43 üzvü, yerli özünüidarə orqanlarının 150 deputatı, 131 bələdiyyə rəhbəri, qanunverici hakimiyyət orqanlarının 11 deputatı və 8 hakim cinayət məsuliyyətinə cəlb olunub”.

Komitə rəsmisinin sözlərinə görə, bu ilin 9 ayı ərzində yüzlərlə müxtəlif rütbəli məmura qarşı cinayət işləri araşdırılıb.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə