Xəbər bülleteni №16


Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətinə üç məsələ ilə bağlı vaxt qoyub



Yüklə 0,61 Mb.
səhifə26/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   19   20   21   22   23   24   25   26   27

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətinə üç məsələ ilə bağlı vaxt qoyub


10.12.2015

avropa shurasiAvropa Şurasının Nazirlər Komitəsi dekabrın 8-9-da keçirilmiş iclasında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası vəziyyətini müzakirə edib. “Azadlıq” radiosu xəbər verir ki, iclasda Azərbaycana aid üç işlə bağlı çıxarılmış qərarların icrasına da baxılıb.

AİHM 8 aprel 2010-cu ildə AXCP funksioneri Nemət Əliyevin şikayət ərizəsi üzrə qərar çıxarmış, ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat verilən azad seçki hüququnun pozulduğunu, dövlətin ona mənəvi ziyana görə 7500 avro kompensasiya ödəməsini müəyyən etmişdi.

Nazirlər Komitəsinin iclasındakı müzakirə nəticəsində çıxarılmış qərarda deyilir ki, Azərbaycan hakimiyyəti seçki pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün faktiki olaraq heç bir addım atmayıb. Qurum Azərbaycan hökumətini bir daha seçki ilə bağlı islahatların sürətlə həyata keçirilməsinə çağırıb.

Sənəddə Azərbaycanda keçirilmiş son parlament seçkisində də vəziyyətin dəyişməməsindən dərin narahatlıq ifadə olunub.

Qərarda bildirilir ki, Azərbaycan hakimiyyəti və Venesiya Komissiyası arasında hazırda heç bir əməkdaşlıq yoxdur. Komitə Azərbaycanı komissiya ilə seçki islahatları tövsiyələrinin icrası sahəsində əməkdaşlığa çağırıb. Azərbaycan hakimiyyətinə Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları təşkilatının seçki sisteminə dair tövsiyələrinin icrası məsləhət görülür.

Tövsiyələrin icrası və bu barədə məlumat hazırlanması üçün rəsmi Bakıya 2016-cı il iyulun 1-dək vaxt verilir.

Nazirlər Komitəsinin iclasında həmçinin Rövşən Mahmudov və Yaşar Ağazadənin Azərbaycana qarşı şikayəti əsasında AİHM-in qərarının icrası vəziyyətinə baxılıb.

AİHM Ağazadə və Mahmudovun işi üzrə fikri ifadə etmək azadlığı hüququnun pozulduğunu müəyyən etmiş, onlara dəyən mənəvi zərərə görə 1000 avro, məhkəmə xərclərinə görə isə 925 avro pul ödənilməsi barədə qərar vermişdi.

Azərbaycan məhkəmələri Ağazadə və Mahmudovu iki məqaləyə görə iki dəfə cəzalandırıb. Söhbət 2003-cü ildə “Müxalifət” qəzetində dərc olunmuş “Azərbaycanda taxıl mafiyası” və 2007-ci ildə dərc olinmuş “A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanıdır” başlıqlı məqalələrdən gedir. Hər iki yazıya görə Ağazadəni və Mahmudovu məhkəməyə prezidentin əmisi akademik Cəlal Əliyev verib. 2007-ci il dekabrın 28-də prezident Ağazadə və Mahmudovu əfv edib.

Nazirlər Komitəsinin qərarında deyilir ki, Azərbaycanda diffamasiya Cinayət Məcəlləsində qalmaqda davam edir və bu qanundan məqsədli şəkildə istifadə olunması problemi aradan qaldırılmayıb, başqa sözlə, Azərbaycan hakimiyyəti bu qanuna Venesiya Komissiyasının tövsiyələri əsasında düzəlişləri həyata keçirməyib.

Nazirlər Komitəsinin qərarında həmçinin bu iş üzrə vəkil olmuş İntiqam Əliyevin özünün məhkum edilməsindən dərin narahatlıq ifadə olunur. Qurum Azərbaycan hökumətinə bu işin icrası barədə 2016-cı ilin martınadək məlumat verilməsini tapşırır.

Komitənin qərarında müxalifət liderlərindən İlqar Məmmədovun dərhal azadlığa buraxılması tələb olunur. Qərarda deyilir ki, AİHM bu barədə hökmü 2014-cü ilin oktyabrında versə də, Məmmədov bu günədək həbsxanadadır. Nazirlər Komitəsi Avropa Məhkəməsinin İlqar Məmmədov barədə sənədlərinin Azərbaycan dilinə tərcümə edilməsi və onun Məmmədovu məhkum etmiş Şəki Ağır Cinayətlər Məhkəməsi də daxil bütün əlaqədar məhkəmələrə paylanmasını tövsiyə edib. Nazirlər Komitəsi bu iş üzrə tədbir görülməsi üçün Azərbaycan hakimiyyətinə gələn ilin martınadək vaxt verib.


DSMF 11 aylıq hesabat yayıb


10.12.2015

dsmf 1Dekabrın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı bu ilin əvvəlindən 6,33 faiz artıb və 3 164 730 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,19 faizi (1 873 159 nəfər) kişi, 40,81 faizi (1 291 571 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstündür. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,07 faizini (793 363 nəfər) əhatə edir. Sığortaolunanların 21,17 faizi (669 940 nəfər) 30 yaşa kimi, 20,48 faizi (648 249 nəfər) 40-50 yaş aralığında olan, 21,16 faizi (669 668 nəfər) 50-60 yaş aralığında olan, 12,12 faizi (383 510 nəfər) 60 yaşdan yuxarı olan şəxslərdir.


Tibbi-Sosial Ekspert Komissiyalarında müayinə barədə məlumatın verilməsi elektronlaşdı


10.12.2015

e-xidmet 2Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini işə salıb. Transparency.az-a verilən rəsmi məlumata görə, xidmət “Elektron hökumət” portalında təqdim olunur.

Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən yararlanıb müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər. İstifadəçilərin “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışları bundan öncə kimlərin və hansı tarixdə yoxlaması barədə məlumatlar əldə etmək imkanı var.

İstifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı PDF formasında əldə edərək onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə də həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır. Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə