Xəbər bülleteni №16


Dövlət Statistika Komitəsinin tabeliyində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradıldı



Yüklə 0,61 Mb.
səhifə4/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

Dövlət Statistika Komitəsinin tabeliyində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradıldı


01.12.2015

statistika_komitesi_
Nazirlər Kabineti Dövlət Statistika Komitəsinin tabeliyində olan qurumların siyahısına dəyişiklik edib. Dövlət Statistika Komitəsinin Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılıb. Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət Statistika Komitəsinə Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin yerinə yetirdiyi işlərin maliyyələşdirilməsi hər il dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsaitlər hesabına həyata keçiriləcək.

Natiq Kərimov: “Silah axtarırlar”


01.12.2015

natiq kerimov
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov dekabrın 1-də, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirdiyi saatlarda Novator.az-ın suallarını cavablandırıb.

- Hazırda kənddə vəziyyət necədir?

- İndi bir söz deyə bilməyəcəm. Çünki evdən çölə çıxa bilmirəm.

- Noyabrın 26-da keçirilən əməliyyat zamanı həlak olan kənd sakinlərinin cənazələri yiyələrinə verildimi?

- Yox, cənazələr haqqında hələ bir xəbər yoxdur. Bizə heç nə demirlər. Qapıdan çıxdım, iki küçə gedən kimi məni saxladılar. Cənazələr Sabunçuda morqdadır. Yəqin ki, axşama gətirib dəfn edərlər. Nardarandan üç nəfər ölüb, ikisi bir ailədəndir. Camaat meydanda gəzir, xəbər gözləyir. Kəndə giriş çıxış yoxdur, Zabrat postundan yolu bağlayıblar.

- Bu dəqiqələrdə kənddə nə baş verir?

- Evləri gəzib bir-bir yoxlayırlar, korrekt davranırlar, sakitcə axtarış aparırlar. Silah axtarırlar. Hələ ki, yeni tutulanın olub-olmadığını bilmirik. Polislərin arasında xanım polislər də var.

- Bütün evlərdə yoxlama aparılırmı?

- Yox, əllərində siyahı var, həmin siyahı üzrə axtarış aparırlar. İndiyə qədər heç bir insident baş verməyib.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.

Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və daha 23 nəfər tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Dekabr ayının 1-i saat 8-də qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub. Xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Son bir ildə ev hansı ölkədə daha çox bahalaşıb?


01.12.2015

turkiye - ev 1Dünya miqyasında araşdırmalarla məşğul olan “Knight Frank” daşınmaz əmlak agentliyi rüblük hesabat (Global House Price İndex) yayıb. Transparency.az xəbər verir ki, hesabata görə, 2014-cü ilin üçüncü rübü ilə müqayisədə evin qiymətinin ən çox yüksəldiyi ölkə Türkiyədir. Bu ölkədə 18,9% bahalaşma qeydə alınıb.

İl ərzində Honkonqda ev 16,7%, Yeni Zelandiyada 12,6%, İsveçdə 11,1%, Lüksemburqda 10,1% bahalaşıb.

Keçmiş SSRİ məkanında evin ən çox bahalaşdığı ölkə Estoniyadır: 9,1%. Qazaxıstanda 8,7%, Latviyada 1,4%, Rusiyada 1,2% bahalaşma olub.

55 ölkənin yer aldığı reytinq cədvəlinə əsasən, 10 ölkədə ev ucuzlaşıb. Ən çox ucuzlaşma Ukraynada gedib: 14,8%.

Kiprdə 5%, Yunanıstanda 4,9%, Sinqapurda 4,3%, İtaliyada 3%, Fransada 2,9%, Çində 2%, Yaponiyada 0,7%, Portuqaliyada 1% ucuzlaşma qeyd edilib.

İlham Əliyev Naxçıvandadır


01.12.2015

nmr 1
Dekabrın 1-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib. Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb. Prezident Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev öncə Naxçıvan Beynəlxalq Hava Limanının Şərq terminalının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Vasif Talıbov dövlət başçısına terminalın texniki göstəriciləri barədə məlumat verib. O bildirib ki, yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.


Milli Məclisin komitələri (Üzvlərin siyahısı)


01.12.2015

mm
Parlamentin 1 dekabr iclasında Milli Məclisin komitə üzvləri seçilib. Transparency.az siyahını təqdim edir:

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi

Fəzail Ağamalı

Rafael Cəbrayılov

Sabir Hacıyev

Qüdrət Həsənquliyev

Vüsal Hüseynov

Çingiz Qənizadə

Azay Quliyev

Elşən Musayev

Madər Musayev

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi

Aqil Abbas

Adil Əliyev

Əliağa Hüseynov

Fərəc Quliyev

Elman Məmmədov

Zahid Oruc

Bəxtiyar Sadıqov

Hacı Salayev

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

Mahir Abbaszadə

Vahid Əhmədov

İlham Əliyev

Aydın Hüseynov

Xanhüseyn Kazımlı

Əsabil Qasımov

Rüfət Quliyev

Cavid Qurbanov

Əli Məsimli

Tahir Mirkişili

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

Rövnəq Abdullayev

Muxtar Babayev

Mirzəcan Xəlilov

Mirkazım Kazımov

Mixail Zabelin

Aqrar siyasət komitəsi

Mahir Aslanov

Novruzəli Aslanov

Elçin Quliyev

İqbal Məmmədov

Hüseynbala Mirələmov

Eldəniz Səlimov

Tahir Süleymanov

Əmək və sosial siyasət komitəsi

Elmira Axundova

Araz Əlizadə

Yaqub Mahmudov

İlham Məmmədov

Aytən Mustafayeva

Regional məsələlər komitəsi

Azər Badamov

Kamran Bayramov

Malik Həsənov

Rüstəm Xəlilov

Fəzail İbrahimli

Tahir Rzayev

Elm və təhsil komitəsi

Ağacan Abıyev

Gövhər Baxşəliyeva

Kamilə Əliyeva

Şəmsəddin Hacıyev

Pərvin Kərimzadə

Musa Qasımlı

Mədəniyyət komitəsi

Ülviyyə Ağayeva

Ülviyyə Həmzəyeva

Zeynəb Xanlarova

İmamverdi İsmayılov

İnsan hüquqları komitəsi

Əflatun Amaşov

Tahir Kərimli

Flora Qasımova

Hikmət Məmmədov

Fazil Mustafa

Elman Nəsirov

Astan Şahverdiyev

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi

Sahib Alıyev

Mehriban Əliyeva

Cavanşir Feyziyev

Azər Kərimli

Nəsib Məhəməliyev

Müslüm Məmmədov

Asim Mollazadə

Rasim Musabəyov

Qənirə Paşayeva

Elxan Süleymanov

Səhiyyə komitəsi

Məlahət İbrahimqızı

Kamaləddin Qafarov

Rəşad Mahmudov

Rafiq Məmmədhəsənov

İctimai birliklər və dini qurumlar komitəsi

Nizami Cəfərov

Nəriman Əliyev

Səttar Möhbalıyev

Cavanşir Paşazadə

Gənclər və idman komitəsi

Naqif Həmzəyev

Elşad Həsənov

Sevinc Hüseynova

Şahin İsmayılov

Ailə, qadın və uşaq məsələləri komitəsi

Dilarə Cəbrayılova

Sona Əliyeva

Sədaqət Vəliyeva.

Milli Məclisin qərarı ilə Rövşən Rzayev hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aydın Mirzəzadə müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ağalar Vəliyev iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Kamran Nəbizadə təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar Quliyev aqrar siyasət komitəsinin, Rauf Əliyev əmək və sosial siyasət komitəsinin, Fəttah Heydərov regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev elm və təhsil komitəsinin, Jalə Əliyeva mədəniyyət komitəsinin, Yevda Abramov insan hüquqları komitəsinin, Sevinc Fətəliyeva beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Musa Quliyev səhiyyə komitəsinin, Sahibə Qafarova ailə, qadın və uşaq məsələləri komitəsinin, Xanlar Fətiyev ictimai birliklər və dini qurumlar komitəsinin, Ülvi Quliyev gənclər  və idman komitəsinin sədr müavini seçiliblər.

Milli Məclisin komitələrinə bu şəxslər rəhbərlik edir:

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Əli Hüseynli, YAP

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Ziyafət Əsgərov, YAP

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Ziyad Səmədzadə, bitərəf

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Valeh Ələsgərov, bitərəf

Aqrar siyasət komitəsi – Eldar İbrahimov, YAP

Əmək və sosial siyasət komitəsi – Hadı Rəcəbli, YAP

Regional məsələlər komitəsi – Arif Rəhimzadə, YAP

Elm və təhsil komitəsi – İsa Həbibbəyli, YAP

Mədəniyyət komitəsi – Rafael Hüseynov, VHP

İnsan hüquqları komitəsi – Bahar Muradova, YAP

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov, YAP

Səhiyyə komitəsi – Əhliman Əmiraslanov, YAP

Ailə, qadın və uşaq məsələləri komitəsi – Aqiyə Naxçıvanlı, YAP

İctimai birliklər və dini qurumlar komitəsi – Siyavuş Novruzov, YAP

Gənclər və idman komitəsi – Fuad Muradov, bitərəf.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə