Xəbər bülleteni №16


Ermənistan ordusunun istefada olan zabiti dövlətə xəyanət ittihamı ilə həbs edilib



Yüklə 0,61 Mb.
səhifə24/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   19   20   21   22   23   24   25   26   27

Ermənistan ordusunun istefada olan zabiti dövlətə xəyanət ittihamı ilə həbs edilib


09.12.2015

Ermənistan Müdafiə Nazirliyinin istefada olan zabiti Qarik Marutyan dövlətə xəyanət ittihamı ilə həbs edilib. Transparency.az xəbər verir ki, mayor Qarik Marutyanın Azərbaycana işləmək ittihamı irəli sürülüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ittihamına görə, 1977-ci il təvəllüdlü Qarik Marutyan ayrı-ayrı hərbi hissələrdə kəşfiyyat rəisi postunda çalışarkən sosial şəbəkələr vasitəsilə Azərbaycanın Türkiyədə çalışan xüsusi xidmət əməkdaşları ilə əlaqə qurub, pul müqabilində xidməti bilgiləri, o cümlədən dövlət sirri təşkil edən məlumatları onlara ötürüb.

Qarik Marutyanın dekabrın 4-də tutulduğu bildirilir.


Ermənistan ordusunun istefada olan zabiti dövlətə xəyanət ittihamı ilə həbs edilib


09.12.2015

Ermənistan Müdafiə Nazirliyinin istefada olan zabiti Qarik Marutyan dövlətə xəyanət ittihamı ilə həbs edilib. Transparency.az xəbər verir ki, mayor Qarik Marutyanın Azərbaycana işləmək ittihamı irəli sürülüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ittihamına görə, 1977-ci il təvəllüdlü Qarik Marutyan ayrı-ayrı hərbi hissələrdə kəşfiyyat rəisi postunda çalışarkən sosial şəbəkələr vasitəsilə Azərbaycanın Türkiyədə çalışan xüsusi xidmət əməkdaşları ilə əlaqə qurub, pul müqabilində xidməti bilgiləri, o cümlədən dövlət sirri təşkil edən məlumatları onlara ötürüb.

Qarik Marutyanın dekabrın 4-də tutulduğu bildirilir.


Ermənistan Silahlı Qüvvələrinin pilotsuz aparatı vurulub


09.12.2015

Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı vurulub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Qeyd olunur ki, dekabrın 9-u saat 9 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) vaxtında aşkar olunaraq açılan atəşlə məhv edilib.



pua1

pua2

AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib


09.12.2015

portraitaufnahme des bundesratsmitgliedsAvstriyalı deputat Stefan Şennak dekabrın 9-da Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib. Xəbəri AZƏRTAC-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov verib.

Yaşıllar Partiyasından olan Stefan Şennak Polşa təmsilçisi Tadeuş İvinskini əvəzləyib. O, 1956-cı ildə anadan olub, jurnalistdir.


Baş Prokurorluqdan Fuad Qəhrəmanlı açıqlaması


09.12.2015

bash-prokurorluqDekabrın 9-da Baş Prokurorluq AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, aparılmış istintaqla Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb: “Öz çağırışları ilə Fuad Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

Fuad Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib.

Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutub


09.12.2015

Müdafiə Nazirliyinin yeni məlumatına görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub. Məlumatda xəbərdarlıq edir ki, ordu düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək.


Rusiya Federasiya Şurası 2016-cı ilin büdcəsini qəbul etdi


09.12.2015

rf 1Novator.az xəbər verir ki, dekabrın 9-da Rusiya Federasiya Şurası 2016-cı ilin büdcə layihəsini qəbul edib.

Büdcə layihəsini Rusiya Dövlət Dumasından dekabrın 2-də keçmişdi.

Layihədə dövlət büdcəsinin gəlirləri 13,738 trilyon rubl, xərcləri 16,098 trilyon rubl göstərilir. Ümumi daxili məhsulun 3 faizi həcmində və ya 2,36 trilyon rubl büdcə kəsiri nəzərdə tutulur.

Büdcə tərtib olunarkən neftin bir barreli 50 dollardan götürülüb, inflyasiya həddi 6,4 faiz hesablanıb.

Xarici borcun maksimal həddi 55,1 milyard dollar proqnozlaşdırılır.

Leyla Yunus azadlığa çıxdı


09.12.2015

leyla yunus
Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şikayətləri üzrə prosesi davam etdirib. Hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda Leyla Yunusun şərti işlə azadlığa buraxılması barədə qərar qəbul olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

“Azadlıq” radiosunun məlumatına görə, həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsilib. Bu il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Leyla Yunusun cəzası 8 il 6 ay, Arif Yunusun cəzası isə 7 ildir.

Məhkəmə sənədlərin saxtalaşdırılması ittihamını hökmdən çıxarıb. Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərar ləğv olunub.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi Arif Yunusu səhhətinə görə həbsdən buraxılması barədə qərar qəbul edib. Onun haqqında Cinayət-Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə